Gədəbəy sakini Ramiz Rzayevə müraciət etdi - ŞİKAYƏT
Tarix: 15-01-2015, 14:49 | Çap et
 Azərbaycanın məhkəmə sistemində aparılan islahatlara baxmayaraq, vətəndaşların süründürməçiliyə salınması prosesi hələ də davam edir. Əksər məhkəmələrdə bu problem aradan qaldırılsa da, bəzi hakimlər əvvəlki əməllərindən əl çəkmir. Nəticədə, vətəndaşların hüquqları pozulur. Redaksiyamıza müraciət edən Gədəbəy rayonunun Arıxdam kənd sakini Məmmədov Məhərrəm Kərim oğlu da hüquqlarının məhkəmələr tərəfindən pozulduğunu bildirir. Sonda Ali Məhkəmənin sədri Ramiz Rzayevə və “Təzadlar” qəzetinə üz tutan M.Məmmədov bildirir ki, o vaxtilə Gədəbəy rayonundakı 5 saylı Körpü Tikinti İdarəsində işləyib. Həmin idarənin göstərişi və Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı ilə Ağdamdan Şınıx bölgəsinin cəbhə xəttinə silah-sursat dasıyarkən avtomobil qəzasına düşüb və 60 faiz sağlamlığını itirib: “Qəzadan sonra 5 saylı Körpü Tikinti İdarəsinin verdiyi xəsarət aktına əsasən, sağlamlığımı itirdiyim üçün əmək xəsarətinə görə 3 il doqquz ay idarə tərəfindən mənə kompensasiya ödənilib. Eyni zamanda iş yoldaşlarımın şahidliyi ilə sübuta yetirilib ki, mən Ağdam rayonundan Gədəbəy rayonunun Şınıx bölgəsinə və Başkəndə silah-sursat gətirərkən Gədəbəy rayonunun Qaradağ ərazisində avtomobil qəzasına düşərək, 60 faiz sağlamlığımı itirmişəm. İndi vaxtilə mənə verilən aktı “Gəncə Körpü Tikinti-2” ASC-nin nümayəndəsi Tomiyev İsaq Səməd oğlu iddia qaldırıb ki, həmin akt etibarsız sayılsın. Sual olunur, əgər 22 il əvvəl tərtib olunaraq idarə tərəfindən mənə verilən akt saxta idisə, nə üçün mənə 3 il doqquz ay kompensasiya ödənilib? Hazırda “Gəncə Körpü Tikinti-2” ASC-nin nümayəndəsi Tomiyev İsaq Səməd oğlu Ali Məhkəmənin kollegiyasına kassasiya şikayəti verib ki, mənə idarə tərəfindən verilən akt məhkəmə tərəfindən ləğv edilsin. Gəncə Şəhər Apellyasiya Məhkəməsinin hakimi Zərbəli Zərbəliyev apellyasiya şikayətimə əsasən Gədəbəy Rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovun mənə qarşı çıxartdığı ədalətsiz qərarı ləğv edib. Ancaq buna baxmayaraq, “Gəncə Körpü Tikinti-2” ASC-nin nümayəndəsi İ.Tomiyev mənə hədə-qorxu gələrək bildirir ki, guya onun işlədiyi ASC-nin sədr müavini Aqibət Məmmədov Baş prokuror Zakir Qaralovun qohumudur, ona görə də yuxarı təşkilatlara şikayət vermə. Möhtərəm Ramiz müəllim! Əgər kimlərinsə yüksək vəzifələrdə qohumu varsa, o zaman olmayanlar nə etsinlər? Odur ki, sizdən xahiş edirəm, “Gəncə Körpü Tikinti-2” ASC-nin nümayəndəsi Tomiyev İsaq Səməd oğlu tərəfindən Ali Məhkəmənin Məhkəmə Kollegiyasına verilən kassasiya şikayətinə baxılarkən ədalətli qərar çıxarılmasına nəzarət edilsin. Onu da qeyd edim ki, Ali Məhkəmənin hakimi İlqar Dəmirovun icraatında olan kassasiya şikayətinə (iş nömrəsi: 2(102)-431/15) 12 fevral 2015-ci il tarixdə baxılacaq”. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:03 |
|
|
|
| • Fərid Əhmədov onu rəis təyin etdi - Foto
Bu gün, 11:00 |
|
|
|
| • "Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." - ETİRAZ VAR...
Bu gün, 10:52 |
|
|
|
| • Ermənilər ruslardan niyə döndü? - Ruslar ermənilərdən nə istəyir?
Bu gün, 10:36 |
|
|
|
| • “İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
Bu gün, 10:14 |
|
|
|
| • 2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? - NARAZILIQ VAR...
Bu gün, 10:11 |
|
|
|
| • Təhsil eksperti ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:53 |
|
|
|
| • "44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL
Bu gün, 09:50 |
|
|
|
| • Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı - FOTO
Bu gün, 09:47 |
|
|
|
| • İkiüzlü siyasət və... - Brüssel "simvolik jestlər" yolu seçib
Bu gün, 09:35 |
|
|
|
| • Normadan artıq yağış... TƏKCƏ BAKININ DƏRDİ DEYİL...
Bu gün, 09:31 |
|
|
|
| • Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... - BU NECƏ OLUR AXI...
Bu gün, 09:27 |
|
|
|
| • Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15 |
|
|
|
| • Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11 |
|
|
|
| • "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06 |
|
|
|
| • Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03 |
|
|
|
| • "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00 |
|
|
|
| • Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58 |
|
|
|
| • Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50 |
|
|
|
| • Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48 |
|
|
|
| • AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37 |
|
|
|
| • Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25 |
|
|
|
| • Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13 |
|
|
|
| • Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04 |
|
|
|
| • Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40 |
|
|
|
| • İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33 |
|
|
|
| • Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30 |
|
|
|
| • Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16 |
|
|
|
| • “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00 |
|
|
|
| • Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56 |
|
|
|
| • KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43 |
|
|
|
| • Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41 |
|
|
|
| • ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38 |
|
|
|
| • "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36 |
|
|
|
| • Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33 |
|
|
|
| • AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31 |
|
|
|
| • 18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29 |
|
|
|
| • Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27 |
|
|
|
| • Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23 |
|
|
|
| • Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20 |
|
|
|
| • Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14 |
|
|
|
| • Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14 |
|
|
|
| • BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53 |
|
|
|
| • İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44 |
|
|
|
| • "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30 |
|
|
|
| • ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26 |
|
|
|
| • Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19 |
|
|
|
| • ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17 |
|
|
|
| • Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12 |
|
|
|
|