
DİA.AZ: - Az əvvəl Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun durumunun olduqca gərgin olması və bu səbəbdən də özünütəsdiqə ehtiyacının olması barədə informasiya vermişdik. Xatırladaq ki, neçə müddətdir ki, bu istiqamətdə böhran yaşayan PA rəsmisi hətta bu günlərdə “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda bir tədbir də düzənləyərək həm hakimiyyətdə oturanlara В«mən də varamВ» ismarıcını yolladı, həm də rəqiblərinə varlığını hiss etdirmiş oldu.
Bu da son olmadı. Müşahidə olunanı odur ki, Əli Həsənov davamlı şəkildə kampaniya həyata keçirir. Özü də dini mövzuda. Bu barədə DİA.AZ-a da maraqlı bir informasiya daxil olub. Bilgili qaynaqlardan verilən xəbərə görə, birbaşa olaraq Əli Həsənovun təlimatı ilə hazırda özünü müxalifət kimi hiss edən iki partiya liderinə İranla, nurçularla və vəhabilərlə bağlı mövcularda fəal olma tapşırığı verilib.
Təbii ki, burada Əli Həsənovun hansı səbəbdən maraqlı olduğu məlumdur. Qeyd etmişdik ki, məhz bu В«dini mövzularlaВ» rəqiblərini küncə sıxışdırmağı məqsəd edən PA rəsmisi eyni zamanda varlığını da bu üsulla sübut etməyə çalışır. Yəni düşünülsün ki, ona ehtiyac var.
Mənbə iddia edir ki, dini mövzuların unudulması, dini müstəvidəki problemlərin aktuallığını itirməsi hazırda Əli Həsənova sərf etmir: В«Ona görə də nəzarət etdiyi, məhz В«yuxarılarınВ» sifarişi ilə nəzarətində saxladığı müxalif partiyaların sədrlərinə belə bir tapşırıq verib. Problem bacarılan qədər şişirdilməli və cəmiyyətə həddindən də artıq şəkildə təqdim olunmalıdırВ».
Bildirək ki, Əli Həsənov birbaşa nəzarəti altında olan mediada da paralel təbliğat aparır və məlum tədbirdəki mbövzuya qatılanları elə eyni qaydada öz qəzetində danışdırtdırır. Təsəvvür edin, qosqoca Əli Həsənov hazırda ciddi şəkildə ekspert böhranı da keçirməkdədir. Yəni bu gün PA rəsmisinin qəzetlərinə dini mövzuda gözünü yumub, ağzını açası kimsə qalmayıb. Hər kəs mövqeləri zəifləyən Əli Həsənovdan məsafə qorumaqda maraqlı kimi görünür.
Elə buna görə də, Əli Həsənov elə “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusundakı tədbirinə qatılanların eyni uğurla ekspert kimi də ifadələrini alaraq onların mövqelərini işıqlandırmaqdadır. Bu arada hətta sözün gözünə söz qatıb, rəqib cinahı vurmağından da qalmır. Məsələn, Əli Həsənovun sonuncu müsahiblərindən biri В«Məmurun siyasətə, yaxud hansısa dini cərəyana qoşulmasına münasibətiniz necədirВ» sualına aşağıdakı cavabı verib: В«Hər hansı bir məmurun siyasətlə məşğul olması qətiyyən yolverilməzdir. Ölkənin milli siyasi iradəsi seçkilər yolu ilə müəyyənləşir. Azərbaycanda dövlətin siyasətini də məhz seçkilər vasitəsilə seçilmiş legitim şəxs, ölkə prezidenti müəyyənləşdirir. Bu siyasətin həyata keçirilməsi üçün xüsusi dövlət aparatı qurulub. Dövlət aparatında çalışanlar isə siyasətçi deyil, məmurlardır. Milli siyasi iradəyə söykənərək hazırlanmış siyasət məmurlar tərəfindən sözsüz yerinə yetirilməlidir. Məmurlar siyasəti müəyyənləşdirənlər deyil, onu yerinə yetirənlər, icra edicidirlər. Bu səbəbdən hesab edirəm ki, heç bir halda hər hansı istənilən ranqda olan məmur, hakimiyyət iyerarxiyasının istənilən pilləsində təmsil olunan məmur siyasətlə məşğul olmamalıdır. O, məmur kimi öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Məmur öz siyasi və dini dünya görüşünü qətiyyən icra müstəvisinə daşımamalıdır. Bayaq qeyd etdiyim kimi, hər bir fərd vicdan azadlığına sahibdir. Ruhi mənəvi ehtiyaclarını qarşılamaq, tələbatını ödəmək üçün hər kəsin müəyyən azadlıqları vardır. Lakin öz inancından bir vasitə kimi yararlanmaq, dövlətin resurslarını istismar etmək qətiyyən yolverilməzdir. Bir anlıq düşünün ki, hər hansı bir ölkədə dövlət aparatında çalışan məmurların hərəsi dövlətə və onun idarə olunmasına öz dini inancı nöqteyi-nəzərindən yanaşır. Belə halda həmin dövlət nə günə düşər? Təbii ki, xaos yaranar, dövlət aparatı dağılmağa məhkum olar. Mən hesab edirəm ki, heç bir halda belə hallara yol vermək olmaz. Məmur dini inancını dövlət idarəetməsinə daşıya bilməz. Əgər belə hallar varsa, dövlət bununla bağlı müvafiq qaydada təcili tədbirlər görməlidirВ».
Təbii ki, bu boğazdanyuxarı sözlərin kim üçün və nə üçün deyildiyi aydındır. Bizim bununla işimiz yoxdur. Amma bir məqamı qeyd etməyə gərək var. Əli Həsənov və onun mediası bir məmurun həm də siyasətlə məşğul olması ifadəsinin ucundan tutub, çox ucuzluğa getdiyi halda, bir az düşünsələr yaxşı olar. Hər halda, həm Əli Həsənovun və həm də onun tərzində olan bütün məmurların vəzifələri həm də eyni dərəcədə siyasi əhəmiyyət daşıyır. Və bir məmurun siyasi fəaliyyət göstərməsi də normaldır. Heç qanunlarımız da bunu qadağan etmir.
Yəqin ki, Əli Həsənov bu məqamı unudub. Və elə təqdim etməyə çalışır ki, В«siyasi fəaliyyətlə məşğulamВ» dedikdə В«siyasət işlədirəmВ» ifadəsi anlaşılsın. Amma Əli müəllim barəsində onun çox hörmətli həyat yoldaşı, tanınmış jurnalist Sona xanım Vəliyeva da danışarkən mətbuatda qeyd etmişdi ki, həyat yoldaşı siyasətlə məşğuldur. Bizcə burada qüsurlu nəsə yoxdur…








