Ukraynaya Rusiyanın aktivlərindən €6,6 milyard köçürülüb .....                     Tramp ABŞ-nin təkliflərinə İrandan cavab gözləyir .....                     İrəvanda Karapetyanın tərəfdarları saxlanıldı .....                     Burda işçi hüququ BOŞ BİR NAĞILDIR .....                     AQC Tikinti, Abadlıq və Köçürülmə Komissiyası fəaliyyətə başladı .....                     Nazir Baronun çıxışı: Cənubi Qafqaz sülhünə Fransa təhlükəsi... .....                     Baltası qartalın caynağı olan Ramil Səfərov .....                     Toylarda dövlət himninin səsləndirilməsi niyə mübahisə doğurur? .....                     Analitik Ekspertiza Mərkəzinin yoxlamaları mütləq cərimə ilə bitir? .....                     Araz Paşayev NARAZILIQ YARADIR .....                     Builki Qələbə paradının fərqi: "Putinin sehri sönür" .....                     “Azərbaycanda uşaqpulu verilə bilər? .....                     Paşinyanın müharibə ehtimalı: Döyüşlərin bərpası realdırmı? .....                     Sünikdən başlayan kampaniya: Ermənistan hansı mesajı verir? .....                     Deputatdan “Zaman göstərər”-ə etiraz .....                     Avropa İttifaqı Ermənistanı yaxın 10 il ərzində öz sıralarına qatmayacaq .....                     5 manatlıq kapitalla yarım milyonluq borc .....                     "Azərlotereya"da müəmmalı "qara dəlik" .....                     ABŞ Sakit okeanda narkotik daşıdığı iddia edilən gəmini vurub .....                     ABŞ qoşunları Almaniyadan Polşaya göndərilə bilər .....                     Paşinyan SÜLH MASASINDA riyakarlıq edir .....                     Rasim Balayevdən sonra kim sədr olacaq? .....                     Ukrayna raketlərə görə "aclıq pəhrizinə" düşüb .....                     Fransa Respublikasının ikiqat "Hərbi Xaç" ordenli Azərbaycanlı partizan .....                     “Paşinyan Azərbaycanın kuklasıdır” .....                     Şirkət rəhbəri və iş adamına 237 min manat “atan” şəxs məhkəmə zalında həbs edildi .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti .....                     “Qarşılıqlı zərbələr olsa, İran üçün dağılma prosesi başlayacaq” .....                     Nazirin Paşinyanla söhbəti .....                     Naxçıvan Əmlak Məsələləri Dövlət Xidmətinə müvəqqəti rəis və rəis müavini edilib .....                     Kiyev 9 mayda Kremli vuracaq? .....                     Goranboyda TOYDA DAVA: 12 yaşlı qıza sataşdı, qardaşını döydülər .....                     İrəvan merindən ermənilərə çağırış: .....                     "İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi .....                     805 manat hesab gəldi, restoranı tənqid etdi .....                     Ermənistan Rusiyanın göndərdiyi “İskəndər”lərdən imtina edir .....                     Görəvdən alınan Vəliyev KİMDİR... .....                     Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı olub .....                     “Qarabağ”ın agentlərə xərclədiyi pul 14 dəfə artıb .....                     Ucarda Təhsil sektorunun müdiri dəyişdi .....                 

Paşinyanın müharibə ehtimalı: Döyüşlərin bərpası realdırmı? - AKTUAL
Tarix: Bu gün, 06:31 | Çap et

Ermənistanın baş naziri Nikol Paşinyan kifayət qədər məntiqli fikir səsləndirib”. Bunu mayın 6-da parlamentin iclasında “Xarici kəşfiyyat fəaliyyəti və Xarici Kəşfiyyat Xidməti haqqında” qanuna dəyişiklik və əlavələri, eləcə də əlaqəli qanunlara düzəlişləri nəzərdə tutan qanun layihələri paketinin müzakirəsi zamanı qurumun rəhbəri Kristine Qriqoryan bildirib. O, müxalif “Ermənistan” blokundan olan deputat Armenui Küreqyanın sualını cavablandırıb.

Müxalif deputat xüsusilə Ermənistan baş nazirinin qarşıdan gələn seçkilərdə hakim “Vətəndaş Müqaviləsi” Partiyasının konstitusion çoxluq əldə etməyəcəyi təqdirdə, sentyabr ayında fəlakətli müharibənin başlayacağı barədə bəyanatını xatırladıb və soruşub: “Bu bəyanat Xarici Kəşfiyyat Xidmətinin təqdim etdiyi müəyyən məlumatlar əsasında verilib, yoxsa xidmət bundan xəbərsiz olub? Əgər xəbərsiz olubsa, o zaman siz bu bəyanatın hansı əsasla səsləndirildiyini araşdırmağa çalışmısınızmı, onu yoxlamaq və ya müvafiq faktı təsbit etmək üçün hansısa operativ-kəşfiyyat məlumatları əldə etmək cəhdləri olubmu və ümumiyyətlə, bizə qarşı həmin müharibəni hansı ölkə başlaya bilər?

Qriqoryan cavabında hökumət başçısının sözlərini izah etməyə çalışıb. “Əgər seçkiqabağı yarış zamanı bir-biri ilə rəqabət aparan siyasi qüvvələr sülh arxitekturasının təməl prinsiplərini şübhə altına almağa başlayırlarsa, bu o deməkdir ki, gələcəkdə sülh dağıla bilər. Baş nazirin sözlərini məhz bu məntiqlə anlamaq lazımdır”, – qurum rəhbəri bildirib.

Küreqyan isə Xarici Kəşfiyyat Xidmətinin rəhbərini dinlədikdən sonra öz mövqeyini və müşahidələrini səsləndirib. “Aydın oldu ki, Xidmətin əlində belə məlumat yoxdur. Bu, sadəcə baş nazirin növbəti siyasi bəyanatı idi. Biz bilirik ki, bu cür açıqlamalar onlara sərf edən vaxtda və formada edilir. Deməli, bu bəyanatların altında heç bir məntiqi əsas yoxdur”, – deputat vurğulayıb.

Əgər hipotetik olaraq qarşıdan gələn seçkilərdə “Vətəndaş Müqaviləsi” parlamentdə çoxluq əldə etməsə və nəticədə Paşinyan baş nazir postunu tərk etsə, hakimiyyətə hazırda müxalifətdə olan, Rusiyaya yaxın qüvvələrin koalisiyası gələ bilər. Belə olan halda, Moskva ilə birbaşa əlaqəli bu qüvvələrin hakimiyyəti dövründə Ermənistanı nə gözləyir? Onlar Azərbaycanla sülh müqaviləsinin imzalanması kursunu davam etdirəcəklərmi? Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə çalışacaqlarmı? Yoxsa əksinə, Ermənistan və Azərbaycanı yenidən müharibə həddinə gətirə biləcək addımlar atacaqlar? Belə bir ssenari yaxın gələcək üçün nə dərəcədə realdır?

Beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə mövzu ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Bilirsiniz, yəqin mən də Ermənistanın xarici kəşfiyyat rəhbəri kimi görünəcəyəm. Niyə? Çünki mən də ehtimallarımı belə bir ehtimal üzərində qururam: əgər revanşist qüvvələr hakimiyyətə gəlsələr, onların Paşinyanın həyata keçirdiyi kursu davam etdirmələri çətin görünür. Əgər onlar bu kursu davam etdirməsələr və ya bu prosesi müxtəlif yollarla ləngitsələr, təbii ki, Türkiyə, Ermənistan və Azərbaycan arasında münasibətlərdə münaqişə elementi güclənəcək. Nəticədə bu, müxtəlif gərginlik ocaqlarının artmasına və onların bir böyük qarşıdurmada birləşməsinə gətirib çıxara bilər. Belə bir perspektiv tamamilə mümkündür”, – analitik bildirib.

Onun sözlərinə görə, Ermənistandakı bu radikal müxalif qüvvələr yaxın zamanda Avropa Parlamenti tərəfindən qəbul olunmuş və Azərbaycana münasibətdə kifayət qədər sərt və qərəzli ifadələr ehtiva edən qətnamələri dəstəkləyirlər. “Onlar həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tənqidi yanaşan erməni diasporundakı dairələrin fəaliyyətini də müdafiə edirlər. Buna görə də bu məntiqdən çıxış etsək, ən azı maraqlar toqquşması yaranacaq və Vaşinqtonda paraflanmış sülh sazişinin müddəalarının həyata keçirilməsi ləngiyəcək. Bu isə Azərbaycanın sərt və ciddi narazılığına səbəb olacaq və nəticədə qarşıdurmaya gətirib çıxaracaq. Hadisələr təxminən bu məntiqlə inkişaf edə bilər. Məncə, Paşinyan tamamilə haqsız deyil.

Əgər müxalifət liderlərinin, xüsusilə də Vaşinqton razılaşmalarının müddəalarını şübhə altına alan Koçaryanın ritorikasını nəzərə alsaq, bu açıqlamaların Azərbaycanda müsbət reaksiya doğurmayacağı aydındır. Üstəlik, Koçaryanın özü də Bakı üçün ciddi qıcıqlandırıcı fiqur kimi çıxış edəcək. Buna görə də, məntiq başadüşüləndir. Baxmayaraq ki, hazırda Azərbaycanla mümkün müharibə və ya qarşıdurmanın hazırlandığını təsdiqləyən konkret məlumatlar yoxdur. Ən azı Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri belə faktlar təqdim etməyibsə, deməli, bu cür konkret sübutlar mövcud deyil”, – Vəlizadə hesab edir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukraynaya Rusiyanın aktivlərindən €6,6 milyard köçürülüb
Bu gün, 07:38
Tramp ABŞ-nin təkliflərinə İrandan cavab gözləyir - KİV
Bu gün, 07:37
İrəvanda Karapetyanın tərəfdarları saxlanıldı
Bu gün, 07:36
Burda işçi hüququ BOŞ BİR NAĞILDIR - ETİRAZ VAR!
Bu gün, 07:34
AQC Tikinti, Abadlıq və Köçürülmə Komissiyası fəaliyyətə başladı – VİDEO
Bu gün, 07:18
Nazir Baronun çıxışı: Cənubi Qafqaz sülhünə Fransa təhlükəsi... - "Cəsarətli" susqunluq öhdəliyi...
Bu gün, 07:12
Baltası qartalın caynağı olan Ramil Səfərov - Saffari yazır…
Bu gün, 07:07
Toylarda dövlət himninin səsləndirilməsi niyə mübahisə doğurur? - AÇIQLAMA
Bu gün, 07:01
Analitik Ekspertiza Mərkəzinin yoxlamaları mütləq cərimə ilə bitir? - İLGİNC FAKT
Bu gün, 06:57
Araz Paşayev NARAZILIQ YARADIR - FOTOFAKT
Bu gün, 06:46
Builki Qələbə paradının fərqi: "Putinin sehri sönür" - Görünəni odur ki...
Bu gün, 06:38
“Azərbaycanda uşaqpulu verilə bilər? – Vüqar Orucdan diqqətçəkən AÇIQLAMA
Bu gün, 06:36
Paşinyanın müharibə ehtimalı: Döyüşlərin bərpası realdırmı? - AKTUAL
Bu gün, 06:31
Sünikdən başlayan kampaniya: Ermənistan hansı mesajı verir? - GƏLİŞMƏ
Bu gün, 06:29
Deputatdan “Zaman göstərər”-ə etiraz - “Biz də o zamanı gözləyirik”
Bu gün, 06:25
Avropa İttifaqı Ermənistanı yaxın 10 il ərzində öz sıralarına qatmayacaq - ÇÜNKİ...
Bu gün, 06:23
5 manatlıq kapitalla yarım milyonluq borc - "SERALLİ-TT" MMC-nin böyük vergi yükü
Bu gün, 06:21
"Azərlotereya"da müəmmalı "qara dəlik" - 2024-cü ildən sonra nə baş verib?
Bu gün, 06:14
ABŞ Sakit okeanda narkotik daşıdığı iddia edilən gəmini vurub - KİV
Bu gün, 05:58
ABŞ qoşunları Almaniyadan Polşaya göndərilə bilər - Tramp belə deyir...
Bu gün, 05:57
Paşinyan SÜLH MASASINDA riyakarlıq edir - ŞƏRH
Bu gün, 05:53
Rasim Balayevdən sonra kim sədr olacaq?
Dünən, 18:07
Ukrayna raketlərə görə "aclıq pəhrizinə" düşüb - İqnat
Dünən, 18:05
Fransa Respublikasının ikiqat "Hərbi Xaç" ordenli Azərbaycanlı partizan - “Danil”
Dünən, 17:55
“Paşinyan Azərbaycanın kuklasıdır” - Zurabyan
Dünən, 17:51
Şirkət rəhbəri və iş adamına 237 min manat “atan” şəxs məhkəmə zalında həbs edildi
Dünən, 17:49
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti - Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR
Dünən, 17:46
“Qarşılıqlı zərbələr olsa, İran üçün dağılma prosesi başlayacaq” - Nəsib Nəsibli
Dünən, 17:39
Nazirin Paşinyanla söhbəti - Müharibə və sülh arasında seçim edəcəyik
Dünən, 17:37
Naxçıvan Əmlak Məsələləri Dövlət Xidmətinə müvəqqəti rəis və rəis müavini edilib - DETALLAR
Dünən, 17:36
Kiyev 9 mayda Kremli vuracaq? – Moskva təşviş içində
Dünən, 17:30
Goranboyda TOYDA DAVA: 12 yaşlı qıza sataşdı, qardaşını döydülər - TƏFƏRRÜAT
Dünən, 17:29
İrəvan merindən ermənilərə çağırış: - Sülhə sahib çıxın
Dünən, 16:09
"İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi - FOTO
Dünən, 16:05
805 manat hesab gəldi, restoranı tənqid etdi - FOTO
Dünən, 16:03
Ermənistan Rusiyanın göndərdiyi “İskəndər”lərdən imtina edir - “The New Indian Express”
Dünən, 15:58
Görəvdən alınan Vəliyev KİMDİR... - TƏFƏRRÜAT
Dünən, 15:55
Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 15:48
“Qarabağ”ın agentlərə xərclədiyi pul 14 dəfə artıb
Dünən, 15:44
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
Dünən, 15:42
İran yenidən BƏƏ-yə raket və dron zərbələri endirib, yaralılar var
Dünən, 15:36
Köhnə avtomobillərin ölkəyə gətirilməsi dayandırılmalıdır - Ekologiya korlanır
Dünən, 15:30
Xanlar Vəliyevin qardaşı işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:29
PAŞA Holding struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib - AÇIQLAMA
Dünən, 15:24
Bu... Fransanın NEÇƏNCİ BANIDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:22
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: - "Dolabda dollar "paçka"ları vardı"
Dünən, 15:20
"Xınalıq" restoranında 63 yaşlı ofisiant qəfil öldü
Dünən, 13:56
Ermənistan müxalifətinin lideri: - Müharibə qapısını bağlamalıyıq
Dünən, 13:53
İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir
Dünən, 13:06
Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...
Dünən, 12:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru