Heydər Əsədova qarşı inhisarçıların qiymət tələsi
Tarix: 8-03-2014, 15:54 | Çap et
 Avtomobillə respublikanın qərb istiqamətinə yol alsanız, Şəmkir rayonu ərazisindən başlayaraq lap Tovuzun mərkəzinədək, magistralın kənarlarında kartofla dolu yüzlərlə torba və yeşiklər diqqətinizi cəlb edəcək.
Bəli, bu yol boyu satılan kənd təsərrüfatı məhsullarının böyük hissəsi kartofun payına düşür. Bu da təsadüfi deyil. Axı, “ikinci çörəyimiz”in 70 faizi qərb bölgəsində istehsal olunur. Elə həmin Şəmkir -Tovuz avtomagistralı boyunca tez-tez gedib-gələn və müşahidə qabiliyyəti yüksək olanlar hiss edərlər ki, bu cür “kartof bolluğu”, nədənsə, bu tərəvəzin yetişdiyi və torpaqdan çıxarıldığı yay aylarından daha çox payızın sonunda və qışda olur. Gəncə şəhərindən başlayaraq, kartofun əsas istehsalçı rayonlarından olan Şəmkir, Tovuz, Gədəbəy və Qazaxda da bu qida bitkisinin ən azı ötən illə müqayisədə qiymətinin xeyli yüksəldiyi müşahidə olunur. Doğrudur, paytaxta baxanda buralarda onu bir qədər ucuz almaq mümkündür, amma kartofun 1 kilosu üçün Şəmkir və Gəncədə 1 - 1,2 manat, Tovuzda və Qazaxda 80 - 90 qəpik bu tərəflər üçün son illərin rekord qiyməti sayıla bilər. Bəs bu bahalanmanın səbəbləri nədir? Şübhəsiz, istehsal, daşınma və yanacaq məsrəflərinin yüksəlməsi də burada rol oynayır. Amma necə deyərlər, bir o qədər də yox... Əsas səbəbi elə kartofu əkib-becərənlərlə söhbətdən asanca anlamaq olar. Onlardan birinin sözlərinə görə, özü də kartof istehsalçısıdır. Amma əkib-becərdiyi kartof məhsulunu elə yetişən vaxt, iyul ayında satıb-qurtarıb. Özü də kiloqramı 20 qəpiyə. Qarşısındakı malı isə... təəccüblənməyin, topdansatanlardan alıb. Əlbəttə ki, artıq xeyli baha qiymətlərlə. ”Mən 3-4 hektar sahədə kartof əkib, yayda “bir yerdən” satmışam. Bilirsiniz, adamın min cür dərdi-problemi olur. Ona görə də məhsulu torpaqdan çıxarandan sonra mənə “götürücülər” tərəfindən təklif olunan qiymətlə razılaşmalı oldum. Halbuki, indi qiymət ən azı 3 - 4 dəfə bahadır. Məni kimi, tanıdığım bütün kartofəkənlər də bu cür hərəkət etməli olurlar. Axı bizim məhsulu saxlamaq imkanımız yoxdur. Məhsul özümüzdə qalsaydı, qiymətlər bu qədər yüksək olmazdı. Bax, indi də dolanışıq üçün yenidən kartof alıb, qabağımıza qoymuşuq ki, satıb, qəpik-quruş sahibi olaq. Bəlkə də elə bu, mənim yayda verdiyim öz kartofumdu. Beləcə, şərait biz kartof istehsalçısılarını “kartof alverçisi”nə çevrirdi” - o deyib. Beləliklə, aydın olur ki, kartofun qiymətinin yüksəlməsi istehsalçıların istəyi ilə baş verməyib. Həmçinin regionda kartof istehsalı da azalmayıb. Üstəlik, regionda kartofçuluğun inkişafı üçün fermerlərin istər yerli, istər də gətirilmə sortlarla təmin edilməsi üçün toxumçuluq təcrübə stansiyası da var. Bu faktorlar, eləcə də dövlətin fermerlərə digər yardım proqramları onu deməyə əsas verir ki, onlar kartof istehsalını azaltmaq fikrində də deyillər. Sadəcə, onların məhsulu satış üçün əlverişli mövsümlərədək saxlamaq imkanları məhdud olduğundan, belə çıxır ki, dövlətin fermerlərə qayğısından istehsalçıdan çox, arada cəld tərpənərək məhsulu onlardan alan işbazlar fayda görürlər.Beləliklə, qida rasionumuzun əsas hissəsini təşkil edən kartofun başına gələn əhvalatlar bir qədər aydınlaşır: Məhsulu uçuz vaxtı fermerin əlindən çıxararaq, qışda yüksək qiymətə təklif etmək. Bu isə açıq desək və iqtisadi terminlə ifadə etsək, inhisarçılıq təzahürləridir. İşbaz və pullu dairələrin maliyyə və texniki imkanları geniş olduğundan onlar hətta kommersiya riskinə belə baxmadan artıq kartof bazarında da öz izlərini qoymağa başlayıblar.Kartofun qiymətindəki artıma gətirib çıxaran səbəblər digər kənd təsərrüfatı məhsullarının da bahalaşmasını şərtləndirən əsas məqamlardır. İndi əksəriyyəti düşündürən yeni kənd təsərrüfatı naziri Heydər Əsədovun bu cür anormal situasiyanı aradan qaldırmaq istiqamətində hansısa addımlar atıb-atmayacağıdır. Belə addımlarla nazir, heç şübhəsiz monopolistlərə savaş açmış olacaq; həmin monopolistlərin isə əksərən müxtəlif məmurların himayəsi altında olduğunu nəzərə alsaq, kənd təsərrüfatı nazirinin bu cür yol seçməsi bir o qədər real görünmür.Amma Heydər Əsədov onu da unutmamalıdır ki, məhz özündən əvvəlki nazirin bu istiqamətdə nümayiş etdirdiyi zəiflik, dişsizlik ucbatından ölkədə aqrar sektorun real və davamlı inkişafını təmin etmək nəinki mümkün olmadı, hətta çoxluq Azərbaycanda kənd təsərrüfatının faktiki olaraq məhv edildiyindən danışmağa başladılar.Eyni qınaqlarla yeni nazir üzləşmək istəmirsə, kənd təsərrüfatındakı inhisarçı çevrələrlə mübarizəyə start verməlidir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... - CNN
Bu gün, 07:27 |
|
|
|
| • Azərbaycanda bu karqo şirkətləri ilə bağlı pis xəbər - SİYAHI
Bu gün, 07:25 |
|
|
|
| • ABŞ və İsrail diplomatiyaya xəyanət edib - İran
Bu gün, 07:22 |
|
|
|
| • Varlı balasına "hə", kasıba "yox" deyən müşavirin sonu - Nəcibə Nəsibova niyə qovuldu?
Bu gün, 07:20 |
|
|
|
| • Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır - ERR nəşri
Bu gün, 06:59 |
|
|
|
| • "İçində “şor kərə, Göyərti” olduğu bilinən bir bağlama niyə 60 saata çatdırılsın ki?" - NARAZILIQ VAR...
Bu gün, 06:57 |
|
|
|
| • SOCAR-ın İtaliyada aldığı şirkətə korrupsioner gürcü təyin edilib - BU NƏDİ BELƏ?
Bu gün, 06:39 |
|
|
|
| • "Ən maraqlısı o 25 faizlik qaranlıq hissədir" - ŞƏRH
Bu gün, 06:32 |
|
|
|
| • Pentaqon rəhbərinin qərarı müttəfiqləri şoka salıb - “Politico”
Bu gün, 06:20 |
|
|
|
| • 750 ailənin yaşadığı kənddə tibb məntəqəsi yoxdur - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:17 |
|
|
|
| • Azərbaycanda turizm sektoru RƏSMƏN ÇÖKÜR - AXI NİYƏ?..
Bu gün, 06:05 |
|
|
|
| • Aytən Səfərova “Caspian İnternational Hospital” ilə DAVADA - TƏFƏRRÜAT
Bu gün, 06:03 |
|
|
|
| • QHT sisteminə DÖVLƏT NƏZARƏT ETMİR? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 05:59 |
|
|
|
| • Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib? - BU NƏDİ BELƏ?
Bu gün, 05:47 |
|
|
|
| • Kubada enerji sistemi çökdü, etirazlar başlayıb - KİV
Bu gün, 05:43 |
|
|
|
| • Deputat və rektor Eldar Quliyevin “Para”sı hesabatları niyə gizlədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:41 |
|
|
|
| • Hətta Adil Vəliyev də ona söz keçirə bilmir - BELƏSİ VARMI?
Bu gün, 05:36 |
|
|
|
| • Mirsaleh Seyidovun BAZARI BAĞLANDI - NƏ BAŞ VERİR?
Bu gün, 05:22 |
|
|
|
| • "Necə ola bilər ki, müəllim cəzalandırılsın, dərsi pozan şagird isə toxunulmaz qalsın?” - İlqar Orucovdan sərt REAKSİYA
Bu gün, 05:10 |
|
|
|
| • "İsrailin qarşısında Türkiyədən başqa dura bilən ikinci müsəlman dövləti yoxdur" - Etibar Məmmədov
Bu gün, 05:07 |
|
|
|
| • Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçib - GƏLİŞMƏ
Bu gün, 05:02 |
|
|
|
| • Naxçıvanda bu nazirlikdə mebel satınalması baş tutmadı - SƏBƏB
Bu gün, 04:49 |
|
|
|
| • Rəsmi İrəvan rus hərbi bazası ilə bağlı mövqeyini açıqladı - Bağlanır, ya yox?
Bu gün, 04:42 |
|
|
|
| • "Biletləri də ucuz qoymuşam ki, hamı konsertimə gələ bilsin" - Əməkdar artist
Bu gün, 04:38 |
|
|
|
| • ABŞ erməni hərbçiləri öyrədir - FOTO
Bu gün, 04:36 |
|
|
|
| • ABŞ kəşfiyyatının direktoru Kubaya səfər edərək Trampın şərtini açıqlayıb - KİV
Bu gün, 04:32 |
|
|
|
| • Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı - KİV
Dünən, 17:47 |
|
|
|
| • Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı - TƏFƏRRÜAT
Dünən, 17:45 |
|
|
|
| • Şagirdlər üçün yeni vəziyyət – 315 manat cərimə gələcək?
Dünən, 17:43 |
|
|
|
| • Rayonlarda kredit və əmanət faizləri arasında dəfələrlə fərq var – Tam siyahı
Dünən, 17:32 |
|
|
|
| • Rusiyadan Ermənistan 5 milyardlıq ŞANTAJ
Dünən, 17:29 |
|
|
|
| • DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 17:20 |
|
|
|
| • Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? - İLGİNC
Dünən, 17:14 |
|
|
|
| • Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun - ÇAĞIRIŞ
Dünən, 17:06 |
|
|
|
| • "E-Kredit" BOKT-un lisenziyası ləğv edilib
Dünən, 17:04 |
|
|
|
| • 30 illik diplomatik riyakarlıq iflas etdi: - İlham Əliyev Minsk Qrupunun "ölüm hökmü"nü necə imzaladı?
Dünən, 17:00 |
|
|
|
| • Burda sıravi işçinin aqibəti... KİMSƏNİN UMRUNDA BELƏ DEYİL... - GİLEY...
Dünən, 16:57 |
|
|
|
| • AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib - FOTO
Dünən, 16:47 |
|
|
|
| • AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” - TƏFƏRRÜAT
Dünən, 16:40 |
|
|
|
| • Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? - DOSYE
Dünən, 16:39 |
|
|
|
| • Polkovnikdən ŞOK SÖZLƏR - "Bizim o bəzi DEPUTATLARA demək lazımdır ki..."
Dünən, 16:37 |
|
|
|
| • Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb - DETALLAR
Dünən, 16:34 |
|
|
|
| • Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb - FƏRMAN
Dünən, 16:32 |
|
|
|
| • “Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi – ARDNF-yə də təsir edəcək
Dünən, 15:12 |
|
|
|
| • Azərbaycanda iki yeni institut yaradılıb
Dünən, 15:10 |
|
|
|
| • Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq - Bu aydan etibarən
Dünən, 15:04 |
|
|
|
| • Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
Dünən, 14:59 |
|
|
|
| • BRİKS sammitində gərgin anlar - İran və BƏƏ nümayəndələri üz-üzə gəldi
Dünən, 14:57 |
|
|
|
| • Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
Dünən, 14:55 |
|
|
|
| • Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA - Polis hərəkətə keçdi
Dünən, 14:49 |
|
|
|
|