Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... .....                     “Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır .....                     "Azərbaycan mövcud olmayıb" .....                     "Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." .....                     Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır .....                     Yasamalda başçını gör... DÜNYANI DAĞIT... .....                     Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... .....                     “Ermənistan da Azərbaycana məhsul satacaq” .....                     Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… .....                     Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı .....                     Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi .....                     Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? .....                     Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir .....                     5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir .....                     Deputatın professor olan qudası ittihamları qəbul etmir .....                     Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var .....                     Moskvanın yenə Qarabağ “sancısı tutdu” .....                     Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb .....                     Müharibə veteranına verilən söz yerinə yetirilməyib... .....                     "Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." .....                     Vətəndaşın hesabını bloklayıblar ki... .....                     "AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb .....                     Putin Köçəryanın həbsini bağışlamayacaq .....                     Peşə təhsilinin görünməyən üzü... .....                     Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır .....                     Pensiyalarda artım oldu: 594 manat nədir? .....                     Elnur Əliyevin layihə imperiyası... .....                     Rusiyada MİQRANT OVU... .....                     Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ .....                     'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT .....                     TƏBİB və AAYDA-da kadr təyinatı bitmir .....                     Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı .....                     AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... .....                     730 gün “Veysəloğlu”da... .....                     Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... .....                     Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR .....                     “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...” .....                     “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən .....                     “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” .....                     UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi .....                 

"Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Tarix: 21-06-2025, 09:15 | Çap et

İyunun 20-də Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri baş tutdu. Bu səfər geosiyasi mahiyyət baxımından təsadüfi deyil - əksinə, son dövrlərdə bölgədə baş verən intensiv diplomatik proseslərin davamı kimi qiymətləndirilir. Qonşu ölkənin mediası da bu səfərə geniş yer ayırdı. Xüsusilə də səfərin əsas hədəfinin Azərbaycanla sülh müqaviləsinə dair müzakirələr olduğu bildirilir.

Erməni KİV-lərinin yazdığına görə, səfər ərəfəsində ictimaiyyətə bəzi maraqlı detallara malik iddialar da sızıb. “24News” diplomatik mənbəyə istinadən xəbər verib ki, Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Ermənistan sülh sazişinin şərtlərini razılaşdırmaq üçün Ankaraya yollanıb.

Məqalədə qeyd olunur ki, tərəflər sənədin hansı şəhərdə imzalanacağı məsələsini də müzakirə edəcəklər. İki əsas ehtimal irəli sürülür: birinci variant bu ilin sentyabrında Vaşinqtonda, ikinci isə dekabr ayında Birləşmiş Ərəb Əmirliklərində imzalanma ehtimalıdır.

Daha diqqətçəkən məqam isə Ermənistan Konstitusiyasına dəyişiklik məsələsinin iddiaya görə, danışıqlar gündəliyindən çıxarılmasıdır. Mənbəyə görə, Paşinyan rəsmi Bakını inandıra bilib ki, Ermənistan cəmiyyətində keçiriləcək hər hansı referendumun nəticəsi hökumət üçün təhdid doğura bilər və ictimai-siyasi sabitliyi poza bilər.

Burada sual yaranır: doğrudanmı rəsmi Bakı Ermənistanın əsas konstitusion probleminin həllini - yəni Azərbaycanın ərazi bütövlüyünün tanınmasını - təxirə salmağa razılaşıb? Bu, real ehtimaldırmı, yoxsa Ermənistanın daxili auditoriyasını sakitləşdirməyə hesablanmış taktiki gedişdir? Hər halda, bu məsələdə yekun qərarın hələ verilmədiyi və prosesin gedişindən çox şeyin asılı olduğu aydındır.

Ermənistan mətbuatında dərc olunan digər məlumatlara görə, Paşinyan səfər öncəsi siyasi komanda ilə qapalı görüş keçirib. “Joqovurd” qəzeti yazır ki, baş nazir həmin görüşdə Ankaraya sülh sazişi ilə bağlı danışıqlar aparmaq məqsədilə getdiyini açıq şəkildə bildirib. Mənbələrin iddiasına görə, Paşinyan komandasına bu sənədin 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərinə qədər mütləq imzalanmalı olduğunu deyib. Onun sözlərinə görə, bu addım siyasi komandanın hakimiyyətə yenidən gəlməsi üçün strateji zəmanət ola bilər.

Paşinyanın bu səfəri fonunda Azərbaycan Prezidenti İlham Əliyevin də Türkiyədə olması diqqətdən yayınmamalıdır. Onların eyni vaxtda Türkiyədə olması bəzi regional müşahidəçilər tərəfindən əlavə diplomatik təmasların mümkünlüyü kimi dəyərləndirilir. Əgər belə bir görüş baş tutarsa, bu, sülh prosesində əhəmiyyətli irəliləyişin siqnalı ola bilər.

Bütün bunlar fonunda əsas sual hələ də aktual qalır: Erməni xalqı müharibə istəyir, yoxsa qonşularla sülh içində yaşamaq? Doğrudanmı rəsmi Bakı İrəvana qarşı əsas şərtini ertələyib?

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirib ki, Paşinyanın Türkiyəyə səfərində Zəngəzur dəhlizinin açılması və mümkün sülh sazişi ilə bağlı məsələlər gündəmdədir: “Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılmasa və Zəngəzur dəhlizi açılmasa, sülh mümkün deyil. Ona görə də mənə elə gəlir ki, hər iki vacib məsələ sülh danışıqlarından kənarda, qapalı diplomatik kanallarla müzakirə olunaraq razılaşdırıla bilər. Bu həm Ermənistanın daxili siyasətində Paşinyana qarşı təzyiqləri azaldar, həm də Ermənistan konstitusiyasındakı mümkün dəyişikləri daha asan həyata keçirməyə imkan verər. Bu kontekstdə iddia qismən doğrudur. Lakin nəticə etibarı ilə Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz, əksinə, əsaslı və maneəsiz sülh yaratmaq üçün sülhə məcburetmə qərarları qəbul edər. Ona görə də düşünürəm ki, bu iddia əsassızdır və Paşinyanın daxili siyasət üçün hesabladığı siyasi tezisdir”.

Politoloq Elxan Şahinoğlu isə qəzetimizə deyib ki, Paşinyanın Türkiyə səfərindən böyük nəticə gözləməyə dəyməz: “Doğrudur, Ermənistan tərəfi, o cümlədən Paşinyan çalışır ki, Azərbaycanla sülh sazişi imzalamadan da Türkiyə ilə sərhəd açılsın, diplomatik münasibətlər bərpa olunsun. Lakin Türkiyə siyasətində Ermənistana münasibətdə dəyişən bir şey yoxdur. Biz ərazi bütövlüyümüzü təmin etmişik, Prezident İlham Əliyev bildirib ki, Türkiyə Ermənistan siyasətini müəyyənləşdirməkdə sərbəstdir. Bütün bunlara baxmayaraq, Türkiyə Azərbaycanla müttəfiqliyinə sadiq qalaraq, Paşinyana ünvan kimi Bakını göstərir və deyir ki, sülh sazişini sürətləndir, sərhədlər açılsın, diplomatik münasibətlər bərpa olunsun. Paşinyan bu sadalananlara getmədən Türkiyə ilə məsələləri həll edə bilməyəcək. Bu səfərdə Ərdoğanla müəyyən müzakirələr olacaq, ancaq konseptual məsələlər həll olunmayacaq”.

Onun fikrincə, hazırda Paşinyanın da vəziyyəti yaxşı deyil, ölkə daxilində kilsələr müxalifətlə birləşib onu sıxışdırmağa başlayıblar: “Rusiya vətəndaşı olan erməni oliqarx Samvel Karapetyanın həbsi də böyük səs-küy yaradıb. Rusiya da erməni müxalifətçilərə dəstək verir. Buna görə də Paşinyan çalışır ki, Azərbaycan və Türkiyə ilə məsələləri təcili həll etsin: bir ili gözləmədən konstitusiyaya dəyişiklik etsin, sülh sazişi imzalansın və Zəngəzur dəhlizi açılsın. Bununla da iki qonşu ilə münasibətləri normallaşdırsın”.

E.Şahinoğlu deyib ki, İran -İsrail münaqişəsi də Paşinyanın mövqeyinə təsir edir: “İran illərlə işğalı qeyri-rəsmi şəkildə müdafiə edib və Ermənistanın müttəfiqi olub. İndi isə İranın başı özünə qarışıb, nə Ermənistan, nə də Zəngəzur yadına düşür. Ermənistan faktiki olaraq belə bir müttəfiqini də itirmək üzrədir. Bu da onu məcbur edir ki, Azərbaycan və Türkiyə ilə məsələləri təcili həll etsin”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... - “Oyun çıxarmayın…”
Bu gün, 10:52
“Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır – qiymətlər açıqlandı
Bu gün, 10:49
"Azərbaycan mövcud olmayıb" - Axmaq iddiaya sənədin özü tərəfindən təkzib
Bu gün, 10:48
"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
Bu gün, 10:44
Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır - TENDER
Bu gün, 10:40
Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
Bu gün, 10:24
Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
Bu gün, 10:20
“Ermənistan da Azərbaycana məhsul satacaq” - AÇIQLAMA
Bu gün, 10:14
Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… – FOTO
Bu gün, 10:10
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57
Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50
Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39
5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir - AXI NİYƏ?..
Bu gün, 08:37
Deputatın professor olan qudası ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 08:34
Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 08:31
Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Bu gün, 08:28
Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Bu gün, 08:25
Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14
"Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06
Vətəndaşın hesabını bloklayıblar ki... bəs PULU HARDAN ALMISAN...
Bu gün, 08:00
"AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb - FOTO
Bu gün, 07:53
Putin Köçəryanın həbsini bağışlamayacaq – Kremlin “ağır top”u hər şeyi açıqladı
Bu gün, 07:51
Peşə təhsilinin görünməyən üzü... - Pul xərclənir, bəs nəticə haradadır?
Bu gün, 07:48
Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır - İLGİNC
Bu gün, 07:45
Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
Bu gün, 07:43
Elnur Əliyevin layihə imperiyası... - Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
Bu gün, 07:38
Rusiyada MİQRANT OVU... - 140-a yaxın əcnəbi saxlanılıb...
Bu gün, 07:35
Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ - "Harayına çatan yoxdur..."
Bu gün, 07:06
'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
Bu gün, 06:56
TƏBİB və AAYDA-da kadr təyinatı bitmir - Problemlərin bəxti nə zaman açıqlacaq?
Bu gün, 06:46
Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı - "Başa düşə bilmirəm..."
Bu gün, 06:38
AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
730 gün “Veysəloğlu”da... - Məhəmmədəli Qəribli hesabat verdi
Bu gün, 06:21
Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
Bu gün, 06:17
Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR - "Səni dəlixanaya qoyduracağıq..."
Bu gün, 06:11
“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27
“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19
UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14
Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12
Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05
Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00
KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54
"Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43
"Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39
Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33
Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28
Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru