
İraq və Suriya ərazilərinin bir hissəsini ələ keçirib “İslam Dövləti” (İŞİD) quran başkəsənlər ordusunun dünya üçün əsas təhdidə çevrildiyi bir vaxtda beynəlxalq medianın səhifələrində yeni, eyni zamanda iyrənc anlayış meydana çıxdı-seks cihadı.
Belə məlum olurdu ki, misilsiz qəddarlıqları, “Allahu-Əkbər” bağıraraq müsəlmanların başını kəsmələri, törətdikləri iyrənc vəhşiliklərlə İslam dininə böyük zərbə vurmaları ilə məşhurlaşan İŞİD-çilərə intim xidmət göstərmək də elə cihadın bir növüdür.
Hazırda İŞİD-in əsir aldıqları qadın və qızları seks kölələri kimi istifadə etdiyi bir vaxtda lenta.ru portalında bu mövzuda maraqlı məqalə dərc edilib. Virtualaz.org həmin məqalənin tərcüməsini oxuculara təqdim edir.
***
Qızlar niyə İŞİD yaraqlılarının yanına seks-cihada gedir
Seks-cihad anlayışı 2013-cü ildə meydana çıxdı və sürətlə populyarlıq qazandı. Onlarla Avropa və şərq ölkələrindən yüzlərlə müsəlman qız Suriya və İraqa, onlara intim xidmət göstərmək və “kafirlərə qarşı mübarizələrinə” dəstək vermək üçün “İslam Dövləti” yaraqlılarının yanına gedir.
Bəzi qızlar məcara axtarmaq üçün öz yerindən-yurdundan olur, digərləri özünə islamçılar arasında ər tapmaq istəyir, üçüncülər isə ola bilsin öz seksual fantaziyalarını həyata keçirmək istəyir. Və onların hər biri əmindir ki, bu cür “seks könüllülüyü” onlara cənnətdə bəribaşdan yer qarantiya edəcək.
2013-cü ildə dünya KİV-ləri 16 yaşlı suriyalı qız Rəvan Qadahın əhvalatını ildırım sürəti ilə yaydı. Onun yaraqlıların tərəfində olan atası qızını islamçılara seks-cihadına göndərmişdi. Qızın sözlərinə görə, onu faktiki olaraq seks-köləsinə çevirmişdilər. Hər gün 5-7 islamçı onunla cinsi əlaqəyə girirdi. Bütün bunlar qəddar zorlamanı xatırladırdı.
“Atam məni duş qəbul etməyi tapşırdı. Mən yuyunanda vanna otağına 50 yaşlarında kişi daxil oldu. Onun əynində ancaq alt paltarları vardı. O, mənim saçlarımdan yapışdı və otağa sürüdü. Mən qışqırdım, ağladım. Atam divarın o üzündə idi və mənim necə əzab çəkdiyimi eşidirdi, ancaq mənə kömək etmək üçün barmağını da tərpətmirdi. Birinci kişi işini bitirməmişdi ki, ikincisi otağa daxil oldu” -Rəvan danışırdı.
O, yaraqlıların əlindən bir neçə ay sonra xilas ola bilib-nəzarət-buraxılış məntəqəsinə qədər qaçıb və orada suriyalı əsgərlərdən kömək istəyib.
Cihad romantikası
2013-cü ildə Səudiyyə Ərəbistanından olan vəhabi imamı Muhammed əl-Arifi sünnüləri Suriyaya seks-cihada və bu yolla Bəşər Əsəd rejiminə qarşı döyüşən yaraqlılara kömək etməyə çağırdı.
Şeyxin dəvətinə (Twitterdə onun 10 milyona yaxın abunəçisi var) bütün dünyadan yüzlərlə qız reaksiya verdi.
Praktiki olaraq elə həmin vaxt seks-cihada maraq Piramidalar ölkəsində də meydana çıxdı. İslamçı prezident Məhəmməd Mursinin devrilməsinə etiraz olaraq başlayan etirazlarda misirlilər “Müsəlman qardaşları”ından soruşurdular ki, onların Mursi tərəfdarlarının toplaşdığı Rabaa əl-Adaviya meydanındakı çadır düşərgəsinə gedib cihad əl-nigaha başlamasının vaxtı çatmayıbmı.
“Müsəlman qardaşları”nın nümayəndəsi bu surğuya cavab olaraq Facebookda yazdı: “Seks-cihad üçün vaxt hələ çatmayıb, ancaq hazır olun”.
Misirli kişilər isə vaxtın hələ çatmadığına dair deyilənləri veclərinə almadılar. İnternetdə ildırım sürəti ilə kifayət qədər zəhərli fikirlər yayıldı ki, bir halda seks-cihad başlayır, o zaman Mursi əleydarlarının toplaşdığı Təhrir meydanına Raba əl-Adaviya meydanına dəyişmək heç də günah sayılmaz.
Budur, bu mesajlardan bir neçəsi:
“Bura şəhər meydanıdır, yoxsa bordel?”
“Siz bizi dinsiz hesab edirsiniz. Ancaq mən and içirəm ki, biz özümüzü sizdən daha abırlı aparırıq”.
Suriyada isə seks-cihad yayılmaqda idi. Əvvəllər islamçılar qadınları “müqəddəs müharibəyə” internet qadın jurnalları vasitəsilə cəlb edirdilər. Orada gözəllikdən bəhs edən məqalələrin arasında yaraqlıların arvadları ilə müsahibələr, “islamçı qadınların seks-gündəliklərindən” seçmələr və vəhabi radikalına necə ərə getmək barədə məsləhətlər yer alırdı.
İndi isə “verbovka” əsasən Skype və sosial şəbəkələr üzərindən aparılır. Yaraqlılar burada qızlarla tanış olur və onlara təklif edirlər ki, “İslam Dövləti” yaraqlılarına ərə getmək üçün Suriyaya gəlsinlər. Suriyanın İŞİD-in nəzarətində olan ərazilərində xüsusi nikah agentlikləri də var.
Həmçinin ekstremistlərin arvadları və bacıları da dünyanın bir çox ölkələrinin universitetlərində belə təbliğat aparırlar. Məsələn, tunisli qızlardan biri etiraf edir ki, İslamı öyrənmək üçün institutda pulsuz kursa gedib. Orada hansısa xarici tələbələrə Suriyaya getməyi və orada “Allahın yolunda şəhid olub cənnətə düşməyi” təbliğ edirdi.
“Mən hiss etdim ki, bunun mənə birbaşa dəxli ar. Bu, ağlasığmaz dərəcədə maraqlı idi, Hollivud filmlərində olduğu kimi” - deyə 32 yaşlı işsiz fransalı qız Klemans deyir.
İlk həyəcan siqnalını Tunisdə çaldılar. 2013-cü ilin sentyabrında ölkənin daxili işlər naziri Lütfi Ben Cedda bəyan etdi ki, yerli qadınlar-qızlar seks-cihadı naminə Suriyaya egdir, orada 20, 30, hətta 100 islamçı ilə cinsi əlaqəyə girir və hamilə qalıb geri dönürlər.
Tunis KİV-ləri xəbər verdilər ki, Suriyanın şimal-qərbində, İdlib şəhərinin yaxınlığındakı seks-düşərgəsində mindən çox qadın yaşayır.
Yerli “Al Mijhar” jurnalında bu başlıqda məqalə çıxdı: “Mənə cənnət vəd etdilər, mən 152 kişi ilə yatdım”.
Seks-cihaddan hamilə qayıdan 21 yaşlı sünni qız danışırdı ki, o, gün ərzində neçə dəfə yaraqlılarla yatağa girməli və onlara intim xidmət göstərməli olurdu.
Buna cavab olaraq qərbli jurnalistlər yazdılar ki, müsəlman seks-könüllüləri barədə əhvalatlar Bəşər Əsədin və Rusiya KİV-lərinin uydurmasıdır, məqsəd islamçıları dünya ictimaiyyətinin gözündən salmaqdır.
“Le Nouvel Observateur” jurnalından Jan-Batist Node yazdı ki, bu əhvalat həqiqətə oxşamaq üçün həddən artıq gözəldir. Amerikalı müxbirlər seks-cihadın mövcud olub-olmadığını dəqiqləşdirmək üçün Raqqa şəhərinə - “İslam Dövləti”nin “paytaxtın” yollandılar. Onlar geri qayıdanda elan etdilər ki, seks-cihada dair heç bir sübut əldə edə bilməyiblər. Ancaq təsdiq edirdilər ki, Tunisdə doğrudan da 12 qız xəbərsiz itkin düşüb.
2013-cü ilin oktyabrında “Der Spiegel” jurnalı “seks-cihad” haqda yazılanların Bəşər Əsədin kampaniyası olduğunu və bununla dünya ictimaiyyətinin diqqətini öz cinayətlərindən yayındırmaq istədiyini yazdı.
Bununla belə KİV-lərə yeni əhvalatlar yayılmaqda idi. “Əl-İraqiyyə” telekanalı ekstremistlərin seks-cihada məcbur etdikləri iki bacının əhvalatına yer verdi. Yaraqlılar evdəki bütün kişiləri öldürəndən sonra bu suriyalı qızları zorlamışdılar.
“Evimizə hücum edən kişilər silahlı idi və bizə tanış olmayan dildə danışırdılar. Biz çox qorxmuşduq. Mən bacımı qorumağa çalışdım, ancaq yaraqlı mənim sifətimdən və qarnımdan zərbə endirdi. Huşumu itirdim. Ancaq bacımın qışqırığına ayıldım, bu vaxt yaraqlılardan biri mənim saçlarımdan yapışdı. Mən eşitdim ki, o, Fars körfəzi ölkələrindən hansısa birinin ləhcəsində danışır. İkincisi ona heç vaxt eşitmədiyim dildə cavab verdi. Mən müqavimət göstərdim, o isə başıma vurdu. Ayılanda hər yerim qan içində idi” - deyə suriyalı qız danışır.
Az sonra Tunis telekanallarından biri yerli cihadçı Əbu Kusaydan intervyü aldı. O, etiraf edirdi ki, seks-cihad heç də mif deyil. Həmin yaraqlının özü belə qızlarla intim əlaqədə olmuşdu. Üstəlik Kusay deyirdi ki, müxtəlif millətlərdən olan qızlar seks könüllüləri kimi Suriyaya gedir.
Seks-müharibəsinin yeni mərhələsi 2014-cü ilin yayında, yaraqlıların Tikrit və Mosulu ələ keçirməsindən sonra başladı. Şəhərlərdə vərəqələr yayılırdı və orada islamçılar ailələri “öz subay qızlarını seks-cihada göndərməyə” çağrılırdı.
Həmin vərəqələrdə deyilirdi: “Qızlar və qadınlar ancaq yaraqlılarla yatağa girsələr, öz günahlarını yuya bilərlər. Bundan imtina edənlər isə Allahın iradəsinin əleyhinə gedir və şəriət qanunlarının bütün sərtliyi ilə cəzalanacaqlar”.
Daha sonra Misirin gündəlik “Əl-Masry əl-Youm” qəzeti xəbər verdi ki, Mosul və Tikrit küçələrində həmin məzmunda plakatlar da asıblar.
“İslamçılar ələ keçirdikləri ərazilərdə əhali üçün sərt qaydalar tətbiq edir. Qızlar islamçı yaraqlılara seks-xidmətlər göstərməyə məcbur edilir” - bunu isə Almaniyanın “Focus” jurnalı yazırdı.
Bunun ardınca rəsmi London və Kanberra yerli kəşfiyyat mənbələrinə istinadən təsdiq etdilər ki, seks-cihad üçün Suriyaya yüzlərlə britaniyalı və avstraliyalı müsəlman qız gedib.
Avropanı qorxuya salan səs-küylü əhvalatlardan biri avstriyalı seks-cihadçıların Suriyaya göndərilməsi oldu. Qəzetlər bu başlıqla çıxırdı: “Seks-cihada gedən iki qız onları xilas etməyi xahiş edir”.
Söhbət Bosniya mənşəli iki qızdan - 17 yaşlı Samre Kesinoviçdən və 15 yaşlı Sabine Selimoviçdən gedirdi.
Yetkinlik yaşına çatmamış bu qızlar aprel ayında Vyanadan Suriyaya getmişdilər və orada yaraqlılarla nikaha girmişdilər. Müsəlman qızları Bosniyadan Avstriya paytaxtına getmiş Mirsad adlı imam yoldan çıxarmışdı.
Daha sonra qəzetlər yazdılar ki, qızlardan biri valideynləri ilə əlaqə yaradıb, hamilə olduğunu xəbər verib və onu Suriyadan aparmağı xahiş edib.
Bir ay sonra Fransanın “Paris Match” jurnalı Sabina Selimoviçdən müsahibə ala bildi. Orada qız deyirdi ki, özünü yeni evində azad hiss edir.
Sabinanın sözlərinə görə, Suriyadakı həyat Avstriyadakı həyatından çox fərqlənir: “Burada mən azadam. Mən öz dinimə uyğun yaşaya bilirəm. Vyanada isə bu, mümkün deyil”.
Dekabrın ortalarında BMT Təhlükəsizlik Şurasının antiterror komitəsinin baş eksperti David Şaira bəyan etdi ki, qızlardan biri Suriyadakı atışmada öldürülüb. Onun rəfiqəsinin taleyi hazırda məlum deyil.
Cənnətin o biri tərəfi
İslamda fahişəlik və xəyanət qadağan olunub. Yaraqlı Qurana zidd getmədən qadınla seksual münasibətlərə girmək üçün onunla müvəqqəti nikah bağlayır (şiələr bunu siğə adlandırır, sünnilər isə misyar).
Müvəqqəti nikah barədə Quranın 4-cü surəsində, 24-cü ayədə bəhs edilir. Siğə bir saatdan 99 ilə qədər qüvvədə ola bilər, bu zaman müvəqqəti nikahların sayına məhdudiyyət qoyulmur. Yəni müsəlman kişisi hər gün bir neçə qadınla siğə etsə də Qurana zidd getməmiş olacaq.
Müvəqqəti nikahda olan qadın qanuni arvadla eyni hüquqlara malikdir. Ancaq islamçının müvəqqəti nikahdan əvvəl qadına pul, qızıl və ya əmlakından bir hissəni verməli olduğu haqda heç nə deyilmir. Ancaq məlumdur ki, müvəqqəti nikahın pozulması zamanı,- bu isə cəmi iki saatdan sonra da baş verə bilər,- seks-cihadçı müvəqqəti ərindən kompensasiya alır.
Seks-cihad zamanı Quranda göstərilən müvəqqəti nikahın heç də bütün şərtlərinə əməl edilmir. Ənənəyə görə, nikahın pozulmasından sonra qadın iddəyə - təkrar ərə gedə bilmək üçün gözləməli olduğu vaxta əməl etməlidir. İddə 4 ay və ya 10 gün ola bilər. Seks-cihadçı isə bir gün ərzində bir neçə kişi ilə yata bilər.
Müvəqqəti nikah zamanı doğulan uşaq qanuni hesab edilir və daimi nikahdan olan uşaqlar qədər hüquqlara malik olur. Ancaq seks-könüllüləri evlərinə hamilə qayıdırlar, nəticədə uşaqlarını tək böyütməli olurlar.
Seks-cihada dünyanın müxtəlif ölkələrindən həm kasıblar, həm də kifayət qədər imkanlı qadınlar, qızlar gedə bilər.
Psixoloqların fikrincə, onlar Suriyaya “məcara, məhəbbət və ya həyatın mənasını axtarıb tapmaq” üçün gedirlər. Bəziləri ailələrinin daimi basqısı altından çıxmaq istəyir, digərləri islamçıların ideologiyasını müdafiə etmək istəyir, üçüncüləri isə özlərinə ər tapmaq istəyir. Bəzi qadınlar isə onlardan əvvəl islamçıların sıralarına qoşulan tanışlarının təsiri altına düşür.
Məscidlərdə “müqəddəs seks-cihadı” haqda eşidən gənc avropalı müsəlman qadınlar çamadanlarını qablaşdırır, əsl dindarlıq üçün seksual əyləncənin arxasınca gedir. Yerlərdə isə onları zorakılıq, alçalma və arzuolunmaz hamilələrik gözləyir.
Evə qayıdandan sonra da seks-cihadçılar çətin vəziyyətlə üzləşirlər. Ailələri onlardan üz döndədir. Suriyaya gedib qayıtmış qızların bir çoxu intihar edib. Avstriyada isə seks-cihadçıları “terror təşkilatına üzvlük” maddəsi gözləyir...








