Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                     Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu .....                     Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı .....                     Medvedev Ermənistan Baş nazirini aşağıladı .....                     Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb .....                     “Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” .....                     Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi .....                     Qalibaf yenidən İran parlamentinin sədri seçilib .....                     Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi .....                     “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” .....                     Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək .....                     “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii .....                     Erməni müxalif liderindən şok iddia .....                     Bəstəkarın oğlundan ETİRAZ .....                     Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə .....                     Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI .....                     “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” .....                     Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı .....                     Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi .....                 

Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Tarix: 16-05-2025, 17:44 | Çap et

[b] Bir çoxları nə vaxt və hansı şəraitdə öləcəyini bilmədiyi halda son gününə, bir növ, hazırlıq görür. Ya özləri, ya da qohumları üçün sağlığında qəbir yeri götürür, hətta baş daşı da düzəltdirirlər. Bəs islam dininin buna münasibəti necədir? Belə bir hazırlıq nə dərəcədə doğrudur? Deputat Ceyhun Məmmədov [color=#FF6666]Teleqraf[/color]-a bildirib ki, dinimizdə belə bir yanaşma yoxdur, konkret qəbir hazırlığı üçün hər hansı göstəriş verilmir. Deputatın sözlərinə görə, belə bir halın geniş yayılması qəbiristanlıqlarda yer problemi ilə bağlıdır: “Bəzən insanlar ölülərini dəfn etməyə yer axtarmalı olurlar. Bu yaxınlarda mən özüm qəbiristanlığa getmişdim, orada insanların əvvəlcədən özlərinə yer alıb hazırlıq gördüyünə şahidi oldum. Bu isə nəticə etibarilə başqalarının dəfn üçün yer tapmasında çətinlik yaradır. İnsanlar bu məsələdə diqqətli olmalıdırlar”. İnsan rəhmətə gedəndə cisminin tam olacağını haradan bilir?! Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullayev deyir ki, islam dinində bu məsələ ilə bağlı zərurət yoxdur, bu addımı atmaq məsləhət görülmür, belə bir hazırlığın heç bir savabı yoxdur. “Özünə qəbir qazdıran insan evində kimin rəhmətə gedəcəyini və ya rəhmətə gedəndə cisminin tam olacağını haradan bilir?! Ola bilər, insan elə bir yerdə rəhmətə gedər ki, yanıb kül olar və ya suda qərq olar, cəsədi belə tapılmaz. Belə faktlara rast gəlinir. Məsələn, Zaqatala-Balakən bölgəsinə gəzməyə gələn hindistanlı bir turist meşələrin birində dumanda azmışdı və onun bir müddət sonra çürümüş bədənindən qalan sümükləri tapıldı. Bəlkə onu kəfənə də bükmək mümkün olmadı”, - deyə o vurğulayıb. Fuad Nurullayevin sözlərinə görə, insan yalnız öz həyətində, öz mülkündə dəfn ediləcəyi yeri vəsiyyət edə bilər: “Bəzən insanlar qohumlarını etibarsız bilib, özü-özünə baş daşı düzəltdirir. Buna da ehtiyac yoxdur. Dində belə bir buyruq verilməyib. İndiyə qədər vəfat edən hər kəsi dəfn ediblər, heç kim yerdə qalmayıb. Dində belə qayda olsaydı, peyğəmbərlər, imamlar da edərdilər. Onların heç biri bunu etməyib. İnsan dünyadan köçdükdən sonra cəsədi torpağa qarışır və o yerlərdə zamanla başqa insanlar da dəfn edilir”. İslam görə qəbir sadə olmalıdır Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə doktoru Elvüsal Məmmədovun fikrincə, islama görə bir şəxsin sağkən özünə qəbir qazdırması və ya başdaşı düzəltdirməsi bir neçə meyardan qiymətləndirilə bilər. Onun sözlərinə görə, birincisi bu, niyyət məsələsidir, ikincisi israfdır: “Qəbirin əvvəlcədən qazılması icazəlidir. İnsan bu işi özünü ölümünə hazırlamaq, faniliyi xatırlamaq və ya qəlbini ibadətə təşviq etmək məqsədi ilə edirsə, icazəli sayılır. İslam tarixində belə insanlar olub. Deyilənə görə, tabeinlərdən olan Səid İbn əl-Müseyyib öz qəbrini əvvəlcədən müəyyənləşdirmişdi. Başdaşı məsələsinə gəlincə, ümumiyyətlə, islamda qəbirin sadə olmasına təşviq olunub. Qəbir üzərində başdaşı və ya sinədaşının təmtəraqlı düzəldilməsi məqbul sayılmır. Əgər qəbirin kimə aid olduğunu göstərmək istəyiriksə, sadə başdaşı düzəltməkdə problem yoxdur. Məsələn, Peyğəmbərimiz səhabələrindən birinin qəbrinin üzərinə daş qoyubmuş ki, onu tanısın. Kim bunu şan-şöhrət üçün edirsə, başdaşı təmtəraqlıdırsa, bu, mənfi haldır. İslam buna icazə vermir. Bir sözlə, islamda şəxsin niyyəti özünə axirət hazırlığıdırsa, özünə sadə qəbir qazdırarsa, başdaşı da hazırlatdıra bilər”. İstəyir qızıldan başdaşı düzəldilsin, istəyir külünü dünyanın ən təmiz suyuna töksünlər, bunlar qurtuluş deyil! İlahiyyatçı Elşad Miri bir insanın özünə qəbir qazdırmasının dinə heç bir aidiyyəti olmadığını deyib. O bildirib ki, bu, insanların şəxsi düşüncələridir, onların özlərinin arzusuna görə gerçəkləşdirə biləcəkləri məsələlərdir. “Din bu tip məsələlərə qarışmır. Din insanların sağkən düzgün yaşamaları üçün onlara yol göstərir, ölüm məsələsinə müdaxilə etmir. İnsan öldüsə, onun üçün din anlayışı bitir. Artıq o, axirətə gedəndə Allaha cavab verəcək. İstəyir qızıldan başdaşı düzəldilsin, dünyanın ən gözəl yerində qəbir qazdırsın, istəyir meyitini yandırıb külünü dünyanın ən təmiz suyuna töksün. Bunların heç biri qurtuluş deyil, insan əməllərinə görə cavab verməlidir”, - ilahiyyatçı əlavə edib.[/b]











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35
Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35
“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33
Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02
Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53
“28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50
Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru