“300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” .....                     Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır .....                     “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” .....                     Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir .....                     “Express Lombard” 2 dəfə kiçilib .....                     Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı .....                     Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb .....                     Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb .....                     Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir .....                     Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı .....                     Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs .....                     Turizm şirkətinin rəhbəri Polşada həbs edildi .....                     Vüqar Qurbanovun qohumu işdən çıxarıldı .....                     “Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ .....                     Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? .....                     “Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” .....                     Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub .....                     Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... .....                     “Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır .....                     "Azərbaycan mövcud olmayıb" .....                     "Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." .....                     Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır .....                     Yasamalda başçını gör... DÜNYANI DAĞIT... .....                     Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... .....                     “Ermənistan da Azərbaycana məhsul satacaq” .....                     Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… .....                     Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı .....                     Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi .....                     Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? .....                     Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir .....                     5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir .....                     Deputatın professor olan qudası ittihamları qəbul etmir .....                     Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var .....                     Moskvanın yenə Qarabağ “sancısı tutdu” .....                     Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb .....                     Müharibə veteranına verilən söz yerinə yetirilməyib... .....                     "Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." .....                     Vətəndaşın hesabını bloklayıblar ki... .....                 

"Diaspor və Rusiyadakı erməni icmaları kilsəyə daha çox etibar edir" - deputat
Tarix: 6-06-2025, 09:41 | Çap et

Ermənistanın baş naziri Nikol Paşinyanla kilsə arasında artan gərginliyin səbəbi medianın diqqətindədir. Müxalifətə yaxın erməni ekspertlər bir ağızdan iddia edirlər ki, bu hücumun yenidən məhz indi başlaması Paşinyan hökumətinin məqsədli planıdır. Bildirilir ki, kilsə elektoratı çoxdan Paşinyanla yollarını ayırıb və bu savaşla hökumət prinsipcə heç nə itirmir. Çünki kilsə Paşinyanı əvvəldən istəmir, onu əvvəl istefaya çağırsa da, sonradan Tavuş keşişi vasitəsilə hökumətə problem yaratmağa çalışdı.

“Hraparak” qəzeti yazır ki, hakim “Mülki Müqavilə” Partiyası liderinin əsas məqsədi erməni Apostol kilsəsini öz siyasi maraqlarına tabe etdirməkdir: “Bu məqsədlə o, kilsəni nüfuzdan salır və onun bütün dünyada nüfuzunu azaldır, erməni kimliyinin sütunlarından birini məhv edir”.

İddialar var ki, baş nazirin aqressiyasını artıran həm də reytinqinin biabırçı şəkildə aşağı düşməsidir. “Cəmiyyətin digər təbəqələri də Nikola etibar etmir. Paşinyanın hesablamaları çox praqmatikdir: əgər ictimaiyyətin müəyyən hissəsinin dəstəyini almaq mümkün deyilsə, onu, sadəcə olaraq, neytrallaşdırmaq lazımdır. Amma cəhdlərə baxmayaraq, Nikol 2026-cı il seçkilərində bu yarıtmaz siyasətinin nəticəsini hiss edəcək”.

Erməni təhlilçilər ən müxtəlif tribunalardan bağırırlar ki, Paşinyan müxalifətə ciddi kömək edib, yəni qara kütləni aktivləşdirib. Müxalifət indi xalqı Paşinyana qarşı ayağa qaldırmalıdır və 2026-cı il seçkilərini gözləməməlidir. Bütün bu təhlillərdə erməni cəmiyyətini qorxudurlar ki, Paşinyan hakimiyyətdə qalsa Azərbaycanın şərtləri daxilində sülh sazişi imzalayacaq və qərbi azərbaycanlıların qayıtmasını şərait yaradacaq.

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bu mövzuda danışarkən bildirdi ki, Ermənistanda baş nazir Nikol Paşinyanla erməni Apostol kilsəsi arasında son zamanlar kəskinləşən qarşıdurma sadəcə, iki fərqli institutun toqquşması deyil: “Bu, həm də Ermənistanın daxili siyasi sisteminin dərin təbəqələrində özünü getdikcə daha qabarıq büruzə verən ziddiyyətlərin və dəyişən kimlik axtarışlarının əlamətidir. Kilsə və hakimiyyət arasında gedən mübarizə yalnız hüquqi və ya dini müstəvidə deyil, həm də geopolitik, ideoloji və strateji kontekstlərdə baş verir. Qismən yumşaq keçid tərəfdarı olan azsaylı erməni siyasətçilərinin təbirincə, desək, bu, sadəcə, ideoloji çarpışma deyil, kimlik və oriyentasiya uğrunda mübarizədir”.

E.Mirzəbəyli vurğuladı ki, 1995-ci ildə qəbul edilən və 2015-ci ildə yenidən işlənən konstitusiyada kilsəyə verilən xüsusi status Paşinyanın siyasi hakimiyyətə tam sahiblənmək hədəfinə uyğun gəlmirdi: “Bunu Paşinyan müharibədən öncə, 2020-ci ildə belə dedikləri də təsdiqləyir: "Biz yeni Ermənistan qurmaq istəyiriksə, keçmişin kölgələrindən azad olmalıyıq. Kilsənin təsiri bu kölgələrin başında gəlir". Paşinyan yaxşı başa düşür ki, kilsə nəinki dini institutdur, o, həm də siyasi alətdir, ictimai rəyə təsir edən, eyni zamanda xarici mərkəzlərlə əlaqələri olan güc mərkəzidir. Məlumdur ki, erməni Qriqoryan kilsəsinin tarixi funksiyası təkcə dini ayinləri icra etmək olmayıb. O, erməni xalqının diasporla bağlarını qoruyan, xarici dövlətlərdə siyasi-lobbi gücünü təşkil edən bir platforma rolunu oynayıb. Erməni kilsəsi ilə bağlı araşdırmaları ilə tanınan, Moskva İctimai Elmlər Akademiyasının tədqiqatçısı Denis Dvornikovun sözlərinə görə, “Erməni kilsəsi Rusiya üçün yumşaq güc alətidir. Qafqazda geosiyasi balansın qorunmasında kilsə Moskvanın əlində olan "mədəni kart"dır".

Paşinyanın kilsəni sıxışdıraraq, ölkənin ictimai-siyasi həyatından kənara atması yalnız onun konstitusiya islahatlarının referendumla təsdiqlənməsindən asılıdır. Cəmiyyətin böyük hissəsinin kilsədən narazılığı olsa da, onun təsir gücü hələ də ciddi olaraq qalır. Kilsə ilə açıq müharibə Paşinyanı daxildə daha da təcrid edə bilər. Əgər Paşinyan bu mübarizəni udsa, Ermənistanın siyasi arxitekturası tamamilə dəyişəcək".

Bəs hazırda kilsənin təsir imkanları nə qədərdir? E.Mirzəbəyli bu sualla əlaqədar da maraqlı şərhini bölüşdü: “Kilsə xüsusilə yaşlı nəslin və bölgələrdə yaşayan əhalinin şüurunda hələ də ciddi nüfuza malikdir. Bundan əlavə, diaspor və Rusiyadakı erməni icmaları kilsəyə daha çox etibar edir. Məsələn, Parisdəki erməni sosioloq Şant Minasyanın qənaətinə görə, "diaspor üçün Eçmiədzin Ermənistanın ruhudur və bu ruhu dəyişmək asan deyil". Bu baxımdan, Eçmiədzin həm daxildə, həm də xaricdə mühüm təzyiq alətidir". Kilsə-revanşçı müxalifət ittifaqının Paşinyan üçün nə dərəcədə təhlükəli olduğuna gəldikdə isə, deputat qeyd etdi ki, bu ittifaq, xüsusən də 2026-cı il parlament seçkiləri ərəfəsində Paşinyan üçün sınaq ola bilər: “Kilsə revanşçı qüvvələri daha da radikallaşdıra və onların sosial bazanı müəyyən qədər genişləndirə bilər. Serj Sərkisyan, Robert Köçəryan və digər müharibə canilərinin daxil olduğu köhnə qvardiyanın yenidən dirçəlişi isə erməni cəmiyyətinin "keçmişə qayıtmaq" qorxusundan daha çox asılıdır. Paşinyanın nüfuzu sürətlə aşağı düşsə də, alternativin olmaması hələlik onun lehinə işləyir. Ermənistanın ictimai rəyini ifadə edən tanınmış publisist Ayk Gevorkyanın qənaətinə görə, “Paşinyan zəifləyir, amma rəqibləri cəmiyyət üçün artıq nostalji deyil, təhdid kimi görünür.” Ola bilsin ki, Paşinyan-kilsə qarşıdurmasının nəticəsi Ermənistanın gələcəyini formalaşdıracaq. Zənnimcə, bu qarşıdurma, sadəcə, şəxsi münaqişə deyil, Ermənistanın gələcək konturlarını müəyyən edən ideoloji və geosiyasi mübarizənin bir hissəsidir".

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı isə hesab edir ki, Paşinyan və komandasının kilsəyə hücumu məqsədli aparılır: “Hakimiyyət xalqın nifrət etdiyi Qarabağ klanını kilsə ilə eyniləşdirməklə "bir daşla iki quş" vurur. Gələcək seçkilərdə əhalinin bu iki qüvvəyə eyni gözlə baxılmasını təmin etmiş olur. Nüfuzdan düşmüş kilsə xadimləri faktoru Paşinyanın xeyrinə işləyəcək. Paşinyanın reytinqinin aşağı düşməsi faktı hələ heç nəyi həll etmir, çünki Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinə dirəniş göstərəcək başqa qüvvə yoxdur. Gələcəkdə Paşinyanı devirmək üçün yenə kilsə- Qarabağ klanı ortaya çıxacaqsa, nəticə Baqrat Qalstanyanın hərəkatı kimi nəticəsiz olacaq..." Q.Çaxmaqlı hesab edir ki, Paşinyan sülh prosesinin onun xeyrinə işləyəcəyinə əmindir və bütün gücü ilə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına çalışacaq: “Bu olarsa, Paşinyanın müxalifətə keçməsinə ehtiyac qalmayacaq. Paşinyan parlamentdə yeni qüvvələr istəyir. Erməni cəmiyyətində seçki ərəfəsində belə qüvvələrlə Paşinyan arasında deyil, "köhnələr"lə yenilər - ortaya çıxarsa - arasında mübarizə gedəcək və ən yaxşı halda həmin qüvvələrlə Paşinyan tərəfdarları arasında anlaşmaya varıla bilər".

Yeri gəlmişkən, elə yazı çapa hazırlanarkən baş nazir Nikol Paşinyanın ermənilərin katolikosuna ünvanladığı növbəti Facebook “atəşi”nin sorağı yayıldı. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. “Mənim fikrimcə, bütün dövrlərin katolikosu danılmaz bir nüfuz, ədalətin sarsılmaz müdafiəçisi, mübahisəsiz həqiqət mənbəyidir. Mən bütün ermənilərin katolikosunun həqiqətin boğucusu kimi çıxış edə biləcəyinə inana bilmirəm, bütün ermənilərin katolikosunun dilindən həqiqətdən başqa bir şey çıxa biləcəyinə inana bilmirəm”, Paşinyan yazıb. Baş nazir növbəti dəfə katolikosu ifşa edib: “Qoy II Qaregin özü aydınlaşdırsın: o, subaylıq andını pozub, övladı varmı? Onun sürüsünün ondan həqiqəti eşitməyə haqqı var”.

Paşinyanın 2026-cı il sınağından öncə bütün təhlükəli nöqtələri susdurmağa qərarlı olduğu görünür. Faktiki olaraq seçkiöncəsi savaş başlayıb. Amma Paşinyan hədəfinə çatacaqmı?..









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20
Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12
“Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11
Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55
“Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53
Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47
Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb - Keçmiş məmurların yanına...
Bu gün, 11:45
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Bu gün, 11:38
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:36
Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
Bu gün, 11:33
Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs qərardan şikayətçidir
Bu gün, 11:32
Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Vüqar Qurbanovun qohumu işdən çıxarıldı - ƏMR
Bu gün, 11:29
“Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ - Aydın Kazımzadə
Bu gün, 11:27
Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? - SİYAHI
Bu gün, 11:15
“Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər - kişi deyilik?”
Bu gün, 11:10
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 11:08
Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video
Bu gün, 10:58
Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub
Bu gün, 10:54
Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... - “Oyun çıxarmayın…”
Bu gün, 10:52
“Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır – qiymətlər açıqlandı
Bu gün, 10:49
"Azərbaycan mövcud olmayıb" - Axmaq iddiaya sənədin özü tərəfindən təkzib
Bu gün, 10:48
"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
Bu gün, 10:44
Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır - TENDER
Bu gün, 10:40
Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
Bu gün, 10:24
Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
Bu gün, 10:20
“Ermənistan da Azərbaycana məhsul satacaq” - AÇIQLAMA
Bu gün, 10:14
Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… – FOTO
Bu gün, 10:10
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57
Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50
Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39
5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir - AXI NİYƏ?..
Bu gün, 08:37
Deputatın professor olan qudası ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 08:34
Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 08:31
Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Bu gün, 08:28
Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Bu gün, 08:25
Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14
"Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06
Vətəndaşın hesabını bloklayıblar ki... bəs PULU HARDAN ALMISAN...
Bu gün, 08:00
"AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb - FOTO
Bu gün, 07:53
Putin Köçəryanın həbsini bağışlamayacaq – Kremlin “ağır top”u hər şeyi açıqladı
Bu gün, 07:51
Peşə təhsilinin görünməyən üzü... - Pul xərclənir, bəs nəticə haradadır?
Bu gün, 07:48
Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır - İLGİNC
Bu gün, 07:45
Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
Bu gün, 07:43
Elnur Əliyevin layihə imperiyası... - Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
Bu gün, 07:38
Rusiyada MİQRANT OVU... - 140-a yaxın əcnəbi saxlanılıb...
Bu gün, 07:35
Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ - "Harayına çatan yoxdur..."
Bu gün, 07:06
'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
Bu gün, 06:56
TƏBİB və AAYDA-da kadr təyinatı bitmir - Problemlərin bəxti nə zaman açıqlacaq?
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru