Gümrü-Moskva sərnişin təyyarəsi Mahaçqala aeroportuna eniş edib.
APA xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
***
13.41
Ermənistanın Gümrü şəhərindən Moskvaya uçan təyyarə həyəcan siqnalı verib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
"Pobeda" aviaşirkətinin Gümrü-Moskva reysini yerinə yetirən təyyarəsi Mahaçqalada enişə hazırlaşır.
Məlumata görə, təyyarə Dağıstan səmasında həyəcan siqnalı verib.








