Arzu Kazımovun adı keçən BORC QALMAQALI... .....                     Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər .....                     "İrşad" BOKT-un zərəri kəskin artıb .....                     AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib .....                     Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb .....                     Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” .....                     Neft 180 dollara çata bilər .....                     Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü .....                     “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur .....                     “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... .....                     Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi .....                     Bərdədə fermerlərin SIĞORTA DAVASI... .....                     Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... .....                     Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... .....                     Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb .....                     Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? .....                     “Mikrorayon” serialını sevənlərə üzücü xəbər .....                     Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... .....                     "Ürəyimin üç damarını dəyişiblər..." .....                     Bakı-Moskva arasında yeni dövr .....                     Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar .....                     Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... .....                     Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... .....                     "Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... .....                     Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... .....                     Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR .....                     İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb .....                     Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... .....                     Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                     1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? .....                     Ukraynanın Moskvaya qisas hücumu .....                     "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                 

Cəbhə xətti boyu nə baş verir? - Ordumuz hücum əmrini gözləyir - Səfər təəssüratları
Tarix: 13-08-2014, 11:40 | Çap et
Cəbhə xətti boyu nə baş verir? - Ordumuz hücum əmrini gözləyir
Mən və bir neçə həmkarım Müdafiə Nazirliyinin dəstəyi ilə 3 gün bütün cəbhə boyu ərazilərdə - hərbçilərin dili ilə desək, cəbhənin sağ cinahından sol cinahınadək, yəni demək olar ki, İranla sərhəddən tutmuş Gürcüstanla sərhədədək Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində olduq. Bakı-Füzuli-Beyləqan-Xocavənd-Ağdam-Tərtər-Şəmkir-Gədəbəy-Qazax-Tovuz-Gəncə-Bakı marşrutu boyu çox şeyi gördüm, çox şeylərin şahidi oldum. Amma məlum səbəblərdən görüb bildiklərimin hamısını sizlərə açıqlaya bilməyəcəyəm.

Ordumuz hücum əmrini gözləyir

Cəbhədəki vəziyyətlə tanışlığımız Füzuli rayonunda Ermənistan silahlı birləşmələri ilə üzbəüz hərbi hissələrdən birindən başladı, Tovuzda son günlər ən çox gərginlik yaşanan istiqamətlər üzrə mövqelərimizin birindəki səngərdə başa çatdı. Bir şeyi qeyd edə bilərəm ki, cəbhə bölgəsində dislokasiya olunmuş Ordumuzun istər ön, istərsə də arxa xəttdə yerləşən bölmələrindəki vəziyyət məni birmənalı olaraq sevindirdi. İstər hərbi hissələrin kazarmaları, istər təchizat-təminat məsələləri, istər hərbçilərimizin döyüş hazırlığı, nizam-intizamı, istərsə də ruh yüksəkliyi, ayıq-sayıqlığı, döyüş əzmi və qorxmazlığı məndə yalnız bir fikir oyatdı - bu Ordu yenilməzdir.

Bəziləri düşünə bilər ki, bu yazı "xala, xətrin qalmasın" deyə və pafos üçün yazılıb. Əsla! Tam səmimi deyirəm, Silahlı Qüvvələrimizin bugünkü vəziyyəti məni yaxşı mənada, hətta gözlərimi yaşardacaq qədər çox təəccübləndirdi. Orduda müsbət istiqamətdə ciddi dəyişikliklər müşahidə etdim. Əgər 20-ci əsrin sonlarında, Ordu quruculuğunun ilk illərində maddi-texniki təminat, 2000-ci illərin əvvəllərində isə davamlı atəşkəsin yaratdığı yeknəsəkliyin doğurduğu ruh düşkünlüyü problemləri vardısa, bu səfərimiz zamanı bunların heç birini görmədim. Ordumuz ən müasir silahlarla silahlanıb, düşmənlə təmasda ən ucqar mövqelərdəki hərbçilərimiz belə ərzaq, silah-sursat, hərbi texnika və digər vasitələrlə tam təmin edilib, hərbçilərimizin müayinə və müalicəsi üçün lazım olan hər cür şərait yaradılıb. Ali Baş Komandan tərəfindən Odruya böyük qayğı və diqqət götərilməsi, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən düşmənə "1-ə 10" prinsipi ilə cavab vermək, qisas almaq əmrinin verilməsi, döyüşlərdə rəşadət göstərənlərin layiqincə qiymətləndirilməsi onlarda böyük ruh yüksəkliyi yaradıb.

Səfər zamanı, həmçinin vaxtilə bir yerdə xidmət etdiyim zabit yoldaşlarımızdan bir neçəsi ilə rastlaşdım. Hər biri də tam səmimi olaraq dedilər ki, o vaxtdan bəri çox şey dəyişib və dəyişmək üzrədir. İndi bizdə var qüvvəmizlə işləmək, Vətənə xidmət etmək üçün daha böyük həvəs yaranıb. Orduda hərbçinin özünə və silah yoldaşına inamı isə çox mühüm məsələdir. Əgər bu varsa, onda xalq öz Ordusuna tam inana və ona güvənə bilər.

Məni əla maddi-texniki təminat, gözəl şəraitlə yanaşı təəccübləndirən digər məsələlərdən biri də hərbçilərimizin kreativliyi oldu. Onların yaranmış zərurətdən və yerli şəraitdən doğan yaradıcılığı, bundan əvvəl heç bir müharibə və münaqişə tarixində istifadə edilməyən metod və vasitələr ixtira etməsi yalnız alqışa layiqdir. Təbii ki, həmin metod və ixtiraların nədən ibarət olduğunu açıqlamayacağam.
Hərbçilərin özünə olan bu inamı, qorxmazlığı, qətiyyəti, bir addım da geri çəkilməmək, əksinə hücuma can atmaq, düşməni dərhal məhv etmək istəyi düşmənin canına vəlvələ salıb. İşğalçı qüvvələrin şəxsi heyəti arasında vəziyyət artıq o həddə çatıb ki, onlar qaranlıq düşən kimi ətrafa necə gəldi atəş açmağa başlayırlar ki, birdən Azərbaycan əsgəri qəfil başının üstündə peyda olar. Atəşkəsin niyə daha çox gecələr pozulduğunun bir səbəbi də məhz bununla izah edilir. Hətta cəbhənin elə hissələri var ki, orada ermənilər Azərbaycan tərəfinə rus dilində səslənərək "xahiş edirik, atmayın" deyə yalvarırlar. Snayperlərimiz isə düşmənə bir an da olsun, rahat nəfəs almağa imkan vermirlər. İndi bütün cəbhə boyu münaqişə edən tərəflər gündüzlər snayper müharibəsi aparır, gecələr isə bir-birini kiçik və iriçaplı silahlardan atəşə tuturlar. Lakin erməni tərəfindən fərqli olaraq Ordumuz düşmənin hər 1 gülləsinə 10 güllə ilə cavab verir. Bunun necə baş verdiyinin uzaq məsafədən də olsa, şəxsən özüm şahidi oldum. Avqustun 10-da gecə saat 2-nin yarısı cəbhənin Tovuz istiqamətində erməni silahlı birləşmələri yerləşdikləri mövqelərindən yuxarıdan aşağıya kiçikçaplı silahlardan atəş açmağa başladılar. Təsəvvür edin ki, bunun qarşılığında Azərbaycan Ordusunun mövqelərindən həmin nöqtəyə doğru sözün həqiqi mənasında əsl od yağışı yağmağa başladı. Cəmi 10 dəqiqə keçəndən sonra düşmən tamamilə susmağa məcbur edildi. Digər bir fakt isə jurnalistlər və ictimaiyyət nümayəndələri cəbhənin Azərbaycan-Ermənistan sərhədinin Qazax istiqamətindəki Azərbaycan mövqelərində olarkən ermənilər tərəfindən açıq-aşkar şəkildə atəşə tutulması zamanı oldu. Elə həmin andaca komandirlərin əmrini yerinə yetirən əsgərlərimizin açdığı onqat cavab atəşi erməniləri öz yerində oturmağa vadar etdi.
O da məlum oldu ki, düşmən tərəfdə bütün cəbhə boyu döyüş növbətçilyini aparmaq üçün şəxsi heyət çatışmadığından yerli mülki əhali cəlb olunur və bunun qarşılığında onlara muzd ödənilir.

İyulun 31-dən avqustun 2-dək cəbhədə vəziyyət gərginləşən və atışmalar intensivləşən zaman düşmən həmlələrinin qarşısını alarkən Ordumuz itkilər verdi, bir neçə hərbçimiz isə yaralandı. Bu barədə Müdafiə Nazirliyi rəsmi məlumat yaydı. Lakin Ermənistan tərəfi öz silahlı birləşmələrindəki ölən və yaralananların sayını hər vəchlə gizlətdi ki, orduda ruh düşkünlüyü yaşanmasın, xalqda dövlətə qarşı etiraz baş qaldırmasın. Onların yalan məlumatlar yaymasını elə təkcə bir fakt sübut edir ki, bəzi yerlərdə atışmalardan sonra əraziyə dərhal bir neçə sanitar maşın cəlb olunub. Bu isə orada ən azından bir neçə nəfərin yaralanması deməkdir. Lakin Ermənistanın rəsmi məlumatlarında bunların heç biri yer almayıb.

Buna baxmayaraq, hərbçilərimiz bir an da olsun, çəkinmir, Ali Baş Komandanın hücuma keçərək düşməni məhv etmək əmrini səbirsizliklə gözləyir, şəhidlərimizin qisasını almaq hissi ilə alışıb yanırlar.

Orduda qadınların sayı artır
Diqqətimi çəkən məqamlardan biri Ordu sıralarında xanımların sayının artması oldu. Belə ki, onların hərbi hissələrin düşmənlə birbaşa təmas xəttində olmayan bölmələrində yeməkxanalara, tibb xidmətinə, rabitə, kargüzarlıq və digər işlərə cəlb edildiyini müşahidə etdik. Bizə məlumat verildi ki, əvvəlki illərə nisbətən Orduda qadınların sayı son zamanlar xeyli artıb. Yaxın gələcəkdə onların sayının artacağı və xidmət sahələrinin əhatə dairəsinin daha da genişlənəcəyi gözlənilir.

Hərbi hissələrdən birində olarkən onlardan Zeynalova soyadlı bir hərbçimiz isə bizə yaxınlaşaraq snayper olmaq istədiyini, lakin Azərbaycan Ordusunda qadınlar bu işə cəlb edilmədiyindən arzusu ürəyində qaldığını dedi. Cəmi 20-21 yaşı olan həmin qız bizdən dönə-dönə onun arzusunun yerinə yetirilməsində yardımçı olmağımızı istədi. Təbii ki, biz də ona belə məsələlərin yalnız qayda-qanun çərçivəsində həll olunduğunu izah etdik.


Qələbəyə gedən yol Ordu ilə xalqın birliyindən keçir

Səfərimiz zamanı biz həm də son günlər cəbhədə yaranmış gərginlik zamanı şəhid olmuş bir neçə hərbçimizin Xocavənddə, Ağdamda, Tovuzda və Qazaxda yaşayan ailələlərini ziyarət etdik. Maraqlısı ondadır ki, biz onların heç birində ciddi matəm əhval-ruhiyyəsi, göz yaşları görmədik. Əksinə, hər bir şəhidin atası, qardaşı, ailə üzvləri Vətən uğrunda şəhid vermələri ilə, onların öz qanı ilə Azərbaycan bayrağını ucaltmaları ilə fəxr etdiklərini, verdikləri şəhidin onların adını ucaltdığını, bu azmış kimi cavanlı-qocalı sağ qalan digər ailə üzvlərinin də əlinə silah alaraq döyüşə qatılmağa hazır olduqlarını bildirdilər.

Onlar həm də bildirdilər ki, cəbhə bölgəsində, bəzi hallarda isə düşmənlə cəmi bir neçə metr məsafədə yaşamalarına baxmayaraq, qəti ermənilərdən, onların təxribatlarından çəkinmirlər. Olduğumuz bütün rayonlarda düşmənlə təmas xəttində yerləşən kəndlərin sakinləri qeyd etdilər ki, onlardan heç biri yaşadığı evini, doğma yurd-yuvasını tərk etmir və tərk etmək fikrində deyil. Bu barədə son günlər yayılan məlumatların heç biri də həqiqətə uyğun deyil. Əksinə, əhalidə Azərbaycan Ordusuna inam o qədər böyükdür ki, onlar öz gündəlik məişət-təsərrüfat işləri ilə məşğul olurlar. Hətta səfərimiz zamanı Ağdamın Xındırıstan kəndində toy şənliyinin keçirildiyini görüb, bəylə gəlini təbrik etməyi də unutmadıq. Vaxtımız çox məhdud olduğundan toyda bir neçə dəqiqədən artıq qala bilmədik, ona görə də həmkarlarımdan biri toyda rəqs edə bilməməyinin heyfini küçənin ortasında əl açıb oynamaqla çıxdı.

Ordumuzun isə həm yerli sakinlərdən, həm də ümumilikdə Azərbaycan xalqından təkcə bir şeyə - mənəvi dəstəyə ehtiyacı var. Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşlarından birinin sözlərini olduğu kimi yazıram: "Yaxşı olar ki, səngərlərdə gecə-gündüz yayın istisində, qışın, payızın soyuğunda, yağışında, palçığında, qarında bizi düşməndən qoruyan əsgər, gizir və zabitlərimizi unutmayaq. Onsuz da dövlət tərəfindən tam təmin edildiyindən hərbçilərimizin istər qida, istər geyim, istərsə də silah-sursat baxımından heç nəyə ehtiyacları yoxdur. Rəsmi bayram günlərində isə həm Müdafiə Nazirliyi, həm də yerli dövlət orqanları tərəfindən onlara lazımi diqqət göstərilir. Amma daha yaxşı olar ki, onları adi günlərdə də daim unutmayaq, əsgərlərimizi bir kilo konfet, bağımızdan bir zənbil meyvə, evimizdə bişən bir qab şirniyyat və s. ilə də olsa, sevindirək. Bu, onlar üçün çox vacibdir. Belə dəstək daha səmərəli, daha təsirli olur..."

Nəhayət, növbəti səfərimizdən cəbhə xəttindən qələbə xəbərləri vermək ümidi ilə səngərlərdən, barıt qoxulu bölgələrimizdən ayrılırıq. Avtobusla yola düzəlib Bakıya qayıdırıq. Bakıda "Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü", - deyən dahi Hüseyn Cavidin abidəsi önündən başlayan səfərimiz yenidən Bakıda, bu dəfə Dövlət Bayrağı Meydanının yaxınlığında bitdi...
Zəfər Tağı
P.S. Bütün səfər yol boyu öz-özümə düşünür və xəyal edirdim ki, Ordusunun qətiyyəti, əsgərinin rəşadəti və mübarizliyi, millətinin Vətən uğrunda şəhid verilməsini matəm yox, bayram etməsi, qısa zaman ərzində inkişaf rekordları ilə dünyaya səs salaraq hamını təəccübləndirə bilən Azərbaycanımız hələ bir şeylə də dünyanı heyran edəcək - Bakıda böyük bir "Zəfər Tağı"nın önündə Qələbə Paradı ilə...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07
İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru