Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu .....                     Bakıda evlərin qiyməti ilə bağlı son durum .....                     "Akvaparkda uşağın ölümü ilə bağlı araşdırma aparılır" .....                     “Ermənistanı hələ də müttəfiq hesab edirik” .....                     Alim Qasımov 70 yaşın bir addımlığında: .....                     Politoloqdan İran səfirinə .....                     Putin vacib açıqlamalar verəcək .....                     TRIPP layihəsinə İran təhdidləri və: .....                     Azərbaycanda 7 ay ərzində internetə 383 milyon manat xərclənib .....                     Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir .....                     Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... .....                     Unun qiyməti artır: çörək bahalaşacaqmı? .....                     Azərbaycanlı müğənni küçədə döyüldü .....                     “Vəfa Şərifovanı polis saxlayıb” iddiasına .....                     Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı .....                     Laçında benzin satınalması: Niyə məhz bir mənbə metodu seçilib? .....                     Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğlunu BIÇAQLADI .....                     Qobustanda 376 min manatlıq “sirli” müqavilə... .....                     Bakı şəhəri bu gün bir daha yuyuldu .....                     “Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..” .....                     Paşinyan iki mühüm fiquru niyə dəyişdi? .....                     "Qarabağ" "Tvente" ilə macərası nə ilə bitəcək? .....                     Zubir “Qarabağ”dan getdi: .....                     Gürcüstanın Baş naziri Samtsxe-Cavaxetiyaya yeni qubernator təyin etdi .....                     Kompleks Qazma İşləri Trestində NÖVBƏTİ ÖZBAŞINALIQ .....                     "Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." .....                     “Zəlzələ öldürmür, kağız binalar öldürür!” .....                     Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi .....                     “Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub .....                     İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır .....                     "Azər müəllim, mən sizə neyləmişdim?" .....                     Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır .....                     Moskva müqavilənin şərtlərinə əməl etmir .....                     Payızda bu məhsullar bahalaşa bilər .....                     Hərbçimiz hospitalda vəfat etdi .....                     NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır .....                     "Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi .....                     Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... .....                     Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər .....                     Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub .....                 

Putin yeni cəbhə qurur - Azərbaycanın adı...
Tarix: 5-08-2026, 17:40 | Çap et

Kreml köhnə təhlükəsizlik modelindən uzaqlaşaraq Avrasiyada yeni geosiyasi düzən formalaşdırmağa çalışır. Azərbaycan isə artıq prosesləri kənardan izləyən deyil, yeni regional təhlükəsizlik və logistika xəritəsində mühüm oyunçulardan birinə çevrilir.

Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlığın şərtlərinə yenidən baxılması barədə göstərişi Moskvanın postsovet məkanında təhlükəsizlik siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. “Svobodnaya Pressa”nın yazdığına görə, Moskva bununla yalnız iki ölkə ilə silah və hərbi texnika sahəsində əməkdaşlığı genişləndirməyi deyil, regionda yeni hərbi-strateji əlaqələr sistemi formalaşdırmağı da hədəfləyə bilər.

Burada diqqətçəkən məqam Özbəkistanın KTMT üzvü olmamasıdır. Qazaxıstan isə təşkilatın üzvüdür. Bu fərq Rusiyanın gələcək təhlükəsizlik modelini yalnız KTMT çərçivəsində görmədiyini göstərən amillərdən biri sayıla bilər. Politoloq Boqdan Bezpalkonun fikrincə, Moskva KTMT-nin fəaliyyət formatına yenidən baxaraq təşkilatdan kənar ikitərəfli hərbi müqavilələrə daha çox üstünlük verə bilər. Ermənistanın təşkilatdan faktiki uzaqlaşdığı bir vaxtda bu yanaşma xüsusilə diqqət çəkir.

Bu prosesdə Azərbaycanın xüsusi əhəmiyyəti var. Rusiya üçün strateji əhəmiyyət daşıyan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Eyni zamanda Bakı Mərkəzi Asiya ölkələri ilə nəqliyyat, logistika və iqtisadi əlaqələrini genişləndirir. Buna görə Moskvanın Qazaxıstan və Özbəkistanla hərbi əməkdaşlığı yalnız təhlükəsizlik məsələsi kimi nəzərdən keçirilə bilməz. Rusiya üçün mühüm nəqliyyat marşrutlarının və iqtisadi əlaqələrin təhlükəsizliyi də önəmlidir.

Azərbaycanın həm “Şimal-Cənub” dəhlizində, həm də Mərkəzi Asiya ilə Qərb arasındakı bağlantılarda artan rolu onu yeni regional arxitekturanın mühüm elementinə çevirir. Rusiya yeni təhlükəsizlik modelində Qazaxıstan və Özbəkistanı, potensial olaraq isə Çini önə çıxarmağa çalışa bilər. Azərbaycan hərbi ittifaqın birbaşa iştirakçısı olmasa da, coğrafiyası, nəqliyyat imkanları və artan geosiyasi çəkisi səbəbindən bu xəritədə mühüm mövqeyə malikdir.

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, əvvəllər Kremlin təhlükəsizlik məkanında olan postsovet dövlətləri indi bu məkanın milli təhlükəsizliklərini tam təmin etmədiyini, əksinə, yeni təhdidlər yaratdığını görürlər: “Buna görə daha müstəqil davranmağa və özləri üçün yeni təhlükəsizlik imkanları axtarmağa çalışırlar”.

Siyasi şərhçi hesab edir ki, Rusiyanın son addımlarını yalnız KTMT kontekstində qiymətləndirmək kifayət deyil. Əslində Kreml sovetdənqalma təhlükəsizlik modelindən tədricən uzaqlaşır. Uzun illər Moskvanın əsas yanaşması vahid təhlükəsizlik məkanı yaratmaq idi. Bu modeldə KTMT hərbi, Avrasiya İqtisadi İttifaqı isə iqtisadi inteqrasiyanın əsas sütunları sayılırdı.

Lakin son illərin hadisələri göstərdi ki, postsovet məkanı artıq vahid siyasi məkan deyil. Hər bir dövlət öz milli maraqlarına uyğun çoxşaxəli xarici siyasət yürüdür. Belə şəraitdə kollektiv təhlükəsizlik modeli əvvəlki səmərəliliyini itirir. Vaxtilə postsovet məkanının əsas hərbi ittifaqı kimi təqdim olunan KTMT də əvvəlki siyasi çəkisini əhəmiyyətli dərəcədə itirib. Ermənistanın faktiki olaraq təşkilatdan uzaqlaşması bunun ən bariz nümunəsidir. İrəvanın narazılığı həm də KTMT modelinin dəyişən geosiyasi reallıqlara cavab verməkdə çətinlik çəkdiyini göstərir.

Ona görə də Rusiya kollektiv mexanizmlərdən daha çox ikitərəfli əməkdaşlıq formatına üstünlük verməyə başlayır. İkitərəfli münasibətlər daha çevikdir, daha az siyasi risk daşıyır və tərəfdaşların maraqlarına uyğun yenilənə bilir.

Mərkəzi Asiyada isə yeni geosiyasi reallıq formalaşır. Rusiya təhlükəsizlik komponentləri ilə regionda qalmağa, Çin iqtisadi gücü ilə mövqelərini möhkəmləndirməyə, Türkiyə və Azərbaycan Türk Dövlətləri Təşkilatının imkanlarını genişləndirməyə çalışır. Avropa İttifaqı da enerji, nəqliyyat və logistika baxımından regionda iştirakını artırır. Belə rəqabət şəraitində Moskvanın daha çevik, ikitərəfli və kiçik formatlı əməkdaşlıqlara yönəlməsi təsadüfi görünmür.

Əlibəyli yeni Avrasiya təhlükəsizlik modelində hərbi güclə logistikanın getdikcə bir-birindən ayrılmaz hala gəldiyini vurğulayır. Onun fikrincə, müasir geosiyasətdə orduların hərəkəti qədər yüklərin, enerjinin və məlumat axınının təhlükəsizliyi də strateji əhəmiyyət daşıyır. Məhz bu baxımdan Azərbaycan üçün yeni imkanlar açıla bilər: “Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilir. "Şimal-Cənub" dəhlizi Rusiyanı Hind okeanı istiqamətinə bağlayırsa, Transxəzər marşrutu Mərkəzi Asiyanı Avropaya çıxarır. Bu iki strateji xəttin kəsişdiyi əsas məkanlardan biri Azərbaycandır. Ölkənin üstünlüyü yalnız coğrafi mövqeyi ilə deyil, son illərdə yaratdığı infrastruktur və nəqliyyat imkanları ilə də bağlıdır.

Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tiflis-Qars dəmir yolu, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və “Şimal-Cənub” dəhlizi Azərbaycanın Avrasiya bağlantılarındakı rolunu gücləndirir. Zəngəzur istiqamətində nəzərdə tutulan kommunikasiyalar da reallaşarsa, ölkənin tranzit və əlaqələndirici imkanları daha da genişlənə bilər.

Əgər əvvəllər Azərbaycanın üstünlüyü əsasən enerji resursları ilə izah olunurdusa, indi ölkənin strateji əhəmiyyəti nəqliyyat, logistika, rəqəmsal bağlantılar və çoxtərəfli diplomatiyanın kəsişməsində formalaşır. XXI əsrin Avrasiyasında dövlətlərin çəkisi yalnız hərbi potensialla deyil, müxtəlif güc mərkəzlərini bir-birinə bağlamaq qabiliyyəti ilə də müəyyən edilir".

Ekspertin sözlərinə görə, nəticə etibarilə, Putinin son göstərişini yalnız iki ölkə ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişlərin yenilənməsi kimi qiymətləndirmək düzgün olmazdı: “Burada daha geniş prosesin əlamətləri görünür. Moskva postsovet məkanında əvvəlki kollektiv təhlükəsizlik mexanizmlərinin zəiflədiyini anlayır və yeni şəraitə uyğun daha çevik əməkdaşlıq modelləri axtarır.

Ermənistanın KTMT-dən faktiki uzaqlaşması təşkilatın əvvəlki formatının zəifləməsini daha aydın göstərən amildir. Rusiya üçün Qazaxıstan və Özbəkistanla münasibətlərin dərinləşdirilməsi, eyni zamanda Çinlə daha geniş təhlükəsizlik və iqtisadi əməkdaşlıq imkanlarının araşdırılması yeni modelin mümkün istiqamətlərini göstərir.

Bu modeldə Azərbaycan hərbi ittifaqın üzvü kimi deyil, geosiyasi və logistika baxımından əhəmiyyətli ölkə kimi önə çıxır. “Şimal-Cənub” və Transxəzər marşrutlarının, enerji xətlərinin və Mərkəzi Asiya ilə artan əlaqələrin yaratdığı imkanlar Bakının regional çəkisini artırır".

Beləliklə, Rusiya yeni təhlükəsizlik xəritəsi qurmağa çalışarkən Azərbaycanın adı təsadüfən çəkilmir. Çünki Avrasiyada təhlükəsizlik artıq yalnız hərbi bloklar və silah sistemləri ilə müəyyənləşmir. Nəqliyyat yolları, enerji marşrutları, limanlar, rəqəmsal bağlantılar və tranzit imkanları da geosiyasi gücün mühüm komponentlərinə çevrilib.

Azərbaycanın üstünlüyü də məhz burada ortaya çıxır. Bakı yeni hərbi blokun bir hissəsi olmasa belə, müxtəlif güc mərkəzlərini birləşdirən nəqliyyat və iqtisadi sistemlərin əsas halqalarından biri kimi yeni Avrasiya düzənində öz çəkisini daha da artıra bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu - FOTO
Bu gün, 17:09
Bakıda evlərin qiyməti ilə bağlı son durum – Vəziyyət dəyişə bilər
Bu gün, 14:03
"Akvaparkda uşağın ölümü ilə bağlı araşdırma aparılır" - Emin Ağalarovdan açıqlama (FOTO)
Bu gün, 13:59
“Ermənistanı hələ də müttəfiq hesab edirik” - KTMT Baş katibi
Bu gün, 13:51
Alim Qasımov 70 yaşın bir addımlığında: - “Ölməsəm qalsam nəsə edəcəklər, geriyə baxan yaşım çoxdan keçib”
Bu gün, 13:43
Politoloqdan İran səfirinə sərt CAVAB
Bu gün, 13:41
Putin vacib açıqlamalar verəcək - Müharibə dayanır?
Bu gün, 13:37
TRIPP layihəsinə İran təhdidləri və: - Tehran ən pis nəticə ilə üzləşəcək...
Bu gün, 13:31
Azərbaycanda 7 ay ərzində internetə 383 milyon manat xərclənib
Bu gün, 13:29
Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir - ABŞ Dövlət Departamenti
Bu gün, 13:24
Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... - İLGİNC İDDİALAR
Bu gün, 13:09
Unun qiyməti artır: çörək bahalaşacaqmı? - AKTUAL
Bu gün, 12:55
Azərbaycanlı müğənni küçədə döyüldü - FOTO
Bu gün, 12:51
“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI
Bu gün, 12:50
Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı - FOTO
Bu gün, 12:39
Laçında benzin satınalması: Niyə məhz bir mənbə metodu seçilib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:28
Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğlunu BIÇAQLADI - TƏFƏRRÜAT
Bu gün, 12:24
Qobustanda 376 min manatlıq “sirli” müqavilə... - Rəsmi dərcdən aylar öncə başlayan xidmət...
Bu gün, 12:19
Bakı şəhəri bu gün bir daha yuyuldu - FOTO
Bu gün, 12:09
“Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..” - Xalq artistindən ETİRAZ
Bu gün, 11:44
Paşinyan iki mühüm fiquru niyə dəyişdi? – “Görüşlərim və təlimatlarım olacaq...”
Bu gün, 11:35
"Qarabağ" "Tvente" ilə macərası nə ilə bitəcək? - ARAŞDIRMA
Bu gün, 11:31
Zubir “Qarabağ”dan getdi: - yeni klubu…
Bu gün, 11:20
Gürcüstanın Baş naziri Samtsxe-Cavaxetiyaya yeni qubernator təyin etdi
Bu gün, 11:11
Kompleks Qazma İşləri Trestində NÖVBƏTİ ÖZBAŞINALIQ - İşçilərə VAXT QOYULDU...
Bu gün, 10:52
"Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." - Cavid Qurbanova SUALLAR VAR...
Bu gün, 10:42
“Zəlzələ öldürmür, kağız binalar öldürür!” - Seysmoloq Ənvər Əliyev
Bu gün, 10:26
Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi - AXI NİYƏ?
Bu gün, 10:20
“Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub - SİYAHI
Bu gün, 10:17
İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 10:01
"Azər müəllim, mən sizə neyləmişdim?" - imtahandan "kəsilən" xadimə "AzəriQaz" şefindən soruşur...
Bu gün, 08:51
Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır – İLGİNC gəlişmə
Bu gün, 08:24
Moskva müqavilənin şərtlərinə əməl etmir - Magyar
Bu gün, 08:22
Payızda bu məhsullar bahalaşa bilər - BELƏ HARA GEDİRİK?
Bu gün, 08:18
Hərbçimiz hospitalda vəfat etdi - Şəhidin qardaşıdır
Bu gün, 08:16
NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır - KİV
Bu gün, 08:00
"Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi - FOTO
Bu gün, 07:58
Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... - AKTUAL
Bu gün, 07:56
Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər – erməni “Kandaz” yenidən hakim qarşısında
Bu gün, 07:54
Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub - 8 nəfər təqsirləndirilir
Bu gün, 07:52
Rusiyanın cənubunu bloklamışıq - Zelenski
Bu gün, 07:50
Azərbaycanda benzin və dizel bahalaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
"Tramp administrasiyası ən çox bizdəki tranzit işindən narazıdır" - ŞƏRH
Bu gün, 07:45
Japarov öz varisini vaxtında xəbərdar etmişdi - "...özüm isə istirahətə çəkiləcəkdim"
Bu gün, 07:35
63 yaşlı soydaşımızın kədərli hekayəsi... - REPLİKA
Bu gün, 07:32
Niyə bu qərarın maliyyə yükünü vətəndaş çəkməlidir? - ETİRAZ
Bu gün, 07:23
İstirahət mərkəzi yox, xəstəlik mənbəyi imiş! - GİLEY
Bu gün, 07:17
"Kino əvvəlcə ideyanı vizuallaşdırır və.."
Bu gün, 07:08
Suraxanı bazarında TƏZƏ NIRX... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:52
Əsas problem 15 avqustda deyil, 15 sentyabrdan sonra başlayacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru