Ümumrusiya Azərbaycanlılar Konqressinin Murmansk Vilayəti İctimai Palatasının üzvü , Regional Bölmənin rəhbəri Afil Qurban oğlu Hüseynov və qurum üzvləri Moderator.az vasitəsilə Rusiya azərbaycanlılarına müraciət ünvanlayıblar.
Müraciətdə deyilir:
Mətbuatdan məlum olduğu kimi FNKA AzərRos-un rəsmi saytında Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi haqda böhtan xarakterli məzmunsuz yazı dərc edib. Sayt Ağsaqqallar Şurasının keçmiş sədri Abbas Abbasovun nataraz, neç nəyə əsaslanmayan növbəti yazısı RF-nin hər yerində olduğu kimi, Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk Regional Bölməsi üzvlərinin də hiddətinə səbəb olub. Biz sual vermək istəyirik: "Abbas müəllim, bilmirsinizmi ki, uzun illər Azərbaycan hakimiyyətində çalışan bir şəxs dəfələrdir ki, şər-böhtan xarakterli məlumatlar verir, bizləri çaşdırmağa çalışır, yolumuzdan azdırmağa sövq edir. Lakin indiki diasporada formalaşan insanlar müasir dünyagörüşə sahibdir, hər bir siyasi fikirdən baş çıxarır və qəti məqsədləri budur: yalnız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləmək və Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk Regional Bölməsinin üzvləri bu fikirdədirlər. İndiki adamları şəxsi ambisiyalara və oyunlara uyan Abbas Abbasov kimilərı qəbul edə bilmir. O, başdan - ayağa problemdir, həmişə münaqişə yaradır. Diaspor rəhbərlərinə hədə-qorxu gəlir, təki iyrənc məqsədinə nail olsun. O, həmişə belə olub - diaspor rəhbərlərini dialoqa çağırıb, qanuna, həmrəyliyə çağırmayıb. Amma Azərbaycan hökuməti, həm də özümüz Rusiyanı özümüzə dost, qardaş sayırıq. Amma, Abbas müəllimin bütün işləri bizim diasporaya yaraşmayan və düşmənlərimizin dəyirmanına su tökməkdən ibarətdir. O, bizdən alət kimi istifadə edə bilməyəcək, biz onun cibində olmayacağıq.
Onun bu işləri bizi bezdirir, təngə gətirir. O, Rusiyada həmvətənlərimiz arasında yaşanan və yaradılan birliyi, yerlərdə diaspor hərəkatını dağıtmaq istəyir. Axı, biz də əziyyət çəkmişik, ictimai təşkilat yaratmışıq, insanları cəlb etmişik. Hamı biri - biriylə həmrəydir.
Psevdanim jurnalistlərə də inanmırlar. Yazılanlar həqiqətə uyğun gəlməlidir. Əsl yurnalist öz adı ilə yazar, daha "Abbasovun jurnalistləri" kimi yox! Ən azından ona görə ki, vicdanı itirməməməkdən ötrü!!!
Qeyd edək ki, Polad Bülbüloğlu Azərbaycan musiqisində nüfuzlu və sayılan adamlardan biridir. Bızım Rusiyadakı səfirimizdir. Milli mədəniyyətinə böyük töhfələr verib. Mədəniyyətimizə həyat verən və tanınan musiqiçi, tanınmış siyasi xadimdir. Orta və yaşlı nəslin nümyəndəsi çətin tapılar ki, onun nəğmələri ilə böyüməsin. Bütün xalqların insanları ona layiqli dəyərini indı də adı xatırlananda, yaşananda verməyi bacarırlar. Bu, hörmətli Polad müəllımin 70 illiyinə Abbas Abbasovun təbrikidirmi? Abbas müəllim, bu sevgıni azaltmağın heç bir yolu yoxdur. Bəs, sizi!..Polad müəllım Ulu Öndər Heydər Əlıyevin ideyalarını yaşadır, Azərbaycan Prezidenti İlham Əlıiyevin apardığı siyasəti uğurla, layiqincə yerinə yetirir. Bunu biz görürük. Onun da Murmanskda şahidi olduq ki, Səfirin birinci müavini, gənc Qüdsi Osmanov nəyə qadirdir. O, yüksək mədəniyyətə, dərin düşüncəyə malik siyasi əxlaqlı bir insandır. Hər birimizlə dialoqda olub, hökumət danışıqlarını uğurla aparıb və fikirləşmişik ki, nə əcəb sıralarımızda hər bir işdən baş çıxaran təmkinli, savadlı, dünyagörüşlü, savadlı, proqmatik bir insan var. Yalnız bu keyfiyyətlərinə görə ona rəğbət bəsləyirik, inanırıq, etibar edirik. Qüdsi müəllım bizim qayğılarımızla yaşayır. Bəs, siz, Abbas müəllım?
Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk Regional Bölməsinin üzvləri sıralarında on ildən artıq bir vaxda olduğu müddətdə çox işlər həyata keçirib. Milli və dövlət bayramlarımızı qeyd edirik, dövlətimizə, onun gələcəyinə inanırıq. İndi azərbaycanlıları bu sərt soyuqlar diyarında əsl zəhmətkeş, işlək, ictimaiyyətçi kimi tanıyırlar. Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk Regional Bölməsinin rəhbəri Afil Qurban oğlu Hüseynov təkcə rəhbər və Vilayət İctimai Palatasının üzvü kimi yox, bizim birimiz kimi vaxtın müddətindən asılı olmayaraq hər an qulluğumuzdadır.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk Regional Bölməsinin mətbuat və informasiya, ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri, Azərbaycan və Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü Əlihüseyn Şükürov bu xəbərində qeyd edir ki, Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk Regional Bölməsinin üzvləri heç də digər bir təşkilatın işlərinə qarışmaq və ya müdaxilə etmək fikrində deyil. Amma, baş verən olaylar bizi həddən artıq hiddətləndirir. Abbas Abbasov kimilərin bu artıq hərəkətləri ilk növbədə bizim illərlə əldə etdiyimiz, qurduğumuz dostluq münasibətlərinə və bu münasibətlərin möhkəmlənməsinə hesablanmış fəaliyyəti silmək istəyir. Bu da mümkün olmayacaq. Bizim yolumuz müdriklərin və amalı, ürəyi Azərbaycanla döyünən insanlarla, xalqlarla birgədir.









