Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                     Ermənistanda gərginlik artır: .....                     Müğənni Nura Suri və bələdiyyə sədri arasında .....                     Kannı silkələyən azərbaycanlı aktyor .....                     Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü .....                     Güney Qafqazın taleyi HƏLL OLUNUR... .....                     2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub .....                     Rahidəni PƏRT ETDİLƏR .....                     Rusiya Pekinin təsiri altına düşür... .....                     İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" .....                     "Bizi niyə xərcə salırlar?" .....                     BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı .....                     Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları .....                     Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır .....                     Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? .....                     WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir .....                     AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü .....                     Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir .....                     Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? .....                     Suraxanıda kimin sözü keçir... BİLİNMİR! .....                     Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi .....                 

“Karvan” Ticarət Mərkəzi öz-özünə yanmayıb, yandırıblar!” - Biznes obyektin rəhbəri Ağamirzə Əhədov sensasiyalı açıqlama verdi
Tarix: 15-10-2014, 09:37 | Çap et
“Karvan” Ticarət Mərkəzi öz-özünə yanmayıb, yandırıblar!”
Bir il keçmədi ki, Sumqayıt şəhərində yerləşən "Karvan" ticarət mərkəzi yenidən yandı. Yanğın nəticəsində 1 nəfər həlak oldu, 5 nəfər isə xəsarət aldı. Sumqayıt şəhərinin məşhur "kolxoz bazarı"na doğru getdikdə, qarşımıza ilk çıxan "Cavid" və "Karvan" ticarət mərkəzləridir. Ötən həftə baş vermiş yanğının izləri uzaqdan belə diqqəti çəkir. Ticarət mərkəzinin girişi, eskalatoru, lifti və binanın 3 mərtəbəsi bütünlüklə yanıb. Girişdə isə bir qrup adam toplaşıb.

- Adama zəng edin, gəlsin görək bunların fikri nədir, işimiz tökülüb qalıb, belə bekar durmayacağıq ki!

- Qoy hamı gəlsin, yığışıb danışaq. İsməliyə zəng edin, deyin ki, hamı bura yığılıb. Hamının adından qoy kişilər gedib danışsınlar - deyə "Karvan"ın qarşına yığılan qrupdakı qadınlar yanğından sonra kimə müraciət edib, hansı addımları atacaqları haqqında müzakirə aparırlar.

Müsahiblərimizdən biri bu yanğında təxminən 3-4 min manat, digəri 7-8 min manat zərər gördüyünü deyərkən, yaxınlıqda duran qadın "nə 7-8 min, sən ən aşağısı 10-12 min manat itirmisən" - deyə kişinin sözlərinə qüvvət verdi.

Yanğından zərərçəkənlərə təzminat ödəniləcəyinə gəldikdə, rəhbərliyin qəbuluna düşmək istəyən şəxslərin hamısı bir ağızdan indiyədək heç bir təzminat almadıqlarını bildirdilər. "Ötən il də yandı. Nə təzminat?! Bir manat da verən olmadı, neyləyirik təzminatı?! Bizə imkan versinlər, gedək yerimizdə dayanaq, işimizlə məşğul olaq" - deyə ticarətçilər cavab verdilər.

"Allaha qurban olum, bir dəfə qaçqın düşdük, iki dəfə isə malımız yandı..."

"Artıq itirəcəyimiz heç nə qalmayıb. Olan-qalan pulumuzu gedib mala vermişdik, o da burada iki dəfədir ki, yanıb kül olur. Allaha qurban olum, bir dəfə yaşadığımız yurddan qovulub qaçıb gəldik, iki dəfə də burda belə yanıb tələf oldu hər şeyimiz..."- şikayətlənən ticarətçilərdən biri gileyləndi.

"Niyə dillənmirsiniz?! İsməlinin nömrəsi kimdə varsa, zəng edib deyin ki, biz piştaxtalarımızı yığırıq. Deyin ki, hamımız onu burada gözləyirik" - deyə qadınlardan biri hərəkətə keçir.

Ticarət mərkəzinin önünə yığılan 10-15 adam bir qrup təşkil etsə də, fikirləri, istədikləri müxtəlifdir: "Onların pulu yoxdur, biz pul istəmirik. Yerimizi versinlər, oturaq işləyək", "bizə burda yer verən deyillər onsuz da, başqa yer də istəmirəm, bir ildir ki, burda oturub özümə müştəri yığmışam, yenidən yerimi dəyişən deyiləm ki!" - kimi fikir ayrılıqları səslənir.

Yanğından sonra ərazini elə ticarətçilərin özləri təmizlədiyi məlum olur: "Buranı zülmlə təmizləmişik, yorğunluqdan ölürük. Amma buna baxmayaraq, yenə də bizə yerimizi vermirlər ki, işləyək" - ticarət mərkəzinin önündə toplaşan qadınlardan biri deyir.

Qrupun digər bir nümayəndəsi isə bildirdi ki, yanğınsöndürənlər yanğın mənbəyinin internet modemindən yarandığını deyiblər: "Guya ki, modemdən yanğın baş verib. 12 voltla işləyən bir cihazdan elə bir yanğın yaranar?"
Satdığı malların sığortasına gəlincə isə müsahiblərimiz onlarda etibar yaradacaq bir sığorta şirkətinin olmadığını dedi: "Camaat maşınını vurur, heç onun sığortasını ödəmirlər. İnsanlarda dövlətə qarşı o qədər etibarsızlıq yaranıb ki, artıq ümidimiz belə qalmayıb. İndi mən hər şeyimi itirmişəm. Bir şey olmadan, pul olmadan haradan gedib sığorta ala bilərəm ki?! Hər şey zəncirvari şəkildə bir-biri ilə bağlıdır. Qanunda o qədər boşluqlar var ki... və bu boşluqların hər biri də elə kasıblara, bizə qarşı yönəldilib. İcra hakimiyyətindən adam gəlir deyir ki, bu, özəl sektordur, sığortanız olmalıdır. Sizi inandırım ki, sığorta olsa belə, yenə bura yandırılanda gəlib deyəcəklər ki, özünüz bilərəkdən bunu etmisiniz ki, sığortanı alasınız...".

Ticarətçilərə vəd edilən yeni satış yerləri isə onları qane etmir: "İndi bizə işləmək üçün elə yer deyirlər ki, orada heç gündəlik yerpulunu belə yığmaq mümkün olmayacaq. Hamımız nisyə mal götürüb işləyirik, onların pulunu yığıb geri qaytarmaq var hələ".

Ticarət mərkəzində yerləşən eskalatorun alt hissəsi yaxınlığında bir neçə dəmir emalatxanası da var. Ancaq yanğın buradan yan keçib. Emalatxanaya daxil olduğumuz zaman orada bir usta və iki müştəri vardı. Söhbət zamanı iki müştəridən birinin yanğın nəticəsində artıq ikinci dəfədir ki, külli miqdarda ziyan alan bir ticarətçi olduğu məlum oldu. O, artıq itirəcəyi bir şeyi yoxmuş kimi, emalatxanada oturub, armudu stəkanda asta-asta pürrəngi çay içirdi. "Nə deyim? İkinci dəfədir ki, obyektim yanıb. 70 000 manata yaxın ziyana düşmüşəm. Bir manat da təzminat da yoxdur" - deyən ticarətçi də adının açıqlanmasını istəmədi: "Guya bu nəyi dəyişəcək ki?! Bizdə nə qanun var, nə də qanuna əməl edən...".

İlk yanğından sonra ticarət obyektinin sığortalanması üçün vaxtilə "Bank Sdandart"ın qarşısında 15 gün gecələdiyini bildirdi: "Heç nə də eləmədilər. Sadəcə vaxt itkisidir".

Qrupun öz arasında keçirdiyi danışıqlardan sonra "Karvan" ticarət mərkəzinin sahibi Ağamirzə Əhədovun yanına kişiləri danışığa göndərmək istəyən qadınlar qəbula özləri getdilər. 15-20 dəqiqədən sonra qəbul otağından qayıdan qadınların sözlərindən müdirin onlardan halallıq aldığı məlum oldu. "O qədər həlim danışdı ki, bir şey demək olmadı. Rahatlandıq, deyir hər şey həll olunacaq" - müdirlə söhbətləşən qadınlardan biri dedi.

"Bura elə-belə yanmır ki!"

A.Əhədovun qəbuluna düşməyə biz də nail olduq. Onu qeyd edək ki, sözügedən ticarət mərkəzinin müdiri ilk başdan mətbuat nümayəndəsini qəbul etmək istəməsə də, bir az sonra razılıq verdi. Lakin buna baxmayaraq, verilən suallara birbaşa cavab verməkdən yayınırdı. "Təki Allah millətimizi ümumbəşəri təbii fəlakətlərdən qorusun, qalanı düzələn şeylərdir...".

"Bura elə-belə yanmır ki! Yəqin hər hansı bir qüvvə var. Əgər mən pisəmsə, gəlsin məni vursun-öldürsün və yaxud evimi yandırsın. Camaatın çörəyinə niyə bais olur? Burada 5000 insan çörək qazanır, niyə onların çörəyinə bais olurlar? Lakin Allah onların cəzasını verəcək, yaxınlarda hər şey üzə çıxacaq..." - deyə "Karvan"ın müdiri yanğınla bağlı belə bir açıqlama verdi.

Daha sonra nədənsə A.Əhədov hansı bölgədən olduğumu, kəlmeyi-şəhadətimi bilib-bilmədiyimi və bu kimi mətləbə dəxli olmayan suallar verməklə yanğınla bağlı əsas məqamlara aydınlıq gətirəcək suallardan yayındı.
A.Əhədov ötən il yanğın zamanı ticarət mərkəzinin 90%-nin yararsız vəziyyətə düşdüyünü bildirsə də, bu yanğında onu sevindirən bir məqamın olduğunu da dedi: "Ötən ilki yanğında sevindim ki, burada Heydər Əliyev guşəsi yanmamışdı. Ancaq bu dəfə həmin yer yandı. Elə-belə yanmır ki! Nə isə bir şey atırlar, qapı-pəncərə hamısı partlayıb yanır".

Ticarət mərkəzinin yanğın sisteminə gəldikdə isə müdir mərkəzin yeni layihəsində artıq bütün mənfi cəhətlərin aradan qaldırılacağını bildirdi. Mərkəzdə çalışan ticarət işçilərinin obyektlərinin və orada olan malların sığortası ilə bağlı isə A.Əhədov hüquqi şəxs kimi ticarətçilərə sığorta ilə bağlı tövsiyələr edə bilmədiyini dedi: "Mən onlara heç bir tövsiyə edə bilmərəm. Ticarət obyekti özü sığortalıdır. Onlar həm də ya Türkiyədən, ya "Sədərək"dən 3-5 manata nisyə mal alıb gətirirlər, o malları isə sığortalamaq mümkün deyil. Lakin burada bir-iki türk brend mağazası var ki, onların sığortası var" - deyən müdir binanın yeni layihə üzrə tikiləcəyini bir daha qeyd etdi. "Onu isə bəndə yox, yalnız Allah dağıda bilər" - deyə sözünə əlavə etdi. Hal-hazırda isə yanğından zərərçəkənlərin yaxın gələcəkdəki aqibəti necə olacağı haqda müdir cavab vermədi: "Onlara da yaxşı yer veriləcək, hər şey yaxşı olacaq" - deyən müdir bu "yaxın gələcəyin" nə vaxt yetişəcəyini isə açıqlamadı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Bu gün, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Bu gün, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Bu gün, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Bu gün, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Bu gün, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Bu gün, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Bu gün, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Bu gün, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Bu gün, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31
BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı - BUNDAN SONRA...
Bu gün, 11:25
Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları - İNCƏLƏMƏ
Bu gün, 11:15
Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır
Bu gün, 11:14
Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? - AKTUAL
Bu gün, 11:10
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir - MƏQALƏ
Bu gün, 11:06
AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü – Bu dəfə 45 minə
Bu gün, 10:58
Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:56
Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:55
Suraxanıda kimin sözü keçir... BİLİNMİR! - Görünəni odur ki...
Bu gün, 10:52
Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi – QƏRAR
Bu gün, 10:47
AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 10:39
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 10:19
Arzu Kazımovu kim himayə edir ki... - İLGİNC İDDİALAR...
Bu gün, 10:17
Tarixdə ilk: Ermənistan silah satdı - Hayrapetyan AÇIQLADI
Bu gün, 10:09
İran ABŞ qarşısında yeni şərt irəli sürdü: uranı sizə yox, Rusiyaya verək!
Bu gün, 10:07
AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir - DİQQƏT!
Bu gün, 09:59
WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:57
Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı - KİV
Bu gün, 09:55
Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq
Bu gün, 09:53
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - AKTUAL
Bu gün, 09:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru