Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                     Rektor özünə yeni müşavir təyin etdi .....                     "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim" .....                     İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" .....                     Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır .....                     Əjdər Ol azadlığa buraxılıb? .....                     Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb .....                     Xalq artisti Şuşaya gedə bilmədi: .....                     Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir .....                     Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar .....                     “Space FM”in rəhbəri işdən çıxarıldı .....                     Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi .....                     Tahir Kərimlidən Vüsal Aslanova cavab: .....                     “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... .....                     Dünyanın ən nüfuzsuz siyasətçisi .....                     Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər .....                     AZAL Dubay reyslərini bərpa edib .....                     74 milyonluq şirkətə qoşulma: .....                     Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub .....                     Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir .....                     Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti .....                     İcra bacılarına yeni tapşırıq verildi .....                     Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi .....                     Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR .....                     Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? .....                     Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi .....                     Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq .....                     Nazir onu rəis müavini təyin etdi .....                     Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı .....                     Qardaşı oğlunu öldürən müəllim: “Mismarçıxaranla onun baş nahiyəsindən zərbə vuraraq qətlə yetirdim” .....                     “Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” .....                     Gecə saatlarında sərxoş əri tərəfindən döyülən qadın: .....                     Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək .....                     Xəzərin coğrafi xəritəsi dəyişir? .....                     Çin ABŞ-yə üç sahədə qalib gəlib .....                     Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb .....                 

Şamaxı icra hakimiyyətində vəzifə qalmaqalı
Tarix: 18-03-2014, 15:34 | Çap et
Şamaxı icra hakimiyyətində vəzifə qalmaqalı
Son günlər Şamaxıdan tez-tez rayon rəhbərliyinin fəaliyyəti ilə bağlı şikayətlər alırıq. Elə bu şikayətləri araşdırmaq məqsədi ilə də Şamaxı şəhərinə yollanası olduq. Maraqlıdır ki, haqqının tapdalandığını deyən insanlar arasında elə icra hakimiyyətinin keçmiş işçilərinə də rast gəldik.


Şamaxı rayon sakini Elşən Cəfərovun dedikləri: “Mən 2008-ci ildə İqtisad Universitetini bitirmişəm. Alı məktəbi bitirdikdən sonra, Çarhan kənd bələdiyyəsində və Şamaxı rayon mənzil istismar idarəsində işləmişəm. Sonra isə Şamaxı rayon icra hakimiyyətində sosial iqtisadi inkişafın təhlili və proqramlaşdırılması şöbəsində aparıcı məsləhətçi vəzifəsinə təyin edildim. Hazırkı başçı Asif Ağayev rayona icra başçısı təyin olunduqdan sonra, məni özünə köməkçi götürdü. Bir ilə kimi başçının köməkçisi işlədim”.

ŞAMAXINI KİM İDARƏ EDİR?

Elşən Cəfərovun dediyinə görə, əslində Asif Ağayev rayona real olaraq rəhbərlik etmir. Rayonu Tağı və Barat Həsənov qardaşları idarə edir: “Həsənov qardaşları əslən Şamaxıdandır. Barat Həsənov hazırda dövlət neft şirkətində təmir tikinti idarəsində işləyir. Hazırkı icra başçısı Asif Ağayev də vaxtı ilə həmin idarədə Barat Həsənovla bir yerdə işləyib. Məni icra başçısı sifariş əsasında vəzifəmdən uzaqlaşdırdı. Dəqiqləşdirmişəm sifarişi Həsənov qardaşları verib. Başçı məni çağırıb dedi ki, səninlə daha işləmək istəmirəm. Təbii ki, mən çıxıb getdim. Bir aydan sonra başçı yenidən məni çağırıb bildirdi ki, səni başqa işlə təmin edəcəm. Ancaq elə fakt var idi ki, səni işdə saxlaya bilməzdim. Hansı faktın olduğunu o mənə demədi, mənim üçün də qaranlıq qaldı”.

Elşən Cəfərov deyir ki, icra başçısı onu təhqir edib. 15 gün yaxınlarına təhdidlər olub:

“BAŞÇI MƏNİ HƏR GÜN ÇAĞIRIB TƏHQİR EDİRDİ”

“Mən işdən çıxmaqla bağlı ərizə yazmamışdım. Buna görə də, başçı məni hər gün çağırıb təhqir edirdi. Məni məcbur edirdi ki, ərizə yazım. Həmin dönəmdə atam ürəyindən yenicə əməliyyat olunmuşdu. Başçı xəstə atamı da çağırıb təhdidlərə başladı. Mən gördüm ki, atama nə isə bir şey ola bilər, çarəsiz qalıb işdən azad olunmağımla bağlı ərizəmi yazdım. İcra hakimiyyətində işləyənlərin qulağı eşidə-eşidə başçı Asif Ağayev dəfələrlə ən ağır ifadələrlə məni təhqir edib. Sonradan öyrəndim ki, Tağı Həsənov neft şirkətində işləyən qardaşı Barat Həsənova deyib ki, Elşən Cəfərov işdən uzaqlaşdırılmalıdır. Başçı da bayaq dediyim kimi onların sözü ilə oturub durur. Ancaq belə götürəndə mənim Həsənov qardaşları ilə hər hansı problemim olmayıb. Bilmirəm bunu niyə etdilər?”

Elşən Cəfərov deyir ki, onun yerinə dayısını təyin ediblər:

“MƏNİM YERİMƏ DAYIMI TƏYİN ETDİLƏR”

“Məni işdən çıxartdıqdan sonra, icra hakimiyyətində sektor müdiri işləyən dayımı yerimə təyin etdilər. Onu başçı çağırıb deyib ki, sən sektor müdiri işini icra edə bilmirsən, ona görə də iqtisadiyyat şöbəsində vakant olan yerə ərizə yaz. Dayım mənə müraciət elədi ki, razılıq verirsənmi o işə getməyimə? Təbii ki, mən ona dedim ki, bu dövlətin işidir, mənim şəxsi işim deyil ki, icazəni mən verim. Sonradan dayım ərizə yazıb bu işə keçdi. Mənim dayımla da heç bir problemim olmayıb. Sadəcə incidim, gərək o, bu işə prinsipə görə getməyəydi. Axı o görürdü ki, mənə qarşı haqsızlıq olub”.

“BUNUN MƏNƏ HEÇ BİR DƏXLİ YOXDUR”

Şikayətçi Elşən Cəfərovun dayısı Elçin Cəfərovun dedikləri: “Birincisi mən öz ərizəmlə sektor müdirliyi vəzifəsindən azad olunmuşam. Sonra baxıb gördüm ki, iqtisadiyyat şöbəsində vakant yer var, ora təyin olunmaq üçün icra başçısına ərizə yazdım. Başçı ərizəmi nəzərə alıb məni o vəzifəyə təyin etdi. Bu prosedur təxminən iki ay çəkib. Yəni öz ərizəmə əsasən, daxili əmrlə yerimi dəyişiblər. Mənim rayonda hamı ilə münasibətim normaldır. Tağı, Barat Həsənovlarla açıq deyim ki, çox yaxınıq, yoldaşlıq edirik. Bilirsiniz, bunun məsələyə heç bir dəxli yoxdur. Nə problem olubsa, bunun mənə heç bir dəxli yoxdur. Konfilikt olub- olmayıb mənə dəxli yoxdur. Bacım oğluna qarşı fikrim lap müsbətdir, ali təhsilli kadrdır. Deyə bilmərəm, rəhbərliklə onun arasında nələr baş verib, özləri bilərlər. Mən o işlərə qarışa bilmərəm”.

“RAYONU İCRA BAŞÇISI İDARƏ EDİR”

Şamaxı rayon icra hakimiyyətində ictimai siyasi şöbənin baş məsləhətçisi Elnur Süleymanovun dedikləri: “Cənab başçı nə isə problem olmasa, kimisə vəzifəsindən kənarlaşdırmaz. Hazırda gəzib baxa, maraqlana bilərsiniz, rayonda abadlıq, quruculuq işləri aparılır. Problemi, digər zəruri ehtiyacı olan vətəndaşlara hər cür köməklik göstərilir. Sahibkarlara fəaliyyət üçün münbit şərait yaradılıb. Yaxınlarda rayonda sahibkarlığın daha da inkişaf etdirilməsi üçün davamlı investisiyaların axını başlayacaq. Rayonda bütün sahələrdə gənclərə üstünlük verilir, kimlərsə razı deyilsə,bu o demək deyil ki, bu belə deyil. Cənab prezident rayona hörmətli Asif Ağayevi icra başçısı məsləhət bilib. Deməli dövlət başçısı ona inanır və güvənir. Rayonun icra başçısı yerindədir, rayon layiqincə idarə olunur. Hesab edirəm ki, artıq fikirlərə ehtiyac yoxdur. Vəssəlam”.

“MƏN KƏRBƏLANI ZİYARƏT ETMİŞ ADAMAM...”

Bu məsələdə sifarişçi kimi adı hallanan, Şamaxı rayon Poçt İdarəsinin müdri Tağı Həsənovun dedikləri: “Qardaşım Barat Həsənov dövlət neft şirkətində işləyir, bunun məsələyə nə dəxli var. İcra başçısı kiminsə tapşırığı ilə adam işdən çıxarıb, işə qoymur. Mən Elşən Cəfərovu tanımıram, ancaq atasını tanıyıram. Sizi tam əmin edirəm ki, Elşənin işdən çıxarılmasının nə mənə, nə də ki, qardaşıma aidiyyatı var. Mən kadrlar şöbəsinin müdiri deyiləm, axı mənim icra hakimiyyətinə nə aidiyyatım var? Kiməsə niyə mərdiməzarlıq etməliyəm? Axı belə cəfəngiyat şeylər nəyə lazımdır? Müsəlmançılıqdır, kim kimi işdən çıxardır, işə qoyur o, səlahiyyət sahiblərinin işidir. İcra hakimiyyəti kiminsə xahişi ilə oturub durmur ki, icra hakimiyyəti cənab prezidentin səlahiyyətli nümayəndəsidir. Siz də müsəlmansınız, mən də. Kərbəlanı ziyarət etmişəm, belə böhtan atmaq ayıbdır. Onu kim işdən çıxarıbsa, getsin ona qarşı iddia qaldırsın. Haqqımızda deyilənlər Allah haqqı əsassızdır”.

Azadlıq Radiosu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07
“Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44
Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? - ETİRAZ VAR!
Bu gün, 10:37
Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 10:21
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq
Bu gün, 10:18
Nazir onu rəis müavini təyin etdi - ƏMR
Bu gün, 10:13
Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə
Bu gün, 10:10
Qardaşı oğlunu öldürən müəllim: “Mismarçıxaranla onun baş nahiyəsindən zərbə vuraraq qətlə yetirdim” - TƏFƏRRÜAT
Bu gün, 10:07
“Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” - Məlahət Abbasovadan şok ETİRAF
Bu gün, 10:03
Gecə saatlarında sərxoş əri tərəfindən döyülən qadın: - “O, məni vurandan sonra gedib yatdı”
Bu gün, 10:00
Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 09:52
Xəzərin coğrafi xəritəsi dəyişir? - AÇIQLAMA
Bu gün, 09:49
Çin ABŞ-yə üç sahədə qalib gəlib - Çzin Çanjun
Bu gün, 09:47
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Bu gün, 09:45
Burda vətəndaşı rəsmən BOĞAZA YIĞIRLAR... - GİLEY
Bu gün, 09:43
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın Direktorlar şurasın tərkibi yenidən seçiləcək - GÖZLƏNTİ
Bu gün, 09:35
Vasif Talıbovun TƏBLİĞATI GEDİR: Prezidentə ÇAĞIRIŞ... - "...Naxçıvanı ona tapşırın!"
Bu gün, 09:23
Konstantin Zatulin: Soçinin erməni kütləsi üçün "faydalı axmaq" - FAKT BUDUR!
Bu gün, 09:14
Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... - CNN
Bu gün, 07:27
Azərbaycanda bu karqo şirkətləri ilə bağlı pis xəbər - SİYAHI
Bu gün, 07:25
ABŞ və İsrail diplomatiyaya xəyanət edib - İran
Bu gün, 07:22
Varlı balasına "hə", kasıba "yox" deyən müşavirin sonu - Nəcibə Nəsibova niyə qovuldu?
Bu gün, 07:20
Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır - ERR nəşri
Bu gün, 06:59
"İçində “şor kərə, Göyərti” olduğu bilinən bir bağlama niyə 60 saata çatdırılsın ki?" - NARAZILIQ VAR...
Bu gün, 06:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru