ABŞ prezidenti Donald Tramp iddia edir ki, ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəliblər və indi İranın nüvə proqramı ilə bağlı razılaşma gözləyir.
APA xəbər verir ki, Tramp bu barədə avqustun 2-də Vaşinqtona gedərkən təyyarəsində jurnalistlərlə danışıb.
"Onların bunu istəməsinin səbəbi, razılaşma olduğuna inanmalarıdır. Hörmüz boğazı ilə bağlı razılaşma var və sonra nüvə proqramı və ya adlandıra biləcəyiniz kimi, İranın nüvəsizləşdirilməsi ilə bağlı razılaşma var. Mən buna İranın nüvəsizləşdirilməsi deyirəm", - Tramp əlavə edib.












