"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                     Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı .....                     Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı .....                     “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? .....                 

Ziya Məmmədovu “aciz nazir”ə çevirən problemlər - araşdırma
Tarix: 4-12-2014, 14:15 | Çap et
Ziya Məmmədovu “aciz nazir”ə çevirən problemlər
Bakı şəhərinin ən problemli məsələlərindən biri onun ictimai nəqliyyatıdır. Avtobus sürücülərinin özbaşınalığı haqqında mətbuatda hər gün səhifə-səhifə yazılar yazılsa da, onlar sərnişinləri təhqir etməkdən tutmuş, yol hərəkəti qaydalarını pozmağa qədər özbaşınalıq etməkdən çəkinmirlər. Bu özbaşınalığın əziyyətini isə təbii ki, sərnişinlər çəkirlər.

Acı da olsa bu bir həqiqətdir ki, son illərdə marşrut avtobusların törətdiyi qəzalarda xeyli sayda insan həyatını itirib. Bu hadisələr avtobus sürücülərinin qayda-qanunlara məhəl qoymamaları məsələsini gündəmdə saxlayır. Ümumiyyətlə, avtobus parklarının yenilənməsinə baxmayaraq, Bakıda marşrut bazarındakı vəziyyət tam tənzimlənmir. Çünki problem nə birdir, nə də iki... Aidiyyəti qurumların həyata keçirdiyi tədbirlər isə kampaniya xarakterlidir. Bir də görürsən ki, sərnişin avtobuslarının fəaliyyəti ilə bağlı reydlər başlayır. Qanunu pozan sürücülər cərimələnir, bəzilərinin sənədləri alınır, idarə etdikləri avtobuslar texniki baxışa göndərilir. Amma üstündən iki gün keçməmiş hər şey yenidən qayıdır əvvəlki vəziyyətinə.

Ən acınacaqlısı isə Nəqliyyat Nazirliyi bütün bunlardan xəbərdar olduğu halda nədənsə susur... Adi bir məqamı xatırladaq. Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar həyata keçirilən tədbirlərdən biri də Nəqliyyat Nazirliyi tərəfindən marşrut sürücülərinin vahid geyim formasının paylanması oldu. Lakin mahnı müsabiqəsi başa çatar-çatmaz sürücülər də formalarını çıxarıb atdılar.

Sürücülərin sərnişinlərə qarşı etinasız davranışı artıq vətəndaşları da hövsələdən çıxarıb. Bir çoxu problemin kökünün ictimai nəqliyyatı özəl sektora həvalə edilməsində görür. Özəl sektoru idarə edənlər isə keyfiyyətli xidmət barədə düşünmək əvəziə yalnız şəxsi mənfəətlərini artırmağı fikirləşirlər. Sərnişin avtobuslarının hərəkəti sanki ralli yarışlarına çevrilib. Hadisələrin çoxu avtobusların bir-biri ilə rəqabəti, üst-üstə düşən qrafikə görə olur. Dayanacağa birinci çatmaq üçün sürücülər sərnişinlərin həyatını təhlükəyə atırlar. Hətta işıqforun qırmızı işığında da keçir, yol nişanlarının tələblərini pozur və qarşıdan gələn nəqliyyatın yoluna belə çıxırlar.

Hətta iş o yerə çatır ki, bəzən bir-birinin avtobusunu keçmək istəyən sürücülər piyadaların gedib-gəldiyi səkilərə çıxmaqdan belə çəkinmirlər və bu yolla bir qədər vaxt qazanmaq istəyirlər. Amma bu zaman unutduqları çox məqam olur. Onların bu “irəli düşmək” cəhdi əksər hallarda kimlərinsə həyatına son qoyur. Avtobus sürücüləri yalnız yol hərəkəti qaydalarını pozmaqla kifayətlənmirlər. Nəqliyyat Nazirliyi isə hələ də susur. Düzdür, avtobuslarla bağlı Bakı şəhərində Nəqliyyat Nazirliyi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsi mütəmadi olaraq reydlər keçirirlər. Amma keçirilən reydlərə və görülən tədbirlərə baxmayaraq, yenə bəzi avtobus sürücüləri yol hərəkəti qaydasını kobud surətdə pozur, bir-biri ilə ötüşür və hətta işıqforun qırmızı işığına məhəl qoymurlar.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, sərnişin daşıyan hər bir nəqliyyat vasitəsi və onun sürücüsü reys öncəsi həm texniki, həm də tibbi müayinədən keçməlidir. Amma baş verən faciələr göstərir ki, sərnişin daşıyan nəqliyyat vasitəsi və sürücüsü reys öncəsi nə texniki, nə də tibbi müayinədən keçir. Əks təqdirdə bu qədər qəzalar baş verməzdi. Uşaqdan böyüyə kimi hamı bilir ki, avtobus sürücüsünün idarəetmə zamanı telefonla oynaması, siqaret çəkməsi, qida qəbul etməsi qadağandır. Amma gəlin görək bu qaydalara məhəl qoyan varmı? Əslində avtobus xəttə buraxılmadan öncə bir neçə prosedur qaydaları yerinə yetirilməlidir. İlk öncə avtobusun sazlığı yoxlanılmalı, daha sonra o yuyulmalı və təmizlənməlidir. Görəsən ölkədə kifayət qədər sərnişindaşıma xidməti göstərən iri tutumlu avtobus şirkətləri bu qaydalara əməl edirmi? Əməl etməyəcəyi tədqirdə Nəqliyyat Nazirliyi necə mübarizə aparır?

Hər halda, Azərbaycanın qanunverici orqanında avtobus sürücülərinin intizamsılığı ilə bağlı dəfələrlə məsələ qaldırılıb, lakin heç bir məsələyə birdəfəlik nöqtə qoyulmayıb. Odur ki, 10 minlərlə sərnişinin həyatı, 20-22 yaşı gənc avtobus sürücülərindən asılı vəziyyətdə qalır. Hər bir sahibkar öz işində peşəkar olmalıdır. Çünki söhbət vətəndaşların mənzil başına sağ-salamat çatdırılmasından gedir. Amma gənc sürücülər bunu dərk edə bilmirlər. Əks halda onlar avtobus sürə-sürə internetə girməz, SMS yazmaz, telefonla danışmaz, çay içib siqaret çəkməzdilər. Yəqin ki, dünyanın heç bir ölkəsində belə hal yoxdur. Və hansısa ölkədə bu barədə danışsaq, yəqin ki, bizə ən azından gülərlər…

Nəqliyyat naziri Ziya Məmmədov bir müddət əvvəl verdiyi açıqlamada etiraf etmişdi ki, avtobus sürücülərin özbaşınalığı onların ən “yaralı yeri”dir və bunun qarşısı almaq çətindir. Çünki nazir deyir ki, avtobus marşrutları özəl şirkətlərə məxsusdur və sürücüləri də həmin şirkətlər cəzalandırmalıdır. Elədirsə, Nəqliyyat Nazirliyi nəyə lazımdır? Lazımdırsa, işləmək də lazımdır. Amma hələ ki, avtobus sürücüləri ilə bağlı nəsə tədbir görüldüyünü yalnız sözlə deyirlər. Əməli iş görülsəydi, vəziyyət dəyişərdi.

Maraqlıdır ki, bu sahədəki qanunsuzluqlar, yəni sürücülərin avtobusu yüksək sürətlə idarə etməsi halları Nəqliyyat Nazirliyinin əməkdaşlarının gözü qarşısında qeydə alınır. Buna baxmayaraq, nazirliyin işçiləri yol hərəkəti qaydalarına uyğun hərəkət etməyən sürücüləri cəzalandırmırlar. Avtobus sürücüləri arasında mədəniyyət də aşağı səviyyədədir. Təbii, bunu hamısına şamil etmək doğru olmazdı. Onların arasında kifayət qədər mədəniyyətli və sərnişinlərlə mülayim rəftar edənləri var. Di gəl ki, əksər sürücülər ağızlarına nə gəldi danışırlar. Yaxud siqaret çəkə-çəkə avtobus idarə edirlər.

Nəqliyyat Nazirliyi sürücülərin iş başında ikən avtobusda siqarət çəkməsinə qadağa qoyub. Təəssüf ki, sürücülərin bir çoxu buna əməl etmir. Bunun hamısı Nəqliyyat Nazirliyinin bu sahə üzrə cavabdeh olan əməkdaşlarının işlərinə düzgün yanaşmamasından irəli gəlir. Əgər nazirliyin ictimai nəqliyyata nəzarət edən işçiləri siqaret çəkib tüstüsünü sərnişinlərin üzünə üfürən sürücüləri layiq olduğu formada cəzalandırsa, başqaları buna baxıb nəticə çıxarar. Nəticə isə budur ki, nəqliyyat naziri Ziya Məmmədov yerində deyil.

İctimai nəqliyyatdakı irili-xırdalı problemləri təcili həll etmək lazımdır. Ölkəmiz gələn il böyük turnirə - ilk Avropa yay olimpiya oyunlarına ev sahibliyi edəcək. Azərbaycana gələcək turistləri ictimai nəqliyyatda problemlərlə qarşılamağımız ölkəmizin adına və beynəlxalq aləmdəki imicinə yaraşmaz.
Sərnişin avtobusları ilə bağlı problem təkcə sürücü mədəniyyətsizliyi ilə bitmir. Bu sahədə problemlər çoxdur.

Məsələn, elə onu xatırladaq ki, Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlanmasından bir ilə yaxın vaxt keçsə də, hələlik bu sistem işləmir. Görünən odur ki, nə marşrut sahibləri, nə də sürücülər sistemin işləməsində maraqlı deyil. Vətəndaşlar bunu daha çox sistemin düz qurulmaması ilə izah edir. Qəribədir ki, bir çox avtobus sürücüləri də gediş haqlarının kartla ödənilməsini mümkünsüz sayır.

Sürücülərdən bəzilərinin fikrincə, həmin sistem düzgün tətbiq olunsaydı, işləyə bilərdi. Bu üzdən onlar hələlik yeni sistemin keçərsiz olduğunu düşünür. Bunu onunla əsaslandırırlar ki, sərnişinlər səbrsizdir. Dayanacaqda saxlayıb, qapılardan birini açmayanda, sərnişinlər narazılıq edir və s. Halbuki, kart sisteminin bir neçə üstünlüyü var. Bu zaman sürücünün əli təmiz olur. Yəni sürücü ilə sərnişin arasında birbaşa təmasa ehtiyac yaranmır. Məsələn, kimsə 20 qəpiyə görə 50 manat uzadır ki, bunu xırdala. Kartla ödəmədə pulun xırdalanmasına ehtiyac olmur və nəticədə vaxta da qənaət olunur. Üstəlik, sürücü plan verməkdən ötrü tələsmir, normadan artıq sərnişin götürmür və s. Maraqlıdır, sistem işləməyəcəkdisə, o zaman buna bir belə xərc qoymaq nəyə lazım idi?

Kart sisteminin tətbiqinin əsas üstünlüyündən biri də o idi ki, planın yüksək olmasından gileylənən avtobus sürücüləri artıq stabil maaş alacaqdılar. Paytaxtın ictimai sektorunda əmək haqqı sisteminə keçid tezliklə reallaşmalıdır.

Nəqliyyat Nazirliyi bildirib ki, Birinci Avropa Oyunlarınadək ictimai nəqliyyatda nağd ödəniş aradan qaldırılacaq. Bu isə sürüclərin əmək haqqı sisteminə keçidini sürətləndirməyə imkan yaradacaq. Sahibkar bu gün sürücü ilə müqaviləni gündəlik hesablaşma əsasında bağlayır. Kart-ödəniş sisteminin tam tətbiqindən sonra tərəflər arasında əmək müqaviləsi imzalanacaq və sürücüyə konkret maaş təyin olunacaq. Əmək haqqı marşrutun gəlirliliyi, iş rejimi nəzərə alınmaqla sahibkar tərəfindən müəyyənləşdiriləcək.

Görünən odur ki, məsələnin kökündə Nəqliyyat Nazirliyi ilə sahibkarlar arasındakı anlaşılmazlıq durur. Problem ondadır ki, Ziya Məmmədov sahibkarların imkanlarını məhdudlaşdıqca onlar da minnətli işləyirlər. Nəticədə də əzab çəkən sürücülərlə sərnişinlər olur. İstər qəzaların artması, istərsə də sürücü mədəniyyətsizliyi buradan qaynaqlanır. Beləliklə, aydın olur ki, nəqliyyat sahəsinin başlıca problemi elə Ziya Məmmədovun özüdür. Deməli, bu sahədə sahman yaratmaq üçün ilk növbədə Nəqliyyat Nazirliyinin özündə ciddi dəyişikliklər edilməlidir.

istiqlal.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Bu gün, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Bu gün, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Bu gün, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Bu gün, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Bu gün, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Bu gün, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Bu gün, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Bu gün, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Bu gün, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Bu gün, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Bu gün, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Bu gün, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23
Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11
Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru