Oskanyandan illər sonra gələn Qarabağ ETİRAFI .....                     Ermənistanda Rusiya qazından başqa heç bir qaz olmayacaq .....                     Paşinyan qələbəyə inamla irəliləyir: Bakı ilə sülh sazişi... .....                     İran ilə ABŞ arasında sülh prosesinə nüvə ölkələri nəzarət edə bilər .....                     AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib .....                     Xameneinin dəfn mərasiminə hazırlıq başladı .....                     Putin ölümsüzlüyün sirrini tapdı? .....                     Erməni müğənni Paşinyana qarşı çıxdı .....                     Tramp Omanı hədələyib, yeni bəyanat ölkələr arasında diplomatik gərginliyə səbəb olub .....                     9 min manat maaş deputatları qane edirmi? .....                     "Şəkillərin silinməsi müəllim fəaliyyətinin məhdudlaşdırılmasıdır" .....                     Ermənistanda seçkilər ikinci tura qala bilər .....                     "Ermənistan və Azərbaycanda getdikcə daha çox insan sülhün oyun deyil, gerçək olduğuna inanır..." .....                     Əhaliyə bəd xəbər: Bu məhsullar BAHALAŞACAQ .....                     Paşinyan iki stulda oturmaq siyasətinin qurbanına çevrilir .....                     Naxçıvanın sertifikasiya sərgüzəştləri... .....                     “Azərbaycanın yerində olsaydım...” .....                     “Taleyim belə gətirdi, peşman deyiləm” .....                     “Turan Tovuz” Konfrans Liqasına buraxılmayacaq? .....                     SEPAH ABŞ-ın daha bir PUA-sını vurdu .....                     "Sərhəd kəndini məhv etmək planınız varmı?" .....                     Yaponiyada tayfun təhlükəsi səbəbindən təxminən 300 aviareys ləğv edilib .....                     Fitsodan çağırış: .....                     Putin Paşinyana ermənilərlə bağlı nə deyib? .....                     Fars-molla rejimi artıq Tramp hakimiyyətinə inanmır... .....                     Putinin hədəsi işə yarayacaqmı? .....                     Səfər Mehdiyevin bacanağı yüksək vəzifəyə gətirilir... .....                     ADY sanki sərnişinləri aparmır... UÇURUR... .....                     Hippokrat andını SU KİMİ İÇƏNLƏR... .....                     SOCAR rəhbərliyi bir izahat versin, görək... .....                     Paşinyan niyə bir addım öndə görünür... .....                     Doğru-dürüst məlumat almaq da problemdir .....                     Burda müştəri məmnuniyyəti bir xəyaldır... .....                     ACI REALLIQLAR... .....                     "Biz niyə fikirlərimizi nifrət və təhqir olmadan deyə və yaza bilmirik?" .....                     FAİZSİZ KREDİT FIRILDAĞI... .....                     ADY-də pulu bax, belə qazanırlar... .....                     Yeni sorğu Paşinyanın partiyasının inamlı liderliyini göstərir .....                     "Vaxtım gedir, mən bu yaxşılıqdan heç nə qazanmıram" .....                     Rusiya Ermənistana satdığı qazın qiymətini artırmaq istəyir .....                 

Suyun qiyməti bahalaşacaq? - BELƏ HARA GEDİRİK?..
Tarix: 15-10-2024, 14:00 | Çap et
Suyun qiyməti bahalaşacaq?
"Azərbaycanda suyun tarifinin diferensiallaşması təkcə suyun qiymətinin artacağı anlamına gəlməməlidir. Su tariflərinin diferensiallaşdırılması zamanı bəzi bölgələrdə suyun qiyməti ucuzlaşa da bilər".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi kafedrası dosenti Fərzəli Həsənov söyləyib.
Qeyd edək ki, Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq. Bu, "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da əksini tapıb. Strategiyaya əsasən, bu məqsədlə 2024-2027-ci illərdə müxtəlif istehlakçılar arasında sudan ödənişli istifadə üzrə tarif tənzimləmələrinin başa çatdırılması, tariflərin diferensiallaşdırılmasına keçidlə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması planlaşdırılır. Bunun üçün "Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları"nın təkmilləşdirilməsi, sudan ödənişli istifadə üzrə tariflərə yenidən baxılması nəzərdə tutulur. Beləliklə, xərclərə əsaslanan tariflərə mərhələli keçidlə bağlı regionların müəyyənləşdirilməsi, tariflərin diferensiallaşdırılması və pilot layihə çərçivəsində tətbiqi təmin olunacaq. Yekunda ayrı-ayrı regionlarda xərclərə əsaslanan tariflərin tətbiqinə keçid və diferensiallaşdırılmış tarif siyasətinin regional miqyasda tətbiqi üzrə sosial-iqtisadi effektivliyin qiymətləndirilməsi və tətbiqinin davamlı genişləndirilməsi mümkün olacaq.
Ekspertin qənaətinə görə, su tarifinin diferensiallaşdırılması dünyada mövcud olan praktikadır.

F.Həsənov bildirib ki, su mənbələrinə yaxın yerlərdə suyun qiyməti baha olmamalıdır. Dosentin sözlərinə görə, su mənbələrinə yaxın yerlərdə suyun qiyməti Bakı və Abşerondan ucuz olmalıdır.
"Suyun düzgün diferensiallaşdırılmasının arxasında duran məsələ ondan ibarətdir ki, əhali ölkənin müxtəlif yerlərində içməli su mənbələrinə yaxın və ya aralı yaşayır. Onlara suyun çatdırılmasının maya dəyəri də müxtəlifdir. Suyun maya dəyəri Bakı və Abşerona çatdırılana qədər kəskin artır. Abşeronda su mənbəyi yoxdur. Su Bakı və Abşerona bölgələrdən gətirilir. Ona görə də, suyun daşınma xərci hesablanmalıdır. Kürdən gətirilən su Bakı və Abşeronda əhaliyə verilməzdən öncə həm də təmizlənməlidir. Suyun süzgəcdən keçirilməsinə də xeyli vəsait xərclənir. Amma məsələn, Cəbrayılda, Füzulidə yerdən çıxan suyun, kəhrizlərdən gələn suyun təmizləməsinə ehtiyac yoxdur. Həmin suyu birbaşa əhaliyə vermək olar. Ona görə də su mənbələrinə yaxın yerlərlə müqayisədə uzaq yerlərdə su tarifləri fərqli olmalıdır. Bu Türkiyədə də belədir", deyə F. Həsənov bildirib.
Həmsöhbətimiz bildirib ki, su resurslarına yaxın olan yerlərdə yaşayanlar suya yüksək qiymət ödəməsi doğru deyil.
İqtisadçı Natiq Cəfərli isə bu qənaətdədir ki, ölkəmizdə tariflərlə bağlı istənilən dəyişikliklər mütləq şəkildə qiymətlərin artmasına gətirib çıxarır.
"Azərbaycanda onsuz da suyun qiyməti çox bahadır. Yeni yanaşma tətbiq olunacaqsa, sözsüz ki, bu qiymət artımına səbəb olacaq. Su tarifləri diferensiallaşdırılarkən qiymət bəzi yerlərdə bahalaşdırıla və ucuzlaşdıra bilər. Ancaq bu barədə hələ ki, məlumat yoxdur. Dünyada suyun qiymətinə fərqli tariflər tətbiq edilir. Amma bu zaman operatorlar fərqli olur. Dövlət topdansatışla məşğul olur. Suyun vətəndaşlara çatdırılması ilə isə özəl yerli şirkətlər məşğul olur. Müqavilələr də əhali ilə fərdi qaydada bağlanır. Buna görə də vətəndaşların suyun keyfiyyətli verilməsini həmin şirkətlərdən tələb etmək hüququ yaranır. Hazırda xüsusilə Bakı və paytaxt ətrafında suyun kəsilərək günlərlə verilməməsi hallarına tez-tez rast gəlinir. Vətəndaşlar dövlətdən suyu tələb etdikdə müxtəlif bəhanələr gətirilir. İnsanlar günlərlə hansısa borunun təmir olunmasını gözləyərək susuz qalır. Amma su özəl şirkətlər vasitəsilə əhaliyə satıldıqda, vətəndaş həmin operator şirkətdən müqaviləyə əsasən dayanıqlı və fasiləsiz su verilməsini tələb edə bilir. Supaylayıcı şirkətlərin üzərinə birbaşa məsuliyyət qoyulur", - deyə Natiq Cəfərli bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov isə bu qənaətdədir ki, su tarifinin regiona yox, vaxta bağlı olması daha məqsədəuyğundur.
"Suyun fərqli tarifi məhsulun maya dəyərinə təsir edəcək. Vaxta görə suyun fərqli tarifi daha məqsədəuyğundur. Suyun qiyməti qışda ucuz, yayda baha ola bilər. Su tariflərinin diferensiallaşdırılması suya qənaət imkanı yaradacaq. Fermerlər su itkilərini azaltmaq üçün daha müasir suvarma üsullarına keçə bilərlər", - Rövşən Abbasov söyləyib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Oskanyandan illər sonra gələn Qarabağ ETİRAFI - "Tam məsuliyyətimlə deyə bilərəm ki..."
Bu gün, 16:53
Ermənistanda Rusiya qazından başqa heç bir qaz olmayacaq - Overçuk
Bu gün, 16:50
Paşinyan qələbəyə inamla irəliləyir: Bakı ilə sülh sazişi... - GƏLİŞMƏ
Bu gün, 16:49
İran ilə ABŞ arasında sülh prosesinə nüvə ölkələri nəzarət edə bilər - İSNA
Bu gün, 16:46
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTOLENT
Bu gün, 16:44
Xameneinin dəfn mərasiminə hazırlıq başladı - KİV
Bu gün, 12:34
Putin ölümsüzlüyün sirrini tapdı? – 26 milyard dollarlıq gizli proqram
Bu gün, 12:29
Erməni müğənni Paşinyana qarşı çıxdı - "Qarabağ erməniləri ölkədə təqib olunurlar!"
Bu gün, 11:32
Tramp Omanı hədələyib, yeni bəyanat ölkələr arasında diplomatik gərginliyə səbəb olub - TƏFƏRRÜAT
Bu gün, 11:19
9 min manat maaş deputatları qane edirmi? - "Xoşbəxt o insandır ki..."
Bu gün, 11:12
"Şəkillərin silinməsi müəllim fəaliyyətinin məhdudlaşdırılmasıdır" - AÇIQLAMA
Bu gün, 10:55
Ermənistanda seçkilər ikinci tura qala bilər - ÇÜNKİ...
Bu gün, 10:52
"Ermənistan və Azərbaycanda getdikcə daha çox insan sülhün oyun deyil, gerçək olduğuna inanır..." - Paşinyan belə deyir...
Bu gün, 10:51
Əhaliyə bəd xəbər: Bu məhsullar BAHALAŞACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 10:48
Paşinyan iki stulda oturmaq siyasətinin qurbanına çevrilir - İNCƏLƏMƏ
Bu gün, 10:46
Naxçıvanın sertifikasiya sərgüzəştləri... - İLGİNC
Bu gün, 10:37
“Azərbaycanın yerində olsaydım...” – Rusiya təhlükəsi ilə bağlı diqqətçəkən açıqlama
Bu gün, 10:33
“Taleyim belə gətirdi, peşman deyiləm” - Talıb Tale
Bu gün, 10:25
“Turan Tovuz” Konfrans Liqasına buraxılmayacaq? – Klubdan açıqlama
Bu gün, 10:23
SEPAH ABŞ-ın daha bir PUA-sını vurdu
Bu gün, 10:21
"Sərhəd kəndini məhv etmək planınız varmı?" - İrəvanda GƏRGİNLİK
Bu gün, 09:18
Yaponiyada tayfun təhlükəsi səbəbindən təxminən 300 aviareys ləğv edilib
Bu gün, 09:15
Fitsodan çağırış: - Bu, dünya müharibəsinə səbəb ola bilər!
Bu gün, 09:14
Putin Paşinyana ermənilərlə bağlı nə deyib? – Kremli qarışdıracaq qərar
Bu gün, 09:11
Fars-molla rejimi artıq Tramp hakimiyyətinə inanmır... - KİV
Bu gün, 09:00
Putinin hədəsi işə yarayacaqmı? - GƏLİŞMƏ
Bu gün, 08:42
Səfər Mehdiyevin bacanağı yüksək vəzifəyə gətirilir... - İDDİA
Bu gün, 08:33
ADY sanki sərnişinləri aparmır... UÇURUR... - Di gəl, anla...
Bu gün, 08:25
Hippokrat andını SU KİMİ İÇƏNLƏR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:17
SOCAR rəhbərliyi bir izahat versin, görək... - MÜRACİƏT
Bu gün, 08:01
Paşinyan niyə bir addım öndə görünür... - AKTUAL
Bu gün, 07:48
Doğru-dürüst məlumat almaq da problemdir - NARAZILIQ VAR...
Bu gün, 07:42
Burda müştəri məmnuniyyəti bir xəyaldır... - GİLEY
Bu gün, 07:34
ACI REALLIQLAR... silsiləsindən...
Bu gün, 07:20
"Biz niyə fikirlərimizi nifrət və təhqir olmadan deyə və yaza bilmirik?" - ETİRAZ
Bu gün, 07:14
FAİZSİZ KREDİT FIRILDAĞI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:03
ADY-də pulu bax, belə qazanırlar... - AXI NİYƏ?..
Bu gün, 06:48
Yeni sorğu Paşinyanın partiyasının inamlı liderliyini göstərir - 65% səs...
Bu gün, 06:31
"Vaxtım gedir, mən bu yaxşılıqdan heç nə qazanmıram" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:19
Rusiya Ermənistana satdığı qazın qiymətini artırmaq istəyir - KİV
Dünən, 17:00
Türkiyə Hörmüz boğazının açılmasını əsas prioritet hesab edir
Dünən, 16:51
“Kəmaləddin Heydərovla bir-birimizi yarım sözdən anlayırıq” – Baba Vəziroğlu
Dünən, 16:44
"SF Azerbaijan" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb
Dünən, 16:41
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
Dünən, 15:34
Paşinyan sevərlərə... - Unutmayaq ki...
Dünən, 15:28
Uşaqpulu verilsə... ...sərhəd açılsa, nə olar?!!
Dünən, 15:24
Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı AÇIQLAMA
Dünən, 15:19
Ermənistan iqtisadiyyatı sanksiyalara tab gətirə biləcəkmi? - GƏLİŞMƏ
Dünən, 15:16
“Babək” yatağı niyə BP-yə verilir - Bakının strateji planı
Dünən, 15:13
ARVAD... - Dəyişək... amma nə ilə?
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru