"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                     "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" .....                     Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... .....                     “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... .....                     Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB .....                     "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." .....                     Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır .....                     “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” .....                     “Level Leasing” şirkətinin səhmdarları toplanır .....                     Böyük böhran qapıda: .....                     “Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub .....                     AZAL Naxçıvan reyslərini yenidən bərpa edib .....                     Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib .....                     "Dəli Kür" -ə qarşı Kreml .....                     “Qarabağ”a Elvinə görə təklif gəldi .....                     Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: .....                     Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ .....                     Kişi toydan qayıdan arvadını marketdə döydü: .....                     DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının .....                     Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib .....                     “Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı .....                     Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir .....                     İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” .....                     WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... .....                     Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: .....                     Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... .....                     Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR .....                     “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib .....                     SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? .....                     Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                     Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                     “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                 

Qarabağ veteranını narazı salan “Azəriqaz” işçisi kimdir - Narazılıq var
Tarix: 14-02-2015, 11:18 | Çap et
Qarabağ veteranını narazı salan “Azəriqaz” işçisi kimdir
Bolgexeber.com-un elektron poçtuna I Qarabağ Müharibəsu veteranı Şərifov Yaşar tərəfindən dövlət orqanlarının rəhbərlərinə ünvanlanmış şikayət məktubu daxil olmuşdur. Bolgexeber.com olaraq həmin müraciəti təqdim edirik:
Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Z. Qaralova,
Azərbaycan Respublikasının Daxili İşlər naziri Cənab R.Usubova,
Milli Təhlükəsizlik naziri Cənab E.Mahmudova,
ARDNŞ-nin prezidenti Cənab R.Abdullayevə,
Ombudsman Aparatının rəhbəri xanım E.Süleymanovaya,
“Azəriqaz” IB-nin sədri Cənab Ə. Hacıyevə,
“Şəfafflıq Azərbaycan” İB-nin icraçı direktoru R.Səfərəliyevaya,
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Cənab İ.Abbasova,
Ölkənin vicdanlı KİV rəhbərlərinə
Bakı şəhəri,Suraxanı rayonu, Elçin Məmmədov küç.,bina 5 “V”, mən.92 ünvanda yaşayan Şərifov Yaşar Mustafa oğlu tərəfindən
“Azəriqaz” IB və Suraxanı QİS-nin rəhbərlərinin qanunazidd hərəkətləri barədə
Ş İ K A Y Ə T
" Mən, Yaşar Şərifov I Qarabağ müharibəsi veteranıyam və uzun müddət polis orqanlarında işlədikdən sonra təqaüdə çıxmışam. 40 ilə yaxındır ki,həyat yoldaşım Kifayət Səmədovanın adına özəlləşdirilmiş Suraxanı rayonu, Elçin Məmmədov küç.,bina 5 “V”, mən. 92 ünvanda yaşayıram. Ünvanda qeyd edilən mənzili də necə var o formada alıb yaşamışam. İmkansızlıqdan mənzilimdə heç bir təmir işləri aparılmamışdır. Lakin yaşadığım binanın təbii qazla təchiz edilməsi üçün çəkilmiş boru xəttinin çöl (eyvan)balkonumun daxilindən keçən (diametri 127 mm olan ) hissəsinin 1m 20 sm balkondan qabağa çıxmasının dizayn üçün də yaxşı olacağını düşünərək Suraxanı qaz İstismar İdarəsinə ərizə ilə müraciət etdim. İdarənin texniki işçiləri 16 yanvar 2014-cü il tarixində evə gəlib yerində baxış zamanı qaz xəttinin irəli çəkilməsinin mümkünlüyünü bildirdilər. Və bu işlərin görülməsi üçün nə qədər pul ödəmək lazım olduğunu bilmək üçün idarəyə dəvət etdilər.

İdarədə mənə “Azəriqaz”İB-nin TTİ-nin bank rekvizitləri qeyd edilmiş kağızı və həmin kağızın yuxarı orta hissəsində 1174,80 qəp. sözləri əllə yazılmış sənədi veərərk bildirdilər ki, get bankdan bu hesaba min yüz yetmiş dörd manat səksən qəpik pul ödə qəbzi gətir bizə. Ondan sonra texniki heyət gəlib balkonunuzdakı qaz xəttini qabağa çəkə bilərik. Təbii ki, mən tələb edilən pulun çoxluğuna görə razılaşmadım. Bildirdim ki, axı burada nə qədər iş və material sərf edilməlidir. 1m 20 sm hər iki tərəfdən diametri 127mm olan dəmir boru qaynaq edilməlidir. Vəssalam.(Amma qaz idarəsi qaz xəttinin 159 mm olmasını nədənsə göstərirlər) Borunun da bazar qiyməti lap etsin 1 paqon metri 10 manat və sərf ediləcək 100 elektrod da 5 manat. Yəni, material üçün uzağı 40 manat pul lazımdır. Qəza xidməti işçilərinə də 200 manat verərəm. Razılaşmadılar. Xahiş etdim ki, o zaman bu məbləğ lap çoxdur. Mənim təqaüd aldığımı, yəni maddi imkanımın zəifliyini nəzərə alaraq məsələni 500 manata həll edilməsini xahiş etdim. Razılaşmadılar. Yəni, 1174 Azn pulu ödəməyəcəyimi bilən Suraxanı Qİİ-nin rəisi Şahbazov Hacı 24 yanvar 2014-cü il tarixdə rəsmən bizə məktub göndərib ki, “siz qaz xəttinin qoruq zonasını pozmusunuz. Ona görə də qaz xəttinin yerinin dəyişdirilməsi mümkün deyildir. Sözügedən qaz xəttinin tez bir vaxtda qoruq zonasını təmin etməlisiniz. Əks təqdirdə orqanlara müraciət ediləcəkdir.”

Baxmayaraq ki, mənim “Azəriqaz” İB-nə etdiyim müraciətə cavab olaraq “Azəriqaz” İB-nin Baş direktorunun əsaslı tikinti üzrə müavini E.Abbasov həm rayon Qİİ-nin rəisi Şahbazova, həm də mənə ünvanladığı 13 fevral 2014-cü il tarixli məktubunda qeyd edir ki, “Qaz xəttinin yerinin dəyişdirilməsi üçün ünvanda baxış keçirilməli, vətəndaşın öz hesabına işin görülməsinə razılıq verildiyi halda, mülkiyyəti təsdiq edən sənədin surəti, fotoşəkillər və sxem tərtib olunaraq “Azəriqaz” İB-nə təqdim edilməsi Sizə tapşırılır.” Baş İdarənin bu məktubunun Şahbazov üçün əhəmiyyəti olmadığından cənab Emin Abbasov 27 mart 2014-cü il tarixində yenidən Təmir Tikinti İdarəsinin rəisi R.Nağıyevə, “Azəriqaz” İB-nin Texniki nəzarət şöbəsinin rəisinə, bizə və Suraxanı QİS-nin rəisi H.Şahbazova rəsmi müraciət edərək “göstərilən ünvanda mənzilin eyvanından keçən qaz xətti kəmərinin yerinin dəyişdirilməsi ilə bağlı sənədlər müqavilənin bağlanması üçün Sizə göndərilir. Müqavilə bağlandıqdan və ödəniş olduqdan sonra işlərin 10 gün müddətinə yerinə yetirilməsi və icrası barədə “Azəriqaz” İB-nə yazılı məlumat verilsin.Suraxanı QİS-nə tapşırılır ki, qeyd olunan işlərin görülməsində müvafiq texniki köməklik göstərsin.” Məktubun qoşmasında tələb olunan materiallar və digər xərclər barədə arayış, sxem 1-ci ünvana göndərilsin qeyd edilib. Çox təəssüflər olsun ki, Suraxanı Qİİ-nin rəisi “Azəriqaz” İB-nin rəsmi göstərişlərinə əməl etməkdən( texniki köməklik göstərilməsi nəzərdə tutulur) bilərəkdən boyun qaçırmış. Və imkan verməmişdir ki, “Azəriqaz” İB-nin Təmir Tikinti İdarəsinin rəisi R.Nağıyevlə rəsmi müqavilə bağlayıb qanunamüvafiq ödəniş edim. Şahbazov H. məndən əvvəl verdiyi “Azəriqaz” İB-nin bank rekvizitləri yazılmış vərəqdə əllə yazdığı 1174 manatın ödənilməsindən sonra işlərə başlanacağını bildirdi.

İmkan vermədi ki, müqavilə ilə tanış olum. O “cəngəllik qanunları”nı tətbiq edir və heç bir rəsmi müqavilə bağlamadan iş görüləcəyini bildirmişdir. Əks təqdirdə mənzilin eyvanının sökülməsi məsləsini qaldıracağı ilə hədələmişdir. Budur, 24 aprel 2014-cü il tarixli Suraxanı Qİİ-rəisi mənə Xəbərdarıq məktubu göndərərk guya “eyvanımda olan qaz xəttinə texniki xidmət göstərmək mümkün olmadığından potensial təhlükə mənbəyi ola bilər. Gələcəkdə insan tələfatının qarşısının alınması üçün Sizdən tələb edirik ki, 5 gün ərzində qanunsuz tikilini ləğv edəsiniz. Əks təqdirdə Sizə məxsus qanunsuz tikilinin sökülməsi ilə bağlı məhkəməyə müraciət ediləcəkdir.” Bəli, hər şey aydındır. Şahbazova istədiyi 1174 manatı vermədiyimə görə o hətta baş idarəsi hesab olunan “Azəriqaz” İB-nin məslənin sivil qaydada qanuni formada həll edilməsi üçün yazdıqları 13.02 2014 və 27.03.2014-cü il tarixli rəsmi məktublarını qəsdən vecinə almamış və eyvanımın sökülməsi məsələsini qaldırmaqla mənim bir abonent kimi hüquqlarımı kobud formada pozmuşdur. Məlumat üçün qeyd edim ki, mən bu mənzili 40 il əvvəl almışam və eyvan da o vaxtdan o formada olub. Niyə bu günə qədər Şahbazov bu məsləyə biganə qalmışdır? Niyə mənim mənzilimin əks tərəfində yerləşən binalarda da eyni vəziyyət olduğu halda o abonentlərə güldən ağır söz deyilmir? Və ya niyə H. Şahbazov insanlar arasında ayrısekçiliyə yol verir?
Mən digər qaz idarəsi işçilərindən də öyrənmişəm ki, qaz xəttinin yerinin dəyişdirilməsi işi maksimum 500 manata görülür. Və mən də dəfələrlə bu 500 manatı verməyə hazır olduğumu bəyan etmişəm.

Mən məsələnin motivini araşdırdım. Aydın oldu ki, Suraxanı Qİİ-nin rəisi Şahbazov Hacının heç ali təhsili yoxdur. O ixtisasca orta təhsilli mal həkimidir. Və neft-qaz məslələrindən heç vaxt elementar anlayışı olmayıb. Amma bu adam “Azəriqaz” İB-nin rəisi Hacıyev Əkbərlə qohum olduğu üçün birbaşa rəis vəzifəsinə təyin olunub. Onun kobud və qaba adam olduğunu çoxu bilir. “Azəriqaz” rəisinin qohumu olduğu üçün hətta baş idarənin göründüyü kimi rəsmi göstərişlərinə əməl etmir. Nəticədə bizi kimi Qarabağ qaziləri əziyyət çəkirik. H.Şahbazovun məndən təkidlə “Azəriqaz” İB-nin bank hesabına heç bir əsas (müqavilə) göstərilmədən 1174 manat vəsaiti köçürməyimi tələb etməsi ciddi qanun pozuntusudur. Yəni qohumunun baş idarəsinə məhz pulun ödənilməsini tələb etməsi çox mətləblərdən xəbər verir. Və inanıram ki, hüquq mühafizə orqanları tezliklə bu variantı araşdıracaqlar.

Mən, “Azəriqaz” İB-nin rəisi Ə.Hacıyevdən tələb edirəm ki, 27 .03.2014-cü il tarixdə İB-nin Baş direktorunun əsaslı tikinti üzrə müavini Elman Abbasovun rəsmi məktubunda qoşma hissəsində qeyd olunan “tələb olunan materiallar və digər xərclər barədə arayış rəsmən və müqavilə rəsmən mənə də 5 gün təqdim edilsin. Əks təqdirdə “Azəriqaz” İB-nin rəisi Əkbər Hacıyevin 1993-cü ildə Sankt-Peterburq İnşaat Mühəndislər İnstitunda 4 il müddətində(?) aldığı diplomun nəyə görə bu günə kimi Təhsil Nazirliyinin Ekspert Komisssiyasına təqdim edərək Azərbaycan ərazisində istifadə olunması üçün hüquqi status almamasının səbəblərini açıqlayacağam.

Əkbər Hacıyevdən digər xahişim ondan ibarətdir ki, təcili olaraq mal həkimi ixtisaslı Suraxanı Qİİ-i rəisini digər intellektual və elementar qaz terminlərindən anlayışı olan digəri ilə əvəz etsin. Və mənimlə müqavilə əsasında eyvanımda olan qaz xəttinin dəyişdiliməsi barədə idarə rəisinin 23 mart 2014-cü il tarixli rəsmi məktubu icrata yönəldilməsi barədə göstəriş versin. Əvvəlcədən minnətdarlığımı bildirirəm".
Hörmətlə,
I Qarabağ Müharibəsu veteranı Y.M.Şərifov (Tarix- 11 fevral 2015-ci il)
Yazıda adı keçən şəxslərin də mövqeyini dinləməyə hazırıq.


Qarabağ veteranını narazı salan “Azəriqaz” işçisi kimdir
Qarabağ veteranını narazı salan “Azəriqaz” işçisi kimdir
Qarabağ veteranını narazı salan “Azəriqaz” işçisi kimdir
Qarabağ veteranını narazı salan “Azəriqaz” işçisi kimdir









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:02
Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Bu gün, 09:53
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının CƏZASI BƏLLİ OLDU
Bu gün, 09:51
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru