Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

Stomatoloqların kütləvi etirazı: TƏBİB 1140 həkimi ixtisar etmək istəyir - ARAŞDIRMA
Tarix: 9-01-2026, 12:03 | Çap et

Regionlarda stomatoloqların kütləvi ixtisarı ilə bağlı narazılıq

Bu yaxınlarda APA-nın redaksiyasına daxil olan şikayətlərdən birinin məzmunundan məlum oldu ki, regionlardakı dövlət xəstəxanalarında stomatoloqların kütləvi ixtisarına başlanılıb. Həmin vaxt məsələ ilə bağlı sorğumuza cavab verən TƏBİB-dən bildirildi ki, ötən dövr ərzində stomatoloji xidmətlərin təşkili, keyfiyyəti, xidmət həcmi, əlçatanlığı, həkim qəbulu, infrastruktur və bu sahədə şəffaflığın artırılması məqsədilə ətraflı təhlil və qiymətləndirmə işləri aparılıb. Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda cari ilin ötən müddəti ərzində bir sıra stomatoloqların pasiyent qəbul etmədiyi, xidmət keyfiyyətinin aşağı olması, vətəndaş narazılıqları və ödənişlərin rəsmi nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib. Bu səbəbdən də ixtisarların aparılması məqbul hesab edilib.

TƏBİB-in mövqeyi həkimləri qane etmədi

TƏBİB-in bu reaksiyası ilə qane olmayan sözügedən stomatoloqların etirazı isə daha da dərinləşib. Belə ki, Azərbaycanın müxtəlif rayonlarından olan stomatoloqlar TƏBİB-in regionlardakı stomatoloqlarla bağlı kütləvi ixtisarların aparılması qərarına etiraz edirlər. Stomatoloqlar bu qərarın əsassız və ədalətsiz olduğunu bildirir, qərarın ləğvini tələb edirlər. Hətta bununla bağlı bir neçə dəfə TƏBİB-in binası önündə toplaşaraq etiraz ediblər. Belə etirazlardan biri də dünən baş verib.

TƏBİB-in binasının qarşısına, təxminən, 100 nəfərə yaxın həkim toplaşıb. Onların bir qismi binaya daxil olub. Həkimlər TƏBİB-in səlahiyyətli bir şəxsinin üzə çıxmasını, onların suallarını cavablandırmasını istəyiblər.

Stomatoloq: 33 ildir işləyirəm, bu gündən sonra nə edim?

Yevlax rayonunda fəaliyyət göstərən stomatoloq Xavər Babayeva APA-ya açıqlamasında əsassız şəkildə ixtisar edildiklərini bildirib: “Bizim heç bir günahımız yoxdur. Heç bir təminat vermirlər, heç bir avadanlıqla təmin etmirlər. Cəmi 500 manat maaş verirlər. 33 ildir stomatoloq işləyirəm. Bu gündən sonra mən harada işləməliyəm? Nə işlə məşğul olmalıyam ki, 5 il sonra təqaüdə çıxa bilim?!”

130 min əhaliyə 3 həkimin xidmət etməsi nə dərəcədə düzgündür?

Stomatoloq Ülkər Qazıyeva artıq üçüncü dəfədir TƏBİB-in binasının qarşısında toplaşdıqlarını deyib: “Mən Zaqatala rayonundan gəlmişəm. Zaqatala endemik zonadır. 130 min əhalisi var. Rayonda 22 təhsilli həkim-stomatoloq var. 19-nu ixtisar edib, cəmi 3 stomatoloq saxlayıblar. 130 min əhaliyə 3 həkim-stomatoloqun xidmət etməsi nə dərəcədə düzgündür? 34 ildir fəaliyyət göstərən həkimi ixtisar etmək nə dərəcədə doğrudur? Deyirlər, imtiyazlı həkimlər var. Özüm şəkər xəstəsiyəm, bəs niyə ilk növbədə məni ixtisar edirlər? Aramızda ürək xəstəsi olan, körpəsi olan var. Hamısını ixtisar ediblər. Niyə insanlar özəl klinikaya getməyə məcbur qalmalıdır?”

Regionlar üzrə 1140 həkimi ixtisar etmək istəyirlər

Xaçmazdan gələn stomatoloq Aydın Rəşidov isə bildirib ki, 184 min əhalisi olan Xaçmazda 27 stomatoloq var: “Hər 3-4 min nəfərə xidmət göstərəcək 1 stomatoloq lazımdır. Onları da ixtisar edirlər. Bizi maliyyələşdirmirlər, bütün materialların, hətta assistentin ödənişini özümüz edirik. Bundan əlavə, aylıq 1200-1800 manat ödəniş istəyirlər. Verdikləri maaş da 531 manatdır. Onsuz da Azərbaycanda həkim çatışmazlığı var. Bu ixtisarların əsası nədir? Heç bir sualımız cavablandırılmır. Regionlar üzrə 1140 nəfər həkimi ixtisar etmək istəyirlər”.

TƏBİB: stomatoloji xidmətlərin əksəriyyəti sığortaya daxil deyil

TƏBİB-dən məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, stomatoloji xidmətlərin əksəriyyəti (149 adda xidmət) icbari tibbi sığorta təminatına daxil deyil və yalnız ödənişli əsaslarla həyata keçirilir.

Maliyyə səmərəsizliyi və optimallaşdırma arqumentləri

Qeyd edilib ki, təhlillər nəticəsində bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, mövcud resursların qeyri-səmərəli istifadə edildiyi, ödənişlərin tam şəkildə nağdsız qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib: “Eyni zamanda, bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub. Araşdırmalar göstərib ki, stomatoloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən maliyyə gəlirlərini üstələyir. Bunun nəticəsində stomatoloji xidmətlərin mövcud şəraitdə əvvəlki həcmlərdə davam etdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilmir və bu sahədə əlavə optimallaşdırma tədbirlərinin görülməsi zərurəti yaranıb”.

Qanunvericilik əsasları ilə bağlı TƏBİB-in istinadı

TƏBİB-dən əlavə olaraq qeyd edilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, əmək şəraitinin şərtlərini dəyişdirmək, eləcə də işçilərin sayını və ya ştatlarının ixtisar edilməsi işəgötürənin hüquqlarından biridir: “Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının və ya ştatlarının ixtisar olunması əmək müqaviləsinə xitam verilməsi əsaslarından hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stomatoloji xidmətlərlə bağlı aparılan təhlillərə və maliyyə-iqtisadi əsaslandırmalara uyğun olaraq, stomatoloqların sayının (ştatlarının) optimallaşdırılması, o cümlədən ixtisar edilməsi prosesi əmək qanunvericiliyinin tələblərinə ciddi riayət olunmaqla təmin edilir”.

2025-ci ildə 74 stomatoloqun qanunsuz fəaliyyəti aşkarlanıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci il ərzində 74 stomatoloqun qanunsuz fəaliyyəti aşkarlanıb.

Qanunsuz fəaliyyət üzrə aşkar edilən nöqsanlar

Aşkar edilən nöqsanlar isə müxtəlifdir: “Lisenziya şərtləri sualı üzrə 33 nöqsanlı hal, lisenziya olmadan 16 iş və fəaliyyət, lisenziyadan kənar 8 iş və fəaliyyət, sertifikasiya şəhadətnaməsi olmadan 9 özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, lisenziya olmadan iş və fəaliyyət, sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar 2 özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma üzrə 5 fakt aşkarlanıb”.

Həmçinin, bildirilib ki, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və ya yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə isə 1 fakt aşkarlanıb.

Özəl klinika həkimi: “İxtisarlar stomatoloji böhranı dərinləşdirir”

Özəl klinikalardan birində çalışan stomatoloq Tural Mirzəyev məsələ ilə bağlı APA-ya danışıb: “Dövlət müəssisələrində çalışan stomatoloqların ixtisarı heç bir halda doğru deyil. Regionlarda kifayət qədər stomatoloji problemlər var. Rayon və kəndlərdə hər iki nəfərdən birində ciddi stomatoloji problemlər var. Ağız boşluğunda dişlərin olmaması digər orqanlarda da xəstəliklər əmələ gəlməsinə səbəb olur. Mən Bakıda yaşayıram, amma Hacıqabul rayonu ərazisində doğulmuşam, rayonumuzda 80-85 min əhali yaşayır, Ümumdünya Səhiyyə Təşkilatına görə, əhalinin hər 10 min nəfərinə minimum 3 stomatoloq düşməlidir, rayonumuzda isə hazırda 6 stomatoloq fəaliyyət göstərir. Qonşu Şirvan şəhərində 100 minə yaxın əhali üçün 8 stomatoloq vardı, onların da 6-sını ixtisar edib, 2-ni saxlayıblar. Təsəvvür edirsiniz vəziyyəti? TƏBİB tərəfindən ixtisarlara heç bir əsası olmayan arqumentlər gətirilir”.

Həkim problemin həlli yollarına da toxunub: “Stomatoloji xidmətlərin İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil edilməsi, ilkin dispanserizasiya - müayinə, diş daşlarının təmizlənməsi, plomblamalar, stomatoloqlara bölgələrdə lazımi şəraitin yaradılması və s. lazımdır”.

ÜST normativləri və regional real vəziyyət

Stomatoloq Tural Mirzəyev bildirib ki, ÜST-ün tövsiyəsinə əsasən, əhalinin diş sağlamlığının qorunması üçün hər 10 min nəfərə minimum 3 stomatoloqun düşməsi məqsədəuyğun hesab olunur: “Bu normativ dünya ölkələrinin əksəriyyətində tətbiq edilir və əhalinin ağız-diş sağlamlığı səviyyəsinə görə artırıla da bilər. Türkiyədə hər 10 min nəfər üçün 6.27 stomatoloq fəaliyyət göstərir. Gürcüstanda hər 10 min nəfərin payına 7.83 stomatoloq düşür. İranda hər 10 min nəfərə 5.23 stomatoloq, Rusiyada 10 min nəfərə 3.90 stomatoloq, Ermənistanda isə hər 10 min nəfərə 3.66 stomatoloq fəaliyyət göstərir”.

Beynəlxalq müqayisə: Türkiyə, Gürcüstan, Avropa ölkələri

Həkim qeyd edib ki, Azərbaycan əhalisinə yaxın bəzi Avropa ölkələrində isə göstəricilər daha yüksəkdir: “Yunanıstanda 10 min nəfərə 13.5 stomatoloq, Macarıstanda 7.43 stomatoloq, Portuqaliyada 12 stomatoloq, Çexiyada 0.5 stomatoloq, Bolqarıstanda 15 stomatoloq fəaliyyət göstərir. Bu o deməkdir ki, əhali sağlamlığının qorunması üçün stomatoloq sayı dünya standartlarında kifayət qədər yüksək saxlanılır”.

Rayonlarda real çatışmazlıq: Ağsu, Göyçay, İsmayıllı nümunəsi

Həmsöhbətimiz qeyd edib ki, stomatoloqların çox hissəsi ölkəmizdə böyük şəhərlərdə cəmlənib: “Azərbaycan rayonları üzrə stomatoloq ehtiyacına gəldikdə isə onu deyə bilərəm ki, 119 min əhalisi olan Göyçaya 36 stomatoloq tələb olunur. 88 min əhalisi olan İsmayıllıya 26–27 stomatoloq, 128 min əhalisi olan Yevlaxa 38–39, 82 min əhalisi olan Ağsuya isə 25 stomatoloq tələb olunur. Ağsu rayonunun 82 min əhalisi olmasına baxmayaraq, orada 6 nəfər diplomlu və sertifikatlı stomatoloq fəaliyyət göstərir. Bundan əlavə, rayonda özəl stomatoloji klinika yoxdur. Bu isə normativ üzrə tələb olunan 25 stomatoloqla müqayisədə çox ciddi çatışmazlıq yaradır”.

Həkim hesab edir ki, regionlarda stomatologiya sahəsində tibb təhsili olmayan, qanunsuz fəaliyyət göstərən şəxslər də var: “Bu problem müxtəlif fəsadlara yol açır. Tibbi təhsili olmayan şəxslərin müdaxilələri diş itkisi, infeksiyalar, parodont xəstəlikləri, sümük zədələnmələri və digər ağır fəsadlara səbəb olur. Diplomlu stomatoloqların say azlığı səbəbi ilə əhali vaxtında və keyfiyyətli tibbi xidmət ala bilmir. Qeyri-peşəkar fəaliyyət nəticəsində yaranan səhvlərin yükü sonradan dövlət tibb sisteminin üzərinə düşür. Bölgədə stomatoloji xidmətlərin tənzimlənməsi çətinləşir və nəzarət tam itir. Dövlət xəstəxanalarında stomatoloq ixtisarları vəziyyəti daha da ağırlaşdırır, çünki qanunsuz şəxslərin fəaliyyəti genişlənir. "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna görə dövlət əhaliyə təhlükəsiz tibbi xidmət təmin edən sistem yaratmalı, yalnız diplomlu və lisenziyalı tibb işçilərinin fəaliyyətinə icazə verməli, qanunsuz tibbi fəaliyyət göstərən şəxsləri cəzalandırmalı və fəaliyyətlərini dayandırmalıdır, tibbi xidmətlərin keyfiyyətinə nəzarəti təmin etməlidir”.

Həll yolları: sığorta, yeni ştatlar və sertifikasiya

Bu baxımdan, həkim təklif edib ki, rayonlarda stomatoloq çatışmazlığının aradan qaldırılması üçün yeni ştatlar açılmalıdır: “Həmçinin diplomlu, lakin sertifikatsız stomatoloqlar sertifikasiya prosesinə cəlb olunmalıdır. Qeyri-qanuni stomatoloji fəaliyyət göstərən şəxslər aşkar olunaraq tədbir görülməli, stomatoloji xidmətlər, xüsusilə təcili və təməl xidmətlər qismən icbari tibbi sığorta paketinə daxil edilməli, dövlət tibb müəssisələrində stomatoloqların ixtisarı dayandırılmalıdır”.

İxtisar olunan stomatoloqların naməlum aqibəti...

Yekunda ortaya bir sual çıxır: ixtisar edilən stomatoloqların aqibəti necə olacaq? Sözügedən həkimlərin bir çoxunun yaşı 40-55 aralığındadır. Həmin həkimlərin taleyi ilə bağlı TƏBİB hər hansı bir təminat verirmi? Həkimlər ixtisar edildikdən sonra harda işləyəcəklər? Bununla bağlı TƏBİB bir tədbir görəcəkmi? İxtisar edilən həkimlərin xüsusi kurs keçib işə bərpa olunması, yaxud yenidən onların biliklərinin yoxlanılması, müəyyən qədər təzminatın ödənilməsi, fəaliyyətlərinin bu və ya digər şəkildə davam etdirilməsi, onlar üçün işçi ehtiyyatı bazası yaradılması, sonradan hansısa tibb müəssisəsinə yönləndirilməsi ilə bağlı TƏBİB-in nəzərdə tutduğu tədbirlər planı varmı?

Bu sualları TƏBİB-ə ünvanlasaq da, heç bir cavab ala bilmədik.

Günay










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Bu gün, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Bu gün, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Bu gün, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Bu gün, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Bu gün, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Bu gün, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Bu gün, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Bu gün, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Bu gün, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Bu gün, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Bu gün, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Bu gün, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Bu gün, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Bu gün, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Bu gün, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru