Belarus Prezidenti Aleksandr Lukaşenko İranın keçmiş ali rəhbəri Əli Xameneinin yerinə keçən oğlu Müctəba Xameneinin atasından daha radikal olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, RT-yə müsahibəsində danışıb.
“İran rəhbərliyini öldürdünüz, bu, sizi təqib edəcək. Venesueladan sonra əsl simalarınızı göstərdiniz. Siz onları öldürdünüz. Bəs sonra? Öldürülən liderlər daha radikallarla əvəz olundu”, - Lukaşenko qeyd edib.
Xatırladaq ki, Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana hava hücumu zamanı öldürülüb.









