Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb .....                     Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. .....                     “VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” .....                     Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib .....                     Şagirdlər arasında güc nümayişi .....                     “Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” .....                     Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi .....                     Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi .....                     Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? .....                     AZAL Təl-Əvivə uçuşları bərpa edir .....                     Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət .....                     Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR .....                     Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... .....                     Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi .....                     “Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” .....                     “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” .....                     İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: .....                     Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır .....                     Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi .....                     Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? .....                     Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər .....                     Rusiya iki Ukrayna limanına zərbə endirib .....                     Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi .....                     Əməkhaqqı düzgün hesablanmaya bilər .....                     Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var .....                     - "Bunu etmədən ölmək istəmərəm..." .....                     Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... .....                     Burda rüşvət artıq METASTAZ VERİR... .....                     Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir .....                     İranın son təklifi mətbuata sızıb .....                     Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR .....                     "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." .....                     Ölkə banklarında kreditlər niyə "baha"dır? .....                     Ağsuda sosial yardım qalmaqalı .....                     AHİK-in “Kurort”unda yoxlama başlanıb .....                     Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir .....                     Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi .....                     Bu da yoldaş Bağırovun tender ortaqları .....                     Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? .....                     Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... .....                 

“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Tarix: 15-05-2025, 12:12 | Çap et
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam,
Kulis.az Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva ilə müsahibəni təqdim edir.

— Rəhimə xanım, bir müddət əvvəl iş axtarırdınız. Qızınız Ülkər xanım da efirdə danışmışdı bu barədə. İndi vəziyyətiniz necədir? Necə dolanırsınız?

— Mən də Ülkərlə birgə o verilişdə idim. Bir nəfər var idi, bilməmişdi ki, canlı efirdi, danışmışdı. Mənim xəbərim yox idi. Pərt oldum. Sonradan üzr istədi məndən. İndi artıq vəfat edib. Efirdə bu məsələni şişirtdilər. Adam əzizini itirəndə elə vəziyyətdə olur ki, suallara məntiqli cavablar verə bilmir. O sualı mənə versəydilər, başqa cür cavablandırardım. Ülkər özünü itirdi, mən istəyən səviyyədə cavablandıra bilmədi. Ondan sonra bizim evə çəkilişə gəldilər, mətbəxə girdilər. Təsadüfən aparıcı soyuducunu açdı. Mən belə şeyləri xoşlamıram. Dedilər ki, baxın, Xalq artistinin evində soyuducu boşdur. İndi Yaşarın vaxtında yaşadığım həyat yoxdur. Düzdü, təzə evlənəndə kirayədə yaşamışıq, ancaq sonradan dövlət bizə əvvəlcə birotaqlı, sonra üçotaqlı ev verib. Xəstə olduğu vaxtlarda da ən bahalı xəstəxanalarda müalicə olunub. Prezident mükafatı vermişdilər ona. Rəhmətə gedəndən sonra o mükafatı ala bilmədim. Təkcə mənə yox, bütün mərhum aktyorların ailəsinə bu pul ödənilmir. Səbəbini soruşanda dedilər ki, elə bir qərar yoxdur. Sənətkar öldü, təqaüd verilmir. Ancaq bu məsələ Milli Məclisdə işıqlandırılmalıdır. Vəfat edən sənət adamlarının ailəsi necə dolanmalıdır? Hamı sənətçilərin ailəsi ilə maraqlanmalıdır.

— Evi niyə satdınız?

— Yaşarın vəziyyəti kəskinləşəndə əlimizdə pul yox idi. Evi satıb ilkin mərhələdə məsələləri həll elədim. Sonra kömək eləyən tapıldı, Türkiyədə müalicə aldı. Altı il mən Türkiyənin yollarında qaldım. Düzdü, yanında tək qalmışam, ancaq xəstəxanada başımıza pərvanə kimi dolanırdılar. Hamı hədiyyə gətirirdi.

— Yaşar bəyin əhval-ruhyyəsi necə idi?

— Xəstəliyi ilə bağlı heç nə onu maraqlandırmırdı. Ancaq səhnəni düşünürdü. Deyirdi ki, mən indi bundan sonra arabada oturacağam? Səhnə, teatr necə olacaq? Deyirdim ki, o qədər elə rollar var ki, sən də onları oynayarsan. Reanimasiyada gözünü açanda dedi ki, sən nə qədər yanımdasan, mənə heç nə olmayacaq. Sonra yenə vəziyyəti pisləşdi, aparata qoşdular. O, hisslərini ifadə eləyə bilən adam deyildi.

— 60 yaşı var idi, ancaq sanki 80 yaşında görünürdü...

— Qaraciyər köçürüləndən sonra kökəlmişdi. Son iki ildə yemək yemirdi, süni qida verirdilər. O, kökəlməyinə görə narahat olmurdu, elə deyirdi ki, mən belə necə səhnəyə çıxacağam? Ona da, özümə də hər gün bir paltar alırdım. Məni belə görüb fikirləşirdi ki, hər şey yaxşıdır. Son günlərində böyük qızım yanına getmədi, dedi ki, onu o vəziyyətdə görmək istəmirəm. Ancaq Ülkərlə mən yanında idik. Qızıma sakitcə dedi ki, mən olmasam, sizin vəziyyətiniz necə olacaq?

— Sənət dostlarından yanına ən çox kimlər gedib-gəlirdi?

— Sənubər İsgəndərli, Firəngiz Mütəllimova, Məleykə Əsədova, Cahangir Zeynalov. Ən çox bunlar gəlirdi. Allahşükür Paşazadə, Zeynəb Xanlarova və Polad Bülbüloğlu da zəng eləyirdi. Firəngiz gələndə əhvalı daha yaxşı olurdu, zarafatlaşırdılar, özünə gəlirdi.

— O vaxtlar Firəngiz xanımla Yaşar bəy haqqında söz-söhbətlər yayılırdı. Qısqanmırdınız?

— Qətiyyən! Mən onun rollarına sənət əsəri kimi baxırdım. Hətta bəzən deyirdim ki, gərək bu yerdə bir az bərk qucaqlayardın. O biri söhbətlər isə həmişə olub. Mən Sovetskidə böyümüşəm. Heç inanmazdım ki, ər arvadına qarşı belə hərəkət eləyə bilər, yoxsa yox... Deyirdim ki, gözümlə görməyənə qədər inanmaram. O da deyirdi ki, o elə şeydir ki, gözlə görmək olmur.

— Qızınız bir dəfə demişdi ki, siz belə söhbətlərə görə onu və böyük qızınız Ülviyyəni götürüb evdən getmisiniz. Sonradan Yaşar bəy sizi axtarmadığına görə özünüz qayıtmısınız.

— Elə şey olmayıb. Sadəcə, biz evi tez-tez dəyişirdik. Bəzən anamgildə qalırdım. Yaşar zəng eləməmişdi, qayıdıb gəlmişdim evə. Ancaq bir dəfə belə bir fikir ağlıma gəlmişdi. Böyük qızım Ülviyyə yeni doğulmuşdu. Yaşar mənə qarşı çox kobudluq elədi. Əşyalarımı yığdım ki, çıxıb gedəcəm anamgilə. Ayağımı çölə qoyan kimi tez qayıtdım evə.

— İlk dəfə üz-üzə gəldiyiniz anı necə xatırlayırınız?

— Heç üz-üzə gəlmişik ki... Əsgərlikdən təzə gəlmişdi. Anası dedi ki, oğlumun gözü sağda-solda olacaq, yolunu azacaq. Mən də konservatoriyanın axırıncı kursunda idim. Məni araşdırıb evdə demişdi ki, yaxşı qızdır. Sonra ailələr görüşdülər. Dedilər ki, heç olmasa, indi görsünlər bir-birlərini. Çıxdıq bulvara. Ceyhun Topçubaşov, Fuad Poladov, Vəfa Fətullayeva və biz bir yerdə oturduq. İlk tanışlığımız orada oldu.

— Onda artıq məşhur idi?

— Hə. Hamı tanıyırdı.

— Ailələrin qərarı ilə baş tutan evlilik... Bəs sizin istədiyiniz və ya sizə evlilik təklif edən var idi?

— O vaxt qayda-qanun başqa idi. Evlənmək istəyənlər var idi, ancaq mən oxumaq istəyirdim. Çox fəal idim. Məni hər yerə çağırırdılar. Qohumlar adımı “deputat” qoymuşdular.

— Bəs Yaşar bəylə evliliyə necə razılıq verdiniz?

— Atam qarışmırdı. Anam və qayınanam belə istədi. Bizi yaraşdırdılar.

— Yəni aranızda sevgi olmayıb.

— Yox, olmayıb. Sevgi olmayanda ailə daha möhkəm olur.

— Yaşar bəy çox ciddi, hətta despot olub. Əvvəldən belə idi, yoxsa yaş artıqca xasiyyəti tündləşdi?

— Mən onun kaprizini ilk gündən görmüşəm. Əsas da geyiminə qarşı kaprizli idi. Son vaxtlar lap əsəbi idi. İstəyirdi ki, bir bəhanə tapıb qışqırıb çıxıb getsin. Mən də pis olurdum. On dəqiqə sonra yığıb soruşurdu ki, necəsiniz.

— İndiki aktyorlar evlənirlər, 1-2 il sonra boşanırlar. Bu 38 ildə nə vaxtsa, yorulmusunuz, bezmisiniz?

— Yaşar maket deyildi, insan idi, aktyor idi. Mən həyatımı ona görə qurmuşam. O həyatı necə poza bilərdim? Əlbəttə, yorulduğum, ağladığım çox olub. Ancaq bunu nə o görürdü, nə də qızlarım.

— Yeyib-içməyi sevirdi. İçki düşkünlüyü əvvəldən var idi, yoxsa sonradan kimsə onu o yola saldı?

— Yox, içmirdi. Dostlarından bir nəfər onun sadəlövhlüyündən istifadə elədi. O da aktyor idi. Dadandırdı Yaşarı. Mən onunla ancaq sağlamlığı ilə bağlı danışırdım. Deyirdim ki, Yaşar, qaraciyərinə, böyrəyinə nəsə olacaq. Oldu da.

— Heç içib sizi, qızlarını vurub?

— Heç vaxt. Qızlarına heç toxunmurdu. Qoymurdum ki, əsəbiləşsin. Hələ bir dəfə də olsun, işdə olanda ona zəng eləyib soruşmamışam ki, haradasan, nə vaxt gəlirsən.

— Yaşar bəyə bugünkü münasibət sizi qane eləyir?

— Yox. Hərənin başı öz işinə qarışıb. Eləcə telefonla da zəng eləyə bilərlər, heç zəng eləməklərinə ehtiyac yoxdur. Mən bu dəqiqə Teatr Xadimləri İttifaqına zəng vurum, dərdimi deyim, problemim həll olunsa, deyərəm, dünyanın axırıdır. Mədəniyyət Nazirliyinə dörd ildir zəng eləyirəm ki, məni qəbul eləyin. Özümə görə yox, Yaşarla bağlı. 5 il əvvəl birinin müavininin qəbuluna getdim, dedi ki, mənlik deyil. Sonra dəyişiklik oldu. Qəbula getdim, müavini dedi ki, həll olunacaq. O vaxt Anar Kərimova da yazmışdım. İndi də Adil Kərimli gəlib, zəng vururam, deyirlər ki, qəbul eləyəcək. Hələ də eləməyib. Neçə dəfə yazmışam, zəng eləmişəm. Hacı İsmayılov niyə zəng eləyib maraqlanmır? İndi zəng eləsəm, cavab verməyəcək. Bu laqeydliyin səbəbi nədir, bilmirəm. Teatr Günündə zəng eləmirlər, maraqlanmırlar. Axırıncı dəfə zəng elədim ki, bu gün ad günüdür, sonra gəldilər. Mən deyəndən sonra nəyimə lazımdır? Ümid eləyirəm ki, 75 illiyi dövlət səviyyəsində qeyd olunar. Etinasızlıq baş alıb gedir. İstərdim ki, həftədə bir dəfə onun tamaşaları verilsin. Mövzu qoyulsun, müzakirə olunsun. Cavan nəsil də öz incəsənətini bilsin. İstərdim ki, onun doğuldu ev muzey olsun. Dedilər ki, onun üçün də gərək dövlət qərarı ola.

— Yaşar bəy evdə məşqlər eləyirdi?

— Məşq eləmirdi, ssenariləri oxuyurdu. Özü oxuyandan sonra mənə verirdi ki, sən də oxu.

— Sizi çəkilişlərə aparırdı?

— Heç vaxt. Heç teatra zəng vurmurdum. Evə rejissorların, aktyorların gəlməyini də sevmirdi. Gələndə də qapını bağlayıb otaqdan çıxırdım, uzağı çay apara bilərdim. O evdə olanda kimin nə ixtiyarı var idi ki, telefona cavab versin, qapını açsın. Bizdə həmişə belə olub: otur-otur, dur-dur. Böyük qızıma qarşı çox həssas idi. Geyiminə çox qarışırdı. Xasiyyət cəhətdən də ən çox o oxşayır Yaşara. Ancaq kiçik qızıma çox da qarışmırdı. Bizə ən çox Arif Quliyev gəlirdi.

— Ancaq Yaşar bəyin vəfatından sonra gələn olmadı.

— Ölən öldü, qalan da gəlmədi. Öz yaxınlarımdan o diqqəti görmürəmsə, başqalarından nə gözləyim?

— Onu ən çox nə özündən çıxara bilərdi?

— Köynəyinin azca qırış olmağı. Bir dəfə neçə il sonra dedi ki, bir tədbir var, geyin gedək. Sevindim, geyinib çıxanda dedi ki, bəlkə, getməsəyəsən? Mən də çox pis oldum. Əlbəttə, cavab qaytarmadım. Eləcə, keçib otururdum bir küncdə.

— Hobbiləri var idi?

— Təsbeh, saat yığırdı. Hədiyyə sevirdi.

— Qaraciyər transplantasiyasından sonra yenə içirdi?

— Çox az. Həkim ona demişdi ki, bir az viski, konyak olar. Ancaq qəti siqaret çəkmə. Məndən gizlin çəkirdi. Apardıq bağa ki özünü yaxşı hiss eləsin. Bir dəfə səkkiz dondurmanı birdən yeyib. Memorial Hospitalda. Yoxlamaya getmişdik. Xəstəxanın restoranında oturmuşduq. Bir də gördüm, səkkizinci dondurmanı yeyir. Dəli oldum. Əslində, hər şey yaxşı idi. Musiqili Komediya Teatrında “Ər və Arvad” operettasında idi, ordan da Kukla Teatrına — “Məşədi İbad” tamaşasına getmişdi. Həmin gün evə gəldi, təzyiqi qalxdı. Təcili yardıma zəng vurduq, gəlib apardılar. Dedilər ki, nəfəs çatışmazlığı var. Sonra Türkiyəyə yollandıq.

— Axırıncı dəfə nələrədən danışmısınız?

— Saat 5-dən buraxırdılar xəstələrin yanına. Elə 5-dən bir az keçmişdi ki, zəng gəldi. Tibb bacısından telefonu alıb astadan dedi ki, hardasan? Dedim ki, gəlirəm. Bir az arabada gəzdirdim. Dedim ki, məni sevirsən? Dedi, ay qız, bəsdir. Əl çəkmədim. Dedi, hə, sevirəm. Sonra otağa gətirdik. Dedi ki, getmə, burada otur. Bilirdi ki, mən nə qədər yanındayam heç nə olmayacaq ona. Elə həmin gün vəfat elədi. Mərkəzi Gömrük Hospitalında. Zəng elədilər. Ülkərlə getdik. Artıq gec idi. Xəstəxanadan dedilər ki, istəyirsiniz, görün. Dedim, siz nə danışırsınız? Mən onu necə o vəziyyətdə görə bilərəm? Qoy necə görmüşəmsə, yaddaşımda elə də qalsın. Qızlarımı da qoymadım.

Mənə sonradan dedilər ki, nəfəs gərginliyi olub. Həmin vaxt tibb bacısının başı mətbəxdə qarışıq olub. Gec xəbərdar olub. İşin üstünə getdim. Dedilər ki, o tibb bacısı işdən çıxıb. Ta üstələmədim.

— Vəsiyyət eləmişdi?

— Yox, elə bilirdi ki, yaşayacaq. Son vaxtlarında hiss eləmişdi, ancaq bizə demirdi ki, ürəyimizə salmayaq.

— Qızlarınızın sənətə marağı var idi?

— Böyük qızın yox, ancaq kiçik qız istedadlıdır. İncəsənət Universitetini bitirib. Ancaq özü qoymazdı. Çünki çox çətin sənətdir.

— Həyatınızı Yaşar bəyə qurban vermisiniz... “Kaş”larınız var?

— O qədər... Kaş çox yaşayaydı. Xəstə də olsaydı, ona baxardım. Biz belə bilmişik ki, ailə qurdunsa, ailənə bağlanmalısan.

— Sizə xəyanət eləsəydi, bağışlayardınız?

— Mənə dəfələrlə xəyanət eləyib, hamısını bağışlamışam. Gözümlə görməmişəm, ancaq bilmişəm. Ona heç nə deməmişəm. Bir də ayılıb ki, söhbət bağlanıb. Hər şeyi problem eləmək olmaz. Bir dəfə ona dedim ki, məndən yaxşısını tapa bilirsənsə, get yaşa. Heç səndən boşanmayacam da. Nə istəyirsən elə. Axşam qayıtdı, dedi ki, səndən yaxşısını tapa bilmədim. Kişidir də. Bir yeməyi nə qədər yemək olar? İndiki cavanların dili çox uzundur.

— Ən çox nələri üçün darıxırsınız?

— Çiynim, arxa-dayağım, evə pul gətirənim yoxdur.

— Heç evdən-ailədən soyuduğu olub? Hiss eləmisiniz ki, artıq onu itirirsiniz?

— Olub. Sonra fikirləşdi ki, iki qızım var, mənə yaraşmaz. Özü dilə gətirmirdi, ancaq hiss eləyirdik ki, baba olmağı çox arzulayır... İndi sağ olsaydı, qat-qat yaxşı yaşayardıq. Çünki ona qapılar həmişə açıq idi. O, teatra girəndə hamının dizi əsirdi. Çox çəkinirdilər.

— Onun adı ilə yüksələnlər olub. Qohumları — Rüfət Axundov, Nicat Rəhimov. Onlar Yaşar bəydən sonra sizi itirib-axtardılar?

— Yox, istədiyim diqqəti görmürəm. Heç bu evə addım da atmayıblar. İstəyərlər zəng vurarlar, axtararlar, istəməzlər axtarmazlar. Nicat elə bizim evdə böyüyüb. Zəng vururam, cavab vermir, əsəbiləşirəm. Rüfətə yazıram, Yaşarın şəkillərini göndərirəm, yazır ki, Allah rəhmət eləsin. Çox soyuqdurlar, çox. Yaşar mənə milyonlar qoyub getməyib. Bəzən avtobusa minirəm, tanıyırlar, deyirlər ki, səndən nə əcəb.

— Ondan sonra həyatınız necə keçir?

— Çox pis. Qızlarım atasız, mən də başsız qaldım. Onun varlığı bizim təminatımız idi. İndi burda olsaydı, heç qoymazdım getməyə.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb - Zelenski
Bu gün, 12:50
Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:49
“VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” - Ekspert kredit faizlərinin yüksək olmasını ŞƏRH ETDİ
Bu gün, 12:43
Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib - Ermənilər xəritə yaydılar
Bu gün, 12:31
Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?
Bu gün, 12:24
“Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ
Bu gün, 12:19
Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi -SƏBƏB?..
Bu gün, 12:11
Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi
Bu gün, 12:03
Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? - NƏ BAŞ VERİR?
Bu gün, 11:44
AZAL Təl-Əvivə uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 11:35
Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət – BİRLƏŞİR
Bu gün, 11:17
Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
Bu gün, 11:15
Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
Bu gün, 11:08
Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
Bu gün, 11:06
“Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” - Bakıda “xruşşovka” ajiotajı
Bu gün, 11:02
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
Bu gün, 10:55
İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
Bu gün, 10:51
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
Bu gün, 10:34
Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi - MALƏSƏF...
Bu gün, 10:27
Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? - AKTUAL
Bu gün, 10:15
Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər
Bu gün, 10:11
Rusiya iki Ukrayna limanına zərbə endirib
Bu gün, 08:52
Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Bu gün, 08:18
Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Bu gün, 08:16
Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Bu gün, 08:13
- "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Bu gün, 08:12
Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:54
Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Bu gün, 07:41
Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28
Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27
"Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22
Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16
AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06
Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00
Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55
Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48
Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45
“Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36
Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru