Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... .....                     Azərbaycanda bu karqo şirkətləri ilə bağlı pis xəbər .....                     ABŞ və İsrail diplomatiyaya xəyanət edib .....                     Varlı balasına "hə", kasıba "yox" deyən müşavirin sonu .....                     Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır .....                     "İçində “şor kərə, Göyərti” olduğu bilinən bir bağlama niyə 60 saata çatdırılsın ki?" .....                     SOCAR-ın İtaliyada aldığı şirkətə korrupsioner gürcü təyin edilib .....                     "Ən maraqlısı o 25 faizlik qaranlıq hissədir" .....                     Pentaqon rəhbərinin qərarı müttəfiqləri şoka salıb .....                     750 ailənin yaşadığı kənddə tibb məntəqəsi yoxdur .....                     Azərbaycanda turizm sektoru RƏSMƏN ÇÖKÜR .....                     Aytən Səfərova “Caspian İnternational Hospital” ilə DAVADA .....                     QHT sisteminə DÖVLƏT NƏZARƏT ETMİR? .....                     Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib? .....                     Kubada enerji sistemi çökdü, etirazlar başlayıb .....                     Deputat və rektor Eldar Quliyevin “Para”sı hesabatları niyə gizlədir? .....                     Hətta Adil Vəliyev də ona söz keçirə bilmir .....                     Mirsaleh Seyidovun BAZARI BAĞLANDI .....                     "Necə ola bilər ki, müəllim cəzalandırılsın, dərsi pozan şagird isə toxunulmaz qalsın?” .....                     "İsrailin qarşısında Türkiyədən başqa dura bilən ikinci müsəlman dövləti yoxdur" .....                     Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçib .....                     Naxçıvanda bu nazirlikdə mebel satınalması baş tutmadı .....                     Rəsmi İrəvan rus hərbi bazası ilə bağlı mövqeyini açıqladı .....                     "Biletləri də ucuz qoymuşam ki, hamı konsertimə gələ bilsin" .....                     ABŞ erməni hərbçiləri öyrədir .....                     ABŞ kəşfiyyatının direktoru Kubaya səfər edərək Trampın şərtini açıqlayıb .....                     Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı .....                     Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı .....                     Şagirdlər üçün yeni vəziyyət .....                     Rayonlarda kredit və əmanət faizləri arasında dəfələrlə fərq var .....                     Rusiyadan Ermənistan 5 milyardlıq .....                     DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi .....                     Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? .....                     Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun .....                     "E-Kredit" BOKT-un lisenziyası ləğv edilib .....                     30 illik diplomatik riyakarlıq iflas etdi: .....                     Burda sıravi işçinin aqibəti... KİMSƏNİN UMRUNDA BELƏ DEYİL... .....                     AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib .....                     AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” .....                     Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? .....                 

“Sfinks” firmasının direktorunu necə müflis etdilər - prezidentdən kömək istədi
Tarix: 11-03-2014, 12:12 | Çap et
“Sfinks” firmasının direktorunu necə müflis etdilər
Bakı sakini, “Sfinks” firmasının direktoru Sarıyev Bəhruz Bəhram oğlu “Media forum” saytına şikayət məktubu göndərib. O yazır:


- Bakı şəhəri, Tbilisi prospekti, 30 (hazırkı adı H.Əliyev kücəsi, 1) ünvanda Bakı Baş Tikinti İstehsalat Birliyinin 1 saylı avtobazasına məxsus inzibati binanın birinci mərtəbəsindəki 104.8 kv.m. sahə və 184,7 kv.m. zirzəmi olan qeyri-yaşayış sahəsi 1994-cü ildən rəhbərlik etdiyim və təsisçisi olduğum “Sfinks” firmasına icarəyə verilib. 1997-ci ildə isə Dövlət Əmlak Komitəsinə nağd pul ödəməklə oranı özəlləşdirmişəm.

2006-cı ildə “İLİN DÖRD FƏSLİ” MMC başda sahibi Elnur Fəxrəddin oğlu Hüseynov olmaqla “Sfinks” firmasının mülkiyyətində olan ərazidə çoxmərtəbəli ev tikmək məqsədilə razılığımız olmadan, qanunsuz olaraq “Sfinks” firmasının mülkiyyətini dağıdaraq yararsız hala salıb.

Müvafiq hüquqi addımlar atılmasına baxmayaraq MMC-nin sahibi Elnur Hüseynov etdiyi qanunsuz hərəkətləri dayandırmayıb. O, qanunsuz hərəkətlərini ölkə rəhbərliyinin yaxın qohumu, hörmətli akademik Arif Paşayevin adını verməklə sığortalayır və sonralar məhkəməyə təqdim etdiyi nizamnamədə təsisçi kimi hörmətli akademikimizin adı olduğunu göstərib deyirdi: “Sizin mənə gücünüz catmaz”.

E.Hüseynovun söylədiklərinə baxmayaraq biz inanırdıq ki, hörmətli akademikimiz Arif Paşayevin bu məsələlərə heç bir aidiyyəti yoxdur. Elə bu inamla da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məktubla müraciət etdim. Müraciətim hörmətli xanım M.Əliyavaya yetişən günün sabahı Elnur Hüseynov təcili yanıma gəldi, etdiyi bütün qanunsuzluqlara görə məndən dönə-dönə üzr istədi və “Sfinks” firması ilə barışıq sazişi imzaladı. Tikintini “İLİN DÖRD FƏSLİ” şirkətinin tabeliyində olan “Bakı Tikinti Nəqliyyat” ASC apardığına görə barışıq sazişi məhz həmin səhmdar cəmiyyətlə bağlandı. Yeni tikiləcək çoxmərtəbəli yaşayış binası hazır olan kimi barışıq sazişinə əlavə olunmuş layihəyə uyğun olaraq 104,8 kv.m. sahəni birinci mərtəbədə, 184,7 kv.m. sahəni isə binanın zirzəmi hissəsində “Sfinks” firmasının mülkiyyətinə verəcəyinə razı olduğunu təsdiqlədi. Barışıq sazişi 1 saylı Yerli İqtisad Məhkəməsinin 9 oktyabr 2006-cı il tarixli, 2708/1-198 saylı qərardadı ilə təsdiq olunub.

2010-cu ildə çoxmərtəbəli binanın tikintisi tamamilə başa çatıb, fasad işləri tamamlanıb, hətta binaya sakinlər köçüb. Bütün bunlara baxmayaraq barışıq sazişində nəzərdə tutulmuş və “Bakı Tikinti Nəqliyyat” ASC və “Sfinks” firması tərəfindən təsdiq edilmiş layihəyə əsasən, binanın birinci mərtəbəsindəki 104.8 kv.m., 184.7 kv.m. zirzəmi qeyri-yaşayış sahəsi “Sfinks” firmasına təhvil verilmir. Məhkəmənin qərarı bu günədək yerinə yetirilmir.

“Bakı Tikinti Nəqliyyat” ASC-nin rəhbəri Elnur Hüseynov tələbimizə saymazyana bildirir ki, həmin sahəni (bizim yerimizi) başqasına satıb.

Yenidən məhkəməyə müraciət etdik, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 aprel 2011-ci il qərarı ilə 1 saylı Yerli İqtisad Məhkəməsinin 09.10.2006-cı il tarixli 2708/1-198 saylı qərardadına dair icra vərəqi verildi və icra olunması üçün Nəsimi Rayon İcra Şöbəsinə göndərildi. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunması ilə bağlı icra şöbəsinin məmurları tərəfindən dəfələrlə “Bakı Tikinti Nəqliyyat” ASC-nin sahibi Elnur Hüseynova xəbərdarlıq edilsə də, heç bir nəticə əldə edilməyib. Nəsimi Rayon İcra Şöbəsinin məmurları yeni tikilmiş binanın “Sfinks” firmasına məxsus ərazisində “Bakı Tikinti Nəqliyyat” ASC-nin gördüyü təmir-tamamlama işlərinin qanunsuz olması barədə aktlar tərtib edib və hər hansı bir təmir-tamamlama işlərinin aparılmasını qadağan edən qərar çıxarıblar.

Nəsimi Rayon Məhkəməsi məsələyə baxmaq üçün təyin etdiyi günlərdə “Bakı Tikinti Nəqliyyat” ASC-nin direktoru Elşən Musayev məhkəməyə gəlməyib. 05.10.2012-ci il tarixində Nəsimi Rayon Məhkəməsinin hakimi Səyyad Qafari Elşən Musayevin məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar çıxarıb. 25.01.2013-cü il tarixində hakim Səyyad Qafari sonuncu tədbir olmaqla Bakı İqtisad Məhkəməsinin qərarını yerinə yetirmədiyi üçün Elşən Musayevə axırıncı xəbərdarlıq edib və 3000 manat cərimələnməsi barədə qərar verib. Görülən qanuni tədbirlər nəticə vermədiyi üçün Nəsimi Rayon Məhkəməsinin icra şöbəsi materialları hazırlayıb tədbir görülməsi üçün Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, Ədliyyə Nazirliyi İcra Baş İdarəsi isə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərib. 2013-cü ilin iyul ayında İstintaq İdarəsinin müstəntiqi Elman Yahya heç bir səbəb göstərmədən materialları yenidən Nəsimi Rayon Məhkəməsinin icra şöbəsinə qaytaracağını bildirdi. İcraatdan imtina səbəbini əsaslandıra bilmədiyindən 07.10.2013-cü il tarixində materiallar yenidən müstəntiq Elman Yahyanın icraatına verildi və şikayətimizin əsasında “Baki Tikinti Nəqliyyat”ASC-nin direktoru Elşən Musayevə qarşı cinayət işi açılsa da, müstəntiq Elman Yahya tərəfindən bu günədək heç bir istintaq hərəkəti görülməyib. Müstəntiq Elman Yahya işi qanuni sonluğa çatdırmaq əvəzinə dəfələrlə mənimlə görüş təyin edib, müəmmalı eyhamlar vuraraq, bu məsələni müəyyən şərtlər əsasında həll edəcəyini bildirib.

Yuxarıda qeyd olunan problemlə bağlı “Sfinks” firması dövlət başçısı İlham Əliyev cənablarına, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, ədliyyə naziri Fikrət Məmmədova, baş prokuror Zakir Qaralova müraciət edib, təəssüf ki, heç bir nəticə əldə olunmayıb. Sanki bir sehrli əl “Bakı Tikinti Nəqliyyat” ASC-ni müdafiə edir və nəticədə Azərbaycan dövləti adından verilmiş məhkəmə qərarlarını icra etməli olan məmurlar vəzifələrini yerinə yetirə bilmirlər.

Bütün bunlar azmış kimi “Bakı Tikinti Nəqliyyat” ASC 17.01.2013-cü il tarixində 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Sfinks” firmasından şikayətlənib. Guya 2006-cı ildə qəbul olunmuş barışıq sazişindən bir müddət sonra “Sfinks” firması şifahi razılaşma əsasında həmin ərazini 150 000 ABŞ dolları dəyərində onlara satıb. Bu cəfəng iddia ərizəsində pulun verilməsinin tarixi, pulun kimə verildiyi, şahidlər, hansı şəraitdə və harada verilməsi barədə heç bir dəlil göstərilmir. Mövcud qanunların tələbinə görə, istənilən mülkiyyətin alğı-satqısı notarial qaydada həyata keçirilir. İddia ərizəsində bu barədə də heç bir sənəd yoxdur, çünki belə bir sövdələşmə olmayıb. 10.05.2013-cü il tarixində 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışova bu iddianı gülünc adlandırıb, ərizəni rədd edib. Bir müddətdən sonra yenə də hansısa sehrli əlin köməyi ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Hüseyn Aida Əli qızı tərəfindən iddia ərizəsi qəbul edilib və 25.02.2014-cü il tarixində “Bakı Tikinti Nəqliyyat” ASC-nin xeyrinə qərar çıxarılıb. Bütün mövcud qanunların nümayişkaranə şəkildə hakim Hüseyn Aida tərəfindən pozularaq, dövlətin adından qərar verməsi o dövlətə başucalığı gətirmir. Qanunların, ədalətin, haqqın bizim tərəfimizdə olduğunu bilirik və sonadək mübarizə aparacağımıza qərarlıyıq.

Yuxarıda göstərilən qanunsuz hərəkətlər adi bir Azərbaycan vətəndaşında aşağıdakı sualları doğurur:

1) Elnur Hüseynov kimi iş adamı dövlətimizin qanunlarına hörmətsizlik edərək məhkəmənin qərarlarına meydan oxuyursa, o qərarlar kimə lazımdır və ümumiyyətlə o məhkəmə nəyə lazımdır?

2) Hüseyn Aida Əli qızı kimi qanunazidd, əsassız qərarlar çıxaran hakimlərə, Elman Yahya kimi işə qərəzli münasibət göstərən müstəntiqlərə qarşı Ədliyyə Nazirliyi nə tədbir görür və ümumiyyətlə görürmü?

3) Dövlət başçısına, Heydər Əliyev Fondunun prezidentinə, ədliyyə nazirinə, baş prokurora müraciət edərək bu özbaşınalığa qarşı tədbir görülməsini xahiş edən vətəndaş daha kimə müraciət etməlidir və kimə güvənməlidir?

Bütün bunlara baxmayaraq, öz dövlətini sevən Azərbaycan vətəndaşı olaraq, Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyevin daxili və xarici siyasətini bəyənir və ədliyyə sistemində, inzibati orqanlarda rastlaşdığım bu məmur özbaşınalığını aparılan siyasətə qarşı təxribat kimi dəyərləndirirəm.

Dövlət başçımızın bu özbaşınalığı aradan qaldırmaq üçün müvafiq göstərişlər verəcəyinə ümid edir və inanıram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... - CNN
Bu gün, 07:27
Azərbaycanda bu karqo şirkətləri ilə bağlı pis xəbər - SİYAHI
Bu gün, 07:25
ABŞ və İsrail diplomatiyaya xəyanət edib - İran
Bu gün, 07:22
Varlı balasına "hə", kasıba "yox" deyən müşavirin sonu - Nəcibə Nəsibova niyə qovuldu?
Bu gün, 07:20
Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır - ERR nəşri
Bu gün, 06:59
"İçində “şor kərə, Göyərti” olduğu bilinən bir bağlama niyə 60 saata çatdırılsın ki?" - NARAZILIQ VAR...
Bu gün, 06:57
SOCAR-ın İtaliyada aldığı şirkətə korrupsioner gürcü təyin edilib - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
"Ən maraqlısı o 25 faizlik qaranlıq hissədir" - ŞƏRH
Bu gün, 06:32
Pentaqon rəhbərinin qərarı müttəfiqləri şoka salıb - “Politico”
Bu gün, 06:20
750 ailənin yaşadığı kənddə tibb məntəqəsi yoxdur - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:17
Azərbaycanda turizm sektoru RƏSMƏN ÇÖKÜR - AXI NİYƏ?..
Bu gün, 06:05
Aytən Səfərova “Caspian İnternational Hospital” ilə DAVADA - TƏFƏRRÜAT
Bu gün, 06:03
QHT sisteminə DÖVLƏT NƏZARƏT ETMİR? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 05:59
Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib? - BU NƏDİ BELƏ?
Bu gün, 05:47
Kubada enerji sistemi çökdü, etirazlar başlayıb - KİV
Bu gün, 05:43
Deputat və rektor Eldar Quliyevin “Para”sı hesabatları niyə gizlədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:41
Hətta Adil Vəliyev də ona söz keçirə bilmir - BELƏSİ VARMI?
Bu gün, 05:36
Mirsaleh Seyidovun BAZARI BAĞLANDI - NƏ BAŞ VERİR?
Bu gün, 05:22
"Necə ola bilər ki, müəllim cəzalandırılsın, dərsi pozan şagird isə toxunulmaz qalsın?” - İlqar Orucovdan sərt REAKSİYA
Bu gün, 05:10
"İsrailin qarşısında Türkiyədən başqa dura bilən ikinci müsəlman dövləti yoxdur" - Etibar Məmmədov
Bu gün, 05:07
Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçib - GƏLİŞMƏ
Bu gün, 05:02
Naxçıvanda bu nazirlikdə mebel satınalması baş tutmadı - SƏBƏB
Bu gün, 04:49
Rəsmi İrəvan rus hərbi bazası ilə bağlı mövqeyini açıqladı - Bağlanır, ya yox?
Bu gün, 04:42
"Biletləri də ucuz qoymuşam ki, hamı konsertimə gələ bilsin" - Əməkdar artist
Bu gün, 04:38
ABŞ erməni hərbçiləri öyrədir - FOTO
Bu gün, 04:36
ABŞ kəşfiyyatının direktoru Kubaya səfər edərək Trampın şərtini açıqlayıb - KİV
Bu gün, 04:32
Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı - KİV
Dünən, 17:47
Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı - TƏFƏRRÜAT
Dünən, 17:45
Şagirdlər üçün yeni vəziyyət – 315 manat cərimə gələcək?
Dünən, 17:43
Rayonlarda kredit və əmanət faizləri arasında dəfələrlə fərq var – Tam siyahı
Dünən, 17:32
Rusiyadan Ermənistan 5 milyardlıq ŞANTAJ
Dünən, 17:29
DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 17:20
Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? - İLGİNC
Dünən, 17:14
Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun - ÇAĞIRIŞ
Dünən, 17:06
"E-Kredit" BOKT-un lisenziyası ləğv edilib
Dünən, 17:04
30 illik diplomatik riyakarlıq iflas etdi: - İlham Əliyev Minsk Qrupunun "ölüm hökmü"nü necə imzaladı?
Dünən, 17:00
Burda sıravi işçinin aqibəti... KİMSƏNİN UMRUNDA BELƏ DEYİL... - GİLEY...
Dünən, 16:57
AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib - FOTO
Dünən, 16:47
AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” - TƏFƏRRÜAT
Dünən, 16:40
Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? - DOSYE
Dünən, 16:39
Polkovnikdən ŞOK SÖZLƏR - "Bizim o bəzi DEPUTATLARA demək lazımdır ki..."
Dünən, 16:37
Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb - DETALLAR
Dünən, 16:34
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb - FƏRMAN
Dünən, 16:32
“Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi – ARDNF-yə də təsir edəcək
Dünən, 15:12
Azərbaycanda iki yeni institut yaradılıb
Dünən, 15:10
Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq - Bu aydan etibarən
Dünən, 15:04
Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
Dünən, 14:59
BRİKS sammitində gərgin anlar - İran və BƏƏ nümayəndələri üz-üzə gəldi
Dünən, 14:57
Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
Dünən, 14:55
Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA - Polis hərəkətə keçdi
Dünən, 14:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru