Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal olunmuş Krımda Rusiya Hərbi-Dəniz Donanmasının ümumi dəyəri təxminən 150 milyon dollar olan iki desant gəmisini vurub.
"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatında deyilir.









