Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb .....                     Azərbaycana qarşı “üçlü hücum”: .....                     Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır .....                     "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb .....                     "Özümü 50 yaşında kişi kimi hiss edirəm" .....                     “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır .....                     Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü .....                     “Atam məzar daşlarına şeir yazırdı, .....                     BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi .....                     Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü .....                     Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... .....                     Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? .....                     Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir .....                     Pezeşkianın müavini: .....                     “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi .....                     Aktrisaya HAQSIZLIQ: .....                     “AccessBank”da şirkət əmanətləri .....                     "Qarabağ" Dani Boltla yolları ayırıb .....                     Kremldə böyük təşviş: .....                     “Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” .....                     Ermənistan susuz qala bilər: .....                     Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: .....                     “Leobank” GİLEY... .....                     Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... .....                     “Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! .....                     Vətəndaş “Expargo”dan şikayət etdi: .....                     Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi .....                     Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik .....                     Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... .....                     Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil .....                     Azərbaycanda 5 şirkət ləğv olunur .....                     Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb .....                     Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb .....                     Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı .....                     ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə .....                     Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. .....                     Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib .....                     Naxçıvanda SU KORRUPSİYASI .....                     Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi .....                 

"Qaçqınkom"dakı Səbuhi Əhmədovdan kim hesab soruşacaq? - İLGİNC FAKTLAR
Tarix: 5-04-2024, 12:22 | Çap et
"Qaçqınkom"dakı Səbuhi Əhmədovdan kim hesab soruşacaq?
Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən 14 martda yayılmış məlumatda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanıldığı göstərilirdi.

Məlumatda həmçinin qeyd edilir ki, əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əməkhaqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. Valeh Abdullayev tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb.Sadalanan qanunsuz əməllər əməliyyat-axtarış tədbirləri zamanı qeydə alınan videogörüntülər, Valeh Abdullayevin xidməti otağına keçirilmiş baxış nəticəsində götürülmüş sənədlər və digər sübutlarla təsdiqini tapıb. Hazırda qeyd edilən qanunsuz əməllərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Maraqlıdır görəsən bu cinayət işində Valeh Abdullayevin qanunsuz əməlləri törətməsinə hər hansı formada iştirak etmiş rəhbəri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin rəisi Səbuhi Əhmədovun da adı keçirmi? Təbii ki, rüşvət verməkdə yox, mənzillərin başqa şəxslərin istifadəsinə verilməsinə şərait yaratdığına görə, rüşvət almağa təhrik etməyə görə.

Qeyd edək ki, Valeh Abdullayevin məhkəmənin qərarı ilə vəzifəsindən azad edilərək ev dustaqlığına buraxılması xəbərindən sonra bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovun özü də gündəmə gəldi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Səbuhi Əhmədova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb. Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. Buna görə də vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi təzad təşkil edir. Kim daha çox rüşvət ala bilər, bir İstismar Sahəsinin rəisi, yoxsa sərəncamında onlarla istismar sahəsi olan Departament direktoru?

Qeyd edək ki, Səbuhi Əhmədov 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışıb. Millət vəkili olmuş Rövşən Rzayevin 2018-ci ilin aprel ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməsindən az sonra vəzifə başına gətirdiyi şəxslərdən biri də məhz Səbuhi Əhmədov olub.

Məlum olduğu kimi qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli daim dövlətimizin başçısı İlham Əliyev cənablarının diqqət mərkəzində olub. Ötən illər ərzində bu sahəyə ayrılan vəsaitləri və görülən işləri burada bir daha sadalamağa zənnimizcə ehtiyac yoxdur. Dövlətimiz artıq torpaqları geri alınmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə də kifayət qədər vəsait ayırır. Lakin bu işə birbaşa cavabdeh olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Səbuhi Əhmədovun rəhbərliyi ilə sözügedən işləri həyata keçirmək adı altında dövlətin və qaçqınların malını talan etməklə məşğuldurlar.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlayaraq vətəndaşların pulunu ələ keçirməklə məşğuldur. Bununla bağlı elektron mediada kifayət qədər geniş məlumatlar var. Şikayətçilərdən biri yazır: “Guya Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində 13 nömrəli evdə 51 saylı mənzil mənə ayrıldı. Müqavilə tam rəsmi qaydada, dövlətin rəsmi qurumunun möhürü ilə təsdiqləndiyi üçün heç bir şübhəmiz olmadı. Sonradan belə bir hiylə ilə insanları aldatdıqlarına dair söz-söhbət dolaşdığı üçün sənədlərin kötüyünü yoxlamaq qərarına gəldik. Məlum oldu ki, bu şəxslər əvvəllər də bir neçə belə əməl törədib və barələrində tədbir görülür”. Səbuhi Əhmədov məcburi köçkünlər üçün tikilən binalardakı JEK rəisləri ilə birgə mənzilləri satmaqla, pul alıb kiməsə bağışlamaqla məşğul olur. Mənzillərin bölgüsündə baş verən qanunsuzluqların memarı da Səbuhi müəllimdir.

Bütün bunlar azmış kimi, Səbuhi Əhmədov qaçqınların hesabına daha çox qazanmaq üçün yollar arayıb. Və tapıb.
Belə ki, məcburi köçkünlər üçün tikilən binaların, şəhərciklərin ətrafını kənardan gələn, məcburi köçkün olmayan şəxslərə satıb. Yəni ticarət obyekti kimi işlətmək üçün kənar şəxslərə verib. Və həmin şəhərciklərdə ayaq basmağa yer qoymayıb. Şuşa şəhərciyində vətəndaşdan 40 kv metr bir yerdə iaşə obyektinin tikintisinə rəsmi qurumun möhürü ilə təsdiqlənmiş, Səbuhi Əhmədovun imzası ilə saxta sənəd verən vətəndaş ödədiyi 13 min manatı hələ ala bilmir. Səbuhi Əhmədov qaçqınlara yaşadıqları mənzillərin guya mülkiyyət kağızını düzəltmək adı ilə dövlət rüsumu kimi 5-10 min manat pul alıb. Yəni qaçqınları aldadıblar ki, mənzillər sizə qalacaq. Ancaq indi məlum olur ki, həmin mənzillər dövlət fonduna aiddir.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinində büdcə pulları da direktor Səbuhi Əhmədovun ixtiyarındadır. Satınalmalar yolu ilə istədiyi istiqamə yönəldir, istədiyi şirkətlərə formal müqavilələr bağlayıb büdcə pullarını təyinatından kənarlaşdırır.

Dövlət Komitəsinin Mənzil İstismar Departamenti 2023-cü ildə 33 açıq tender daxil edib. Onlardan 31 açıq tenderin nəticələri barədə dövlət satınalmalarının vahid internet portalında məlumat yerləşdirilib. Bu tenderlərin böyük əksəriyyəti Sumqayıt şəhəri, Qaradağ, Abşeron, Ağdam, Füzuli, Bərdə, Goranboy, Şabran, Qaradağ, Qəbələ, Zaqatala, Balakən və Qazax rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri, binaların fasad üzlük daşları və dam örtüklərinin təmiri, fərdi yaşayış evlərinin, mənzillərin, blokların və dam örtüklərinin təmiri işləri, qəsəbədaxili küçələrin,həyətyani sahələrin,park ərazisinin və ətraf yaşıllıq sahələrinin işıqlandırılmasının təmiri işlərini görmək üçün keçirilib.Nədənsə bu sifarişləri də bir neçə ildir eyni şirkətlər, “Qarabağ Təmir-Tikinti”, “Tunel-Metro İnşaat”, “Turan.İ.O”, “Simmetriya”, “Baku Building” kimi MMC -lər görür.

Keçirilmiş tenderlərdən də göründüyü kimi dövlətimiz artıq torpaqları geri alınmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə kifayət qədər vəsait ayırır. Lakin bu işə birbaşa cavabdeh olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti sözügedən işləri həyata keçirmək adı altında dövlətin və qaçqınların malını talan etməklə məşğuldurlar. Ötən yazılarımızın birində bu movzuya toxunmuşduq. Keçirilən tenderlərdə təmir olunacaq fərdi yaşayış evlərinin hansı qəsəbələrdə aparılması, evlərdə nə kimi təmir işlərinin görülməsi ictimaiyyətə nə üçün açıqlanmayıb,tenderlərin əsas şərtlər toplusunda qanunda göstərildiyi kimi niyə hər şey açıq göstərilməyib. Qanun isə görülən işlərin ünvanının və həcminin açıq şəkildə göstərilməsini tələb edir. Bunlardan əlavə, təmirin kimin evində aparıldığı, konkret ünvanı nə üçün ictimaiyyətə açıqlanmayıb? Kim zəmanət verə bilər ki, ayrılan bu vəsaitlər təmirli evlərin yenidən təmir olunmasına yönəldilərək silinməyib?

Göründüyü kimi Ağdamda kiçik bir İstismar Sahəsinin rəisi məbləği bəlli olmayan rüşvət üstündə həbs edilir, amma Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinində hər cür qanun pozuntularına yol verən Səbuhi Əhmədov isə cərimələnir. Nəyə görə? İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin hesablanmasında və ödənilməsində yol verdiyi qanun pozuntularına görə. Səbuhi Əhmədovdan bəs talanan milyonların hesabı nə vaxt sorulacaq?
Aktualinfo.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Bu gün, 15:33
Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Bu gün, 14:35
Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Bu gün, 14:31
"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Bu gün, 14:29
"Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Bu gün, 13:17
“Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Bu gün, 13:15
Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Bu gün, 13:11
“Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Bu gün, 12:59
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Bu gün, 12:54
Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 12:50
Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Bu gün, 12:42
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Bu gün, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Bu gün, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Bu gün, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Bu gün, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Bu gün, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Bu gün, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Bu gün, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:57
Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Bu gün, 11:51
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Bu gün, 11:48
“Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Bu gün, 11:45
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... - Dövlətin milyonları necə yoxa çıxır?
Bu gün, 11:33
“Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! - ETİRAZ VAR!
Bu gün, 11:31
Vətəndaş “Expargo”dan şikayət etdi: - 190 manatlıq məhsul geri qaytarılmayıb
Bu gün, 11:28
Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 11:25
Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik - ÇƏRƏNÇİLİK DAVAM EDİR...
Bu gün, 11:24
Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... - "Mən nə edim? Çox pisəm..."
Bu gün, 11:19
Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Azərbaycanda 5 şirkət ləğv olunur
Bu gün, 11:06
Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb
Bu gün, 11:04
Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb - SİYAHI
Bu gün, 11:03
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
Bu gün, 11:02
ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə 130 milyon xərc planlaşdırıb
Bu gün, 11:00
Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57
Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib - DETALLAR
Bu gün, 10:53
Naxçıvanda SU KORRUPSİYASI - NARAZILIQ VAR...
Bu gün, 10:47
Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 10:41
Bakıda yayın son konserti keçirilib - FOTO
Bu gün, 10:37
Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür - GƏLİŞMƏ
Bu gün, 10:29
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
Bu gün, 10:13
Kreml Qafqaz uğrunda savaşı uduzdu? – Bu kəşfiyyat Rusiyanın Ermənistandakı təsirinin sıfıra endiyini açıqladı...
Bu gün, 08:20
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 08:18
Rusiya onların "ovuna" çıxa bilər - Xəbərdarlıq
Bu gün, 08:14
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
Bu gün, 08:13
Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... - AKTUAL
Bu gün, 08:04
"Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:58
Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru