Yol polisinə əl qaldıran narkomanlar həbs edildi - TƏFƏRRÜAT
Tarix: 5-12-2014, 16:36 | Çap et
 DİA.AZ: - Bu ilin noyabr ayının 16-da Azərbaycan mediasında yol polisi iləvətəndaş arasında bir insident barədə yarımçıq bir informasiya yayıldı. Saat 16:00 radələrində baş verən insdent Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun 135-ci kilometrliyində baş vermişdi. Baş vermiş hadisə ilə bağlı olaraq mediada yarımçıq yayılan informasiyalar artıq tam aydınlaşıb. Apardığımız araşdırmalar zamanı bəlli olub ki, əslində yol polisləri ilə Sürücü Vüsal Əhmədov və onun sərnişini Oqtay Qarayev heç də haqlı deyillərmiş. Hadisə ilə bağlı olaraq DİA.AZ saytının əməkdaşlarının apardıqları rəsmi araşdırmalar və əldə edilmiş məlumatlar daha dəqiq informasiyaların ortaya çıxması ilə nəticələnib. Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Balakişi Əhmədovun baş vermiş hadisə ilə bağlı bizə təqdim etdiyi rəsmi informasiyadan aydın olur ki, əslində insidentin yaranmasında birmənalı olaraq sürücü və onun sərnişini səbəb olub. Hadisənin təfərrüatlarına keçməzdən öncə, B.Əhmədovdan aldığımız rəsmi məlumatı diqqətinizə çatdırırıq. Məlumata əsasən 16.11.2014-cü il tarixdə Saat 16:00 radələrində baş verən insdent Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun 135-ci kilometrliyində yerləşən 718 saylı Yol Patrul Xidmətinin daimi postunda xidmət aparan əməkdaşlar tərəfindən nazarət qaydasında VAZ 21074 markalı 90 HO 877 dövlət qeydiyyat nömrə nişanlı avtomobili saxlayıb. Avtomobilin sürücüsü icbari sığortası olmadığından. İnzibati protokolun tərtib edilməsinə görə, posta dəvət edilib. İnspektorun hərəkətləri ilə razılaşmayan sürücüsü, Vüsal Elman Oğlu Əhmədov, polis əməkdaşlarını nalayiq söyüşlərlə təhqir etməyə başlayıb. Bundan sonra avtomobildə olan sərnişinlər, iki qadın və bir kişi bunu görərək V.Əhmədova dəstək olaraq xidmət aparan YPX inspektorlarını, polis serjantları Anar Xəlilova və Nətiq Qədirova hücum edərək onlarla əlbəyaxa olublar. Bununla yanaşı sürücü Vüsal Əhmədov stolun üstündə olan su stəkanı ilə Anar Xəlilovun baş nahiyəsinə zərbələr endirib. Nəticədə isə Anar Xəlilov boyun nahiyəsindən kəsilmiş yaralar alıb. YPX əməkdaşları, onları nizam-intizama dəvət ediblər. Buna baxmayaraq onlar qanunların tələblərinə riayət etməyərək müqavimət göstərməyə başlayırlar. Bundan sonra isə yol polisləri Zaqatala Rayon Polis Şöbəsinə məlumat veriblər. Zaqatala polis idarəsinin əməklaşları hadisə yerinə gəldikdən sonra saxlanılan şəxslərin üzərinə baxış keçirən zaman avtomobilin yük yerindən 60 ədəd 16 kalibrli patron və avtomobildə olan sərnişin Oqtay Qarayevin üzərindən 5.4 qram narkotik maddə olan həhiş aşkar edilib. Qanunların təlblərinə uyğun olaraq sürücü və sərnişinlər Zaqatala Rayon Polis Şöəbsinə aparılıblar. Hadisədən sonra insident nəticəsində xəsarət alan Dövlət Yol Polisi əməkdaşı Anar Xəlilov Zaqatala Rayon Mərkəzi Xəstəxanasında müalicə olunub və ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, bəzi informasiya vasitələrində baş vermiş insidentlə əlaqədar olaraq tam olmayan məlumatların yayılmasından sonrap həmçinin də araşdırma apardıq və bəlli oldu ki, baş vermiş insidentlə bağlı həbsolunmuş şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Rəsmi məlumata görə, Vüsal Əhmədov barəsində CM-nin 315.2-ci (xuliqanlıq), sərnişin Oqtay Qarayev barəsində isə CM-nin 234.1 (narkotik maddələrin daşınması) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, baş vermiş insident zamanı xəsarət alan Anar Xəlilov bildirir ki, o dəfələrlə sürücü və sərnişinləri qaydalara riyayət etməyə dəvət etsə də buna nail ola bilməyib. Apardığımız ətraflı araşdırmalar nəiticəsində bəlli olur ki, əslində hadisənin detalları bəlli olduğundan prossesdə dəfələrlə nəzakətli davranışa dəvət edilən vətəndaşlar buna riayət etmək istəməyiblər. Və baş verən insidentin tam təfərrüatları yol polisi əməkdaşlarının vəzifələrini böyük nəzakətlə yerinə yetirdiklərinin tam aydın olur.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
| • BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Bu gün, 17:53 |
|
|
|
| • İran Amerikaya təslim olmayacaq - Zərif
Bu gün, 17:44 |
|
|
|
| • "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Bu gün, 17:30 |
|
|
|
| • ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Bu gün, 17:26 |
|
|
|
| • Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Bu gün, 17:24 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Bu gün, 17:19 |
|
|
|
| • ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Bu gün, 17:17 |
|
|
|
| • Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Bu gün, 17:12 |
|
|
|
| • Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Bu gün, 17:09 |
|
|
|
| • 3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Bu gün, 16:59 |
|
|
|
| • “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Bu gün, 16:53 |
|
|
|
| • “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 16:41 |
|
|
|
| • Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Bu gün, 16:30 |
|
|
|
| • Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Bu gün, 16:26 |
|
|
|
| • İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Bu gün, 16:11 |
|
|
|
| • Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09 |
|
|
|
| • Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55 |
|
|
|
| • Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48 |
|
|
|
| • Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33 |
|
|
|
| • “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18 |
|
|
|
| • “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13 |
|
|
|
| • Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05 |
|
|
|
| • Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00 |
|
|
|
| • Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59 |
|
|
|
| • 16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58 |
|
|
|
| • Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47 |
|
|
|
| • Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45 |
|
|
|
| • Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42 |
|
|
|
| • “Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27 |
|
|
|
| • Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19 |
|
|
|
| • Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11 |
|
|
|
| • “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04 |
|
|
|
| • Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38 |
|
|
|
| • ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31 |
|
|
|
| • Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27 |
|
|
|
| • “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19 |
|
|
|
| • Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17 |
|
|
|
| • Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16 |
|
|
|
| • Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14 |
|
|
|
| • “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06 |
|
|
|
| • Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02 |
|
|
|
| • İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51 |
|
|
|
| • Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48 |
|
|
|
| • Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36 |
|
|
|
| • Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28 |
|
|
|
| • “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25 |
|
|
|
|