“Sevil Massivi”ndə zərərçəkənlər aksiya keçirməyə hazırlaşır - “Döymədiyimiz qapı, müraciət etmədiyimiz qurum qalmayıb”
Tarix: 10-12-2014, 09:32 | Çap et
 “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) üzvləri aksiya keçirməyə hazırlaşır. Bu haqda redaksiyamıza zərərçəkənlərdən biri məlumat verib. O deyib ki, Abşeron İcra Hakimiyyəti onlara MTK-ya ödədikləri pulları Abşeron bələdiyyəsi vasitəsilə qaytarılacağını vəd edib. Lakin bu günə qədər pulları ödənməyib.
“Prezident Administrasiyasının, Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına gedib pullarımızın qaytarılmasını tələb edəcəyik” deyə, zərərçəkən bildirib. Onun sözlərinə görə, MTK rəhbərliyinə cinayət işi başlandıqdan sonra həmin ərazidə ev, torpaq sahəsi alan vətəndaşların çoxu çıxılmaz duruma düşüb. Onlar nə mülklərinə sahib ola bilirlər, nə də ödədikləri vəsaiti geri ala. Ötən ayın ortalarında aldadılan vətəndaşlar Abşeron Rayon İcra Hakimiyyətinin və Hökməli bələdiyyəsinin qarşısında etiraz aksiyası keçiriblər. Zərərçəkmişlər hüquqlarının pozulmasına rəğmən müraciətlərinə baxılmamasına etiraz ediblər. Aksiyada zərərçəkmiş vətəndaşlar “Torpağımızı qaytarın!”, “Evimizi verin!”, “Pullarımızı yeməyin!” şüarları səsləndiriblər. Aksiya zamanı zərərçəkənlərə rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun adından vədlər verilib. Bildirib ki, icra başçısı problemin qısa müddətdə həll ediləcəyinə zərərçəkənləri əmin edir.
Zərərçəkənlər deyir ki, “Sevil Massivi” MTK-da külli miqdarda vergidən yayınma faktına görə cinayət işi başlanıb və rəsmilər bununla da işlərini bitmiş hesab edirlər: “Qanunsuzluq aşkar ediblərsə və bunu araşdırırlarsa, lap yaxşı. Amma bu qanunsuzluğu aradan qaldırmaq üçün bizə qarşı da qanunsuzluq edirlər. Məsələni elə araşdırmaq olardı ki, biz küçələrdə qalmayaq. Bizi düşünən yoxdur. Banka borca girərək torpaq, ev almışıq. Əgər ”Sevil" MTK dələduz idisə, bir belə idarə, təşkilat hara baxırdı? Niyə bu MTK-nın qanuni və ya qanunsuz olduğunu əvvəl gündən araşdırmırdılar? Vacib idi ki, 3 min nəfər zərər çəksin, dövlətdən narazı düşsün? Həmin ərazini “Sevil” MTK kosmosda tikməyib ki, bunu görməsinlər? Deməli, xəbərləri olub. Biz sənədlərə baxmışıq, müqavilə bağlamışıq. Həmin sənədləri verən də dövlət qurumlarıdır. Qanunsuz idisə niyə o sənədləri verirdilər? Döymədiyimiz qapı, müraciət etmədiyimiz qurum qalmayıb. Hamısı da boş vədlər verir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gedib-gəlməkdən yorulmuşuq. Hər dəfə “gedin, 15 gün sonra gələrsiniz, sizə məlumat veriləcək” deyirlər". Bu günə qədər MTK üzvü olan 3 min zərərçəkmişdən 300-nün verdiyi pul özünə qaytarılıb. Sentyabrda Abşeron Rayon İcra Hakimiyyəti və Hökməli Bələdiyyəsi vasitəsilə 300 nəfərin pulunu qaytarıblar.
Qeyd edək ki, bir müddət əvvəl “Sevil Massivi” MTK-nın təsisçisi Aynur Zeynalov və həmin kooperativin direktoru həbs olunublar. Hər iki şəxs “qanunsuz sahibkarlıq” və “vergi ödəməkdən yayınma”da ittiham olunur. Onlarla bərabər Hökməli bələdiyyəsinin sədri Mirnemət Mirəziz oğlu Miradıyev də tutulub. Həbsindən bir qədər əvvəl “Tərəqqi” medalı ilə təltif olunmuş M.Miradıyev sonradan naməlum səbəbdən azad olunub. M.Miradıyevin bu məsələyə aidiyyəti isə MTK-ya Hökməli bələdiyyəsinin balansında olan hektarlarla torpaq sahəsini ayırması olub. Belə məlumatlar da var ki, M.Miradıyev istintaqda dindirildiyi zaman Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlət orqanlarına bələdiyyə sədrinin azad edilməsi üçün müraciətlər edib.
Baş Prokurorluğun məlumatına görə, Vergilər Nazirliyi “Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayınma faktı aşkar edib. Bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Məlumata görə, şirkət rəhbərləri 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməyiblər. O cümlədən, onlar xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub 100 min manata yaxın gəlir əldə etməkdə ittiham edilirlər. İstintaq hesab edir ki, “Sevil Massivi” MTK-nın məsul şəxsləri həm bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, həm də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edib və vətəndaşlara faizsiz kreditlə satıblar. \\ musavat.com \\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
| • BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Bu gün, 17:53 |
|
|
|
| • İran Amerikaya təslim olmayacaq - Zərif
Bu gün, 17:44 |
|
|
|
| • "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Bu gün, 17:30 |
|
|
|
| • ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Bu gün, 17:26 |
|
|
|
| • Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Bu gün, 17:24 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Bu gün, 17:19 |
|
|
|
| • ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Bu gün, 17:17 |
|
|
|
| • Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Bu gün, 17:12 |
|
|
|
| • Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Bu gün, 17:09 |
|
|
|
| • 3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Bu gün, 16:59 |
|
|
|
| • “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Bu gün, 16:53 |
|
|
|
| • “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 16:41 |
|
|
|
| • Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Bu gün, 16:30 |
|
|
|
| • Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Bu gün, 16:26 |
|
|
|
| • İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Bu gün, 16:11 |
|
|
|
| • Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09 |
|
|
|
| • Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55 |
|
|
|
| • Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48 |
|
|
|
| • Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33 |
|
|
|
| • “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18 |
|
|
|
| • “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13 |
|
|
|
| • Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05 |
|
|
|
| • Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00 |
|
|
|
| • Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59 |
|
|
|
| • 16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58 |
|
|
|
| • Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47 |
|
|
|
| • Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45 |
|
|
|
| • Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42 |
|
|
|
| • “Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27 |
|
|
|
| • Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19 |
|
|
|
| • Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11 |
|
|
|
| • “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04 |
|
|
|
| • Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38 |
|
|
|
| • ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31 |
|
|
|
| • Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27 |
|
|
|
| • “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19 |
|
|
|
| • Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17 |
|
|
|
| • Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16 |
|
|
|
| • Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14 |
|
|
|
| • “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06 |
|
|
|
| • Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02 |
|
|
|
| • İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51 |
|
|
|
| • Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48 |
|
|
|
| • Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36 |
|
|
|
| • Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28 |
|
|
|
| • “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25 |
|
|
|
|