“Alen Simonyan Türkiyəni şantajla qorxutmaq istəyir, amma bu, işə yaramayacaq”.
Tribuna.az xəbər verir ki, bunu politoloq Armen Badalyan deyib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistan-Türkiyə münasibətlərinə mane ola bilməz. “Bakı Ankaranın Cənubi Qafqazdakı müttəfiqidir. İkincisi, Türkiyənin öz yanaşması var və bu Azərbaycanla üst-üstə düşür”.









