“Digital Classifieds” OÜ Şirkətinin Azərbaycandakı filialı (VÖEN: 1404350071) ləğv edilir.
"DİA-AZ" xəbər verir ki, ləğv olunma ilə əlaqədar olaraq kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Rəsil Rza küçəsi, mənzil 75 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Azərbaycanda 2018-ci ildən fəaliyyət göstərən şirkətin qanuni təmsilçisi Mamuka Kirvalidzedir.
Beyd edək ki, bu şirkət Qazaxıstanın maliyyə-texnologiya nəhəngi olan Kaspi.kz ekosisteminin bir hissəsidir. Azərbaycanda isə ölkənin ən böyük və populyar 4 onlayn platformasının proqram təminatının hazırlanması, dəstəklənməsi və inkişaf etdirilməsi işlərini görür. Həmin platformalara “Turbo.az”, “Bina.az”, “Tap.az” və “Boss.az” daxildir.







