Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                     Ermənistanda gərginlik artır: .....                     Müğənni Nura Suri və bələdiyyə sədri arasında .....                     Kannı silkələyən azərbaycanlı aktyor .....                     Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü .....                     Güney Qafqazın taleyi HƏLL OLUNUR... .....                     2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub .....                     Rahidəni PƏRT ETDİLƏR .....                     Rusiya Pekinin təsiri altına düşür... .....                     İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" .....                     "Bizi niyə xərcə salırlar?" .....                     BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı .....                     Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları .....                     Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır .....                     Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? .....                     WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir .....                     AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü .....                 

Rüşvətdə suçlanan sabiq hakimdən məhkəmə sədrinə yeni ittihamlar
Tarix: 16-10-2014, 10:06 | Çap et
Rüşvətdə suçlanan sabiq hakimdən məhkəmə sədrinə yeni ittihamlar
2000-ci ildən 2007-ci ilə qədər Binəqədi Rayon Məhkəməsinin sədri, 2007-ci ildən etibarən isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləmiş və bu ilin fevral ayında ölkə başçısı İlham Əliyevin sərəncamı ilə səlahiyyətlərinə xitam verilmiş sabiq hakim Həsən Əliyev ona qarşı aparılan bu oyunların arxasında dayanan şəxslərin məqsədlərini açıqlayıb.

Virtualaz.org saytına danışan keçmiş hakimin sözlərinə görə, 2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində işə başladığı gündən məhkəmə sədri Mahmud Nəbiyevlə ulduzları heç cür barışmayıb. Buna səbəb isə guya Həsən Əliyevin məhkəmə sədrinin kreslosuna göz dikməsi olub. Elə sabiq hakimə qarşı aqressiyanın kökündə də bu məsələ dayanıb.

Bəzi mənbələrin H.Əliyevi ədliyyə nazirinin kadrı kimi qələmə verməsi isə münasibətləri daha da korlayıb. Yeni gələn hakimin nazirə yaxın olması barədə deyilənlərə əsasən hər an onun yerinə keçməsi ehtimalı məhkəmə sədrini rahat buraxmayıb. Hətta bəzi qaynaqlarda sabiq hakimin “vurulması”na səbəb kimi məhz bu amil önə çəkilib.

H.Əliyevin dediklərindən: “Mahmud Nəbiyev öz davranışı ilə hakim dostlarımı, texniki işçiləri də məndən çəkindirməyə çalışırdı. Həmin şəxslər mənimlə ünsiyyət qurmaqdan çəkinirdilər. Məni bir növ qaralamışdı. Hər vəchlə məni gözdən salmağa çalışırdı. Hakim səlahiyyətlərimə xitam veriləndən sonra şəxsi əşyalarımı aparmaq üçün kabinetin açarının birini özümdə saxlamışdım. MTN-ə verdiyim səs yazısından sonra məni cəzalandırmaq tapşırığı gəlmişdi. Mənim qapım möhürləndi, Mahmud Nəbiyev sanki orada bir xof yaratdı.

Qeyd edim ki, qapı yalnız istintaq zamanı möhürlənə bilər. Mahmud Nəbiyev isə məhkəmənin texniki işçisinə göstəriş vermişdi ki, Həsən Əliyev özü gəlməyincə əşyalarını vermə. Sonra mənə zəng vurub dedi ki, gətir vəsiqəni qaytar. Dedim mən vəsiqəni Ədliyyə Nazirliyinə verməliyəm. Cavabında “rəhbərlik mənə tapşırıb” dedi.

Əminəm ki, Ədliyyə Nazirliyindən ona heç kim belə tapşırıq verməmişdi. Bəs Mahmud Nəbiyevin rəhbəri kim idi? Bax, müəmmalı olan budur.

Mən yalnız əməkhaqqına işləyən hakim olmuşam. 7 il ərzində çıxdığım işlər hamısı analoji işlər olub. Bəraət hökmü çıxardığım işlər də olub. Prokurorluq protest verməsinə baxmayaraq bəraət verdiyim işlər öz gücündə qalıb”.

Digər tərəfdən, sabiq hakimin həm də baş prokurorun yerinə iddialı olması barədə söz-söhbətlər dolaşıb. Bundan H.Əliyevin özünün də xəbəri olub və buna təəccüblənib: “Mən kiməm ki, kiminsə yerinə göz dikim? Bəlkə də Mahmud Nəbiyevin yerinə ola bilərdi. Amma Zakir Qaralovun yerinə keçmək istəyi yatsam heç yuxuma da girməzdi”.

Sabiq hakimin dediklərinə görə, bəzi KİV-lərdə onun barəsində həqiqətə uyğun olmayan yazıları dərc etdirən, onlara maliyyə dəstəyi verən şəxslər Nərimanov Rayon Polis İdarəsi (RPİ) 16-cı polis bölməsinin rəisi Hikmət Usubovla Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevdir: “Mən yalan danışmıram. Əməllərimdə iynə ucu boyda qüsur axtaran Mahmud Nəbiyev öz gözündə tiri görmür, görmək istəmir. Onun kürəkəni barəsində 20 milyonluq maxinasiya üzrə il yarım-iki ildir iş gedir. Onu ört-basdır elədi. Axı əməllərimdə nə vardı ki, məni bu cür tələyə saldılar, cinayət işi quraşdırdılar?! Hər şeyin sifariş olduğu məlum idi. Bu, bir oyun idi. Ədliyyə naziri Fikrət Məmmədov ədaləti qoruyan insandır. Əgər o olmasaydı, görün nələr baş verərdi. O insanın varlığı çox şeylərin qabağını aldı”.

H.Əliyevin sözlərinə görə, ona 600 min manat rüşvət ittihamı irəli sürən Ramazan Səlimovun pulunun dəyərini ödəmək məqsədi ilə 18 avqust, 2014-cü ildə Nəsimi Rayon Məhkəməsində oğlu Vüqar Əliyevə mərhum anasından miras qalmış mənzilin üzərinə həbs qoyulması ilə bağlı qərar çıxarılıb: “Nəsimi Rayon Məhkəməsinin 8 sentyabr tarixli qərarı ilə digər oğlum Tural Əliyevin adına olan 3 min manatlıq “Niva” markalı maşının üzərinə həbs qoyulub. Məgər mənim oğlum özünə maşın ala bilməz? Həyat yoldaşımın adına olan əmlaka da həbs qoyulub. Hakimlər bu cür qərarları sifarişlə çıxarırlar. Bunu özləri də etiraf edirlər. Belə qərarlar çıxarmağa göstəriş verən qara qüvvə kimdir? Onlara təbii ki, məhkəmə sədri tapşırıq verir. Yaxşı, məhkəmə sədrinə sifarişi kim verir? Bax, məsələ bundadir. Əgər söhbət cinayət işində olan cinayətdən gedirsə, mülki qaydada əmlak üzərinə həbs qoymaq nə deməkdir? Əmlak üzərinə mülki qaydada həbs qoyurlarsa, onda bu cinayət işi nə deməkdir? Hal-hazırda o qərardadların apelyasiyada ləğvi ilə məşğulam. Konstutisiyaya görə, hər kəsin əmlakı toxunulmazdır. Ata oğula, oğul ataya görə cavab verməməlidir. Yəqin bu təqib belə davam edərsə, deməli, mənim bacım, qardaşlarım, digər qohumlarım da əmlak həbsinə məruz qalacaqlar...”

Xatırladaq ki, H.Əliyevin səlahiyyətlərinə xitam verildikdən təxminən 5 ay sonra o, cinayət məsuliyyətinə cəlb olunub. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Həsən Əliyev bu cinayət işi üzrə yeganə təqsirləndirilən deyil, onunla yanaşı daha iki nəfər var. Bunlar Elman Məmmədov və Taleh Süleymanovdur. Hər iki şəxsin barəsində həbs-qətimkan tədbiri seçilib.

Həsən Əliyevə verilən ittihamın mahiyyəti ondan ibarətdir ki, o, Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu təyinat üçün Ramazan Səlimovdan 1 milyon dollar istənilib. Bu məbləğ milli valyuta ilə hesablanaraq təxminən 800 min manata bərabər sayılıb.

İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib. Yəni Həsən Əliyev 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla R.Səlimovdan iki dəfəyə ümumilikdə 600 min manat pul alıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Bu gün, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Bu gün, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Bu gün, 15:41
Sasanilər dövründə Azərbaycan
Bu gün, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Bu gün, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Bu gün, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Bu gün, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Bu gün, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Bu gün, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Bu gün, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Bu gün, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Bu gün, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Bu gün, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31
BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı - BUNDAN SONRA...
Bu gün, 11:25
Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları - İNCƏLƏMƏ
Bu gün, 11:15
Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır
Bu gün, 11:14
Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? - AKTUAL
Bu gün, 11:10
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir - MƏQALƏ
Bu gün, 11:06
AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü – Bu dəfə 45 minə
Bu gün, 10:58
Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:56
Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:55
Suraxanıda kimin sözü keçir... BİLİNMİR! - Görünəni odur ki...
Bu gün, 10:52
Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi – QƏRAR
Bu gün, 10:47
AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 10:39
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 10:19
Arzu Kazımovu kim himayə edir ki... - İLGİNC İDDİALAR...
Bu gün, 10:17
Tarixdə ilk: Ermənistan silah satdı - Hayrapetyan AÇIQLADI
Bu gün, 10:09
İran ABŞ qarşısında yeni şərt irəli sürdü: uranı sizə yox, Rusiyaya verək!
Bu gün, 10:07
AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir - DİQQƏT!
Bu gün, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru