Ermənistan Avropa Birliyinə qoşularsa, ÜDM-nin təxminən 23%-ni itirəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov deyib.
“Avrasiya İqtisadi İttifaqından çıxmaq ölkəyə ümumi daxili məhsulun təxminən 15,1%-nə başa gələcək. Hətta ən mühafizəkar hesablamalara görə belə, AB-yə qoşulmaq Ermənistana ÜDM-nin təxminən 23%-nə başa gələcək. Məşğulluqda 10,5% bəndi azalma və inflyasiyada 22,6% bəndi artım həyat səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olardı. Daxili istehlak hazırkı səviyyələrdən 20%-dən çox azala bilər. Təbii qaz da daxil olmaqla, enerji qiymətlərinin daha da artması gözlənilir”, - o bildirib.








