Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı .....                     Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi .....                     Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? .....                     Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir .....                     5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir .....                     Deputatın professor olan qudası ittihamları qəbul etmir .....                     Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var .....                     Moskvanın yenə Qarabağ “sancısı tutdu” .....                     Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb .....                     Müharibə veteranına verilən söz yerinə yetirilməyib... .....                     "Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." .....                     Vətəndaşın hesabını bloklayıblar ki... .....                     "AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb .....                     Putin Köçəryanın həbsini bağışlamayacaq .....                     Peşə təhsilinin görünməyən üzü... .....                     Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır .....                     Pensiyalarda artım oldu: 594 manat nədir? .....                     Elnur Əliyevin layihə imperiyası... .....                     Rusiyada MİQRANT OVU... .....                     Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ .....                     'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT .....                     TƏBİB və AAYDA-da kadr təyinatı bitmir .....                     Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı .....                     AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... .....                     730 gün “Veysəloğlu”da... .....                     Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... .....                     Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR .....                     “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...” .....                     “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən .....                     “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” .....                     UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi .....                     Uşağı döyən psixoloq haqlı çıxa bilər .....                     Azərbaycanın lombard şirkəti “BQ” ASC .....                     “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır .....                     Rektor yeni şöbə müdiri təyin etdi .....                     KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı .....                     "Niyə mən borclanmalıyam?" .....                     "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin" .....                     Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi .....                     Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ .....                 

Dövlət Torpaq Komitəsi özü özünü məhkəməyə verib - Torpaq sahəsi saxta sənədlərlə mənimsənilib
Tarix: 14-11-2014, 14:33 | Çap et
Dövlət Torpaq Komitəsi özü özünü məhkəməyə verib
Ağcabədi şəhəri, Əli Talıbov küçəsi, ev-77-nin sakini, şəhid ailəsi Talıbova Xanım Muxtar qızı tərəfindən Baş Prokuror Zakir Qaralova, surəti “Təzadlar” qəzetinə ünvanlı şikayət məktubu daxil olub.
Redaksiya həmin şikayəti araşdırmaq və qarşı tərəfin mövqeyini öyrənmək üçün dəfələrlə cəhd etsə də, təəssüflər olsun ki, qarşı tərəf- DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev telefon zənglərimizə cavab vermədi. Onun da mövqeyini dərc etməyə hazır olduğumuzu bildirməklə, aşağıda şəhid ailəsinin Baş prokurora ünvanlı şikayətini ixtisarla təqdim edirik:
Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova!
Hörmətli cənab Baş Prokuror!
Bildirirəm ki, mən şəhid ailəsiyəm. Həyat yoldaşım Əli Talıbov Azərbaycanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Yaşadığımız küçə hazırda onun adını daşıyır. Buna görə dövlətimizə minnətdaram ki, şəhidin adını əbədiləşdiriblər. Ancaq çox təssüflər olsun ki, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev tutduğu mövqedən və şəxsi əlaqələrindən istifadə edərək, şəhidin adını daşıyan küçədə, həmin şəhidin ailəsinə məxsus, həyat yoldaşımın şəhid olmazdan qabaq özünün bünövrəsini qoyduğu, həmçinin 29.10.1991-ci il tarixli Ağcabədi şəhər XDS İcraiyyə Komitəsinin sərancamı ilə Ağcabədi rayon Kooperativ Cəmiyyətinin balansında olan, yəni Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “AZƏRİTTİFAQ”-a məxsus olan və eyni zamanda bu günə qədər faktiki mənim istifadəmdə olmuş, bizim üçün daha çox mənəvi dəyəri olan mağazanın tikintisi üçün ayrılmış və həmin mağazanın altında yerləşən torpaq sahəsinə pul gücünə 07.08.2012-ci il tarixdə saxta kadastr planı (Torpaq sahəsinin plan və ölçüsü) alıb.
Qeyd etmək istəyirəm ki, mənim çoxsaylı müraciətlərim əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən araşdırma aparılaraq tam subut edib ki, həmin torpaq sahəsi heç zaman Ramiz Mehdiyevin qanuni istifadəsində və ya mülkiyyətində olmadığı halda həmin sənəd onun adına səhv olaraq hazırlanaraq verilib və həmin saxta “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsi üçün Komitə tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia da qaldırıb. Artıq bu qanunsuzluq faktı öz təsdiqini tapsa da, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev öz qanunsuz əməlindən əl çəkmək istəmir, çünki cəzasızlığı onu inadından əl çəkməməyə vadar edir. Onun əməli qanunsuzluqdan çox, Şəhid ailəsinə, Şəhid ruhuna hörmətsizlikdir. Dəfələrlə DSMF-yə Ramiz Mehdiyevin qanunsuz əməlləri barədə müraciət etməyimə baxmayaraq onun barəsində heç bir araşdırma aparılmayıb. Görünür hansısa havadarına və ya nəyəsə görə ona “gözün üstə qaşın var” deyən tapılmır, ona görə də Ramiz Mehdiyev öz qanunsuz əməlindən əl çəkmək istəmir.
Hörmətli Zakir müəllim!
Mən bir şəhid ailəsi kimi Sizə mətbuat vasitəsi ilə müraciət edərək, Şəhid ailəsinin üzləşdiyi qanunsuzluğun, özbaşnalığın aradan qaldırılmasına və DSMF-nun Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev və ona bu qanunsuz əməldə dəstək verənlər barəsində qanuni tədbir görülməsinə, DSMF-nin Laçın rayon şöbəsində obyektiv və əsaslı yoxlamalar aparılmasına, həmçinin mənə yardım etmələrini acızanə şəkildə xahiş edirəm. İnanıram ki, tezliklə ailəmizə qarşı edilən haqsızlığın müəllifi cəzalandırılacaq, insan haqlarına hörmətin ifadəsi ortaya qoyulacaq.

Qarşı tərəf özünü nədə haqlı sayır?

Şikayət məktubunda qeyd olunan sərt ittihamlara (həmin ittihamlar hələki hüquqi müstəvidə sübut olunmadığı üçün mətndən çıxarılıb) cavab almaq üçün ittiham olunan tərəflə - Ramiz Mehdiyevlə əlaqə saxladıq. O, bu məsələdə haqlı saydı və qeyd olunan torpaq sahəsinin ona məxsus olması barədə bəzi arqumentlər səsləndirdi. Bizim də ona bir neçə sualımız oldu:
- Ramiz müəllim, borcumuz qarşı tərəfi dinləməkdir... Amma analoqu olmayan bir fakt ortadadır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi öz qərarını ləğv etdirmək üçün məhkəməyə müraciət edib Bu isə o demədir ki, həmin torpaq sahəsinin sizə məxsus olması barədə Komitədən verilmiş kadastr planı və digər xəritə sənədləri texniki səhvdir, ləğv edilməlidir. Bildiyimiz kimi, bu iş Şirvan İnzibati-İqtisad Məhkəməsində baxılır...
- Bli, bu iş məhkəmədə baxılır, amma mənim də əlimdə sənəd var...
***
Sonra belə qərara gəlindi ki, əməkdaşımız Ağcabədiyə və Laçın rayonuna (“Taxta körpü”) ezam olunsun, şikayətçini də dinləyərək faktı yerində araşdırsın... Növbəti yazıda bu barədə ətraflı məlumat veriləcək.
- Bəs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Ramiz Mehdiyevə saxta sənədləri kim verib?
- Komitə sədri Qərib Məmmədovun bunlardan xəbəri olubmu?
- Böyük qalmaqala səbəb olmuş saxta sənədi verən komitə əməkdaşı niyə cəzalandırılmayıb?
(Davamı var)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57
Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50
Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39
5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir - AXI NİYƏ?..
Bu gün, 08:37
Deputatın professor olan qudası ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 08:34
Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 08:31
Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Bu gün, 08:28
Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Bu gün, 08:25
Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14
"Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06
Vətəndaşın hesabını bloklayıblar ki... bəs PULU HARDAN ALMISAN...
Bu gün, 08:00
"AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb - FOTO
Bu gün, 07:53
Putin Köçəryanın həbsini bağışlamayacaq – Kremlin “ağır top”u hər şeyi açıqladı
Bu gün, 07:51
Peşə təhsilinin görünməyən üzü... - Pul xərclənir, bəs nəticə haradadır?
Bu gün, 07:48
Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır - İLGİNC
Bu gün, 07:45
Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
Bu gün, 07:43
Elnur Əliyevin layihə imperiyası... - Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
Bu gün, 07:38
Rusiyada MİQRANT OVU... - 140-a yaxın əcnəbi saxlanılıb...
Bu gün, 07:35
Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ - "Harayına çatan yoxdur..."
Bu gün, 07:06
'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
Bu gün, 06:56
TƏBİB və AAYDA-da kadr təyinatı bitmir - Problemlərin bəxti nə zaman açıqlacaq?
Bu gün, 06:46
Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı - "Başa düşə bilmirəm..."
Bu gün, 06:38
AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
730 gün “Veysəloğlu”da... - Məhəmmədəli Qəribli hesabat verdi
Bu gün, 06:21
Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
Bu gün, 06:17
Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR - "Səni dəlixanaya qoyduracağıq..."
Bu gün, 06:11
“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27
“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19
UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14
Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12
Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05
Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00
KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54
"Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43
"Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39
Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33
Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28
Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25
Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Dünən, 16:19
Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Dünən, 16:14
Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Dünən, 16:12
Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Dünən, 16:08
Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Dünən, 16:06
İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Dünən, 15:56
Paşinyan tələsməlidir... - AKTUAL
Dünən, 15:53
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Dünən, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru