Putin qərar verib, yeni müharibə olacaq... - Kəşfiyyat mənbələri
Tarix: 7-04-2015, 12:48 | Çap et
 Moskvada artıq Ukrayna ilə müharibə qərarı veriblər. Bu barədə Ukrayna Milli Təhlükəsizlik Şurasının katibinin keçmiş müavini Stepan Qavriş bildirib.
Virtualaz.org saytı xəbər verir ki, Stepan Qavriş bunun “kəşfiyyat məlumatı olduğunu” deyib.
“Kəşfiyyat Putinə onun xoşuna gəlməyən informasiyaları çatdırmır. Moskvada artıq Ukrayna ilə döyüşmək qərarı veriblər, ancaq hansısa detallara fikir verməyəcəklər, kəşfiyyatda bu haqda bilirlər”- Qavriş bildirib.
Stepan Qavriş Ukraynanın şərqində hərbi əməliyyatların üçüncü fazasının başlayacağı haqda danışan ilk mənbə deyil. Bundan əvvəl NATO-nun Avropadakı silahlı qüvvələrinin keçmiş baş komandanı Uesli Klark Donbasda apardığı araşdırmalara istinadən Rusiyadan dəstəklənən separatçıların aprelin ikinci yarısında - mayın əvvəllərində yeni hücum əməliyyatlarına başlayacağını açıqlamışdı.
Donbasda atəşkəsə dair Minskdə əldə edilmiş razılaşma əsasən yerinə yetirilsə də son günlər Ukrayna qüvvələri ilə separatçılar arasında atışmaların intensivləşdiyi barədə məlumatlar var. Ukrayna silahlı qüvvələri təkcə aprelin 6-da 6 hərbçisini itirdiyini açıqlayıb. Daha təhlükəlisi isə budur ki, separatçıların nəzarətində olmayan cənub-şərq regionlarında - Mariupolda, Xarkovda, Odessada bir-birinin ardınca diversiyalar törədilir.
Ukrayna KİV-ləri xəbər verir ki, bu gecə Mariupolda partlayış törədilib, ölən və xəsarət alan yoxdur. Xarkovda isə Ukrayna bayrağının asıldığı dirək partladılıb. Gecə saatlarında baş verən partlayışın səsi bütün şəhərdə eşidilib. Həmçinin Xarkov vilayətində dəmir yollarında növbəti partlayış törədilib, qatarların hərəkəti dayandırılıb.
Odessada isə özlərini yerli milli icmaların təmsilçiləri kimi təqdim edən bir qrup şəxs “Bessarabiyanın xalq radası”nı yaradıb. Təşkilatın saytı Moskvada qeydiyyatdan keçib.
“Bessarabiyanın xalq radası” bildirir ki, Ukrayna NATO-ya üzv olmaq istəsə, onlar Odessanın müstəqilliyini elan edəcəklər.
Nüfuzlu rusiyalı hərbi analitik Pavel Felqenhauer Ukrayna ilə Rusiya arasında yeni müharibənin başlamasının mümkünlüyünü istisna etmir və hesab edir ki, Ukrayna ordusunun imkanları ancaq müdafiə olunmağa çatır.
“Ukrayna silahlı qüvvələrinin hücum əməliyyatları həyata keçirməyə qadir deyil. Moskvadan mən bunun səbəbini dəqiq görə bilmirəm. Ola bilsin təşkilati problemlər var, bir çoxları satqınlardan və agentlərdən şikayətlənir. Aydındır ki, Ukrayna silahlı qüvvələrinin komandanlığının strategiyası yoxdur, nəticədə onlar anlaşılmaz addımlara gedirlər. Məsələn, yanvarın ortalarında Donetsk aeroportu və Debaltsovo qəsəbəsi ətrafında döyüşlər başlayanda Ukrayna qoşunlarının hərəkəti çox anlaşılmaz idi. Onlar mənasız və səhv hərəkət edirdilər. Hərçənd qoşunlar pis vuruşmurdu, ancaq onlara çox pis komandanlıq edirdilər” -ekspert Ukrayna KİV-lərinə müsahibəsində bildirib.
Pavel Felqenhauer deyib ki, pis komandir cəsəd yığını deməkdir. Onun sözlərinə görə, Ukraynada yaxşı motivasiya olunmuş könüllülər var, ancaq onların komandirlərinin döyüş təcrübəsi yoxdur.
“Könüllülərdən ibarət batalyonların komandirlərinin heç hərbi təhsili də yoxdur. Kombat olmaq üçün isə oxumaq lazımdır. Hesab edilir ki, peşəkar piyadanı 8 aya hazırlamaq olur, ancaq batalyon komandirini 10 ilə hazırlamaq mümkündür. Kombat vəzifəsini tutana qədər o, müxtəlif vəzifələr tutmalıdır. Hərb elmindən xəbəri olmayan, məsələn, ümumqoşun döyüşünü təşkil etməyi, döyüş meydanında bütün növ texnikanın və silahların koordinasiyanı həyata keçirməi bilməyən batalyon komandiri heç nəyə nail ola bilməz”-ekspert Ukrayna ordusundakı vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, Ukrayna generalları isə ümumiyyətlə işə yaramır. Felqenhauer deyir ki, Ukrayna tərəfi hazırda sakit oturub, mövqelərini əldə saxlamağa çalışır. Lakin bunun köməyi olmayacaq. Çünki Ukrayna sakit oturanda Rusiya və rusiyameylli qüvvələr hücuma keçir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19 |
|
|
|
| • Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06 |
|
|
|
| • Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59 |
|
|
|
| • İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46 |
|
|
|
| • Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45 |
|
|
|
| • AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39 |
|
|
|
| • "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27 |
|
|
|
| • "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20 |
|
|
|
| • Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18 |
|
|
|
| • Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12 |
|
|
|
| • Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05 |
|
|
|
| • Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44 |
|
|
|
| • Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41 |
|
|
|
| • Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38 |
|
|
|
| • Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14 |
|
|
|
| • “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11 |
|
|
|
| • Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00 |
|
|
|
| • “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59 |
|
|
|
| • "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54 |
|
|
|
| • "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47 |
|
|
|
| • "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46 |
|
|
|
| • Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23 |
|
|
|
| • “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19 |
|
|
|
| • "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07 |
|
|
|
| • Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06 |
|
|
|
| • "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57 |
|
|
|
| • "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49 |
|
|
|
| • CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47 |
|
|
|
| • Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45 |
|
|
|
| • Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43 |
|
|
|
| • Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37 |
|
|
|
| • Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36 |
|
|
|
| • "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23 |
|
|
|
| • Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07 |
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37 |
|
|
|
| • Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34 |
|
|
|
| • Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27 |
|
|
|
| • Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46 |
|
|
|
| • 1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29 |
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02 |
|
|
|
| • "Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52 |
|
|
|
| • Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42 |
|
|
|
| • Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36 |
|
|
|
| • Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28 |
|
|
|
| • Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22 |
|
|
|
|