Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     Köhnə başçının NƏSİMİ MACƏRALARI... .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                 

Göyçayda HƏYATIN DİBİNDƏ yaşayan ailə... - məktəbə getməyə imkanı olmayan 3 uşaq…
Tarix: 9-12-2022, 09:05 | Çap et
Göyçayda HƏYATIN DİBİNDƏ yaşayan ailə...
“Bu evə “ev”, yaşayışımıza “yaşayış” demək olmaz, çox acınacaqlıdır vəziyyətimiz”.
Göyçayın Şəkər kənd sakini Alidə Nəsrəddin qızı Hacıyeva belə deyir.

Alidə Hacıyevanın üç övladı var. 2015-ci ildə həyat yoldaşından ayrılıb və anasının evinə köçüb. Bu evdə də çox yaşaya bilməyib. Ev qəzalı olduğundan uçub. Bundan sonra o, qohumlarının köməkliyi ilə hazırlanan ikiotaqlı yarımçıq tikiliyə sığınıb. Elə o vaxtdan da döşəməsi köhnə, çürümüş taxta, divarı suvaqsız, pəncərəsi şüşəsiz olan bu iki otaq onların evi olub.

Evdə istifadəyə nə məişət avadanlığı, nə də stol-stul var. Bir çarpayı var, onda da xəstəlikdən əziyyət çəkən qızı yatır.

Göyçayda HƏYATIN DİBİNDƏ yaşayan ailə...

“Divara suvaq vurmağa imkanım yoxdur. Taxtalar köhnə evdən sökülüb gətirilib. Necə gəldi yamamışıq. Otağın biri tam yararsızdır, digərindən həm mətbəx, həm də yatmaq üçün istifadə edirəm. Əslində o da yararsızdır, amma digərinə baxanda babatdır. Şəraitimiz yoxdur”, – Alidə Hacıyeva deyir.

İstifadə olunan otaq yamaqlı paltara bənzəyir. Ayaqları torpağa dəyməsin deyə taxta düzülüb, pəncərələr parça, sellofan ilə tutulub. Qadın deyir ki, yayda tavanda qara həşəratlar əmələ gəlir, vəziyyət daha da pisləşir:

“Çarpayını da qonşumuz verib. Qızım xəstədir deyə orada yatızdırıram. İki uşaqla özüm isə yerdə yatırıq. Stol-stulum yoxdur. Qonaq qəbul etməyə bir stulum belə yoxdur. Həm mətbəx, həm yataq olan bu otaqda üç uşaqla zülm çəkirik”.

“Uşaqlarımın üçü də çəlimsiz, güzəransız, məktəbsiz qalıb”

Uşaqların heç biri məktəbə getmir. Ana deyir ki, illərdir onlara nə məktəbli geyimi, nə də dərs ləvazimatı ala bilir. Qohum, qonşuların övladlarının geyimi, ərzaq payı ilə dolanan ailənin hər ötən gün güzaranı daha da ağırlaşır. Bu səbəbdən ailənin böyük qızı 9-cu sinif şagirdi olsa da, məktəbdən çıxarılmaq üzrədir. 7-ci və 5-ci sinif şagirdləri olan digər uşaqlar isə Şəkər kənd tam orta məktəbində qeydiyyatda olsalar da, nadir halda məktəb üzü görürlər. Çünki nə geyimləri, nə də məktəb çantaları var.

Ailəni dolandıracaq yeganə şəxs Alidə Hacıyevadır. O da mövsümdən – mövsümə gunəmuzd işlərə çıxdığını deyir.

Ana deyir ki, 11 yaşlı oğlu qonşu kəndə maşın təmiri ustasının yanına gedərək, günə 2-3 manat çörək pulu qazanmaqla dəstək olmağa çalışır. Halbuki, o yaşda uşaq dərslərini, məktəbini düşünməlidir.

“Ailəni təkbaşına dolandırıram. Mövsümdə gedib onun-bunun həyətində pomidor yığıram. Səhər 9-da gedib günorta 3-4 ə qədər çalışıram, on manat pul alıram. Onunla dolandırıram uşaqlarımı. Oktyabrdan isə xurma, nar yığımına gedirəm”, – Alidə Hacıyeva sözünə davam edir:

“Böyük oğlum da məktəbə gedə bilmir, rahatlığımız yoxdur. Qonşu kənddə maşın ustasının yanına gedir ki, pul qazansın. Səhər 9-da çıxır, axşam 5-də gəlir. 2-3 manat günlük fəhlə pulu alır. Usta qənd, çay al deyə verir. Uşaqlarımın üçü də çəlimsiz, güzəransız, məktəbsizdir. Qızımın müəllimi deyir ki, şəklini göndər, uşağı məktəbdən çıxarırıq, dərsə gəlmir. Geyimi, çantası yoxdur. Üçü də onun – bunun geyimi ilə böyüyür. Olanda gedir, olmayanda yox. Ana kimi bilmirəm neyləyim?”.

Evə çəkilən qaz xəttində texniki nasazlıq var, amma bunu da düzəldən yoxdur. Ona görə də otaqlar 3 ildir odun sobası ilə isinir.

Şikayətçi deyir ki, bu ilin qışı üçün odunu xeyirxah insanlar təşkil edib. Rayon Qaz İdarəsindən gəlib evin qaz xəttinə baxış keçirsələr də, düzəltmədən gediblər. İsti su üzünə həsrət ailə soyuq suyu belə qonşudan gətirir.

“Qonşular, qohumlar toplaşıb 250 manat yığdılar, mənə odun alıb verdilər ki, bu qışı soyuqdan donmayaq, ölməyək. Suyu belə qonşunun həyətindən götürürəm. Bunun üçün hər ilin martında bərənin qazılmasına 30-40 manat pul ödəyirəm. O pulu belə onun – bunun həyətində işləyib düzəldib gətirirəm”, – Alidə Hacıyeva danışır.

“Nə icra, nə Məşğulluq, nə bələdiyyə iş, evə yardım məsələsində kömək eləmədi”

Alidə Hacıyeva deyir ki, yaşadığı Şəkər kəndində ondan kasıb ailə yoxdur. İndiyə qədər onları atıb gedən həyat yoldaşından nə aliment ala bilib, nə də aidiyyəti qurumlara etdiyi müraciətlərə müsbət cavab verilib. Neçə müddətdən sonra ala bildiyi ünvanlı sosial yardımın məbləği isə azdır. O da aylıq ərzağa güclə çatır. O vaxta qədər isə ailəyə ərzaq təminatında bəzi qohum və qonşular köməklik göstərib. Nə Şəkər Kənd Bələdiyyəsi, nə Rayon Məşğulluq İdarəsi, nə də Göyçay Rayon İcra Hakimiyyəti tənha ananın problemlərinə əlac tapıb.

“Alimentə görə iki dəfə məhkəmə də keçirildi. Keçmiş həyat yoldaşım aliment verməkdən imtina etdi. Üç dəfə Rayon Məşğulluq İdarəsinə, icra hakimiyyətinə getdim. Mənə minimumdan da aşağı ödənişə ağacları rənglə, asfaltı süpür dedilər. Ödəniş az, yol xərci çox. Heç yol pulunu ödəmirdi o maaş. Nə icra, nə məşğulluq, nə də bələdiyyə normal maaşlı iş tapmağa, evə yardım məsələsində kömək etdi”.

“Şəkər bələdiyyəsinə hər dəfə problemimi deyirəm. Bir dəfə “kömək elə, səsimi çatdır” deyəndə beş manat verdi əlimə ki, imkanımız budur. Get, nə bilirsən elə. Mənim uşaqlarım ac, susuz qaldı, bu, heç kimi maraqlanmır. Bələdiyyə sədri bilir ki, kəndin ən kasıb, ən çarəsiz durumda olan sakiniyəm. Uşaqlarım burda kimsəsizdir, köməksizdir. Bilir vəziyyətimi ki, qapılarda çalışıram. Nə bələdiyyə, nə icra müraciətlərimə baxmır, dəfələrlə qəbullarında olmuşam, kömək görməmişəm”, – şikayətçi deyir.

“Mən bu üç uşağın anası kimi kömək, diqqət, dəstək istəyirəm”

Tənha ananın tək istəyi özünün işlə təminatı və evinin təmir olunmasıdır. Dövlətdən, aidiyyəti qurumlardan, xeyirxah insanlardan bu köməkliyi istəyir:

“Bir ana kimi istəyirəm ki, balalarım normal şəraitdə, normal evdə böyüsün. Hər üçü bu ölkənin vətəndaşıdır, sabahın gənci, gələcəyin əsgəri, anası, atasıdır. Normal təhsil almaq, məktəbli həyatı yaşamaq onların da haqqıdır. Təhsilsiz, evsiz qalmaq neft ölkəsinə yaraşmaz. Sabah hərbi xidmət vaxtı çatanda iki oğulumu gəlib aparacaq, heç düşünməyəcək ki, onlar nə əzab, nə əziyyətlə, hansı şəraitsiz evdə, bir qarnı ac, bir qarnı tox böyüyüb. Qonşunun kasıb uşağı şəhid oldu, onda ailə düşdü yada. Mənim övladlarım da gərək eyni aqibəti yaşasın? Mən bu üç uşağın anası kimi kömək, diqqət, dəstək istəyirəm”.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev Meydan TV-yə deyib ki, ailənin müraciəti ilə bağlı məlumatsızdır. O, Alidə Hacıyeva ilə əlaqə saxlayacaqlarını, məsələni araşdıracaqlarını söyləyib:

“Mən o qadını dəvət edəcəm icra hakimiyyətinə. Burda 8 nəfərlik komissiya yaradılıb. Biz dəvət edək, sonra evinə baxış keçirib yoxlayaq və sonra nə kömək lazımdırsa edərik. İş məsələsinə gəlincə, tutalım iş verdik, üç uşaqla necə işləyəcək? Kim baxacaq onlara?”.

İkram Vəliyev onu da deyib ki, icra hakimiyyətində evlərin tikintisi, bərpası üçün fond yoxdur.

Göyçay Rayon Qaz İstismarı Sahəsinin rəisi Pərviz Ədilov isə bu vəzifəyə üç ay əvvəl təyin olunduğunu, qadının müraciəti ilə rastlaşmadığını bildirib:

“Əməkdaş göndərərəm ora, yerində baxarıq. Problem bizlikdirsə, həll edərik”.

Şəkər Kənd Bələdiyyəsinin sədri Qurban Məmmədov ailənin ehtiyac içində yaşadığını təsdiqləyib. O, evin təmirinə yardım edəcəklərinə söz verməsə də, ailənin digər problemləri ilə maraqlanacağını bildirib:

“Ev tikmək çətin idir. Bələdiyyənin belə bir fondu yoxdur. İki nəfər işçi var, sədr və mühasib. Pulumuz, gəlirimiz yoxdur. Kənd camaatı ilə söhbət edərəm, kim kömək edərsə, birləşib görək nə edə bilərik. Bir də Məşğulluq İdarəsinə yönləndirə bilərəm. Qaz xəttini də təmizlətdirəcəm, buna söz verirəm. Ehtiyaclı qadındır, əlimizdən nə gəlirsə, edərik. Ailə ilə, problemlərlə maraqlanaram”.

Uşaqların imkansızlıqdan təhsildən yayınması və ailənin özünüməşğulluq proqramı ilə bağlı müraciətinə baxılmaması məsələsinə gəlincə, Təhsil Nazirliyininin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarat Valehov və Dövlət Məşğulluq Agentliyinin sözçüsü Əsmər Nəcməddin qızı problemləri araşdıracaqlarını bildirdilər.
//Meydan TV//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
Köhnə başçının NƏSİMİ MACƏRALARI... - Bunu bir araşdıran olsa...
Bu gün, 15:16
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru