Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? .....                     Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır .....                     Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... .....                     Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək .....                     ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir .....                     "İşləri abonentlərin ciblərinə girməkdir..." .....                     Beynəlxalq Bankın MİN BİR OYUNU .....                     Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? .....                     Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” .....                     "Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." .....                     "Əmək haqları yenə üç aydır ki, ödənilmir..." .....                     Güney Qafqaz YENİDƏN QARIŞIR? .....                     Bu, düşüncə əxlaqıdır... .....                     Keçmiş mer nəyin güdazına getdi? .....                     Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU .....                     Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? .....                     Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... .....                     15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? .....                     Dinə ÇEVİK MÜDAXİLƏ... .....                     Expressbankda 2 yeni təyinat olub .....                     26 illik şirkət ləğv olunur .....                     Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? .....                     MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş .....                     Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: .....                     Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: .....                     Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb .....                     Rusiya gizli şəkildə İrana kömək edir .....                     Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı .....                     “Bu gün sülhə əvvəlkindən daha yaxınıq” .....                     “AFB Bank”ın İdarə Heyətinə təyinat olub .....                     Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu .....                     Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir .....                     “Citomed” borcunu ödəyə bilmir? .....                     Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik .....                     Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... .....                     Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb .....                     İçib gömrük qapısına uzanan iranlı həbs edildi .....                     Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir .....                     Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə .....                     Sülhün açarı İrəvanda: .....                 

COP29 sadəcə ekoloji deyil, həm də sülh missiyasına xidmət edir - deputat
Tarix: 21-10-2024, 00:02 | Çap et
COP29 sadəcə ekoloji deyil, həm də sülh missiyasına xidmət edir
Hazırda dünyanın bir sıra bölgələrində münaqişələr, müharibələr davam edir. Bu qanlı toqquşmalar dünyamız üçün fəlakətlərə səbəb olur. Bəşəriyyətin gələcəyi naminə qarşıdurmalara son qoymaq və sülhə nail olmaq üçün bütün imkanlardan istifadə olunmalıdır. Bu mənada, Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi COP29 tədbiri yaxşı fürsət ola bilər. Dünyada sülhün zəruriliyini Azərbaycan
çox yaxşı anlayır. Çünki uzun illər ölkəmiz və xalqımız Ermənistanın işğalçı siyasətindən əziyyət çəkib. Müharibənin ən ağır fəsadlarını yaşayan Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmindən çıxış edir. Ölkəmiz 44 günlük
müharibə başa çatandan sonra işğaldan təmizlənən ərazilərində öz gücünə quruculuq-bərpa işlərinə başladı və məğlub Ermənistana beş bənddən ibarət sülh paketi təqdim etdi. Həmin paket sırf beynəlxalq hüquq normalarına istinad olunmaqla hazırlanıb. Azərbaycan o mövqedən çıxış edir ki, 44 günlük müharibənin və lokal xarakterli antiterror tədbirlərinin nəticəsində yaranan yeni reallıqlar regionda sülh, sabitlik və etimad quruculuğu üçün geniş imkanlar açıb. Bundan maksimum dərəcədə istifadə olunmalıdır. Sülh gündəliyinə sadiq qalan Azərbaycan tənzimləmə prosesinin irəliləməsi üçün bütün platformalarda konstruktiv yanaşmalar sərgiləyir. Azərbaycan bu gün də sülh gündəliyinə sadiqliyini nümayiş etdirir. İqlim dəyişikliyinə qarşı mübarizə ilə yanaşı, Azərbaycan COP29-un sülh sahəsində növbəti uğur hekayəsinə və sülh konfransına çevrilməsi üçün əlavə səylər göstərir və bundan sonra da göstərəcək.
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də ABŞ-nin “Newsweek” nəşrində dərc olunmuş məqaləsində COP29 öncəsi Azərbaycanın iqlim böhranı ilə yanaşı, regional sülhə nail olmaq istiqamətindəki səyləri və Ermənistanla ikitərəfli razılaşmaların əhəmiyyətinə diqqət çəkib.
Hikmət Hacıyev bu sammitin təkcə iqlim məsələləri ilə məhdudlaşmadığını, eyni zamanda sülh və təhlükəsizlik məsələlərinin də bu toplantıda əhəmiyyətli rol oynadığını vurğulayıb.
O, yazısında Azərbaycanın “COP atəşkəsi” təklifi ilə çıxış etdiyini qeyd edib. Bu təklif, qədim atəşkəs ənənəsinə - Olimpiya atəşkəsinə istinad edərək, iqlim böhranının həlli üçün aparılan danışıqlar zamanı silahlı münaqişələrin dayandırılmasına çağırıb. Hikmət Hacıyev bu ideyanın bəziləri tərəfindən çətin görülə biləcəyini qəbul etsə də, Azərbaycanın BMT çərçivəsində belə bir təşəbbüslə çıxış etməsinin önəmini vurğulayıb.
Məqalədə Azərbaycanın COP29 zamanı təkcə iqlim problemlərinə deyil, eyni zamanda regiondakı sabitliyin təmin olunmasına da diqqət yetirəcəyi nəql edilib.
Hikmət Hacıyev Azərbaycanın bu sammitdə qlobal iqlim razılaşmasının əldə olunmasına töhfə verməkdə qətiyyətli olduğunu bildirərək beynəlxalq ictimaiyyəti bu mühüm müzakirələr zamanı həmrəylik göstərməyə çağırıb.

Millət vəkili Elçin Mirzəbəyli isə “Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan qlobal sammitin sülh sahəsində növbəti uğur hekayəsinə və sülh konfransına çevrilməsi üçün əlavə səylər göstərir və bundan sonra da göstərəcək:

“COP29 tədbiri humanist mahiyyət daşıyır. Azərbaycanın yeritdiyi siyasətin təməlində də humanizm prinsiplərinin təbliği dayanır.
Ölkəmizin bugünə qədər beynəlxalq müstəvidə humanitar mahiyyətli problemləri önə çəkməsi Azərbaycanın irəli sürdüyü təşəbbüsün təməlində dayanan əsas prinsiplər hesab oluna bilər. Hər zaman sülhpərvər və humanist siyasəti ilə diqqət çəkən Azərbaycan dövləti, COP29-u da bütün dünya üçün sülh və xilas vasitəsinə çevirmək niyyətindədir. Bugünə qədər COP29-un timsalında planetimizin ekoloji təhlükəsizliyini təmin etməyə, Yer kürəsini yaşam üçün daha baxımlı hala gətirməyə çalışan Azərbaycan, bu fəaliyyəti həm də dünyadakı müharibələri müvəqqəti də olsa dayandırmaq üçün fürsət halına gətirməkdədir. Bu isə COP29-un sadəcə ekoloji deyil, həm də sülh missiyasına xidmət etdiyini, çoxtəyinatlı məqsəd daşıdığını göstərir.
Bu aspektdən yanaşdıqda “COP29 atəşkəsi” çağırışı tamamilə doğru yanaşmadır. Ölkəmizin yeritdiyi xarici siyasətin təməl xəttinə də uyğun bir mövqedir. Hesab edirəm ki, bu qəbildən olan çağırışlar dünyada insanlıq və bəşəriyyətin qorunması naminə həmrəylik nümayişinin vacib olduğunu özündə ehtiva edir. Zənnimcə, COP29 zamanı dünyadakı müharibələrin dayandırılması təklifi Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi mühüm töhfə, tarixi xidmətdir. Bu təklifin münaqişədə olan dövlətlər tərəfindən necə dəyərləndirilməsindən asılı olmayaraq, ölkəmiz adına bütün dünyaya nümunə sayılacaq bir davranışdır”.

E.Mirzəbəylinin sözlərinə görə, bəşəriyyətə bir neçə günlük də olsa dinclik qazandırmaq, onları sülhün ilıq nəfəsi ilə tanış etmək, dünyadakı silahları müvəqqəti də olsa susdurmaq – bütün bunlar Azərbaycanın COP29 çərçivəsində nail olmağa çalışdığı əsas məqsədlər sırasındadır:
“Müharibələr təkcə insan həyatına deyil, eyni zamanda ətraf mühitə, təbiətə ciddi ziyan vurur. Öz taleyində bunu yaşayan bir toplumun, dövlətin təmsilçiləriyik. Azərbaycan torpaqlarının 30 il işğal altında saxlanılması nəticəsində dəyən ziyan və törətdikləri vandalizm aktlarının mənzərəsi göz qabağındadır. Ötən 4 il ərzində işğaldan azad olunan torpaqlarda aparılan bərpa və quruculuq işlərinə rəğmən biz o torpaqlarda erməni vandalizminin izlərini hələ də görürük. Bu da müharibələri, işğal dəhşətlərini sübuta yetirir”.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? – Əliyev-Paşinyan görüşünün açdığı suallar
Bu gün, 07:35
Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır
Bu gün, 07:33
Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... - borcu var imiş....
Bu gün, 07:31
Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək - AÇIQLAMA
Bu gün, 07:26
ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir - “The Wall Street Journal”
Bu gün, 07:23
"İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
Bu gün, 04:34
Beynəlxalq Bankın MİN BİR OYUNU - BU NƏDİ BELƏ?
Bu gün, 04:12
Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? - GİLEY
Bu gün, 03:59
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” - İdarənin daha bir əməkdaşının işdən çıxarıldığı bildirilir
Bu gün, 03:49
"Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17
"Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08
Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56
Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50
Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44
Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36
Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? - ETİRAZ
Bu gün, 01:21
Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... - KİV
Bu gün, 01:17
15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13
Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04
Expressbankda 2 yeni təyinat olub - DOSYE
Dünən, 18:30
26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Dünən, 18:28
Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Dünən, 18:27
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Dünən, 18:18
Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: - "Mənim əleyhimə danışan jurnalistlə gəlmişdi"
Dünən, 18:14
Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: - Overçuk rəsmi müraciətin olmadığını açıqladı
Dünən, 18:09
Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb
Dünən, 17:59
Rusiya gizli şəkildə İrana kömək edir - “The Financial Times”
Dünən, 17:52
Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Dünən, 17:49
“Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Dünən, 17:27
“AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:24
Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
Dünən, 17:16
Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir - GƏLİŞMƏ
Dünən, 17:12
“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Dünən, 17:08
Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik
Dünən, 16:59
Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
Dünən, 16:53
Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
Dünən, 16:50
İçib gömrük qapısına uzanan iranlı həbs edildi
Dünən, 16:44
Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir - BUNDAN SONRA...
Dünən, 15:03
Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə 1 milyon ödəyəcək
Dünən, 15:00
Sülhün açarı İrəvanda: - Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq
Dünən, 14:58
Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
Dünən, 14:50
Əməkdar artistə vəzifə verildi - ƏMR
Dünən, 14:45
Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN - TƏFƏRRÜAT
Dünən, 14:35
“Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var”
Dünən, 13:11
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı – Video
Dünən, 13:07
Rusiya və Ermənistan arasında yük daşımaları artdı
Dünən, 13:04
Ət niyə bahalaşır? - “Süni qiymət artımı ola bilər”
Dünən, 13:02
Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:56
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:52
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru