'Hökumət mənim pensiyama qalıb?' - Astara sakinindən NARAZILIQ
Tarix: 17-01-2022, 14:00 | Çap et
 DİA.AZ: - Astara şəhər sakini Sədaqət Hüseynova son illər pensiyası kəsilən Azərbaycan vətəndaşlarından biridir. Deməsinə görə, üstəlik, bununla bağlı ona heç bir xəbərdarlıq da edilməyib və pensiya kartına altı aydır ki, pul oturmur. DİA.AZ-ın məlumatına görə, o əlavə edir ki, bu altı ayda xəstə olduğunu sübut etmək üçün idarələrə ayaq döyüb...
"11 il idi əlillik pulu alırdım" "Anadangəlmə sağ ayağımda problem var idi. Müalicə ala bilmədim, ayaq sıradan çıxdı. Ayaqda qan yaxşı işləmir. Çətinliklə yeriyirəm. Əmək qabiliyyətini itirmişəm. Evdə xırda-para işləri görürəm. 11 il idi əlillik pulu alırdım. İlk dövrlərdə 100 manat alırdım, sonra 250 manat oldu...".
"Yeddi nəfər içində bir nəfər də işləyən yoxdur" Ağlayır: "...16 ildir ərim məni atıb. Ərimdən ayrılandan sonra ata evimdə qalıram. Valideynlərim sağ olanda elə də problemlərim olmurdu. Onlar rəhmətə getdilər, qara günlərim başladı. Yaşadığım evdə bacım, qardaşım da qalır. Həyətdə bir qardaşım da yaşayır. Onun da iki oğlu var, yeddi nəfərik. Bu yeddi nəfər içində bir nəfər də işləyən yoxdur. Bacım əmək pensiyası alır. Hamımız onun himayəsində yaşayırıq. Hamımız ona yükük...".
Onun sözlərinə görə, Astara Rayon Mərkəzi Xəstəxanası onun xəstəliklə bağlı sənədlərini ikinci dəfə müvafiq orqanlara göndərməyib: "Xəstəxanada olmuşam. Dedilər, burda yat, yatdım. Baş həkim dedi ki, sənə pensiya düşmür. Bakıda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda olmuşam. Sənəd də gətirmişəm ki, yararsızam. Mənə dedilər ki, sənədlər Bakıya göndərilib. Amma göndərməyiblər".
"Mənim başımı aldadırlar" O aldanıldığını düşünür: "Mənim başımı aldadırlar. Necə olar ki, şikəst adamı sağlam çıxartsınlar? Yazıblar ki, mən xəstəxanada yatmamışam. Müalicə həkimində günah yoxdur, baş həkim əməl etmir".
O deyir ki, indi sağlam adamlar iş tapa bilmir: "Baş həkim xəstəxanada mənə fəhlə işi versin, işləyim. Belə də biabırçılıq olar? Pis vəziyyətdə yaşayıram. Axı əlil adamın çörəyini necə kəsmək olar?! Son ümid yerim pensiya idi. Evim yox, çörək bahalaşıb... Hər kəs özünü güclə saxlayır".
"Qadın pensiyasına möhtac olan ölkədə..." O deyir ki, yeganə övladını da dolandıra bilmir: "Bir övladım da var. O da bacımın üstündədir. Aliment də almıram. Qızım təhsil alır, onun da təhsil haqqı var. Pul ödəyə bilmədiyim üçün onu qovmaq istəyirlər. Uşaqdır, geyinmək, keçinmək istəyir. Onun da yanında üzüqarayam. Heç kim heç kimi başa düşmək istəmir. Bu hökumət pensiyama qalıb? Qadın pensiyasına möhtac olan ölkədə necə yaşayasan?".
"Qohumların hamısı kasıbdır,..." Sədaqət Hüseynovanın qardaşı Səttar Hüseynov: "Ayağının aşağı hissəsi işləmir. Pensiyasını xəbərdarlıq etmədən kəsiblər. Etdiyimiz şikayətlər də nəticə vermir. Yeni illə bağlı yardımlar etdilər, ona vermədilər. Bütün günü gözyaşı tökür. Ona ürəyim yanır. İş yoxdur, işləmirəm. Hər işdə işləyərəm. Ona kömək edərdim. Mən özüm də əmək pensiyası alan bacımın əlinə baxıram. Qohumların hamısı kasıbdır, özlərini güclə dolandırırlar".
Sədaqət Hüseynovanı müalicə edən həkim Etibar Cəlilov da deyir ki, o, xəstəxanada müalicə alıb: "Onu yazmışıq, yenidən müayinə olunmalıdır. Onun sənədlərini göndərmişdik, imtina gəldi".
Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkmi Oqtay Əmənullayev isə bunları bildirdi: "Mən onu tanımıram. Gəlsin müraciət eləsin, araşdıraq. Vətəndaşdır, şikayətinə baxarıq. Amma, elə vətəndaşlar var ki, tələb edir. Halbuki, tələb etdiyi mümkün deyil".
Tibbi-Sosial Ekspert Komissiyasının cavabı... Sədaqət Hüseynovanın adına gələn Tibbi-Sosial Ekspert Komissiyasının 0226003AAH18 nömrəli göndərişində əlillik dərəcəsinin verilməsindən imtina edilib. "...Rəsmiləşdirilmiş göndəriş natamam doldurulub. Həkimin rəyi: Xəstənin hazırkı vəziyyəti, mütəxəssislərin rəyləri, köməkçi diaqnostik müayinələr, anamnestik məlumatlar dəqiqləşdirilib ətraflı qeyd edilsin. Uzun müddət xəstə olmasına baxmayaraq, stasionar reabilitasiya müalicələri haqda məlumat qeyd edilməyib. Xəstəyə stasionar müalicə tövsiyə edilir", - sənəddə yazılıb.
Sədaqət Hüseynova isə deyir ki, iki dəfə ayağından əməliyyat olunub. Üstəlik, vurğulamasına görə, keçmiş dövrlərdən fərqli olaraq indi xəstəxanada yatmaq ciddi xərc tələb edir...
Onun dediklərinə Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərindən münasibət almaq mümkün olmayıb. Son illər Azərbaycanda rəsmilərin bildirməsinə görə, minlərlə şəxsin pensiyası kəsilib. Onlar bunu prosesin şəffaflaşdırılması ilə izah edirlər...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01 |
|
|
|
| • Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59 |
|
|
|
| • Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54 |
|
|
|
| • “Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48 |
|
|
|
| • Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44 |
|
|
|
| • Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25 |
|
|
|
| • Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11 |
|
|
|
| • TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04 |
|
|
|
| • İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02 |
|
|
|
| • Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57 |
|
|
|
| • "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54 |
|
|
|
| • İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41 |
|
|
|
| • Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26 |
|
|
|
| • Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19 |
|
|
|
| • Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16 |
|
|
|
| • Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11 |
|
|
|
| • Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09 |
|
|
|
| • Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07 |
|
|
|
| • “Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03 |
|
|
|
| • Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58 |
|
|
|
| • Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56 |
|
|
|
| • “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51 |
|
|
|
| • Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49 |
|
|
|
| • Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
| • AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19 |
|
|
|
| • 74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17 |
|
|
|
| • Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15 |
|
|
|
| • Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03 |
|
|
|
| • Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01 |
|
|
|
| • İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59 |
|
|
|
| • Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56 |
|
|
|
| • Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44 |
|
|
|
| • Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? - ETİRAZ VAR!
Bu gün, 10:37 |
|
|
|
| • Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 10:21 |
|
|
|
| • Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq
Bu gün, 10:18 |
|
|
|
| • Nazir onu rəis müavini təyin etdi - ƏMR
Bu gün, 10:13 |
|
|
|
| • Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə
Bu gün, 10:10 |
|
|
|
| • Qardaşı oğlunu öldürən müəllim: “Mismarçıxaranla onun baş nahiyəsindən zərbə vuraraq qətlə yetirdim” - TƏFƏRRÜAT
Bu gün, 10:07 |
|
|
|
| • “Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” - Məlahət Abbasovadan şok ETİRAF
Bu gün, 10:03 |
|
|
|
| • Gecə saatlarında sərxoş əri tərəfindən döyülən qadın: - “O, məni vurandan sonra gedib yatdı”
Bu gün, 10:00 |
|
|
|
| • Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 09:52 |
|
|
|
| • Xəzərin coğrafi xəritəsi dəyişir? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
| • Çin ABŞ-yə üç sahədə qalib gəlib - Çzin Çanjun
Bu gün, 09:47 |
|
|
|
| • Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Bu gün, 09:45 |
|
|
|
| • Burda vətəndaşı rəsmən BOĞAZA YIĞIRLAR... - GİLEY
Bu gün, 09:43 |
|
|
|
| • “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın Direktorlar şurasın tərkibi yenidən seçiləcək - GÖZLƏNTİ
Bu gün, 09:35 |
|
|
|
| • Vasif Talıbovun TƏBLİĞATI GEDİR: Prezidentə ÇAĞIRIŞ... - "...Naxçıvanı ona tapşırın!"
Bu gün, 09:23 |
|
|
|
| • Konstantin Zatulin: Soçinin erməni kütləsi üçün "faydalı axmaq" - FAKT BUDUR!
Bu gün, 09:14 |
|
|
|
|