Sumqayıt sakinləri çalışırlar ki, xəstələnməsinlər... - başqa şansları yoxdur...
Tarix: 11-08-2014, 12:53 | Çap et
 Son vaxtlar səhiyyəmizdəki nöqsanlar daha qabarıq görünür desək, yanılmarıq. Az qala hər gün hansısa səhiyyə ocağı barədə şikayətlər eşidirik. Təəssüflər olsun ki, şikayət edilən səhiyyə ocaqlarının əksəriyyəti dövlət xəstəxanalarıdır. Bu gün elə bir şəxs tapmarıq ki, hansısa dövlət xəstəxanasından tam razı olsun. Məsələn, dövlət xəstəxanasında əvvəlcədən ödəniş edilir, sonradan heç kim pul tələb etmir. Amma bu gün bizim əksər dövlət xəstəxanalarımız, poliklinikalarımıza bir daxil olan sevinir, bir də çıxan.
Çünki xəstəxanalara daxil olandan, qapıçıdan tutmuş, sanitarkalara, tibb bacılarına qədər hər biri pul istəyir. Son zamanlar ən çox şikayət edilən, adı bir çox durumlarda hallanan Sumqayıt səhiyyəsidir ki, bu barədə bizlər də dəfələrlə yazılar dərc etmişik. Deyilənlərə görə, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri Ələkbər Tağıyev vəzifəsinin öhdəsindən lazımi səviyyədə gəlməyi bacarmadığı üçün sadə vətəndaşlar bundan əziyyət çəkirlər. Həmçinin Sumqayıt şəhərində yerləşən əksər tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətin qiymətinin yüksək həddə olduğu da söylənir. Belə ki, Sumqayıtda fəaliyyət göstərən bir neçə xəstəxanada hətta ölüm ayağında olsan belə, əgər pulun yoxdursa, xəstəxanalara qəbul olunmursan. Ümumiyyətlə, Sumqayıt səhiyyəsinin həddindən aşağı səviyyədə olması, göstərilən xidmətlərin sıfıra bərabər olduğu, daha sonra vətəndaşların müalicəsi üçün nəzərdə tutulan dərman preparatlarının pulla satıldığı söyləntiləri var. Dövlət büdcəsindən Sumqayıt şəhər səhiyyə sisteminin inkişafı üçün kifayət qədər vəsait ayrılsa da, hələ ki, ortada ciddi dəyişiklik və yaxud hansısa bir nəticə yoxdur. Belə ki, şəhərdə fəaliyyət göstərən bəzi səhiyyə ocaqlarının baş həkimləri, eləcə də həkim kollektivi qanunsuz işlərə qol qoymaqla vətəndaşlara əlavə problemlər yaradırlar. Misal olaraq, Vilayətdin Gözəlovun baş həkimi olduğu 2 saylı xəstəxanasını göstərmək olar. Sumqayıt şəhəri 57-ci məhəllədə yerləşən bu xəstəxananın təyinatı çoxprofilli xüsusi ixtisaslaşdırılmış tibbi yardımdır. 400 çarpayıdan ibarət olan səhiyyə müəssisəsində qanunsuzluq baş alıb gedir desək, yanılmarıq. Bildiyiniz kimi, 2008-ci ildən etibarən dövlət büdcəsindən maliyyələşən bütün səhiyyə ocaqlarında pulsuz tibbi xidmət tətbiq olunur. Bu gün xəstəxanaların bir hissəsi qanuna əməl etsələr də, hələ də dövlət xəstəxanalarında tibbi xidmətin pulsuz olduğunu israrla qəbul etməyən səhiyyə ocaqları da var. Və onlardan biri də, Sumqayıt şəhər 2 saylı xəstəxanadır. Görünən odur ki, bu tibb müəssisəsinin rəhbərliyi tamam başqa "prinsiplər"lə işləyir. Çünki baş həkim Vilayətdin Gözəlov üçün xəstə insanların səhhəti o qədər də önəmli deyil. Məhz elə buna görə də, vətəndaş cibinə pul qoymayıb xəstəxanaya müraciət edirsə, heç bir həkim onun şikayətilə maraqlanmır. Bundan başqa, Nazim Hüseynquliyevin baş həkimi olduğu 1 saylı xəstəxanada da təxminən, eyni vəziyyətin hökm sürdüyünü deyə bilərik. Sumqayıt şəhər 1 saylı xəstəxanada əsas maraqlı məqamlardan biri ondan ibarətdir ki, xəstəxanada çalışan tibb personalı etiraf edirlər ki, onlar xəstədən pul almağa məcburdurlar. Çünki şöbə müdiri və baş həkim də həkimlərdən pul tələb edir.
Göründüyü kimi, Sumqayıt şəhər səhiyyəsi heç də ürəkaçan deyil. Və budur necə deyərlər, sadə vətəndaşların başında çatlayır. Səhiyyənin hazırkı durumu yalnız və yalnız bizlərin ziyanınadır. Çünki səhiyyəmiz güclü olmasa, gələcək nəsilə heç bir ümid qalmır. İnanaq ki, hazırkı mövcud problemlər tez bir zaman çərçivəsində öz həllini tapacaq və Sumqayıt sakinləri də dövlət xəstəxanalarından tam pulsuz istifadə imkanından yararlana biləcəklər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46 |
|
|
|
| • Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40 |
|
|
|
| • Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37 |
|
|
|
| • “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27 |
|
|
|
| • “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43 |
|
|
|
| • Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31 |
|
|
|
| • Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20 |
|
|
|
| • Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07 |
|
|
|
| • Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02 |
|
|
|
| • Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42 |
|
|
|
| • Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41 |
|
|
|
| • “Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39 |
|
|
|
| • Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19 |
|
|
|
| • "Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53 |
|
|
|
| • Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50 |
|
|
|
| • Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48 |
|
|
|
| • Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35 |
|
|
|
| • Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29 |
|
|
|
| • "Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22 |
|
|
|
| • Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18 |
|
|
|
| • Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07 |
|
|
|
| • İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00 |
|
|
|
| • Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23 |
|
|
|
| • Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13 |
|
|
|
| • 1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07 |
|
|
|
| • Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59 |
|
|
|
| • "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50 |
|
|
|
| • Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45 |
|
|
|
| • İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40 |
|
|
|
| • Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35 |
|
|
|
| • Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27 |
|
|
|
| • Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14 |
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39 |
|
|
|
| • Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36 |
|
|
|
| • SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35 |
|
|
|
| • İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25 |
|
|
|
| • Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21 |
|
|
|
| • Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19 |
|
|
|
| • Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16 |
|
|
|
| • Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11 |
|
|
|
| • Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07 |
|
|
|
| • Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04 |
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02 |
|
|
|
| • Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45 |
|
|
|
| • Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00 |
|
|
|
| • Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53 |
|
|
|
| • Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19 |
|
|
|
| • "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15 |
|
|
|
| • Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57 |
|
|
|
| • Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53 |
|
|
|
|