Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq departamentinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi Arzu Xəlilova Eqmont Qrupunun “Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu”nun sədr müavini seçilib.
Bu barədə "APA-Economics"ə Xidmətdən bildirilib.Qeyd edilib ki, o, bu vəzifəyə Eqmont Qrupunun 5–10 iyul 2026-cı il tarixlərində Bakıda keçirilən 32-ci plenar iclası və işçi qruplarının görüşləri çərçivəsində seçilib.
Eqmont Qrupu çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində maliyyə kəşfiyyatı orqanları arasında əməkdaşlığı təmin edən beynəlxalq platformadır və hazırda 186 ölkənin maliyyə kəşfiyyatı orqanını birləşdirir.
Qeyd edək ki, Arzu Xəlilova Eqmont Qrupunun “Üzvlük, Dəstək və Uyğunluq üzrə İşçi Qrupu”nda fəal iştirak etmiş, Sierra Leone, Konqo Demokratik Respublikası və Madaqaskar MKO-larının üzvlük müraciətləri üzrə hüquqi rəyçi, Dəstək və Uyğunluq Prosesində isə ekspert kimi fəaliyyət göstərib. O, həmçinin “Maliyyə Kəşfiyyatı Orqanlarının Müstəqilliyi və Muxtariyyəti” layihəsi çərçivəsində alt işçi qrupunun həmsədri olaraq müvafiq Qaydaların hazırlanmasına rəhbərlik edib.







