Kritik seçkiyə 8 gün qalmış sorğunun nəticəsi .....                     Mətanət İskəndərlinin gəlini ilə Saleh Bağırov üz-üzə: Məhkəməlik qalmaqal başladı .....                     “Tədbir görülməsə fəsadlara yol aça bilər” .....                     Azərbaycan neftinin qiyməti 98 dollara düşüb .....                     Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb .....                     Xalq artistindən ETİRAZ .....                     “Nə kamera var, nə də mühafizə, qeyri-rəsmi fəaliyyət göstərirlər” .....                     “Bir telefon zəngi ilə həll edərdim” .....                     MƏNZİL BÖHRANI DƏRİNLƏŞİR... .....                     Bu hoteldə dəsmaldan istifadəyə görə... ƏLAVƏ PUL ALINIR... .....                     "Bakıxanov Mall"un dam örtüyü uçdu .....                     BMT-nin xüsusi məruzəçilərinə verilən rüşvət və: .....                     Pambığın maya dəyəri və satış qiyməti açıqlandı .....                     Aİİ-dən çıxış Ermənistan üçün şok effekti yarada bilər .....                     UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək .....                     “Əlimi itirdim, kömək əvəzinə hədə-qorxu gəldilər” .....                     Bayram günlərində də PUL YIĞIRLAR... .....                     AYNA-nın cərimə paradoksu .....                     Tənqidi fikirlərə belə dözümsüzdürlər... .....                     DSX əməkdaşı jurnalisti döyməklə hədələdi .....                     Satışda açıq-aşkar TƏHLÜKƏ... .....                     Nağdsız hesablaşmalar: İqtisadiyyata nə verdi? .....                     Ermənistanın silahlanma tempi onun sülh səylərini dəfələrlə üstələyir... .....                     Ermənistandan "əzələ nümayişi": Paşinyan sülhü yox, müharibəni seçir? .....                     Putinin köməkçisi elan etdi, Ermənistanla bağlı sənəd qəbul olundu .....                     Əslində qərarı Putin verir, digərləri də... .....                     "Bu münasibət sərnişinlərə qarşı hörmətsizlikdir" .....                     "Neçə illərdir deyirəm ki, bu hava şəraiti dünyada idarə olunur..." .....                     "Putinin öz cibi olan “Qazprom” bunu istəmir..." .....                     Trampla bağlı daha bir qadağa... .....                     Rəşid Mahmudov özünə sual verirmi heç... .....                     44 günlük müharibəni Ermənistan özü yaxınlaşdırdı .....                     Rumıniya Prezidenti dron insidentinin səbəbini açıqlayıb .....                     Rusiya qırıcıları hava məkanını pozdu, Fransa hərəkətə keçdi .....                     Rusiya Ermənistandan bəzi giləmeyvə və tərəvəzlərin idxalına məhdudiyyət tətbiq edib .....                     Rusiyanın Rumıniyadakı konsulu "arzuolunmaz şəxs" elan edilib .....                     Keçmiş İsrail casusundan Türkiyə açıqlaması: .....                     Ermənilər indi də Dərbəndi qarışdırır .....                     "Azərbaycan Mikro-Kredit" BOKT-un xalis mənfəəti 4 dəfəyə yaxın azalıb .....                     Tamaşaçılar onun üçün darıxmışdı .....                 

Aİİ-dən çıxış Ermənistan üçün şok effekti yarada bilər – Gizli hesablar üzə çıxır
Tarix: Bu gün, 09:32 | Çap et

Məlum olduğu kimi son günlərdə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxacağı ilə bağlı iddialar yayılmaqdadır. Məsələyə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən reaksiya verilib. Baş nazir yayılan iddiaları təkzib edib:

"Biz nəinki Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmayacağıq, həm də Ermənistanın iqtisadi maraqlarını qorumaq üçün təsir imkanlarımızdan istifadə edəcəyik. Strategiyamız dəyişməz olaraq qalır. Rusiyalı tərəfdaşlarımızla sakit, stressiz, səbirlə işləyəcək və bütün məsələləri həll edəcəyik”.

Bəs Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər?

Mövzu ilə bağlı Musavat.com-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, bu proses ölkənin iqtisadi modelinin tədricən dəyişməsinə gətirib çıxara bilər:

"Hazırda Rusiya bu prosesə Ermənistan məhsullarına məhdudiyyətlər qoymaqla, ucuz qaz, neft məhsulları və xam almaz üçün mövcud güzəştlərin ləğvi, miqrasiya problemləri yaradacağı barədə mesajlar verməklə, gömrük güzəştlərinin tarixə qovuşacağını xatırlatmaqla ciddi təzyiq göstərir. Belə olan halda Ermənistan üçün risklərin miqyası kiçik deyil. 2025-ci ildə ölkənin qaz idxalının 82 faizi Rusiyanın payına düşüb. Rusiya qazı Ermənistana 1000 kubmetr üçün 177,5 dollar qiymətinə satılır ki, daha çox əlverişli qiymətdir. Bu səbəbdən enerji məsələsi Ermənistan iqtisadiyyatının ən həssas istiqamətlərindən biri hesab olunur.

Ticarət sahəsində də asılılıq yüksək olaraq qalır. 2025-ci ildə Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsi 7,7 milyard dollar təşkil edib. Bu göstərici Ermənistanın xarici ticarətinin 35,5 faizinə bərabər olub. Başqa sözlə, Rusiya hələ də Ermənistanın ən böyük iqtisadi tərəfdaşıdır.

Miqrasiya məsələsi də xırda məsələ deyil. Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistan vətəndaşları Rusiyada əlavə iş icazəsi almadan çalışa bilirlər. Bu rejimin dəyişməsi Rusiyada yaşayan və işləyən ermənilər üçün həm gəlir, həm sosial təminat, həm də hüquqi status baxımından yeni risklər yaradacaq. Bu da Ermənistan üçün ciddi iqtisadi itki ola bilər".

İqtisadçı həmçinin qeyd edib ki, Ermənistanın Rusiyanın iqtisadi orbitindən uzaqlaşması Moskva üçün Cənubi Qafqazda daha geniş təsir itkisi deməkdir:

"Gürcüstan uzun illərdir Rusiya inteqrasiya layihələrindən kənardadır. Azərbaycan isə balanslı və müstəqil regional siyasət aparır. Bu baxımdan Ermənistanın da uzaqlaşması Rusiyanın regiondakı iqtisadi və siyasi təsir imkanlarının daha da zəifləməsi kimi qiymətləndirilir.

Bununla yanaşı, orta və uzun müddətdə Ermənistan üçün yeni imkanlar da yarana bilir.

Əgər Azərbaycan ilə münasibətlər tam normallaşsa, Türkiyə ilə sərhədlər açılsa və regional kommunikasiya xətləri tam işlək vəziyyətə gəlsə, Ermənistan ilk dəfə olaraq qapalı iqtisadi modeldən regional tranzit modelinə keçmək şansı əldə edə bilər. Türkiyə bazarına çıxış logistika xərclərini azalda, ixrac imkanlarını genişləndirə və xarici investorlar üçün Ermənistanın cəlbediciliyini artıra bilər.

Avropa İttifaqı istiqamətində də proses sürətlənir. Hazırda Ermənistan ilə Avropa İttifaqı arasında vizasız gediş-gəliş istiqamətində danışıqlar davam edir. 2025-ci ildə viza liberallaşdırılması üzrə fəaliyyət planı təqdim olunub və 2026-cı ildə ilk irəliləyiş hesabatı açıqlanıb. Avropa rəsmiləri bildirirlər ki, islahatlar davam edərsə, gələcək illərdə Ermənistan vətəndaşları üçün Şengen məkanına vizasız səfər real perspektivə çevrilə bilər. Bu isə təhsil, biznes, turizm və əmək mobilliyi baxımından yeni imkanlar yarada bilər.

Bundan əlavə, Avropa İttifaqı Ermənistan üçün 2,5 milyard avroya qədər investisiya proqramı, 270 milyon avroluq dayanıqlılıq və inkişaf paketi, enerji, nəqliyyat, rəqəmsal infrastruktur və biznes mühiti üzrə yeni layihələr üzərində işləyir. Bu vəsaitlər Ermənistanın iqtisadi transformasiyasına dəstək verə bilər.

Lakin bu keçid sürətli olmayacaq. Fikrimcə, ilk 1-2 il Ermənistan üçün daha mürəkkəb adaptasiya mərhələsi olacaq. Ticarət axınlarının dəyişməsi, yeni logistika marşrutlarının formalaşması, texniki standartların uyğunlaşdırılması, enerji alternativlərinin yaradılması və investor etimadının formalaşması zaman tələb edir. Əsas iqtisadi nəticələrin daha çox 3-5 illik dövrdə görünməsi ehtimalı yüksəkdir".

Eldəniz Əmirovun fikrincə, Rusiya Ermənistana qarşı ən sərt qaz təzyiqinə getməyəcək:

"Belə addım Ermənistan cəmiyyətində Rusiyaya münasibəti daha da pisləşdirə və Moskvanın onsuz da zəifləyən təsir imkanlarını sürətlə azalda bilər. Üstəlik, Rusiya üçün qaz satışı baxımından daha bir bazarın itirilməsi də əlavə iqtisadi yük yaradar.

Bu səbəbdən daha real görünən ssenari mərhələli təzyiq modelidir. Məhsul idxalına məhdudiyyətlər, siyasi mesajlar, miqrasiya ilə bağlı siqnallar və enerji güzəştlərinin mütəmadi şəkildə gündəmə gətirilməsi Moskva üçün daha çevik alətlər hesab olunur. Bu tip alətlərin üstünlüyü ondadır ki, onları istənilən vaxt yumşaltmaq və ya dayandırmaq mümkündür.

Bununla belə, prosesin sadə və ağrısız keçəcəyini düşünmürəm. Qısamüddətli dövrdə Ermənistan iqtisadiyyatı müəyyən itkilərlə üzləşə bilər. ÜDM artım tempinin zəifləməsi, bəzi sahələrdə istehsalın azalması, əhali gəlirlərinin aşağı düşməsi, investisiyalarda qeyri-müəyyənliyin yaranması və işsizlik riskinin artması mümkün ssenarilər sırasındadır".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kritik seçkiyə 8 gün qalmış sorğunun nəticəsi - "Hökumət müxalifətin əlinə keçir...”
Bu gün, 10:50
Mətanət İskəndərlinin gəlini ilə Saleh Bağırov üz-üzə: Məhkəməlik qalmaqal başladı - TƏFƏRRÜAT
Bu gün, 10:48
“Tədbir görülməsə fəsadlara yol aça bilər” - aramsız yağan yağışlar torpaq sürüşmələrini aktivləşdirə bilər?
Bu gün, 10:39
Azərbaycan neftinin qiyməti 98 dollara düşüb
Bu gün, 10:36
Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb - SƏBƏB
Bu gün, 10:35
Xalq artistindən ETİRAZ - “Ərizəmi yazıb çıxdım, 6 ay tamaşa hazırlayırsan, 1 dəfə göstərilir”
Bu gün, 10:24
“Nə kamera var, nə də mühafizə, qeyri-rəsmi fəaliyyət göstərirlər” - Turistlərin gecələdiyi hostellərə nəzarət varmı?
Bu gün, 10:23
“Bir telefon zəngi ilə həll edərdim” - Köçəryan müharibədən danışdı
Bu gün, 10:15
MƏNZİL BÖHRANI DƏRİNLƏŞİR... - Bakı üçün təhlükə siqnalı
Bu gün, 10:11
Bu hoteldə dəsmaldan istifadəyə görə... ƏLAVƏ PUL ALINIR... - "Bu qədər böyük hoteldə..."
Bu gün, 09:53
"Bakıxanov Mall"un dam örtüyü uçdu - TƏHLÜKƏLİ ANLAR (VİDEO)
Bu gün, 09:43
BMT-nin xüsusi məruzəçilərinə verilən rüşvət və: - seçici xarakterli “müstəqillik”
Bu gün, 09:37
Pambığın maya dəyəri və satış qiyməti açıqlandı – Rayonlar üzrə siyahı
Bu gün, 09:35
Aİİ-dən çıxış Ermənistan üçün şok effekti yarada bilər – Gizli hesablar üzə çıxır
Bu gün, 09:32
UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək
Bu gün, 09:27
“Əlimi itirdim, kömək əvəzinə hədə-qorxu gəldilər” – Ağsu sakini ÇARƏSİZ DURUMDA
Bu gün, 09:25
Bayram günlərində də PUL YIĞIRLAR... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 09:20
AYNA-nın cərimə paradoksu - Günah mobil operatorun üzrəinə atılır…
Bu gün, 09:03
Tənqidi fikirlərə belə dözümsüzdürlər... - "Mənfi rəyləri də silirlər..."
Bu gün, 08:54
DSX əməkdaşı jurnalisti döyməklə hədələdi - "Maska taxıb…"
Bu gün, 07:23
Satışda açıq-aşkar TƏHLÜKƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 07:20
Nağdsız hesablaşmalar: İqtisadiyyata nə verdi? - ARAŞDIRMA
Bu gün, 07:15
Ermənistanın silahlanma tempi onun sülh səylərini dəfələrlə üstələyir... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:13
Ermənistandan "əzələ nümayişi": Paşinyan sülhü yox, müharibəni seçir? - GƏLİŞMƏ
Bu gün, 07:12
Putinin köməkçisi elan etdi, Ermənistanla bağlı sənəd qəbul olundu - Hədəf Paşinyandır...
Bu gün, 07:02
Əslində qərarı Putin verir, digərləri də... - AKTUAL
Bu gün, 07:00
"Bu münasibət sərnişinlərə qarşı hörmətsizlikdir" - NARAZILIQ VAR...
Bu gün, 06:53
"Neçə illərdir deyirəm ki, bu hava şəraiti dünyada idarə olunur..." - Nura Suri
Bu gün, 06:37
"Putinin öz cibi olan “Qazprom” bunu istəmir..." - ONA GÖRƏ DƏ...
Bu gün, 06:31
Trampla bağlı daha bir qadağa... - hakim belə qərara gəlib ki...
Bu gün, 06:09
Rəşid Mahmudov özünə sual verirmi heç... - REAKSİYA
Bu gün, 06:00
44 günlük müharibəni Ermənistan özü yaxınlaşdırdı - Köçəryandan etiraf
Bu gün, 05:29
Rumıniya Prezidenti dron insidentinin səbəbini açıqlayıb
Bu gün, 05:27
Rusiya qırıcıları hava məkanını pozdu, Fransa hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 05:25
Rusiya Ermənistandan bəzi giləmeyvə və tərəvəzlərin idxalına məhdudiyyət tətbiq edib - KİV
Bu gün, 05:22
Rusiyanın Rumıniyadakı konsulu "arzuolunmaz şəxs" elan edilib , konsulluq bağlanacaq
Dünən, 16:09
Keçmiş İsrail casusundan Türkiyə açıqlaması: - “Fırtına yaxınlaşır”
Dünən, 13:00
Ermənilər indi də Dərbəndi qarışdırır - TƏFƏRRÜAT
Dünən, 12:55
"Azərbaycan Mikro-Kredit" BOKT-un xalis mənfəəti 4 dəfəyə yaxın azalıb
Dünən, 12:53
Tamaşaçılar onun üçün darıxmışdı - Xalq artisti 15 ildən sonra səhnəyə qayıdır...
Dünən, 12:48
“Mənə demədin ki, iynə vururam?” - Tolik müğənnini ifşa etdi (Foto)
Dünən, 12:44
Azərbaycan BOKT-unun təsisçilərindən biri payını satıb
Dünən, 12:37
Bura bir gələn... BİR DAHA GƏLMƏK İSTƏMƏZ! - ÇÜNKİ...
Dünən, 12:36
Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 12:28
Gərək o xarab olmuş ət payını başçıya yedirəydilər... - DİQQƏTLİ OLMAĞA MƏHKUMDUR!
Dünən, 12:21
Ermənistandan pomidor qadağası ilə bağlı hər hansı reaksiya gəlməyib - Peskov
Dünən, 12:12
Paşinyan Rusiyanın iqtisadi təhdidlərinə cavab verdi - Lavrov isə ona istehza etdi
Dünən, 12:10
“Hər uşağa 500 manat verilsə...” - deputat
Dünən, 12:03
Baş nazirin QARA KASSASI... narazılıq yaradır... - Yağış suları da bir yandan...
Dünən, 11:54
Yumurtanın maya dəyəri 12% ucuzlaşıb, satış qiyməti isə 30% bahalanıb - BU NECƏ OLUR AXI?..
Dünən, 11:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru