Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

Dağlıq Qarabağ: 2014-cü ilin hesabatı yayıldı
Tarix: 25-12-2014, 14:20 | Çap et
Dağlıq Qarabağ: 2014-cü ilin hesabatı yayıldı
Siyasi analitik Elxan Şahinoğlunun rəhbərlik etdiyi “Atlas” Araşdırmalar Mərkəzi “Dağlıq Qarabağ: 2014-cü ilin yekunları” adlı hesabat yayıb. “Media forum” saytı xəbər verir ki, “Atəşkəsi kim və niyə pozur?” bölümündə 2014-cü ilin yanvar ayının olaylarına toxunulur: “Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan yanvarın 24-ü Parisdə bir araya gəldilər. Görüş ərəfəsində cəbhə bölgəsində vəziyyət gərgin idi, atəşkəs intensiv şəkildə pozulurdu. Atəşkəsin pozulmasına görə Azərbaycan Ermənistanı, Ermənistan isə Azərbaycanı ittiham edirdi.

Azərbaycan ordusu Dağlıq Qarabağda hər hansı uğurlu əməliyyat keçirərək qarşı tərəfi itkiyə məruz qoyur və ya hər hansı coğrafi yüksəkliyi ələ keçirirsə, bir neçə gün sonra Ermənistan fərqli məkanda cavab aksiyası həyata keçirməyə çalışırdı. Məsələn, yanvar ayında atəşkəsin pozulması nəticəsində Dağlıq Qarabağda bir erməni zabiti öldürüldü, bir neçə gün sonra Azərbaycan zabiti Tovuz istiqamətində həlak oldu. Və ya əksinə. Ermənistan hansısa istiqamətdə atəşkəsi pozaraq üstünlüyünü göstərməyə çalışırdısa, qısa müddətdən sonra Azərbaycan tərəfi əks-həmlə ilə yenidən paritet saxlayırdı.

Dağlıq Qarabağda pozulan atəşkəs Qarabağdan uzaq ərazidə, Ermənistan-Azərbaycan sərhədi boyunca da özünü göstərir. Bu isə o deməkdir ki, Dağlıq Qarabağda başlaya biləcək müharibə başqa ərazilərə də keçə bilər.

Yanvar ayında cəbhə bölgəsində vəziyyətin gərginləşməsi Azərbaycanla Ermənistan arasında informasiya və kiber müharibəsini də gücləndirdi. Saytlara yenə qarşılıqlı haker hücumları qeydə alındı”.

“Atlas”ın hesabatının “Soçi olimpiadasından sonrakı dövr” bölümündə Minsk qrupu həmsədrlərinin ilin əvvəlində bölgəyə növbəti səfərinə nəzər salınır: “Azərbaycan və Ermənistan prezidentləri Soçi olimpiadası müddətində atəşkəsə riayət edəcəklərini vəd etdilər. Bu, ən vacib nəticə idi. Olimpiadanın başlamasına bir neçə gün qalmış atəşkəsin pozulmasının intensivliyinin azalması (gündəlik 200-250 pozuntudan 40-50 pozuntuya qədər endi) tərəflərin bu vədə sadiq qalacaqlarına işarə idi.

Həmsədrlərin bölgəyə səfərlərinin bir başqa məqsədi prezidentlərin həmin aylarda görüşlərini hazırlamaq idi. Ancaq məlum oldu ki, Azərbaycan və Ermənistan prezidentləri görüşə tələsmirlər. Bu səbəbdən həmsədrlər görüşlə bağlı konkret tarix müəyyənləşdirə bilmədilər. Prezidentlərin görüşməməsi həm də ondan xəbər verirdi ki, masa üzərində danışıqları irəli aparmaq üçün məzmunlu təkliflər yoxdur”.

Hesabatda Azərbaycana və Ermənistana rəsmi səfər edən Fransa prezidenti Fransua Olandın prezidentlərin növbəti görüşünün Parisdə keçirilməsini təklif etdiyi xatırladılır: “Fransa bu təklifi irəli sürməklə iki məqsəd güdürdü. Birinci məqsəd münaqişənin həllində Fransanın fəallaşmasını təmin etməkdir. Çünki Paris son illər bütün görüşlərin Rusiya ərazisində keçirilməsindən narahatdır. Fransa isə Cənubi Qafqazda fəallığını artırmaq istəyir. Rusiya ilə Gürcüstan arasında 2008-ci ildəki müharibənin dayandırılmasında da Fransanın prezidenti Nikola Sarkozi vasitəçi olmuşdu.

Fransanın ikinci məqsədi Cənubi Qafqazda ABŞ-dan geri qalmamaqdır. ABŞ prezidenti Barak Obama Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmir, Vaşinqtonun yeni təşəbbüsləri yoxdur. Və belə bir məqamda Fransua Olandın Azərbaycan və Ermənistan prezidentlərini Parisə dəvət etməsi münaqişənin həlli prosesində Fransanı ABŞ-dan irəli çıxarmış kimi göstərəcəkdi”.

“Atlas” onu da vurğulayır ki, avqustun əvvəlində Dağlıq Qarabağda atəşkəs intensiv şəkildə pozulduqda və hər iki tərəf itki verdikdən sonra ən vacib iki sual meydana çıxdı: atəşkəsin pozulmasında hansı tərəf daha çox maraqlıdır və bu müharibəyə gətirib çıxara bilərmi? Hesabatın bu hissəsində qeyd olunur ki, rəsmi Bakı Dağlıq Qarabağla bağlı mövcud status-kvonun dəyişməsini istəyir: “Məhz bu səbəbdən prezident İlham Əliyev tənbəlləşən müdafiə naziri Səfər Əbiyevi Zakir Həsənovla əvəz etdi. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra orduda bəzi islahatlara başladı, Silahlı Qüvvələrin təlimləri artdı, hərbçilərin ərzaq təminatı yaxşılaşdı, orduda inzibati işlərə mülki şəxslər cəlb edildi. Zakir Həsənov cəbhə bölgəsində işğalçılara Azərbaycan ordusunun gücünü göstərməyə həvəsləndi. Təsadüfi deyil ki, cəbhə bölgəsində mövqe döyüşləri artdı.

Bu vəziyyət Ermənistanı narahat etməyə başladı. Ermənistanın siyasi və hərbi elitası anladı ki, cəbhə bölgəsində mövqe üstünlüyü Azərbaycanın tərəfinə keçə bilər. Ona görə də İrəvan sonda Azərbaycana güc nümayişi göstərməyə qərar verdi. İrəvanın diversiyada məqsədi cəbhə bölgəsində hərbi balansın Azərbaycanın xeyrinə pozulmayacağını Bakıya izah etmək idi. Başqa sözlə, Yerevan Bakını qorxutmaq istəyirdi ki, Azərbaycan gələcək hərbi hücum planlarından əl çəksin. Ancaq bu diversiya aksiyası əks effekt verdi. Azərbaycan cəmiyyətində müharibə ritorikası artdı, əhali prezidentin qəti qərar verməsini istədi. Prezident İlham Əliyev isə cəmiyyətdə mövcud olan ab-havadan çıxış edərək Ağdama getdi, müharibənin başlana biləcəyinə eyham vurdu.

Bu arada Rusiya prezidenti Vladimir Putin nədən qəfil Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə qərar verdi. Ancaq Soçi görüşü nəticə vermədi, sadəcə tərəfləri sakitləşdirdi”.

Hesabatda deyilir ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində təxminən 7 ildir davam edən təkbaşına vasitəçilik missiyası başa çatıb: “Prosesə yenidən Fransa qoşuldu. Azərbaycan və Ermənistan prezidentləri oktyabrın sonunda Parisdə bir araya gəldilər. Bu, Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində 3-cü vasitəçilik cəhdi idi. Bundan əvvəl 1999 və 2006-cı illərdə Fransa ərazisində görüşlər təşkil olunmuş və nəticəsiz qalmışdı. Bu görüş də faktiki nəticəsiz qaldı.

Azərbaycan ordusu 12 noyabrda Qarabağ səmasında Ermənistana məxsus hərbi helikopteri vurdu, 3 erməni hərbçisi həlak oldu. Bu, Azərbaycanla Ermənistan arasında 1994-cü ildə imzalanan atəşkəs sazişindən sonra ilk ciddi insident idi.

Əslində bölgədəki indiki gərgin şəraitdə belə bir hadisənin baş verəcəyini proqnozlaşdırmaq mümkün idi. Çünki Ermənistanın hərbi helikopterləri ilk dəfə deyildi Dağlıq Qarabağ ərazisini keçərək işğal altındakı Ağdam rayonu üzərində uçuşlar həyata keçirirdi. Ermənistanın mütəmadi olaraq Dağlıq Qarabağda həyata keçirdiyi hərbi təlimlər rəsmi Bakını adekvat addımlar atmağa məcbur edirdi”.

Analizdə qeyd edilir ki, 2014-cü ildə Dağlıq Qarabağla bağlı əsas yadda qalan hadisələr bunlar olub:

- 20 yanvar tarixindən başlayaraq atəşkəsin intensiv pozulması;

- Soçi olimpiadası dövründə nisbi sakitliyin yaranması;

- atəşkəs sazişinin imzalanmasının 20 illiyi;

- həmsədrlərin Sərsəng su anbarının birgə işlədilməsina dair təklifləri;

- amerikalı həmsədr Ceyms Uorlikin 6 bəndlik təklifi (6 təklif);

- Fransa prezidenti Fransua Olandın Azərbaycan və Ermənistana səfəri;

- avqustun əvvəllərində atəşkəsin intensiv pozulması və tərəflərin çoxsaylı itkiləri;

- prezidentlərin Soçi görüşü;

- prezidentlərin Paris görüşü;

- erməni helikopterinin vurulması.

Sonda deyilir ki, 2015-ci ildə Dağlıq Qarabağ danışıqlarında irəliləyiş gözləmək əbəsdir: “İyun ayında Bakıda Avropa Oyunları keçiriləcək. Ona görə rəsmi Bakı bu tarixə qədər cəbhə bölgəsində atəşkəsin pozulmamasına çalışacaq. Digər tərəfdən Ukraynadakı böhran və Qərb-Rusiya qarşıdurması Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir edir. Çünki ABŞ və Fransa Rusiyanın bu məsələdə aparıcı rol oynamasını istəməzlər. Eləcə də Moskva Paris və ya Vaşinqtonun vasitəçilik təşəbbüslərinə dəstək verməyəcək. 2015-ci ildə yeganə yenilik Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-da görüşünün təşkil edilməsi ola bilər. Çünki Rusiya və Fransa ərazisində görüşlər olub, növbə ABŞ-ındır. Vaşinqton görüşü soyuqlaşan ABŞ-Azərbaycan münasibətlərinə də müsbət təsir edərdi”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Dünən, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Dünən, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Dünən, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Dünən, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Dünən, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Dünən, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Dünən, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Dünən, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Dünən, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Dünən, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Dünən, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Dünən, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Dünən, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Dünən, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Dünən, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru