Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                 

“Azəristiliktəchizat” ASC-də milyonluq tenderlər və 41 milyon borc… - İstilik abonentlərə niyə məhz 15 noyabrda verilməlidir..?
Tarix: 9-11-2022, 08:49 | Çap et
“Azəristiliktəchizat” ASC-də milyonluq tenderlər və 41 milyon borc…
15 noyabr məsələsi Milli Məclisdə müzakirə edilməldir… Havalar soyuyan kimi Bakının “istilik dərdi” başlayır. Yaşlı Bakı sakinləri deyir ki, ehh sovetin qədrini bilmədik, nəinki mənzillər, az qala binaların “podyezdləri” də qışın soyuğunda istidən buğlanırdı. Amma 30 ildir ki, Bakının istilik dərdinə əncam çəkən yoxdur.
Məlumat üçün qeyd edək ki, təkcə Bakının deyil, bütün Azərbaycanın istilik məsələsini həll etmək üçün Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamı ilə “Azəristiliktəchizat” ASC yaradıldı. Bu qurumun 100 faizlik səhm paketi dövlətə məxsusdur, yəni özəl-filan qurum deyil. Bu qurumun sədrini Prezident təyin edir. ASC təkcə yaşayış binalarını deyil, təhsil müəssisələrini, uşaq bağçalarını, xəstəxanaları istiliklə təmin edir.
Daha doğrusu etmir, ETMƏLİDİR. ASC-nin təkcə Bakıda 20 İstilik Sistemləri İstismar Sahələri, 52 rayonda İstismar şöbələri, 11 istismar təsərrüfatı, sədri, müavinləri, idarə rəisləri...hamısının da Allah qoymasa bahalı xidməti avtomobillərə və daha nələr. Dövlət ASC-yə 100 milyonlarla pul ayırır. Amma...
Əmması odur ki, ötən il ASC-nin 41 milyon borcu ortaya çıxdı və bunun 25 milyonu Azəriqaza olan borcudur. Bunlardan soruşan yoxdur ki, əhaliyə 1 kvm-i qızdırmaq üçün istiliyi 15 qəpiyə, qeyri-əhaliyə 25 qəpiyə satırsınız, bəs bu yığılan pullar hara gedib..?
Əlbəttə, ASC-yə 17 il rəhbərlik etmiş Yaşar Həsənov özünə Troya şadlıq evi, Atilla restoranı tikəndə ASC-nin borcu 41 milyon deyil, 100 milyon da olacaq. Yaşar Həsənovun əmlakının, mülklərinin, oğlunun bahalı avtomobuillərinin siyahısını uzun-uzadı yazmağa həvəsimiz yoxdur. Təkcə onu qeyd edək ki, Yaşar Həsənov ASC-nin 1 MİLYONLUQ tenderini, müxalifətçi yerlisinə, əslən Ordubaddan olan partiya sədrinə verib. Qazanların, qurğuların alınması üçün keçirilən tenderlərin hamısını Yaşar Həsənovun qohumları udub. Qısa məlumat üçün qeyd edək ki, bu adam sabiq mer Hacıbala Abutalıbovun ailəvi yaxını olan şəxsdir. Ən dəhşətlisi odur ki, bu adam tabeçiliyində olan şəxslərə əə, xiyar, əə danabaş deyə müraciət edir, çox vaxt iclaslara telefonla qatılır, deyir noolsun, Rəsul ( Quliyev ) müəllim də partiyasını telefonla idarə edir.
Sözün qısası, bu anormal tip 17 il Azərbaycanda istilik sistemlərinin başına oyunlar açıb milyonlar qazanıb, ancaq 40-50 illik istilik trubaları dəyişdirilməyib. Hər il qış gəlməyə yaxın oxuyuruq ki, filan məktəbdə şagirdlər soyuqdan donur...filan uşaq bağçasında körpələr soyuqdan titrəyir...filan binalarda istilik yoxdur...noyabrın 15-indən 10 gün keçib, ancaq binalara istilik verilmir...və daha nələr.
Axı, bu qurum, yəni ASC yarananda, cənab Prezident İlham Əliyev demişdir ki, biz “Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq. Amma bu problem illərdir ki, davam edir. Yeri gəlmişkən, ASC-nin 41 milyon borcunu nə üçün dövlət ödəməlidir..?
Dövlət kiminsə dədəsi, babası deyil ee, dövlət sənsən, mənəm, bizik... Yaşar Həsənov pulları yeyəcək, niyə biz ödəməliyik..? Qoy Yaşar Həsənovun əmlakını satıb qurumun borcunu ödəsinlər. Hər il Azərbaycan qış rejiminə keçir, amma istilik gəlmir. Hər dəfə də ASC-nin məsul şəxsləri televizora çıxıb utanıb-qızarmadan deyirlər ki, qazanxanalardakı su yavaş-yavaş qızmağa başlayır.
Vallah, belə hal dünyanın heç bir yerində ola bilməz. Vətəndaşın nəyinə lazımdır ki, su qızır, ya qızmır, vətəndaş pulunu ödəyib istilik almaq istəyir. Xəstəxanalarda xəstələr soyuqdan donur, Yaşar Həsənov isə 10 milyonu təmir-tikinti adı ilə bacısı oğlu ilə qaynına bağışlayıb. Nə isə, bütün bu problemlərə görə, cənab Prezident 07 fevral 2022-ci il tarixdə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənovu vəzifəsindən azad etdi. Və onun müavini İlham Mirzəyevə sədrlik vəzifəsi müvəqqəti həvalə edildi. Bu müddət ərzində nə dəyişdi..? Mirzə Cəlil demişkən, haman göl, haman qurbağa...
Yeri gəlmişkən, vətəndaşların tələb etdiyi bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır. Axı, nə üçün məhz 15 noyabrda abonentlərə istilik verilməlidir..? Bəlkə, noyabrın 5-də, yaxud oktyabrın 20-də qar yağacaq, havalar soyuyacaq...indi vətəndaşlar titrəyə-titrəyə noyabrın 15-ini gözləməlidir..?
Biz bir media olaraq hesab edirik ki, bu məsələ müvafiq dövlət qurumlarında qaldırılmalı, hətta Milli Məclisdə müzakirə edilməlidir. Əgər məsələyə hərtərəfli yanaşsaq, noyabrın 15-ini yaddan çıxararaq, heç olmasa noyabrın biri ilə əvəz etməliyik. Onda nə Sovet dövrünün alimlərinin hesablamalarını, nə də ki indiki soyuğun təsirini müzakirə etməyə ehtiyac qalmaz.
P.S Soyuqdan qırılırıq, cənablar!!!
//gundelik-baku.com//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Bu gün, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru