Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin .....                     Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş .....                     Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi .....                     Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı .....                     Kremldən Əliyev-Putin görüşü barədə .....                     İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq .....                     “300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” .....                     Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır .....                     “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” .....                     Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir .....                     “Express Lombard” 2 dəfə kiçilib .....                     Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı .....                     Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb .....                     Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb .....                     Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir .....                     Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı .....                     Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs .....                     Turizm şirkətinin rəhbəri Polşada həbs edildi .....                     Vüqar Qurbanovun qohumu işdən çıxarıldı .....                     “Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ .....                     Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? .....                     “Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” .....                     Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub .....                     Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... .....                     “Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır .....                     "Azərbaycan mövcud olmayıb" .....                     "Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." .....                     Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır .....                     Yasamalda başçını gör... DÜNYANI DAĞIT... .....                     Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... .....                     “Ermənistan da Azərbaycana məhsul satacaq” .....                     Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… .....                     Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı .....                     Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi .....                     Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? .....                     Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir .....                     5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir .....                     Deputatın professor olan qudası ittihamları qəbul etmir .....                 

"Zorla adamın boynuna qoymaq istəyirlər ki..." - “Vopşe”, “tak şto”, “znaçit”, “kakraz”... məsələsi...
Tarix: 27-05-2025, 06:44 | Çap et

“Vopşe”, “tak şto”, “znaçit”, “kakraz” və s. Dilimizə keçən və bu gün də işlənən on minlərlə belə sözlər var. Bu cür sözlərdən ibarət ayrıca bir lüğət yaradılmalı və prosesin səbəbləri təhlil olunmalıdır”.

Akademik Nizami Cəfərov TNS-ə açıqlamasında belə deyib.

Nizami Cəfərov bu cür sözlərin dilimizin lüğət tərkibinə daxil edilməsi ilə bağlı fikirlərinin geniş müzakirə olunmasına, haqqında xoşagəlməz fikirlər səsləndirilməsinə də münasibət bildirib.

O, bəzilərinin məsələnin mahiyyətini qəsdlə dolaşdırdığını da vurğulayıb: “Görünür, bəzi adamlar mənim dediklərimi ya oxumayıb, ya da oxuyub qəsdlə dolaşdırır. Yəqin nəyəsə lazımdır. Mən ayrı söz demişəm, bəziləri ayrı bir şeydən danışır. Bu hal bizim cəmiyyətimiz üçün elə də qeyri-adi vəziyyət deyil. Əslində, reallıq nədən ibarətdir? Mənə süni zəka və dil məsələləri ilə bağlı sual verilib. Suala izah verəndə demişəm ki, danışıq dilimizdə işlənən xeyli sözlər var və həmin sözlər hərdən yazıya, bədii ədəbiyyatın dilinə də keçir. Həmin sözlərdən də bir neçəsini saymışam. Mənim hesablamama görə on minlərlə belə söz var. Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra bu sözlər rus dilindən müxtəlif forma və vəziyyətlərdə dilimizə keçib. Həm də cəmiyyətin müxtəlif təbəqələrinin dilinə keçib. Onların arasında ziyalılar, eyni zamanda heç zaman bir kitab açmayan insanlar da var. Belə sözlər Bakıdan başlamış ən ucqar rayonlarımıza qədər yayılıb”.

Akademik qeyd edib ki, bu cür sözlərin tədricən dilimizdən çıxma ehtimalı da çox güclüdür: “Yeni nəsillər gəldikcə güman edirik ki, 30-40 ilə bu sözlər dilimizdən çıxacaq. Amma, hamısı çıxan deyil. Bu sözlərin bəzilərinin Azərbaycan dilində qarşılığı yoxdur. Bəzilərinin qarşılığı yazılı dildə var, amma şifahi dildə o sözlər yazılı dilin təzyiqinə məruz qala bilmir. Adətən dil ədəbiləşdikcə yazılı dili daha çox təqlid etməyə başlayır. Amma burada vəziyyət bir az mürəkkəbdir. Heç kim, danışıqda əgər xüsusi məcburiyyət hiss etmirsə “ümmumiyyətlə”, “belə ki” demir, yaxud “kakraz” əvəzinə başqa söz işlətmir. Hətta məni tənqid edənlər özləri danışa-danışa birinci yemək mənasında “pervı” sözü işlədirlər. “Birinci yemək” özü də çox süni sözdür. Amma “pervı” geniş yayılıb. Başqa bir misala baxaq.

-Sən harada qalırsan? Evin varmı? Cavab verir ki, yox, evim yoxdur “kvartirant” qalıram, yaxud “kvartirada” qalıram. “Kvartirantı” başa düşmək olar. Amma, “kvartirada” qalıram, yaxud “kvartira” tutmuşam düz olmur. “Kvartiranın” mənzil sözündən məğzi fərqlidir”.

Akademikin sözlərinə görə, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı kimi qələm sahibi olmuş mütəfəkkirlərimiz də bu cür sözlərdən istifadə edib: “Zakon”, “naçalnik”, “silist”, “obrazovonnı”, “subutalni-dokumentalni” kimi sözlər bu günə qədər ədəbiyyatımızın dilində müəyyən üslubi çalarla işlənir. Bu sözlər azərbaycanlının beynində, şifahi nitqində özünə yer tutub. Bəzən bunlara “parazit sözlər” də deyirlər. Amma nə etmək olar. Parazit də bir canlı məfhumdur. O baxımdan bu cür sözlər də dilin canlı hadisəsidir.

Mənim dediyim isə odur ki, bu sözlərin lüğəti hazırlanmalıdır. Biz bu cür sözlərin sayının nə qədər olduğunu bilməliyik. Bu sözlərin ədəbi dildə qarşılığı nədən ibarətdir, hər birinin qarşılığı var, ya yox. Qarşılıqların içində sinonimlik varmı? Nə üçün bunlar bizim şifahi dilimizdə 200 ildir ki, çoxala-çoxala gedir? Bu, psixoloji, ya sosioloji hadisədir? Bu sözlərin dilimizdə mövcudluğu xüsusi təzyiqdənmi qaynaqlanır, yoxsa özümüzün də bu sözləri yaşatmaqda, istifadə etməkdə hansısa daxili ehtiyacımız var? Deməli, işlənən sözün dilimizdə olan yazılı qarşılığı bizim beynimizdə mükəmməl yer tutmur. Yeri möhkəm olsaydı, onun yerinə rus sözü gəlməzdi. O qrammatik əlamətin yerinə rus qrammatikası gəlməzdi. Biri var biz deyək ki, bu sözlər bizim dilimizə nahaq gəlib. Nahaq gəldiyinə görə də, bizim acığımız tutur, heç öyrənmirik də. Amma, dünyada belə olmur. 200 ildir danışıq dilində mövcud olan bir hadisə öyrənilməsin? Axı bu sözlər həm geniş işlənir, yayılıb, həm də yazı dilimizə keçib. Üslub elementi olaraq keçir. Biz bundan üslubi estetik zövq alırıq. “Subutalni-dokumentalni” deyəndə camaat bundan zövq alır.

Süni intellekt məsələsinin müzakirə olunduğu bir vaxtda bu cür alınma sözlər öyrənilməli, araşdırılmalıdır və cəmiyyət bununla bağlı maariflənməlidir. İnsanlar bu sözlərin necə ortaya çıxdığını, nə üçün işlədildiyini bilməlidir. Yəni, hansı vəziyyət bu sözləri yaradır və şifahi nitqimizdə saxlayır?”.

Orfoqrafiya lüğətinin öz missiyası olduğunu deyən Nizami Cəfərov işlətdiyi fikrin nadan dilinə düşməsindən danışıb: “İndi orfoqrafiyanın bura nə dəxli var, mən bunu başa düşə bilmirəm. Fikir hanısa bir nadanın dilinə düşüb. Guya bu sözlərin lüğəti hazırlanmalıdır açıqlaması, o deməkdir ki, bu sözlər orfoqrafiya lüğətinə daxil edilməlidir. Heç bu işin o işə dəxli var? Zorla adamın boynuna qoymaq istəyirlər ki, guya mən bu sözlərin lüğətə daxil olunmasını irəli sürmüşəm. Yəni, burda da orfoqrafiya lüğətini nəzərdə tutmuşam. Və bunu da belə demişəmsə, guya mən “Rusiyanın şpionuyam”. Bunu deyənlər bu “şpion” sözünü çox rahat şəkildə işlədirlər. Bizim cəmiyyətmizdə belə qəribə məsuliyyətsizlik var”.

Akademik vurğulayıb ki, az-çox oxumuş, orta məktəbi 3-4 qiymətlərlə bitirmiş adam şifahi dildə olan bu cür sözlərin orfoqrafiya lüğətinə daxil edilmədiyini bilməlidir: “Məlum oldu ki, bizim oxuyub-yazmayanlar öz yerində, çox belə möhkəm oxuyub-yazanlarımız da elə bilir ki, Azərbaycan dilinin cəmi bir lüğəti var, o da orfoqrafiya lüğətidir. Axı dilimizin onlarla lüğəti var. Bu lüğətlər də bir-birindən fərqlidir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:49
Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Bu gün, 12:47
Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Bu gün, 12:38
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Bu gün, 12:34
İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Bu gün, 12:23
“300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20
Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12
“Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11
Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55
“Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53
Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47
Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb - Keçmiş məmurların yanına...
Bu gün, 11:45
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Bu gün, 11:38
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:36
Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
Bu gün, 11:33
Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs qərardan şikayətçidir
Bu gün, 11:32
Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Vüqar Qurbanovun qohumu işdən çıxarıldı - ƏMR
Bu gün, 11:29
“Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ - Aydın Kazımzadə
Bu gün, 11:27
Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? - SİYAHI
Bu gün, 11:15
“Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər - kişi deyilik?”
Bu gün, 11:10
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 11:08
Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video
Bu gün, 10:58
Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub
Bu gün, 10:54
Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... - “Oyun çıxarmayın…”
Bu gün, 10:52
“Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır – qiymətlər açıqlandı
Bu gün, 10:49
"Azərbaycan mövcud olmayıb" - Axmaq iddiaya sənədin özü tərəfindən təkzib
Bu gün, 10:48
"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
Bu gün, 10:44
Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır - TENDER
Bu gün, 10:40
Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
Bu gün, 10:24
Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
Bu gün, 10:20
“Ermənistan da Azərbaycana məhsul satacaq” - AÇIQLAMA
Bu gün, 10:14
Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… – FOTO
Bu gün, 10:10
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57
Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50
Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39
5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir - AXI NİYƏ?..
Bu gün, 08:37
Deputatın professor olan qudası ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 08:34
Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 08:31
Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Bu gün, 08:28
Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Bu gün, 08:25
Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14
"Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06
Vətəndaşın hesabını bloklayıblar ki... bəs PULU HARDAN ALMISAN...
Bu gün, 08:00
"AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb - FOTO
Bu gün, 07:53
Putin Köçəryanın həbsini bağışlamayacaq – Kremlin “ağır top”u hər şeyi açıqladı
Bu gün, 07:51
Peşə təhsilinin görünməyən üzü... - Pul xərclənir, bəs nəticə haradadır?
Bu gün, 07:48
Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır - İLGİNC
Bu gün, 07:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru