Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                 

Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Tarix: Bu gün, 11:19 | Çap et

“Putin Macarıstanda Orbanın timsalında Avropa İttifaqına böyük bir təsir rıçaqını itirsə də, ona Ukraynaya təcavüzündə daim dəstək olan İran hələlik ABŞ və İsraillə savaşda üstün durumda görünür. Bu yandan da Kreml Belarusu - Lukaşenkonu aktivləşdirir. Tramp isə Ukraynadan getdikcə əlini tamam çəkmək üzrədir. Sizcə, bundan sonra Ukrayna ətrafında hansı ssenarilər cərəyan edə bilər?”
Bu sualla müraciət etdiyimiz ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli Moderator.az-a açıqlamasında aşağıdakı fikir və mülahizələri ifadə edib.
“Ukrayna müharibəsi artıq ilk mərhələsini çoxdan geridə qoyub. Bu gün baş verənlər nə sürətli qələbə ssenarisinə, nə də klassik cəbhə müharibəsinə bənzəyir. Münaqişə tədricən uzanan, tərəfləri tükəndirən və beynəlxalq siyasi balansları dəyişdirən mürəkkəb bir qarşıdurmaya çevrilib. Bu yeni mərhələdə əsas sual budur: Ukraynanı nə gözləyir?..
Qeyd edək ki, müharibənin ilkin mərhələsində Qərb qətiyyətli addımlar atmadı, ata bilmədi və ya atmaq istəmədi. Qərb bu müharibəni Rusiyaya qarşı aşınma müharibəsinə çevirməyə cəhd elədi. Lakin mövcud vəziyyətə baxdıqda aydın görünür ki, indi Vladimir Putin müharibəni strateji baxımdan uzunmüddətli aşınma modelinə uyğunlaşdırıb. Bu modelin mahiyyəti sadədir: cəbhədə sürətli irəliləyişdən daha çox, qarşı tərəfi iqtisadi, hərbi və psixoloji baxımdan zəiflətmək. Bu yanaşma eyni zamanda Qərbin siyasi iradəsinə yönəlmiş bir testdir. Müharibə uzandıqca, Avropa və ABŞ daxilində “yorğunluq sindromu” güclənir və Ukraynaya dəstəyin davamlılığı sual altına düşür. Buna bir də ABŞ-dakı yeni administrasiyanın Rusiyaya qarşı siyasət aparmaq istəksizliyini əlavə etsək, Ukrayna üçün müharibəni uğurla davam etdirməyin nə qədər çətin olduğu daha yaxşı başa düşülər...
Bu kontekstdə Ukrayna rəhbərliyinin rolu xüsusi diqqət tələb edir. Volodimir Zelenski müharibənin ilk mərhələsində bir lider kimi böyük siyasi kapital qazansa da, bu gün onun qarşısında duran daha mürəkkəb və daha sərt vəzifələrin öhdəsindən gələ bilmir. Əsas problem ondadır ki, Zelenski administrasiyası hələ də müharibənin uzunmüddətli strategiyasını cəmiyyətə və tərəfdaşlara aydın şəkildə təqdim edə bilməyiblər. Qərb auditoriyası üçün uğurlu kommunikasiya aparılsa da, real hərbi-siyasi nəticələrlə bu kommunikasiya arasında getdikcə daha böyük boşluq yaranır...
Zelenskiyə yönələn tənqidlər getdikcə artır və bu tənqidlərin bir hissəsi kifayət qədər əsaslıdır.
Birincisi, müəyyən qərarların bəzən daxili və xarici ictimaiyyət üçün siyasi-psixoloji effekt yaratmağa hesablandığı təsiri yaranır. Bu isə strateji planlaşdırmanın dərinliyi ilə bağlı suallar doğurur.
İkincisi, müharibə şəraitinə baxmayaraq, korrupsiya və idarəetmə problemləri tam aradan qaldırılmayıb. Enerji sahəsindəki korrupsiya böhranı da Zelenskinin güvənirliyi üçün olduqca sarsıdıcı oldu. Xarkovda yaşayan həmvətənlərimizin verdiyi məlumata görə, xarici görünüşü müharibəyə yararlı olan insanlar küçələrdə tutulub müharibəyə göndərilir. Rüşvət qarşılığında bundan yayınmaq isə adi bir işdir. Bunların hamısı həm daxili legitimliyə, həm də beynəlxalq etimada mənfi təsir göstərir...
Üçüncüsü və ən vacibi, Ukrayna modelinin Qərb hərbi və maliyyə dəstəyindən həddindən artıq asılı olmasıdır. Bir mənada, Ukrayna başqalarının insafından asılı vəziyyətə düşüb. Bu asılılıq azaldılmadıqca, Ukraynanın strateji müstəqilliyindən danışmaq çətin olaraq qalacaq...
Digər tərəfdən, beynəlxalq mühit də Ukraynanın xeyrinə dəyişmir. ABŞ-da siyasi dinamika mühüm rol oynayır və burada Donald Tramp faktorunu nəzərə almamaq mümkün deyil. Vaşinqtonda hakimiyyət dəyişərsə və ya Ukraynaya dəstək prioritetlər siyahısında aşağı düşərsə, Kiyev üçün vəziyyət kəskin şəkildə ağırlaşa bilər. Artıq ABŞ daxilində bu müharibənin davamlı maliyyələşdirilməsi ilə bağlı ciddi debatlar gedir. Ukrayna iqtidarı bu durumu hakimiyyətə gəldikləri ilk gündən görməli və ona uyğun siyasət aparmalı idilər...
Rusiya yalnız cəbhə xəttində deyil, daha geniş geo-siyasi müstəvidə fəaliyyət göstərir. Belarus üzərindən hərbi-siyasi təzyiq imkanlarının qorunması, enerji siyasəti vasitəsilə Avropaya təsir, eləcə də digər regionlarda paralel aktivlik Kremlin ümumi strategiyasının tərkib hissəsidir. Bu isə Ukrayna müharibəsini regional çərçivədən çıxarıb daha geniş qlobal qarşıdurmanın elementinə çevirir. Ümumən, beynəlxalq şərtlər Rusiya üçün gah pisləşir, gah da yaxşılaşır. Hal-hazırda neftin bahalaşması Rusiya üçün yeni bir nəfəslik açıb...
Bu reallıqlar fonunda Ukrayna ətrafında bir neçə mümkün ssenari formalaşır.
Birinci və ən real görünən variant “dondurulmuş münaqişə” modelidir. Bu halda cəbhə xətti böyük dəyişiklik olmadan sabitləşər, lakin siyasi həll əldə olunmaz. Ukrayna ərazilərinin bir hissəsi faktiki olaraq itirilmiş vəziyyətdə qalar, müharibə isə hüquqi baxımdan başa çatmaz. Lakin Ukrayna güclənmək üçün zaman qazanar. Gələcək qələbəyə ümid artar. Rusiyada da liberallaşma ehtimalı olduğu üçün məsələnin həlli gələcəkdə daha uyğun bir şəkildə həyata keçə bilər...
İkinci ssenari Ukraynanın tədricən zəifləməsidir. Əgər Qərb dəstəyi azalarsa və ya qeyri-sabit xarakter alarsa, Ukrayna müdafiə imkanlarını qorumaqda çətinlik çəkə bilər. Bu isə cəbhədə geri çəkilmələrə və daha ağır kompromislərə gətirib çıxara bilər...
Üçüncü variant danışıqlara məcbur edilmək nəticəsində gələn sülhdür. Bu ssenaridə Kiyev müəyyən güzəştlərə getməyə məcbur qalır – istər ərazi, istərsə də təhlükəsizlik məsələlərində. Bu, qısa müddətli sabitlik gətirsə də, uzunmüddətli perspektivdə yeni risklər yarada bilər...
Nəhayət, vəziyyətin Ukraynanın xeyrinə dəyişməsi də nəzəri olaraq mümkündür, lakin bu, yalnız davamlı və genişmiqyaslı Qərb dəstəyi ilə reallaşa bilər. Hazırkı siyasi trendlər isə bu ssenarinin ehtimalını artırmaqdan çox, əksinə, onu sual altına qoyur.
Nəticə etibarilə, Ukrayna bu gün strateji çıxılmazlıq mərhələsinə yaxınlaşır. Əsas problem yalnız xarici təzyiqlər deyil, eyni zamanda daxili idarəetmə və strateji planlaşdırma boşluqlarıdır. Zelenski hakimiyyətinin qarşısında duran əsas vəzifə təkcə beynəlxalq dəstək toplamaq deyil, həm də daha realist, daha dayanıqlı və daxili resurslara əsaslanan bir strategiya formalaşdırmaqdır. Əks halda, müharibənin taleyi təkcə cəbhədə deyil, xarici paytaxtlarda verilən qərarlardan asılı olaraq qalacaq...”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru