ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                 

"I Pyotrun vəsiyyətnaməsi olmayıb" - ARAŞDIRMA
Tarix: 7-04-2015, 08:35 | Çap et
"I Pyotrun vəsiyyətnaməsi olmayıb"
Ağ Evin rəsmi Tehranla münasibətlərinin normallaşmaya doğru getdiyi bir məqamda Türkiyə prezidenti R.T.Ərdoğanın İrana səfəri Türkiyə-İran münasibətlərinə və həmin münasibətlər fonunda 2 əsr öncə Rusiya ilə İran arasında bölüşdürülmüş, sonradan da torpaqlarının böyük hissəsi işğal edilmiş Azərbaycanın regiondakı roluna tarixi aspektdən də yanaşmanı aktuallaşdırır.

Sovet İttifaqının süqutu və müstəqillik ideyalarının baş qaldırdığı dönəmlərdə ortalığa milli hisslərinin coşdurulmasına hesablanmış bir sıra tarixi sənədlər atılmağa başlandı. Bunlardan biri də Rusiyanın ən məşhur islahatçı çarı və ilk imperatoru Böyük (yaxud Birinci) Pyotrun vəsiyyətnaməsi oldu. Vəsiyyətnamədən aydın olurdu ki, ermənilərin Qafqazda əsrlərlə dayaq kimi saxlanılmasına və onların Türkiyə və Azərbaycana qarşı soyqırım siyasəti aparmaqla torpaq iddialarında bulunmasına şəraiti məhz Pyotrun vəsiyyətnaməsi əsasında Moskva yaradıb.

"İstanbula sahib olan şah dünyada ilahi şah olacaq"

Dəfələrlə mətbuatda dərc edilmiş 12 bənddən ibarət həmin vəsiyyətnamənin 9-cu bəndində isə İran -Osmanlı (Türkiyə) münasibtlərinə toxunulur: "Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. Tez və vaxtında çalışıb, İstanbula sahib olan şah, dünyada ilahi şah olacaq. Bu məqsədi həyata keçirmək üçün həmişə Osmanlı ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və qarşısıalınmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə ixtilafları yaxşı bir vasitədir. Osmanlı ilə İran dövlətləri arasındakı müvazinəti fitnə-fəsadla elə pozmaq lazımdır ki, onlar bir-biri ilə dil tapa bilməsinlər. Həm İran, həm də Osmanlıya Avropa xalqları ilə təmas tapmağa imkan verməmək lazımdır. Əgər bu ölkələrin müsəlmanları göz açıb hüquqlarını başa düşsələr, o, bizə böyük zərbə olar. Həm Osmanlı, həm də İranın din xadimlərini ələ almaq və onların vasitəsilə sünni-şiə ixtilaflarını qızışdırmaq lazımdır. Osmanlını Avropadan ayırmaq lazımdır...".

Həqiqətən, I Pyotrun Qafqazı, o cümlədən, Azərbaycanı işğal etməsinin ardından baş verən proseslər, Türkiyə-İran, Rusiya-İran və Rusiya-Türkiyə savaşları və bunların gedişi boyu ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, eləcə də son onilliklərdə Qarabağın işğalı və s. sözügedən sənəddə əks edilmiş siyasi strategiyaya uyğun aparılıb. Və son 20-30 ildə siyasətlə, tarixlə az-çox maraqlananların zehninə Rusiyanın müsəlman və türklərə qarşı təcavüzkar siyasətinin məhz I Pyotrun vəsiyyətinə uyğun qurulduğuna qəti inam yaranıb. Son dövrün tanınmış tarxiçiləri - Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Əliyar Səfərli, Kərim Şükürov və b. öz çıxış, məqalə və əsərlərində həmin vəsiyyətlərə istinadlar ediblər.

Ancaq son illər Rusiyanın özündə belə, Böyük Pyotrun vəsiyyətinin həqiqiliyinə dair müzakirələr, tədqiqatlar aparılıb və bir sıra fərziyyələr meydana çıxıb.

Vikipediyada rus alimlərinə və elmi mənbələrinə istinadən əslində I Pyotrun heç bir vəsiyyətnaməsinin olmadığı, bunun həm Rusiya, həm də Avropa diplomatiyası tərəfindən zaman-zaman uydurulmuş geosiyasi yalan olduğu qeyd edilir.

Araşdırmalarımız nəticəsində bəlli oldu ki, Azərbaycanda da bu iddianı irəli sürənlər var. Onlardan biri də artıq mətbuatda siyasi analitik kimi tanınmış BDU-nun müəllimi Tahir Cəfərlidir.

"I Pyotrun o "vəsiyyətnamə"dən xəbəri olmayıb"

- I Pyotrun heç vaxt vəsiyyətnaməsi olmayıb, ortaya çıxarılanlar isə sonradan yazılmış, orijinalı üzə çıxmayan saxta sənəddir. Bir az Rusiya və Avropa tarixindən xəbəri olanlar bu vəsiyyətnamənin hansı səbəbdən və nə məqsədlə yazıldığını yaxşı bilirlər.

- Bəs bunu deməklə nəyə əsaslanırsız? Axı əksər tarix kitablarında tarixçilər onun mövcudluğundan yazırlar?

- "Pyotrun vəsiyyətnaməsi" adlı bir neçə sənəd var, ancaq bunlar saxta sənədlərdir. Yəni Pyotrun bundan xəbəri olmayıb. Gəlin, bir az Pyotr dövrünü təhlil edək. Əvvəla, Pyotrun ölümü gözlənilməz olduğundan, belə bir sənədin mövcudluğuna inanmaq gülüncdür. Amma hakimiyyəti özündən sonra kimə həvalə edəcəyi məsələsi Pyotru düşündürməli idi. O dövrdə Pyotrun öz nəslindən yaratdığı böyük imperiyanı idarə edə biləcək bir şəxsiyyət də gözə dəymir. Avropada olduğu kimi, Rusiyada 1722-ci ildə taxt-taca varislik haqqında fərman qəbul edilsə də, Pyotr öz varisinin adını belə çəkmir. Çünki ətrafında olanların heç biri, o cümlədən, arvadı və uşaqları da onun işinin davamçıları ola bilməzdi. Çünki Pyotr böyük qızı Annanı Rusiya taxt-tacının varisliyindən kənar etmişdi, kiçik qızı kefçil Yelizaveta isə onun yaratdığı ölkəni idarə edə bilməzdi. Odur ki, Yekaterina kəmsavad olsa da, Pyotr 1724-cü ildə onu imperatriça elan etdi.

Əslində I Pyotrun vəfatından sonra vəsiyyətnaməsinin olmamasına görə ölüm anlarında ağzından çıxan yeganə "Hər şeyi ona verin..." sözlərinin məhz Yekaterinaya aid olduğunu iddia edən tərəfdarları onu taxta oturtdular. Ruslar bu haqda "Pyotrun vəsiyyəti" adlı gözəl bir film də çəkiblər. Həmin film bir daha isbat edir ki, Böyük Pyotrun heç bir vəsiyyətnaməsi olmayıb.

"II Yekaterina Pyotrun "vəsiyyəti" ilə Osmanlını xilas etdi"

T.Cəfərli "Bəs "Pyotrun vəsiyyətnaməsi" adıyla ortaya çıxan sənədlər nəyə əsaslanır?" - sualına belə cavab verir: "İlk dəfə "Pyotrun vəsiyyəti" adlı sənədi ortaya çıxaran II Yekaterina (1762-1796) olmuşdur. Avstriya-Macarıstan kralı II İosif II Yekaterinanın yanına gəlir və rus dövlət başçısından Konstantinopolu tutmasına razılıq verməsini istəyir. Əvəzində isə Balkanları, Valaxiyanı və s. regionları Osmanlılardan alıb Rusiyaya verməyi vəd edir. II İosif bunu XVIII əsrdə bir çox Avropa dövlətlərinin qoşulduğu "Şərq məsələsi" adlı sazişə arxalanıb həyata keçirmək istəyirdi. Həmin sazişin mahiyyəti isə əl-ələ verib Osmanlı imperiyasını parçalayıb, bölüşdürməkdən ibarət idi. Yeri gəlmişkən, təəssüf ki, bizim tarix kitablarında bu haqda çox az yazılıb. II Yekaterina Avstriya-Macarıstan rəhbərinin təklifindəki böyük ərazilərin Rusiya üçün boşaldılmasının səbəblərini öz məsləhətçiləri ilə müzakirə edir. Onu başa salırlar ki, bu əraziləri II İosif tutsa da, iqtisadi baxımdan əldə saxlaya bilməyəcək, çünki ac bir regiondur. Rusiya bu təklifə razılaşdığı halda həmin ölkələri öz hesabına saxlamalı olacaq. Konstantinopolu II İosifə verməklə isə Osmanlıyla razılaşmaya əsasən hazırda gömrük rüsumu verməyən Rusiya Aralıq və Qara dənizləri arasındakı boğazlardan keçid üçün rüsum verməli olacaq. Bu da Rusiyaya baha başa gələcək və onu gücdən salacaqdır. II Yekaterina müdrik qadın idi. Anlayır ki, Osmanlı imperiyası dağıdılsa, Rusiyaya həm iqtisadi, həm də güclü siyasi zərər dəyəcək. Daha doğrusu, Osmanlı imperiyasının dağıdılması, elə Rusiya imperiyasının da çökməsinə gətirəcəkdir. II Yekaterina Avstriya-Macarıstan başçısına elə rədd cavabı verməli idi ki, Avropa dövlət başcılarına rusların "Şərq məsələsinə" dair sazişdən çıxmadığını isbat etsin. Bu minvalla II Yekaterinanın köməkçiləri İosifi sakitləşdirmək üçün "Pyotrun Vəsiyyəti " adlı guya Pyotrun xətti ilə yazılmış saxta sənədi ortaya çıxarırlar. Və faktiki olaraq İosifin "Şərq məsələsi" planını həyata keçirtməsinin qarşısını alırlar. Rusiya buna icazə versəydi, Osmanlı imperiyasının Avropa ölkələri arasında bölüşdürülməsi hələ XVIII əsrin ortalarında baş tuta bilərdi. Məsələ ondan ibarət idi ki, "Pyotrun vəsiyyətnaməsi"ndə Konstantinopolun ruslar tərəfindən alınmasını vəsiyyət etməsi və II Yekaterinanın imperiya ənənələrinə uyğun olaraq bu "vəsiyyət"i poza bilməməsi İstanbulun işğalının qarşısını aldı. Bundan əlavə, Rusiya imperatriçası belə zənn edirdi ki, iki imperiyanın toqquşması, onun da ölkəsinin dağılmasına gətirib çıxarar. Faktiki olaraq II Yekaterina olmayan yalançı "vəsiyyətnamə"dən istifadə etməklə Osmanlı imperiyasını dağılmaqdan qorudu.

Sonrakı dövrlərdə də Rusiya siyasi elitası Osmanlı imperiyasının dağılmasına qarşı olub, çünki II Yekaterinanın nəvələri və onların övladları da bu siyasi xətti saxlayırdılar. Ruslar heç vaxt Osmanlıya qarşı koalisiyada vuruşmadılar, bu ölkənin bölünməsinə razılıq vermədilər. Tarix bunu sonralar da isbat etdi. Bununla belə, Rusiya imperiyası özü Osmanlı torpaqlarını zəbt etmək planlarından əl çəkmirdi...".

II Yekaterina dönəmindən 2 əsrdən çox zaman ötsə də, Pyotrun vəsiyyətnaməsi bu gün də gündəmdədir və bir sıra geosiyasi proseslərdə önəmli rol oynayır.

"Avropa həmişə Osmanlı ilə Rusiyanı toqquşdurmağa çalışıb"

T.Cəfərli bunu belə izah edir: "Avropa həmişə Osmanlılarla - Türkiyə ilə rusları toqquşdurmağa çalışıb. Çünki həmin ölkələrin toqquşması Şərqin qapılarını Avropanın üzünə taybatay açırdı. Odur ki, Napoleonun ətrafı bu planı həyata keçirmək üçün Pyotrun "vəsiyyətnaməsi"nin ikinci variantını ortaya çıxartdı. Napoleon Rusiyaya təcavüzünə Osmanlı imperatorunun yanında haqq qazandırmaq və onu özünə müttəfiq etmək üçün belə bir "vəsiyyətnamə"nin olmasını iddia etdi və bunu Osmanlı imperatoruna göstərməklə onu özünə müttəfiq etdi. Ancaq Osmanlı imperatoru sonradan müdrik tərpəndi və Rusiyaya qarşı getmədi...

Pyotrun olduğu iddia edilən həmin "vəsiyyətnamə" isə yalnız fransız dilində mövcuddur, rus dilində orijinalını görən bir nəfər belə olmayıb. Türkiyənin tarix kitablarında da bu "vəsiyyətnamə"dən bəhs edilir. Təəssüf ki, onun saxta olmasından heç kəs yazmır. Maraqlıdır ki, Türkiyə alimləri də bu sənədin saxta olduğunu bilmirlər...

Əslində bu "vəsiyyətnamə" ilə Qərb ölkələri həmişə Türkiyəni Rusiyaya qarşı qoymaq üçün ikincinin Türkiyə üçün daimi düşmən obrazını yaratmaq istəyirdilər.

Pyotrun "vəsiyyətnaməsi"ndən hətta faşist təbliğatının bosu Gebbels də yararlanaraq Türkiyəni Rusiyaya qarşı qoymaq istəyirdi. Amma türklər buna getmədilər.

"Türkiyədə Pyotrun "vəsiyyətnaməmsini ermənilər yaydırır"

Beləliklə, Avropa diplomatlarının hazırladığı bu geosiyasi yalanın heç bir əsası yoxdur. Həqiqətən Pyotrun heç bir vəsiyyətnaməsi olmayıb. Tarixçilərimizin olmayan sənəd haqqında irəli sürdükləri fərziyyələr isə heç biri çərçivəyə sığmır. Onillərdir ki, düşmənlərimiz yalançı və saxta vəsiyyətnaməni Türkiyədə yaymaqla faktiki olaraq, Türkiyə-Rusiya yaxınlaşmasının qarşısını alırlar. Bu, Qərbdəki erməni diasporunun aktiv oyunlarından biridir. Əgər son dövrdə Pyotrun Türkiyə və Azərbaycanda yayılan "vəsiyyətnamə"lərinin haradan ortaya çıxdığını araşdırsaq, bunun Ermənistandan qaynaqlandığını görərik. Burada məqsəd isə Türkiyəni Rusiyaya qarşı qoymaqdır. Çünki bu iki böyük dövlətin toqquşması, ermənilərin xeyrinədir. Bu ölkələrin yaxınlaşması isə Ermənistanın regionda əhəmiyyətini itirir. Pyotrun "vəsiyyətlər"inin mövcudluğundan danışan bəzi tarixçilərin bilərəkdən, ya bilməyərək erməni xüsusi xidmət orqanları tərəfindən idarə olunduğuna da inanıram. Onlar ermənilərin Türkiyəni Rusiyaya düşmən etmək məqsədini həyata keçirirlər. Onu da bilmək lazımdır ki, bu saat Avropa və ABŞ-da Rusiya-Türkiyə yaxınlaşmasından çox qorxur. Səbəb: iki qüdrətli ölkənin dostluğu, Avropanın böyük Rusiya xammal bazarını itirməsi və bunun nəticəsində Türkiyənin yeni güc mərkəzinə çevrilməsidir".

Pyotrun vəsiyyətnaməsini Napoleon yazıb?

Görəsən, Rusiya və Avropa tədqiqatçıları sözügedən məsələyə necə yanaşırlar?

T.Cəfərlinin sözlərinə görə, rus və Avropa tədqiqatçılarının onlarca kitabları və monoqrafiyaları vardır ki, Pyotrun vəsiyyətnaməsinin heç vaxt mövcud olmadığını sübut edir. Hətta bəziləri bunun Napoleon Bonopartın özü tərəfindən uydurulub yazıldığını da iddia edirlər. Çünki "vəsiyyətnamə"nin mətnində Fransa imperatorunun tez-tez işlətdiyi söz və frazalar olduğu ortaya çıxarılmışdır...".

Özəl araşdırmalarımız göstərdi ki, doğrudan da Q.Bergxolts, S.N. Şubinski, V.İ.Kozlov, M.Moqilenski və s. kimi rus və Avropa tədqiqatçıları "Pyotr vəsiyyətnaməsi"nin saxta bir sənəd olduğunu göstərmişlər.

Bəs müasir Türkiyə-Rusiya-İran münasibətləri üçün Pyotrun faktiki medianı zəbt edərək beyinlərə həkk olunan vəsiyyətnaməsi hansı rol oynayır?

"Qərb Rusiya-Türkiyə-İran yaxınlaşmasının qarşısını alır"

T.Cəfərli deyir: "... "Şərq məsələsini"nin həllinə, yəni Osmanlının parçalanıb- bölüşdürülməsinə Avropa I Dünya müharibəsindən sonra Atatürkü hakimiyyətə gətirməklə nail oldu. Bundan sonra isə Rusiya Türkiyə yaxınlaşmasının qarşısını almaqda davam etdilər. Çünki onların yaxınlaşması Qərbin geosiyasi maraqlarına ziddir. Odur ki, bu saxta vəsiyyətnaməni ermənilərin və onların təsir agentlərinin əliylə bu gün də ortaya atırlar.

Qərbin Orta əsrlərdən başlayaraq siyasətinin mahiyyəti məşhur italyan filosofu siyasətçisi Makiovellinin "Parçala, hökm sür!" prinsipidir. Qərb bu prinsipə söykənərək Osmanlı imperiyasını dağıtdı. Şah İsmayıl Xətai və Sultan Səlim toqquşmasının arxasında da Qərb dururdu. Qafqazın Rusiyanın tərkibinə keçməsi də Osmanlı-İran qarşıdurmasının nəticəsidir. Səbəbkarları, əlbəttə ki, Qərb və onların "parçala, hökm sür!" siyasətidir. Əgər İran- Osmanlı müharibəsi olmasaydı, bu saat müsəlmanlar dünyanın ağası idilər. İndiki dövrdə də bu siyasət davam edir. Güclənən Türkiyənin regionda nüfuzunu heç etmək üçün İranla Qərbin birləşdiyinin şahidi oluruq. İran-Türkiyə birliyi çox vacib məsələdir. Əfsuslar olsun ki, Türkiyə bu birlik üçün ciddi addım atmır. Bu saat ABŞ Bzejinskinin "Böyük şahmat taxtası" kitabındakı göstərişlərə əməl edərək İrana yaxınlaşır. Çünki İran-ABŞ birliyindən fövqəldövlətin gələcək taleyi asılıdır. Bütün proseslər onu göstərir ki, ABŞ Səudiyyə Ərəbistanının geosiyasi funksiyasını İrana vermək istəyir. Daha düzünü desək, İranı regionda öz müttəfiqinə çevirərək gücləndirmək istəyir. Bu saat Yəmən, Suriya və İraqda gedən proseslər də buna dəlalət edir...".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru