Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi .....                     Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir .....                     “Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb .....                     Çarukyanın nələri varmış?! .....                     Asiya İnkişaf Bankına yeni vitse-prezident .....                     “Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” .....                     Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? .....                     Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? .....                     Qaqauzlar Türkiyədən dəstək istədi: .....                     Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb .....                     AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır .....                     Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi .....                     "Villa Inn" otelində sevgilisini döydü .....                     “İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” .....                     İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb .....                     “ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? .....                     “Rosatom”u Argentinadan qovdular .....                     Zəngəzur dəhlizində işlərin başlanacağı .....                     Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib .....                     Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? .....                     Əməkdar jurnalist komaya düşdü .....                     Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi .....                     Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub .....                     "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir .....                     Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı .....                     Həbsdə olan jurnalistin səhhəti pisləşdi .....                     Şirkətlər bu bankdan niyə qaçır? .....                     İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi .....                     NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? .....                     "O pul mənim üçün çox böyük puldur..." .....                     Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: .....                     "Deyirlər, elə mahnı oxu ki, tamaşaçının “damarını tutsun” .....                     Bağça-məktəb arasında qalan uşaqlar: Valideynlər narazıdır .....                     Fələstinli nazir Bakıda nə istəyib? .....                     Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq .....                     "Hamının evində anası-bacısı var” .....                     Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun .....                     Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi .....                     "Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib .....                     Ukraynanın yeni Baş naziri təyin edilib .....                 

"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Tarix: 22-06-2025, 06:24 | Çap et

İyunun 18-də keçirilmiş Azərbaycan dili fənni üzrə müəllimlərin sertifikatlaşdırılması imtahanından narazılıqlar səngimək bilmir. Sosial şəbəkələrdə fikirlərini bölüşən bir çox müəllimlər qeyd etdiyimiz fənn üzrə imtahanın yenidən keçirilməsini tələb edirlər.

Bəs Azərbaycan dili müəllimlərinin narazılıqlarına əsas varmı?

Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi ki, 2025-ci ildə keçirilən müəllimlərin sertifikasiya imtahanı bir daha təhsilin real vəziyyətini, xüsusilə pedaqoji korpusun hazırlıq səviyyəsini acı şəkildə üzə çıxardı:

"Sosial şəbəkələrdə yayılan narazılıqlara baxmayaraq, əslində təqdim edilən sualların əksəriyyəti 8–9-cu sinif dərsliyi səviyyəsində, təməl fənn biliklərini və metodiki yanaşmaları əhatə edən, hər bir müəllimin gündəlik dərs prosesində müntəzəm olaraq istifadə etməli olduğu mövzulardan ibarətdir. Bu suallara cavab verə bilməyən müəllimin nəinki şagirdə bilik verməsi, heç sinfə daxil olmaq üçün mənəvi haqqı belə müzakirə mövzusudur".

Ekspert qeyd etdi ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30.2-ci maddəsində açıq şəkildə qeyd olunur ki, müəllim müvafiq ixtisas üzrə ali pedaqoji və ya ali təhsil almalı, daim öz ixtisası üzrə biliklərini artırmalı, metodik yenilikləri izləməli və tətbiq etməlidir.

"Amma real mənzərədə bunun əksi müşahidə olunur. Bir çox müəllim ilboyu tədris etdiyi sahədə nəzəriyyə və praktika arasında körpü qura bilmir, sertifikasiya imtahanı zamanı təqdim olunan mətnləri düzgün anlamaqda, sualların cavablarını təhlil etməkdə, metodiki situasiyalara adekvat yanaşma göstərməkdə çətinlik çəkir.

Bu halın əsas səbəbi illərlə davam edən passivlik, oxumamaq və tənbəllikdir. Bəzi müəllimlər imtahandan keçmək üçün yalnız son anda hazırlaşır, ümumiyyətlə təhsilə xidmət yox, sadəcə iş yeri kimi baxırlar. Halbuki müəllimlik yalnız bilik vermək deyil, həm də öyrənmək məsuliyyəti daşımaqdır. Öz üzərində işləməyən, fənnini sevməyən və metodikasına bələd olmayan müəllim nəinki şagirdə stimul verir, əksinə, təhsildən uzaqlaşdırır.

2025-ci ilin ilkin statistik göstəricilərinə əsasən, bir çox ixtisaslarda keçid faizi 60%-dən aşağı düşüb. Xüsusilə riyaziyyat, ingilis dili və ibtidai sinif müəllimləri üzrə nəticələr ciddi suallar doğurur. Bu fənlər üzrə sualların böyük əksəriyyəti ümumtəhsil proqramlarına uyğun, mövcud dərsliklər əsasında hazırlanıb. Beynəlxalq praktika ilə müqayisədə isə bu testlər hətta sadələşdirilmiş səviyyədədir. Məsələn, Finlandiyada müəllimlərin ilkin qiymətləndirməsi yalnız bilik yox, həm də pedaqoji yaradıcılıq, refleksiya və şagirdin inkişafına yönəlik strateji planlaşdırma kimi komponentləri əhatə edir. Bizdə isə sadə qrammatik konstruksiyalar, riyazi təhlillər və ibtidai məntiqi anlayışlar çətinlik doğurursa, burada artıq təhsil sisteminin yox, müəllimin məsuliyyəti sual altındadır", - deyə K.Əsədov vurğuladı.

Ekspert qeyd etdi ki, Elm və Təhsil Nazirliyinin məqsədi müəllimləri imtahanla əzmək yox, onları inkişaf yoluna yönəltməkdir.

"Amma bu təşəbbüsə qarşı çıxan, “niyə qiymətləndirilirik?” deyə etiraz edən müəllimlər təkcə təhsilin yox, cəmiyyətin gələcəyinə də təhlükə yaradır. Çünki şagirdin təhsili müəllimin səviyyəsindən başlayır. Əgər müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, sadəcə məktəbə deyil, millətə ziyan verir.

Müsbət tərəfi odur ki, bu proses nəticəsində bacarıqlı, hazırlıqlı və öz üzərində çalışan müəllimlər fərqlənir, onların əməyinin qarşılığı olaraq maaşlarında artım təmin edilir. Hazırda sertifikasiyadan yüksək nəticə göstərən müəllimlərə 35–10% arası maaş əlavəsi verilir. Bu da sağlam rəqabəti təşviq edir".

Müsahibimizin fikrincə, maaş artımı kəmiyyətə deyil, keyfiyyətə bağlı olmalıdır.

"Bu baxımdan, gələcəkdə əlavə dərs saatlarının verilməsi yalnız yüksək nəticə göstərən müəllimlərə deyil, real praktik nəticələri olanlara təklif edilməlidir.

Nə dəyişəcək? Sertifikasiya imtahanlarının nəticələri rayon təhsil şöbələrinin kadr siyasətinə, müəllimlərin vəzifə irəliləyişinə və peşəkar inkişafına birbaşa təsir göstərəcək. Nə dəyişməlidir? Artıq müəllim yalnız diplomla deyil, faktiki bilik və bacarıqla sistemə daxil olmalı, hər 5 ildən bir bilik səviyyəsini rəsmi olaraq təsdiqləməlidir.

Əgər təhsilin inkişafını istəyiriksə, müəllimin inkişafı labüddür. Müəllim səviyyəsini qaldırmadan nə kurikulum dəyişəcək, nə dərsliklər faydalı olacaq, nə də şagird uğur qazanacaq. Təhsil sistemində dəyişiklik ilk növbədə müəllimin özündən başlamalıdır. Çünki müəllim həm məktəbin, həm də millətin ürəyidir. Bu ürək döyünmürsə, sistem də nəfəs ala bilməz", - deyə Kamran Əsədov bildirdi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi QƏRAR VERƏCƏK
Dünən, 18:02
Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir - KİV
Dünən, 17:58
“Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb - DETALLAR
Dünən, 17:56
Çarukyanın nələri varmış?! – Milyardları müsadirə edilir
Dünən, 17:42
Asiya İnkişaf Bankına yeni vitse-prezident TƏYİN EDİLİB
Dünən, 17:37
“Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” - Tural İrfan
Dünən, 17:31
Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? – Bəzi detallar açıqlanıb
Dünən, 17:23
Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? - ARAŞDIRMA
Dünən, 17:19
Qaqauzlar Türkiyədən dəstək istədi: - Ankara nə edəcək?
Dünən, 17:08
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb - TƏFƏRRÜAT
Dünən, 17:04
AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır - BAZAR OLSUN...
Dünən, 17:03
Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi - DETALLAR
Dünən, 17:01
"Villa Inn" otelində sevgilisini döydü - Məhkəmədə bağışlandı
Dünən, 17:01
“İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” - “Qarabağ bülbülləri”nin solisti doğum günündə XATIRLANDI
Dünən, 16:49
İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb - “Reuters”
Dünən, 16:45
“ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? - ARAŞDIRMA
Dünən, 16:29
“Rosatom”u Argentinadan qovdular - Yeni Prezident ABŞ-ni seçib
Dünən, 16:22
Zəngəzur dəhlizində işlərin başlanacağı TARİX
Dünən, 16:15
Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib
Dünən, 16:09
Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:04
Əməkdar jurnalist komaya düşdü - Vəziyyəti ağırdır
Dünən, 15:59
Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi - News.am
Dünən, 15:47
Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Dünən, 15:46
"3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir - ŞƏRH
Dünən, 15:28
Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı – 22 min manat "LUKOIL"a xərcləndi
Dünən, 15:23
Həbsdə olan jurnalistin səhhəti pisləşdi - AÇIQLAMA
Dünən, 15:16
Şirkətlər bu bankdan niyə qaçır? - 260 milyonu geri çəkdilər
Dünən, 15:05
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi - “Hraparak”
Dünən, 14:58
NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? - ŞƏRH
Dünən, 14:56
"O pul mənim üçün çox böyük puldur..." - NARAZILIQ VAR...
Dünən, 14:45
Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: - “Milyardlar xərclənir, nəticə yoxdur”
Dünən, 14:31
"Deyirlər, elə mahnı oxu ki, tamaşaçının “damarını tutsun” - Şölə
Dünən, 14:28
Bağça-məktəb arasında qalan uşaqlar: Valideynlər narazıdır - NƏ BAŞ VERİR?
Dünən, 14:25
Fələstinli nazir Bakıda nə istəyib? – “Koka-kola” planına möhtəşəm CAVAB
Dünən, 14:22
Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq - SİYAHI
Dünən, 14:08
"Hamının evində anası-bacısı var” - Novella Cəfəroğludan Taleh Yüzbəyova
Dünən, 14:03
Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun - Dələduzluq sxemi ifşa olundu
Dünən, 13:58
Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi - Texniki İstismar şöbəsi ləğv edildi
Dünən, 13:54
"Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib
Dünən, 13:48
Ukraynanın yeni Baş naziri təyin edilib - “RBK-Ukraine”
Dünən, 13:47
"Azərpoçt"un sabiq şöbə müdiri 14 min manatı mənimsədi – MƏHKƏMƏ
Dünən, 13:04
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb - “Ynet”
Dünən, 13:02
ADSEA Lökbatanda qazdığı yolu niyə asfaltlamır? - Sakinlərdən narazılıq
Dünən, 12:58
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: “Aylıq 300-400 dollar ödənilib” – MƏHKƏMƏ
Dünən, 12:44
IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu - MƏQALƏ
Dünən, 12:37
4 min verib aldığımız “iPhone” deyilmiş - AÇIQLAMA
Dünən, 12:33
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:24
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” - İTTİHAM VAR...
Dünən, 12:18
Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
Dünən, 12:14
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib - “News.am”
Dünən, 12:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru