Binəqədinin icra başçısından qeyri-adi qazanma üsulu - Torpaqları yenidən köhnə sahibinə satır
Tarix: 14-10-2014, 10:57 | Çap et
 Binəqədinin icra başçısı xələflərinin dövründə satılan torpaqların təftişinə göstəriş verib;
Sabiq vergi işçisi olan yeni başçı iş adamlarından müxtəlif adlar altında xərac yığmaqla məşğuldur.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov əvvəlki icra başçılarının dövründə satılan torpaqların təftişinə göstəriş verib. Artıq həmin torpaqlarda məskunlaşan sakinlər və iş adamları üçün ciddi problemlər yaranıb; üstəlik, həmin torpaqlarda evlər və obyektlər tikilib.
Ancaq X.İsgəndərov həmin torpaqların bir hissəsini geri almaq, bir hissəsini isə yenidən köhnə sahibinə satmaq niyyətindədir. Bu barədə “Yeni Müsavat”a Binəqədidə fəaliyyət göstərən iş adamlarından biri məlumat verib.
Mənbənin sözlərinə görə, X.İsgəndərov torpaqları yenidən köhnə sahibinə satmaqla yanaşı, yeni ev və ya obyekt tikməyə başlayanlardan da xərac toplayır. Bu barədə yuxarı instansiyalara saysız-hesabsız şikayətlər edilsə də, icra başçısı “xərac” yığımından nəinki əl çəkmir, əksinə, getdikcə “xəracların” səviyyəsi artır. Binəqədi rayon ərazisində istənilən tikinti işini görmək üçün konkret “məzənnə” müəyyənləşib. Təkcə hasarın çəkilməsi üçün 2000 manat pul tələb olunur. Evlərin tikilməsi üçün isə qiymətlər əraziyə uyğun olaraq dəyişir. Xocəhəsəndə bu qiymətlər 1000-1500 manat, Biləcəridə 1500-2000 manat, Rəsulzadə qəsəbəsində 2000-3000 manat civarındadır.
Mənbə icra başçısının “xərac” yığanlarının adlarını da açıqlayıb: “Xocahəsən, Sulutəpə ərazisində Mirpaşa, Rövşən və Çingiz, Biləcəridə Nicat, Rəsulzadə qəsəbəsində isə Rəfael adlı şəxslər ”xərac" toplamaqla məşğuldur. Nicatın X.İsgəndərovun xalası oğlu olduğu bildirilir və bu şəxsin özbaşınalıqları artıq hədd tanımır. Adları çəkilən şəxslər X.İsgəndərovun adından açıq-aşkar “bazarlıq” edirlər. Vətəndaşların obyektlərini və evlərini sökən bu şəxslər açıq şəkildə bildirirlər ki, onlara bu tapşırıqları kimsə yox, birbaşa olaraq icra başçısı Xaləddin İsgəndərov özü verir. Açıq şəkildə onlardan pul tələb edən icra hakimiyyətinin nümayəndələri onların qarşısına şərt qoyur. Ya inşaat yarımçıq qalacaq, ya da tikilən evlər söküləcək".
Mənbə onu da bildirir ki, rayonun iş adamlarından “xərac” yığılması artıq ənənə halını alıb: “Rayon İcra hakimiyyətinin büdcəsi hesabına gerçəkləşməli olan layihələr faktiki olaraq ”xəraclar" hesabına həyata keçirilir. Büdcə vəsaitləri isə silinib şəxsi ciblərə axır. Xərac yığımı ilə bağlı dəfələrlə iş adamları yuxarı instansiyalara, o cümlədən də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Ancaq nəticəsi olmayıb. Sanki X.İsgəndərovun missiyası elə xərac yığmaq imiş".
Mənbənin iddiasına görə, X.İsgəndərovun “xərac” yığanları hər axşam Sumqayıt yolunun üstündə olan “Neapol” restoranına yığışır, başçıya hesabat verirlər. Bəzi məlumatlara görə, restoran elə X.İsgəndərova məxsusdur.
1962-ci il təvəllüdlü X.İsgəndərov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universitetini) bitirib. Qubadlı rayonu İstehlak Cəmiyyətində, Abşeron rayonu təsərrüfat hesablı univermaqda, Xızı rayonu İstehlak Cəmiyyətində, “Azər” təsərrüfat hesablı müəssisədə çalışıb.
2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı Şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə işləyib. 2012-ci ilin aprelində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
X.İsgəndərov vergilər naziri, son vaxtlar hakim elitanın önəmli simalarından birinə çevrilmiş Fazil Məmmədovun yaxın qohumudur. Binəqədidə yığılan “xərac”ların vergilər nazirinin göstərişi ilə yığılması barədə də məlumatlar dolaşır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17 |
|
|
|
| • Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13 |
|
|
|
| • “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06 |
|
|
|
| • “Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02 |
|
|
|
| • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59 |
|
|
|
| • 112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51 |
|
|
|
| • AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49 |
|
|
|
| • SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
| • “Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32 |
|
|
|
| • Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27 |
|
|
|
| • Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23 |
|
|
|
| • Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20 |
|
|
|
| • Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16 |
|
|
|
| • Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04 |
|
|
|
| • 2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00 |
|
|
|
| • Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57 |
|
|
|
| • Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49 |
|
|
|
| • İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42 |
|
|
|
| • "Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31 |
|
|
|
| • BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı - BUNDAN SONRA...
Bu gün, 11:25 |
|
|
|
| • Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
| • Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır
Bu gün, 11:14 |
|
|
|
| • Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? - AKTUAL
Bu gün, 11:10 |
|
|
|
| • WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir - MƏQALƏ
Bu gün, 11:06 |
|
|
|
| • AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü – Bu dəfə 45 minə
Bu gün, 10:58 |
|
|
|
| • Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:56 |
|
|
|
| • Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:55 |
|
|
|
| • Suraxanıda kimin sözü keçir... BİLİNMİR! - Görünəni odur ki...
Bu gün, 10:52 |
|
|
|
| • Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi – QƏRAR
Bu gün, 10:47 |
|
|
|
| • AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 10:39 |
|
|
|
| • “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
| • Arzu Kazımovu kim himayə edir ki... - İLGİNC İDDİALAR...
Bu gün, 10:17 |
|
|
|
| • Tarixdə ilk: Ermənistan silah satdı - Hayrapetyan AÇIQLADI
Bu gün, 10:09 |
|
|
|
| • İran ABŞ qarşısında yeni şərt irəli sürdü: uranı sizə yox, Rusiyaya verək!
Bu gün, 10:07 |
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir - DİQQƏT!
Bu gün, 09:59 |
|
|
|
| • WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:57 |
|
|
|
| • Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı - KİV
Bu gün, 09:55 |
|
|
|
| • Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq
Bu gün, 09:53 |
|
|
|
| • 17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - AKTUAL
Bu gün, 09:49 |
|
|
|
| • Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 09:48 |
|
|
|
| • Burda rəsmən bazar açıblar... - İTTİHAM VAR...
Bu gün, 09:37 |
|
|
|
| • Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var
Bu gün, 09:31 |
|
|
|
| • Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı – Allah Uzaq Eləsin
Bu gün, 09:29 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 118 dolları keçib
Bu gün, 09:09 |
|
|
|
| • Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... - AXI NİYƏ?
Bu gün, 09:08 |
|
|
|
| • Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – Mütəxəssis deyir ki...
Bu gün, 09:05 |
|
|
|
| • İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... - KİV
Bu gün, 08:04 |
|
|
|
| • “Space FM”ə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 08:02 |
|
|
|
| • Tramp IRS-ə qarşı iddiasını geri çəkib: - ABŞ-də 1,8 milyard dollarlıq fond yaradılır
Bu gün, 08:00 |
|
|
|
|