Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş .....                     Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi .....                     Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı .....                     Kremldən Əliyev-Putin görüşü barədə .....                     İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq .....                     “300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” .....                     Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır .....                     “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” .....                     Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir .....                     “Express Lombard” 2 dəfə kiçilib .....                     Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı .....                     Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb .....                     Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb .....                     Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir .....                     Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı .....                     Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs .....                     Turizm şirkətinin rəhbəri Polşada həbs edildi .....                     Vüqar Qurbanovun qohumu işdən çıxarıldı .....                     “Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ .....                     Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? .....                     “Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” .....                     Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub .....                     Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... .....                     “Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır .....                     "Azərbaycan mövcud olmayıb" .....                     "Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." .....                     Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır .....                     Yasamalda başçını gör... DÜNYANI DAĞIT... .....                     Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... .....                     “Ermənistan da Azərbaycana məhsul satacaq” .....                     Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… .....                     Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı .....                     Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi .....                     Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? .....                     Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir .....                     5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir .....                     Deputatın professor olan qudası ittihamları qəbul etmir .....                     Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var .....                 

Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq - ÇÜNKİ...
Tarix: 27-05-2025, 11:16 | Çap et

"Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması nəinki mümkün, həm də realdır". Bu sözləri Ermənistan Bbaş naziri Nikol Paşinyan “İrəvan dialoqu” ikinci beynəlxalq forumu zamanı deyib. Onun sözlərinə görə, Ermənistan hökuməti sülh gündəmini həyata keçirməkdə qərarlıdır: “Biz bu yola tam sadiqik və bütün regionda vəziyyəti dəyişdirəcək və xalqlarımızın gələcəyinə təsir edəcək sülh müqaviləsi və onu müşayiət edən sənədlərin imzalanması məqsədilə Azərbaycanla danışıqları davam etdirməyə hazırıq”. Paşinyan vurğulayıb ki, Ermənistan sülhün lehinə addımlar atmağa hazırdır. O, hətta mümkün təxribatlar qarşısında belə iki ölkə arasında yeni müharibənin olmayacağına əminliyini ifadə edib: “Bizim yolumuz sülhdür. Ermənistanın məqsədi qonşuları ilə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan sabit və aydın münasibətlər qurmaqdır”. Baş nazir əlavə edib ki, əgər Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiq etməzsə, Ermənistanın əsas qanununa dəyişiklik edilməsi təşəbbüsü ilə şəxsən çıxış edəcək. O vurğulayıb ki, dəyişikliklərin məqsədi ictimaiyyətə təqdim olunacaq: "Məqsəd uzunmüddətli və davamlı sülhə nail olmaqdır. Sazişi Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi razılaşmanın Ermənistan qanunlarına uyğun olmadığı barədə qərar çıxarsa, o zaman mənim şəxsi mövqeyim ondan ibarətdir ki, mən konstitusiyaya dəyişikliklərlə bağlı təşəbbüs göstərəcəyəm, çünki hesab edirəm ki, sülh bağlamaq fürsətini əldən vermək olmaz". Paşinyan qeyd edib ki, Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana konkret təkliflər verib: "Müzakirələr davam edir və Azərbaycanın qərb rayonlarından Naxçıvana daşımaların təşkili (yolların açılması) ilə bağlı Azərbaycana konkret təkliflər verilib". İrəvan hökumətinin başçısı deyib ki, Azərbaycan və Türkiyə ilə yollar açılanda Şimalla Cənub, Qərblə Şərqi birləşdirməyə yeni imkan yaranacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin sözlərinə münasibət bildirib. A.Hacızadə vurğulayıb ki, Nikol Paşinyanın təkrarladığı mövqe, Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün Konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, İrəvanın sülhə sadiqliyi ilə bağlı suallar doğurur. Bundan əlavə, Minsk qrupunun rəsmi olaraq ləğvi barədə çağırışları heçə sayaraq, bunun sülh müqaviləsi ilə əlaqələndirilməsi, Ermənistanın regionun reallıqlarına artıq uyğun olmayan bu köhnəlmiş mexanizmi nə üçün bütün üsullarla saxlamağa çalışdığı ilə bağlı suallar yaradır: "Minsk qrupunun fəaliyyət sahəsi olan münaqişə həll olunduğuna görə, Azərbaycan haqlı olaraq bu qrupun ləğvini tələb edib. Bu addımın təxirə salınması Ermənistanın niyyətləri barədə şübhələri artırır". Ayxan Hacızadə qeyd edib ki, Azərbaycanın maneəsiz tranzit barədə mövqeyi regional əməkdaşlıq və iqtisadi inteqrasiya ilə uyğundur və heç bir şəkildə Ermənistanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilməz.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, erməniləri çox yaxşı tanıyan xalq olaraq fərqindəyik ki, Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq. Ekspert vurğulayıb ki, əslində, indi də bunun asan olmadığı görünür:

"İllər boyu torpaqlarımızı zəbt edən, işğalda saxlayan, azərbaycanlıları yurdundan qovan ermənilər bu gün də bizə kin-nifrət bəsləyirlər. Əgər erməni toplumu Azərbaycan xalqına qarşı soyqırımı, qətliam törədibsə, düşmənçilik edirsə, "böyük Ermənistan" xülyası ilə yaşayırsa, son 5 ildə birdən-birə dəyişməsi, sağlamlaşması möcüzə olardı. Son günlər baş verənlər də göstərir ki, Qarabağ erməniləri, separatçılar ötən 5 il ərzində fürsət gözləyiblər. Rusiya-Ukrayna müharibəsi, erməni toplumunun böyük hissəsinin N.Paşinyan ətrafında cəmləşməsi, Qərbə inteqrasiya prosesi separatçıları bir qədər gözlədirdi. Lakin Rusiya Prezident Administrasiyasındakı dəyişikliklər, Ukrayna ilə müharibədə mümkün anlaşma ehtimalı Ermənistan ətrafındakı proseslərin bir qədər dəyişməsinə səbəb olub. Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-ni hər həftə ciddi tənqid edirdi. Qərblə bağlı ağızdolusu danışırdı. Avropa İttifaqına üzvlükdən söz açırdı. Amma sonra Moskvada 9 may paradında iştirak etdi. Halbuki, ötən il Paşinyan Moskvadakı paradda iştirak etməmişdi və belə tədbirləri adətən aşağı səviyyəli rəsmilərlə yola verirdi. Baş nazir anlayır ki, Rusiya Ermənistandakı qüvvələr arasında seçim edəcək. Görünən odur ki, 2026-cı il seçkilərinə kimi Ermənistan daxilində ciddi qeyri-sabitlik hökm sürəcək".

Z.Məmmədovun qənaətincə, 2026-cı ildəki seçkilər sadəcə Ermənistanla əlaqəli deyil:
"Bu seçkilər həmçinin, bölgədə, Ermənistanda Qərbin, yoxsa Rusiyanın nəzarətinin davam etdirəcəyinin müəyyənləşməsidir. Seçkilərdə revanşın davam edəcəyi, yoxsa yeni siyasətin başlanacağı bəlli olacaq. Yeni Konstitusiyanın referendum vasitəsilə xalqa çatdırılıb-çatdırılmayacağı bilinəcək. Belə məqamda Azərbaycan Prezidentinin Minsk qrupu ilə bağlı tələbi heç də təsadüfi deyil. Minsk qrupu ilə bağlı məsələ müəyyən zaman sonra cızığından çıxa bilər. Son illərdə bəlli səbəblərdən bir yerdə olmayan üç həmsədr ölkə - Rusiya, ABŞ və Fransa sabah yenidən bir araya gələ bilərlər. Gülməli səslənsə də, "Qarabağ ermənilərinin qayıdışı" məsələsini Minsk qrupu çərçivəsində qaldıra bilərlər. Ona görə də Azərbaycan tələsir. Paşinyan bilməlidir ki, mütləq şəkildə, tez zamanda sülhlə bağlı öhdəliklərini icra etməlidir. Çünki indiki gedişat Paşinyanın da xeyrinə işləmir. Biz istəyirik ki, qərarı erməni xalqı versin. Əgər bunu referendum yolu ilə edəcəklərsə, köçəryanların, sarkisyanların, ABŞ-nin, Avropanın, Rusiyanın nə deməsindən asılı olmayaraq, heç kəsin Azərbaycana təzyiq etmək üçün de-yure haqqı olmayacaq".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Bu gün, 12:47
Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Bu gün, 12:38
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Bu gün, 12:34
İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Bu gün, 12:23
“300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20
Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12
“Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11
Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55
“Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53
Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47
Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb - Keçmiş məmurların yanına...
Bu gün, 11:45
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Bu gün, 11:38
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:36
Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
Bu gün, 11:33
Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs qərardan şikayətçidir
Bu gün, 11:32
Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Vüqar Qurbanovun qohumu işdən çıxarıldı - ƏMR
Bu gün, 11:29
“Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ - Aydın Kazımzadə
Bu gün, 11:27
Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? - SİYAHI
Bu gün, 11:15
“Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər - kişi deyilik?”
Bu gün, 11:10
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 11:08
Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video
Bu gün, 10:58
Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub
Bu gün, 10:54
Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... - “Oyun çıxarmayın…”
Bu gün, 10:52
“Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır – qiymətlər açıqlandı
Bu gün, 10:49
"Azərbaycan mövcud olmayıb" - Axmaq iddiaya sənədin özü tərəfindən təkzib
Bu gün, 10:48
"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
Bu gün, 10:44
Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır - TENDER
Bu gün, 10:40
Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
Bu gün, 10:24
Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
Bu gün, 10:20
“Ermənistan da Azərbaycana məhsul satacaq” - AÇIQLAMA
Bu gün, 10:14
Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… – FOTO
Bu gün, 10:10
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57
Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50
Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39
5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir - AXI NİYƏ?..
Bu gün, 08:37
Deputatın professor olan qudası ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 08:34
Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 08:31
Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Bu gün, 08:28
Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Bu gün, 08:25
Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14
"Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06
Vətəndaşın hesabını bloklayıblar ki... bəs PULU HARDAN ALMISAN...
Bu gün, 08:00
"AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb - FOTO
Bu gün, 07:53
Putin Köçəryanın həbsini bağışlamayacaq – Kremlin “ağır top”u hər şeyi açıqladı
Bu gün, 07:51
Peşə təhsilinin görünməyən üzü... - Pul xərclənir, bəs nəticə haradadır?
Bu gün, 07:48
Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır - İLGİNC
Bu gün, 07:45
Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
Bu gün, 07:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru