Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub .....                     “Kərki Azərbaycana təhvil verilib” .....                     Vətəndaş Nikol Paşinyanı məhkəməyə verir .....                     Rusiya heç kimə heç nə sübut etməyəcək .....                     “Mirəsədulla Mirqasımovu tanıyanlar Hacı Şahini tanıyanlardan qat-qat azdır” .....                     Dövlət Agentliyinin rəhbərinə iki müavin təyin edilib .....                     Dövlət Departamenti TRIPP marşrutu ilə bağlı suallara .....                     Erməni idmançılar Bakıya gəlməkdən NİYƏ qorxdular? .....                     Cahangir Əsgərovun ailəsinə məxsus şirkətin kapitalı milyonlarla manat azaldıldı .....                     "1900 manat ödəmişəm, aylardır dişsizəm" .....                     Yediyimiz göyərtilər kanalizasiya suları ilə yetişdirilir? .....                     Nazir polkovnik-leytenantı rəis təyin etdi .....                     Erməni vəkil Bakı məhkəməsinin qərarını gözləyir .....                     İsrail kəşfiyyatı İranın eks-prezidentini qaçırıbmış .....                     Deputatlar məlumatı haradan alır? .....                     Kişi aparıcıdan Ayana: “Yansın dilim ağzımda...” .....                     "3+3" fotmatı: “Ermənistanı sülh müqaviləsi imzalamağa sövq edə bilər” .....                     Türkiyə şirkəti Azərbaycan bazarından .....                     Nazirlikdə mühüm postlara təyinatlar oldu .....                     Məhkəmə "BTB Bank"dan oğurluq edən şəxslərlə bağlı qərar çıxardı .....                     Avropa Şurasının Azərbaycana qərəzi: Cavabsız qalmayacaq .....                     Rəqəmlərin dilini anlayan insan... .....                     Dövlət Xidmətinin əməkdaşı beynəlxalq qurumda .....                     "İnsanı bu qədər istismar etməzlər axı!" .....                     Prezident gənc nəsillə bağlı strateji çağırış etdi .....                     “Turbo.az” , “Bina.az”, “Tap.az” və “Boss.az”ı idarə edən şirkət .....                     Azərbaycanın növbəti diplomatiya uğurları .....                     Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış .....                     Taleh Yüzbəyov qalmaqallı reklamına görə MƏHKƏMƏYƏ verilir? .....                     Paşinyan Azərbaycan şəhərinə getdi .....                     ABŞ İrana raket zərbəsi endirib, .....                     Pis nümunə dövləti zəiflədir... .....                     İsa Həbibbəyli vəzifədən gedir? .....                     Ursula fon der Lyayenin Bakı səfəri radikal müxalifəti əndişələndirib .....                     Türkiyədə təhsil alan tələbələrimiz ALLAHIN ÜMİDİNƏ BURAXILIB? .....                     Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm” .....                     Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb .....                     Rusiya suverenliyimizin 20 faizini, xanım Kallas isə 100 faizini tanımır .....                     Araq verilmədiyi üçün mübahisə etdi, sahibkarın qohumunu bıçaqladı .....                     Lavrov Tehrana səfər edəcək .....                 

Erməni idmançılar Bakıya gəlməkdən NİYƏ qorxdular? – İLGİNC SƏBƏB
Tarix: Bu gün, 17:18 | Çap et

Ermənistan milli komandası 27 iyul-2 avqust tarixlərində Bakıda keçiriləcək 17 yaşadək güləşçilər arasında dünya çempionatında iştirak etməyəcək. Ermənistan mediasının məlumatına görə, turnirdə digər ölkələri təmsil edən iki erməni əsilli idmançı mübarizə aparacaq. Sergey Karmryan 60 kq çəki dərəcəsində sərbəst güləş yarışında Rusiya milli komandasını, Ruslana Karapetyants isə 53 kq çəki dərəcəsində qadın güləşi yarışında Moldovanı təmsil edəcək.

Daha əvvəl bildirilmişdi ki, erməni əsilli amerikalı güləşçi Qalust Qreqori Torosyan da Bakıda keçiriləcək dünya çempionatından imtina edib.

Məlumdur ki, Bakı və İrəvan arasında sülhü prosesi davam edir. Bu proses çərçivəsində və qarşılıqlı etimad mühitinin yaradılması üçün Azərbaycan və erməni QHT-çiləri artıq iki dəfə qarşılıqlı səfərlər həyata keçiriblər. Həmçinin ölkəmizin bir sıra yüksək çinli rəsmiləri qonşu ölkədə olublar. Üstəgəl, Bakı neçə vaxtdır Ermənistana neft və digər məhsullar göndərir. Belə olan surətdə erməni idmançıların Bakıya gəlməkdən imtinası nə ilə izah edilə bilər?

Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Musavat.com-a danışıb.

O, qeyd edib ki, Ermənistan güləşçilərinin Azərbaycana gəlməməsi qəribə görünür və bunun konkret şəkildə izah edilməməsi də maraq doğurur: “Adətən bu cür qərarlar veriləndə hər hansı səbəblə əsaslandırılır. Amma bu dəfə heç bir izah verilmədən bundan imtina edilməsi, təbii ki, suallar yaradır.

Bir qayda olaraq, idmançılarla bağlı bu cür addımlar təhlükəsizlik amilləri ilə izah olunur. Halbuki bu dəfə səbəbin məhz təhlükəsizlik olması inandırıcı görünmür. Çünki hələ Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə belə, Ermənistanı təmsil etməsələr də, müxtəlif ölkələrin heyətində çıxış edən erməni idmançılar mütəmadi olaraq Azərbaycanda keçirilən yarışlarda iştirak edirdilər və onların təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb. Hətta hər hansı xırda bir narahatlıq belə qeydə alınmayıb. Avropa Oyunları zamanı da biz bunun şahidi olmuşuq. Ondan əvvəl də müxtəlif idman növləri üzrə erməni idmançıların iştirakı ilə yarışlar baş tutub.

Digər tərəfdən, Azərbaycan regionun ən təhlükəsiz ölkələrindən biridir və bu, hər zaman belə olub. Bu kontekstdən yanaşdıqda, Ermənistan idmançılarının Azərbaycanda hər hansı təhlükəsizlik problemi ilə üzləşməyəcəyi əvvəldən bəlli idi. Başqa yandan, artıq Qarabağ məsələsi başa çatıb və iki ölkə arasında sülh danışıqları, sülh prosesi kifayət qədər irəliləyib. Yəni, hazırda Azərbaycan və Ermənistan arasında həm rəsmi, həm də ictimai səviyyədə kifayət qədər böyük etimad mühitinin formalaşdığını görürük. Bu baxımdan, təbii ki, suallar yaranır və qərarın izah edilməməsi bu şübhələri daha da artırır”.

Asif Nərimanlının fikrincə, əslində burada söhbət məhz siyasi məsələdən gedir:

“Faktiki olaraq Ermənistan idmançılarının Azərbaycana gəlməkdən imtina etməsi bu məsələnin siyasiləşdirilməsi, daha dəqiq desək, idmanın siyasiləşdirilməsidir. Yəni, bunu bir növ Azərbaycan-Ermənistan münasibətlərindəki düşmənçilik müstəvisinə bağlamağa çalışırlar. Rəsmi şəkildə açıqlanmasa da, belə bir rəy formalaşdırmağa cəhd göstərilir. Düşünürəm ki, məsələyə siyasi prizmadan baxdıqda iki mümkün səbəb ola bilər.

Birincisi, ümumiyyətlə Ermənistan, o cümlədən erməni diasporu və lobbisi üçün idman mövzusu hər zaman Azərbaycana qarşı siyasi kampaniyanın aparılmasında əsas vasitələrdən biri olub. Bunu vaxtilə Henrix Mxitaryanın "Arsenal"ın heyətində Bakıda keçirilən Avropa Liqasının final oyununa gəlməməsi ilə bağlı beynəlxalq miqyasda aparılan kampaniyada da gördük. Bir futbolçunun Bakıya gəlməkdən imtina etməsi ətrafında qlobal müstəvidə geniş siyasi kampaniya təşkil edilmişdi. Dediyim kimi, istisna edilməməlidir ki, idman məsələsindən Azərbaycana qarşı siyasi kampaniyalarda vasitə kimi istifadə edilməsi hələ də davam edir və ya ən azı bununla bağlı niyyətlər mövcuddur”.

Siyasi şərhçi daha sonra Ermənistanın indiki hakimiyyətinin, yəni Paşinyan hakimiyyətinin son vaxtlar, xüsusilə seçkilərdən sonrakı mövqeyində bəzi diqqətçəkən məqamlara toxunub: “Bilirik ki, Paşinyan hakimiyyəti seçkiyə qədər sülhün əldə olunması ilə bağlı kifayət qədər müsbət addımlar atıb, pozitiv açıqlamalar verib. Onun seçki kampaniyası əsasən sülh gündəliyi üzərində qurulmuşdu. Seçkilərdən sonra da ritorik müstəvidə bu istiqamətdə bəyanatlar səsləndirilsə də, praktiki müstəvidə müəyyən addımlar var ki, onlar artıq müəyyən şübhələr formalaşdırır.

Məsələn, bunun əsas nümunələrindən biri təxminən iyun ayının sonunda Ermənistan Müdafiə Nazirliyinin erməni jurnalistlər üçün müharibə şəraitində təlim keçirməsi oldu. Həmin təlimlər məhz Azərbaycanla sərhəddə təşkil edildi və burada sanki yenidən müharibənin başlanması ssenarisi simulyasiya olundu. Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdiyi, qarşılıqlı etimadın formalaşdığı bir şəraitdə belə təlimlərin keçirilməsi, üstəlik bunun seçkilərdən sonra baş verməsi kifayət qədər qəribə görünürdü və müəyyən şübhələr yaratdı.

Belə təəssürat yaranır ki, Paşinyan indiyədək sülh mövzusundan seçki məqsədləri üçün istifadə edib və artıq seçkini qazandıqdan sonra sülh danışıqları ilə bağlı müəyyən geri addımlar ata və ya bu məsələdə gözlənilməz, mövcud gündəliyə uyğun olmayan mövqe nümayiş etdirə bilər”.

Beləliklə, Asif Nərimanlı istisna etmir ki, Ermənistan idmançılarının Bakıya gəlməsinə icazə verilməməsi ilə rəsmi İrəvan bir növ Azərbaycan və Ermənistan arasında sülh prosesinin hələ də lazımi səviyyədə olmadığını nümayiş etdirməyə çalışır və yaxud beynəlxalq ictimai rəydə bununla bağlı müəyyən fikir formalaşdırmaq istəyir: “Bunlar, əlbəttə ki, yalnız ehtimallardır və biz bu ehtimalları əsasən hadisələrin hazırkı inkişafı fonunda irəli sürə bilərik. Bu məsələnin əsl səbəbinin nə olduğu, o cümlədən bu ehtimalın nə dərəcədə doğru olduğu hadisələrin sonrakı inkişafı ilə daha aydın görünəcək.

Əgər Paşinyan hakimiyyəti bundan sonrakı dövrdə idman da daxil olmaqla, sülh gündəliyinə qarşı müxtəlif rıçaq və vasitələrdən istifadə etməyə davam edərsə, bu, Ermənistan hakimiyyətinin regiondakı sülh gündəliyinə münasibətdə yeni planının formalaşdığını söyləməyə əsas verə bilər. Amma dediyim kimi, bunu hadisələrin sonrakı inkişafında görəcəyik. Bununla belə, sərhəddə keçirilən təlimlərin ardınca Ermənistan güləşçilərinin Azərbaycana gəlməkdən imtina etməsi bu ehtimalları və şübhələri bir az da ön plana çıxarır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Bu gün, 18:06
“Kərki Azərbaycana təhvil verilib” - KİV
Bu gün, 17:53
Vətəndaş Nikol Paşinyanı məhkəməyə verir
Bu gün, 17:49
Rusiya heç kimə heç nə sübut etməyəcək - Peskov
Bu gün, 17:47
“Mirəsədulla Mirqasımovu tanıyanlar Hacı Şahini tanıyanlardan qat-qat azdır” - Etibar Əliyev
Bu gün, 17:40
Dövlət Agentliyinin rəhbərinə iki müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 17:34
Dövlət Departamenti TRIPP marşrutu ilə bağlı suallara belə CAVAB VERDİ
Bu gün, 17:31
Erməni idmançılar Bakıya gəlməkdən NİYƏ qorxdular? – İLGİNC SƏBƏB
Bu gün, 17:18
Cahangir Əsgərovun ailəsinə məxsus şirkətin kapitalı milyonlarla manat azaldıldı - DETALLAR
Bu gün, 17:14
"1900 manat ödəmişəm, aylardır dişsizəm" - GİLEY
Bu gün, 17:07
Yediyimiz göyərtilər kanalizasiya suları ilə yetişdirilir? – Şok iddialar
Bu gün, 16:56
Nazir polkovnik-leytenantı rəis təyin etdi - ƏMR
Bu gün, 16:50
Erməni vəkil Bakı məhkəməsinin qərarını gözləyir - KİV
Bu gün, 16:47
İsrail kəşfiyyatı İranın eks-prezidentini qaçırıbmış - ŞOK DETALLAR
Bu gün, 16:41
Deputatlar məlumatı haradan alır? — Televiziya, saytlar, yoxsa sosial şəbəkələr?
Bu gün, 16:39
Kişi aparıcıdan Ayana: “Yansın dilim ağzımda...” - FOTOLAR
Bu gün, 16:33
"3+3" fotmatı: “Ermənistanı sülh müqaviləsi imzalamağa sövq edə bilər” - ŞƏRH
Bu gün, 16:27
Türkiyə şirkəti Azərbaycan bazarından – ÇIXIR
Bu gün, 16:26
Nazirlikdə mühüm postlara təyinatlar oldu - TƏFƏRRÜAT
Bu gün, 16:23
Məhkəmə "BTB Bank"dan oğurluq edən şəxslərlə bağlı qərar çıxardı
Bu gün, 16:19
Avropa Şurasının Azərbaycana qərəzi: Cavabsız qalmayacaq - AKTUAL
Bu gün, 16:17
Rəqəmlərin dilini anlayan insan... - FOTO
Bu gün, 16:01
Dövlət Xidmətinin əməkdaşı beynəlxalq qurumda rəhbər vəzifəyə SEÇİLDİ
Bu gün, 15:59
"İnsanı bu qədər istismar etməzlər axı!" - NARAZILIQ VAR...
Bu gün, 15:48
Prezident gənc nəsillə bağlı strateji çağırış etdi - RƏY
Bu gün, 15:37
“Turbo.az” , “Bina.az”, “Tap.az” və “Boss.az”ı idarə edən şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:33
Azərbaycanın növbəti diplomatiya uğurları - MƏQALƏ
Bu gün, 15:16
Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış - İsrafil Kərimovun yazısı
Bu gün, 15:14
Taleh Yüzbəyov qalmaqallı reklamına görə MƏHKƏMƏYƏ verilir? - AÇIQLAMA
Bu gün, 15:12
Paşinyan Azərbaycan şəhərinə getdi - “Hraparak”
Bu gün, 15:07
ABŞ İrana raket zərbəsi endirib, ölənlər və yaralananlar var
Bu gün, 15:04
Pis nümunə dövləti zəiflədir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:58
İsa Həbibbəyli vəzifədən gedir? - Namizədlər isə...
Bu gün, 14:55
Ursula fon der Lyayenin Bakı səfəri radikal müxalifəti əndişələndirib - Əli Hüseynli
Bu gün, 14:51
Türkiyədə təhsil alan tələbələrimiz ALLAHIN ÜMİDİNƏ BURAXILIB? - ÇAĞIRIŞ!
Bu gün, 14:47
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm” - TƏFƏRRÜAT
Bu gün, 13:17
Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb - FOTOLAR
Bu gün, 13:11
Rusiya suverenliyimizin 20 faizini, xanım Kallas isə 100 faizini tanımır -Kobaxidze
Bu gün, 13:05
Araq verilmədiyi üçün mübahisə etdi, sahibkarın qohumunu bıçaqladı – 7 il 6 ay HƏBS
Bu gün, 12:54
Lavrov Tehrana səfər edəcək - AÇIQLAMA
Bu gün, 12:38
Eks-idarə rəisi ilk iclasda həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:30
Deqradasiyanın televiziya konveyer kəməri: “axmaqlar ölkəsi”ndə şovinizm - Sistemli şovinizm Rusiya pasportunu tullantı kağızına çevirdi
Bu gün, 12:29
Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib - Prezidentin ayırdığı pullar hara gedib?
Bu gün, 12:24
SEPAH “Qisas əməliyyatı” keçirdi: ABŞ bazaları bombalandı - "FARS"
Bu gün, 12:15
ETN və MÜTDA-da maliyyə yoxlamaları aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:12
Hörmüz böhranı davam edir - Gəmilər boğazdan gizli keçir
Bu gün, 12:04
“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm” – Məhkəmə
Bu gün, 12:01
Neft həftəyə bu qiymətlə başladı
Bu gün, 11:59
“Uninet”də yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 11:46
Paşa Əliyev Sumqayıt Tekstil Fabrikinin direktoru vəzifəsinə təyin olunub - DOSYE
Bu gün, 11:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru