"Azərkimya"nın rəhbəri dövlət əmlakını özününkü bilir... - İttiham var...
Tarix: 14-01-2015, 12:01 | Çap et
 Qəzetimizin ötən saylarından birində ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyində (İB) yaşanan qanun pozuntuları, o cümlədən işçilərin maaşlarının gecikdirilməsi, əmək qanunvericiliyinin tələblərinə riayət edilməməsi və işçilərin iş şəraitindən artıq işlədilməsi barədə geniş yazı dərc etmişdik. Qeyd edək ki, yazı böyük səs-küyə səbəb olub. Belə ki, həmin məqalədən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmiləri İstehsalat Birliyində hökm sürən qanunsuzluqlara öz münasibətlərini bildiriblər. Bundan əl-ayağa düşən birlik rəsmiləri isə redaksiyamızla əlaqə saxlayaraq işçilərin maaşlarının gecikdirilməsi və digər qanunsuz halların olmadığını bildirdilər. Təbii ki, onların cavabı belə də olmadı idi. Ona görə ki, hələ bu günə qədər heç bir dövlət qurumunun məsul işçisi çalışdığı müəssisədə mövcud olan xoşagəlməz halları təsdiq etməyib. Sanki onlar aydan arı sudan durudur. "Azərikimya" İstehsalat Birliyinin yetkili şəxsləri həmçinin qəzetimizin elektron ünvanına məktub da göndərib. Məktubda bildirilir ki, 2009-cu ildə, yəni birlik ARDNŞ-in struktur tərkibinə verilməmişdən öncə işçilərin əməkhaqları orta hesabla 204 manat təşkil edirdisə, hazırda bu rəqəm (2014-cü il üçün) 623 manat təşkil edir ki, bu da müqayısədə 3 dəfədən də çox artım deməkdir. Bu 5 ilə yaxın bir müddət ərzində bir ay da olsun maaşların ödənilməsində gecikmə halı müşahidə olunmamış, hər növbəti ayın 10-da vəzifəsindan asılı olmayaraq hamı bir nəfər kimi maaşını almışdır. Bütün işçilərlə əmək müqaviləsi bağlanılmış, işçilər əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə davamlı olaraq təlimatlandırılırlar. Biz qarşı tərəfin mövqeyinə hörmətlə yanaşırıq. Amma məsələ burasındadır ki, Sumqayıtın deputatı hörmətli Muxtar Babayevin rəhbərliyi altında fəaliyyət göstərən "Azərikimya" İstehsalat Birliyində kifayət qədər neqativ hal var. Sadəcə, birlikdə təmsil olunan vəzifəli şəxslər hansısa maraqlarının qarşılığında həmin qüsurları görməzdən gəlirlər. Apardığımız araşdırmalar nəticəsində sözügedən qurumda hökm sürən qanunsuzluqlarla bağlı yeni məlumatlar əldə etmişik. "Azərikimya"dakı mənbələrimizdən əldə etdiyimiz məlumatlara görə, Muxtar Babayev istehsalat birliyinin ərazisini qanunsuz şəkildə "Baku Steel Company" MMC-yə icarəyə verib: "Qurumda baş verən struktur dəyişikliyindən sonra bəzi zavodlar fəaliyyətini dayandırdı. Həmin zavodların yerləşdiyi ərazilər isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansına verildi. Bundan başqa, "Azərikimya"nın balansında qalan bəzi torpaq sahələrində isə özbaşına işlər görülür. Belə ki, Muxtar müəllim həm deputat səlahiyyətlərindən, həm də qurumdakı rəhbər vəzifəsinin verdiyi arxayınlıqdan istifadə edərək dövlət qurumunun ərazisini MMC-yə icarəyə verib. Dövlət Neft Şirkətinin rəsmiləri bu faktı araşdırsalar, deyilənlərin yalan olmadığını görərlər. Dövlət müəssisəsinin balansındakı torpaq sahəsinin özəl şirkətə icarəyə verilməsi qanunlara ziddir. Çünki qeyd olunan ərazi qurumda struktur dəyişikliyi baş verəndən sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansına verilməli idi. Amma millət vəkili Muxtar Babayev hansısa yollara baş vurandan sonra bu prosesin qarşısını aldı". Mənbənin məlumatında o da bildirilir ki, ümumiyyətlə, birliyin direktorunun "Azərikimya"ya rəhbərliyi ürəkaçan səviyyədə deyil: "İstehsalat Birliyində köhnə problemlərin yetərli hissəsi hələ də həll olunmamış qalır. Təəssüf ki, Muxtar müəllim köhnə rəhbərliyin yol verdiyi nöqsanları aradan qaldıra bilmir. Bəlkə də özü bilərəkdən aradan qaldırmaq istəmir. Bu adam iş fəaliyyətindən daha çox biznes layihələri ilə gündəmə gəlir. Deyilənə görə, onun Sumqayıt və Bakıda saysız-hesabsız ticarət obyektləri, mənzilləri, villaları, habelə turizm rayonlarında istirahət mərkəzləri var. Muxtar Babayev nə millət vəkili, nə də birlik direktoru kimi özünü doğrulda bilir. Onun seçicilərinə qarşı göstərdiyi laqeyd münasibətlə bağlı mətbuatda dəfələrlə tənqidlər eşidilib. Bundan başqa, parlament jurnalistlərinin bir çoxu onun fəaliyyətsiz deputat olması barədə fikirlər səsləndiriblər. Bir sözlə, Muxtar müəllim dövlətin iri sənaye müəssisələrindən hesab edilən "Azərikimya"nı qabağa apara bilmir. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə kimya sənayesində inkişaf ləng gedir". Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini öyrənməyə çalışsaq da, birlikdən bizə Muxtar Babayevin məzuniyyətdə olduğunu bildirdilər. Buna baxmayaraq, birlik direktorunun da cavab haqqını tanıyırıq. Yəqin ki, ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev yazdıqlarımızı cavabsız qoymayacaq. \\ gundelik-baku.com \\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
Bu gün, 10:14 |
|
|
|
| • 2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? - NARAZILIQ VAR...
Bu gün, 10:11 |
|
|
|
| • Təhsil eksperti ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:53 |
|
|
|
| • "44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL
Bu gün, 09:50 |
|
|
|
| • Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı - FOTO
Bu gün, 09:47 |
|
|
|
| • İkiüzlü siyasət və... - Brüssel "simvolik jestlər" yolu seçib
Bu gün, 09:35 |
|
|
|
| • Normadan artıq yağış... TƏKCƏ BAKININ DƏRDİ DEYİL...
Bu gün, 09:31 |
|
|
|
| • Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... - BU NECƏ OLUR AXI...
Bu gün, 09:27 |
|
|
|
| • Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15 |
|
|
|
| • Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11 |
|
|
|
| • "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06 |
|
|
|
| • Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03 |
|
|
|
| • "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00 |
|
|
|
| • Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58 |
|
|
|
| • Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50 |
|
|
|
| • Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48 |
|
|
|
| • AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37 |
|
|
|
| • Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25 |
|
|
|
| • Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13 |
|
|
|
| • Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04 |
|
|
|
| • Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40 |
|
|
|
| • İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33 |
|
|
|
| • Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30 |
|
|
|
| • Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16 |
|
|
|
| • “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00 |
|
|
|
| • Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56 |
|
|
|
| • KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43 |
|
|
|
| • Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41 |
|
|
|
| • ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38 |
|
|
|
| • "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36 |
|
|
|
| • Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33 |
|
|
|
| • AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31 |
|
|
|
| • 18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29 |
|
|
|
| • Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27 |
|
|
|
| • Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23 |
|
|
|
| • Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20 |
|
|
|
| • Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14 |
|
|
|
| • Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14 |
|
|
|
| • BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53 |
|
|
|
| • İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44 |
|
|
|
| • "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30 |
|
|
|
| • ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26 |
|
|
|
| • Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19 |
|
|
|
| • ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17 |
|
|
|
| • Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12 |
|
|
|
| • Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09 |
|
|
|
| • 3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59 |
|
|
|
| • “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53 |
|
|
|
| • “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41 |
|
|
|
|