Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                 

BU NƏDİ BELƏ: `AZAL` şefinin ƏR-ARVAD BİZNESİ... - ARAŞDIRMA
Tarix: 24-08-2022, 13:04 | Çap et
BU NƏDİ BELƏ: `AZAL` şefinin ƏR-ARVAD BİZNESİ...
AZAL aviaşirkətinin maliyyə hesabatları Azərbaycanda açıqlanmır. Amma Böyük Britaniyada nümayəndəliyi olan şirkət bunu həmin ölkədə etməyə məcburdur. Britaniyanın şirkətlər reyestrində açıqlanmış son maliyyə hesabatına görə, dövlətə məxsus В«Azərbaycan Hava YollarıВ» QSC-nin (AZAL) aktivləri 2015-ci il ərzində 2 milyard dollar В«əriyibВ» və 1,5 milyard dollara düşüb.

Bu barədə “Azadlıq” radiosunun araşdırmasında yazılır.

Müstəqil auditorun müsbət rəy verdiyi maliyyə hesabatında suallar doğuran təkcə bu məqam deyil.

AZAL-ın 2009-cu ildə Britaniyada açılan nümayəndəliyinin ortaya qoyduğu hesabatdan görünür ki, 2015-ci ildə aviaşirkətin əsas vəsaitləri 2 milyard 328,7 milyon dollardan 1 milyard 191,9 milyon dollara düşüb. 2009-2014-cü illərdə şirkət maliyyə hesabatını Azərbaycan manatı ilə tərtib etdiyi halda, 2015-ci ilin hesabatındakı göstəricilər ABŞ dolları ilə ifadə olunur. Bir çox ekspertlər hesab edir ki, əsas vəsaitlərin dəyərindəki titrəyiş heç də maliyyə göstəricilərinin valyutasının dəyişməsi ilə bağlı deyil.

Əmlak həmənkidir, qiyməti başqa

Öncəki maliyyə hesabatında 2014-cü ilin sonuna AZAL-ın əsas vəsaitlərinin dəyərinin 41 faiz artaraq, 1 milyard 826,6 milyon manata çatdığı göstərilirdi. Pul vəsaitlərinin hərəkəti hesabatında həmin il sərmayə qoyuluşunun 569 milyon manat olduğu bildirilirdi. Dörd səhifəlik hesabatda yazılmasa da, söhbət çox güman ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksinin istifadəyə verilməsindən, “Boeing 787”, “Dreamliner”, “Embraer-190” və “Embraer-170” təyyarələrinin alınmasından gedir.

Hesabatın tərtib olunması standartlarına görə, o, əvvəlki illə müqayisədə əks olunmalıdır. Bu səbəbdən 2015-ci ilin maliyyə hesabatında əvvəlki ilin balans və maliyyə göstəriciləri ABŞ dolları ilə ifadə olunub. 2014-cü ildə manat dollardan daha В«güclüВ» olduğundan, həmin ilin sonuna əsas vəsaitlərin dəyəri dolların məzənnəsinə (1 manat = 0,78 dollar) bölünməklə 2 milyard 328,7 milyon dollar təyin edilib. Növbəti il Azərbaycanda milli valyuta kəskin şəkildə, təxminən 2 dəfə dəyərdən düşdü. Maliyyə hesabatında bu, əsas vəsaitlərin birdən-birə 1 milyard 136,8 milyon dollar dəyər itirməsi ilə nəticələnib. Amma səbəb doğurdan da budurmu? Manatın dəyərsizləşməsi AZAL-ın aktivlərinin də dəyər itirməsi ilə sonuclanmalı idimi? Axı, əmlak elə həminkidir…

AZAL-ı yoxlayan suallardan qaçır

AZAL-ın maliyyə hesabatlarına, ən azı, 2009-cu ildən fasiləsiz olaraq auditor rəyi verən В«M & J Accuracy ConsultingВ» MMC-nin direktoru və auditoru Elçin Cəfərov AzadlıqRadiosu-nun bu barədə suallarına cavab verməyib. İzahı isə bu olub ki, auditi şirkətin başqa bir auditoru aparıb. Halbuki, 2016-cı ilin iyunun 6-da imzalanmış rəydə auditi onun apardığı qeyd olunub.

E.Cəfərov deyib ki, AZAL maliyyə hesabatının müstəqil auditini təkcə onun şirkətinə deyil, həm də В«böyük dördlüyəВ» daxil olan auditor şirkətlərinə tapşırır. O, bu hesabatların surətinin В«M & J Accuracy ConsultingВ» MMC-də də olduğunu bildirib.

Auditor: В«Manat dəyər itirib, əmlak yoxВ»

В«AzauditВ» MMC-nin auditoru Afiq İsrafilov deyir ki, maliyyə hesabatının qeydlər hissəsi ilə tanış olmadan əsas vəsaitlərin iki dəfəlik azalmasını birmənalı izah etmək olmaz. Çünki bu, əmlakın satılması, balansdan çıxarılmaqla uzunmüddətli icarəyə verilməsi, silinməsi, köhnəlmə hesablanması nəticəsində də baş verə bilər: В«Əgər hesabat valyutası dollardan manata keçmiş olsaydı, məhz bu aspektdən əsas vəsaitlərin manat ifadəsilə dəyər artımını qəbul etmək olardı. Amma dollarla ifadə olunmuş əsas vəsaitləri manatın dəyər itirməsi amilini nəzərə almaqla dollarla iki dəfə В«ucuzlaşdırmaqВ» praktik addım deyilВ».

Başqa bir maliyyəçi – Davud Məmmədov da deyir ki, kapital aktivləri yenidən qiymətləndirilmir. Belə olduğu halda AZAL-ın balans hesabatında real göstəricilərdən azı 1 milyard dollarlıq kənarlaşmanın olduğunu söyləmək olar.

AZAL В«itirə-itirə uçurВ»

2016-cı ilin əvvəlinə AZAL-ın 120,6 milyon dollar debitor borcu vardı. Aviaşirkətin həmin dövrə qısamüddətli və uzunmüddətli öhdəlikləri 815,4 milyon dollar idi.

Manatın ucuzlaşması 2015-ci ildə AZAL-a 9 milyon 356 min dollar gəlir qazandırıb. Elə bu səbəbdən də şirkət 8 milyon dollarlıq əməliyyat zərərindən qurtula bilib. Şirkətin 2014-cü ildə 1,6 milyon manat, 2015-ci ildə isə 1 milyon 237 min dollar xalis mənfəət götürüb. Maraqlıdır ki, 2011-2015-ci illərdə AZAL təsərrüfat fəaliyyətini daim zərərlə başa vurub və mənbəyi açıqlanmayan В«digər gəlirlərВ» (2011-ci il – 14,5 milyon, 2012 – 16,2 milyon, 2013 – 20,1 milyon, 2014 – 6 milyon manat və 2015 – 250 min dollar) sayəsində ili mənfəətlə başa vura bilib.

AZAL beynəlxalq istiqamətlərə bileti baza valyutası Avro olmaqla hesablayaraq manatla satır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-2015-ci illərdə AZAL-ın ölkə xaricinə sərnişin daşımaları sərnişin dövriyyəsinin 70 faizini təşkil edib. Sərnişin daşımalarından gəlirlərini 118 milyondan (2010-cu il) 267 milyon manata – o vaxtkı məzənnə ilə 341 milyon dollara (2014-cü il) çatdıran aviaşirkətin devalvasiyanın baş verdiyi 2015-ci il üzrə müvafiq göstəricisi 187,1 milyon dollara, yaxud təxminən 318,1 milyon manata düşüb. Başqa sözlə, manat hesabı ilə bilet satışından gəlir 51 milyon manat (19 faiz) artıb, amma dollar ifadəsində bunu demək olmur: gəlir 154 milyon dollar – 45 faiz azalıb. Bununla belə, AZAL təyyarələrin istismarına və saxlanmasına çəkilən xərclər nəzərə alınmaqla 2014-cü ildə sərnişin daşınmasından 55,5 milyon dollar, 2015-ci ildə isə 24,3 milyon dollar mənfəət götürə bilib.

В«Azərbaycan Hava YollarıВ» QSC hava limanlarında yanacaq satan inhisarçıdır. Amma hesabatdan görünür ki, AZAL bu fəaliyyətdən 2014-cü ildə 29,2 milyon manat, 2015-ci ildə isə 20,3 milyon dollar zərərə uğrayıb.

AZAL-ın hesabatı haradadır?

Maliyyə hesabatını Azərbaycandan çox-çox uzaqda ingiliscə təqdim edən AZAL rəhbərliyi Azərbaycan ərazisində hesabatlılıq tələblərinə əməl etməyi, deyəsən, heç ağlına belə gətirmir. Həm nizamnaməsinə (5.3-cü bənd), həm də ictimai əhəmiyyətli qurum kimi statusuna uyğun olaraq, aviaşirkət illik konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatını auditor rəyi ilə birlikdə В«Şəffaflığın təmin edilməsi üçünВ» mediada dərc etdirməli, korporativ saytında yerləşdirməlidir. Amma o qanunvericiliyin tələbini pozan yeganə qurum deyil. Onun kimi digər dövlət və özəl şirkətlər (В«Azərbaycan Dəmir YollarıВ» QSC, В«AzencoВ» ASC, В«Baku Steel CompanyВ» MMC, В«Silk Way AviaşirkətiВ» MMC, В«BakcellВ» MMC və s.) də illik hesabatlarını ictimaiyyətdən gizli saxlayırlar.

AzadlıqRadiosu AZAL-a sorğu ilə müraciət edərək 2016-cı ilin maliyyə hesabatı ilə tanış olmağa şərait yaratmağı xahiş edib. Sorğu qəbul edilsə də, ona cavab verilməyib.

Cahangir Əsgərov həyat yoldaşı ilə müqavilə bağlayırsa, nəyi etməyə borcludur?

Rəsmi hesabatlara görə, AZAL prezidenti Cahangir Əsgərovun ailə üzvləri – həyat yoldaşı Zərifə Həmzəyeva, qızları Məlahət və Cəmilə aviaşirkətin infrastrukturundan istifadə edən В«Silk Way HoldingВ» şirkətlər qrupunun, qrupa daxil olan sığorta şirkətinin və bankın payçılarıdır. В«Azərbaycan Hava YollarıВ» QSC-nin nizamnaməsində (5.4-1) deyilir ki, cəmiyyətin İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər. Söhbət həmin vəzifəli şəxslərin ailə üzvlərindən, onların iştirakçısı olduğu şirkətlərdən gedir.

Digər diqqət çəkən məqamlardan biri də budur ki, başqa dövlət şirkətlərindən fərqli olaraq, nə В«Azərbaycan Hava YollarıВ» QSC-nin yaradılması haqqında 2008-ci ilin aprelində imzalanmış prezident sərəncamında, nə də şirkətin nizamnaməsində səhmdar kimi dövləti hansı qurumun təmsil etdiyi qeyd olunub. Şirkətin Müşahidə Şurası da yoxdur.

Nizamnaməyə əsəsən, aidiyyəti şəxslə dəyəri səhmdar cəmiyyətinin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərarı AZAL-ın 7 nəfərdən ibarət İdarə Heyəti qəbul edir. Aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən bu cür müqavilənin (müstəqil auditorun rəyi alınmaqla) bağlanılması haqqında qərarı isə Dövlət Mülki Aviasiya Administrasiyası qəbul edir.

Dövlət Mülki Aviasiya Administrasiyasından da sorğumuza tutarlı cavab almaq mümkün olmayıb. “AZAL prezidenti Cahangir Əsgərovun tutduğu vəzifənin icrası və öz ailə üzvlərinin biznes fəaliyyətinin kəsişməsi ilə bağlı məsələ nə vaxtsa DMAA-da müzakirə olunubmu?” AzadlıqRadiosu-nun bu sualına Administrasiyadan gələn cavabda deyilir ki, sorğu cavablandırmaq üçün “Azərbaycan Hava Yolları” QSC-yə göndərilib.
//AzadlıqRadiosu//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Dünən, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Dünən, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Dünən, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Dünən, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Dünən, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Dünən, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Dünən, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Dünən, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Dünən, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Dünən, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Dünən, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Dünən, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Dünən, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Dünən, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Dünən, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Dünən, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Dünən, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Dünən, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Dünən, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Dünən, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Dünən, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Dünən, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru