"Sənə elə iynə vuraram, 2 günə sağ qalmazsan" - Azərbaycanda həkim xəstəni ŞANTAJ ETDİ?
Tarix: 11-10-2021, 17:14 | Çap et
 Şəki şəhərində yaşayan Zeynalov Elşən Asif oğlu şəhər xəstəxanasındakı Yeganə adlı həkimdən şikayətçidir.
Sonxeber.az-ın redaksiyasına daxil olan şikayətə əsasən, Şəki Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsində çalışan Yeganə adlı həkim pis vəziyyətdə olan xəstəni qəbuluna buraxmayıb.
Şikayətçi bildirir ki, baş həkim tapşırsa da, Yeganə xanım yenə müayinə və müalicə etməyib, ona kobud ifadələrlə hədə-qorxu gələrək qovub:
"Şəki şəhərində yaşayıram. Təzyiq dəyişkənliyim olduğu üçün tez-tez Şəki Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə getməli oluram. Çünki təzyiqim ani artanda başım fırlanır, ürək narahatlığım olur. Lakin orada çalışan Yeganə həkim məni qəbul etmir və mənim ilkin tibbi yardıma ehtiyacımın olmadığını deyir. Hətta iki gün əvvəl 190 təzyiq və 39 dərəcə qızdırma ilə oraya getdim, yenə də məni qebul etmədi. Üstəlik mənə "Get, hara istəyirsən şikayət et, mən burada işlədiyim müddətcə səni qəbul etməyəcəm" dedi.
Baş həkimin otağına qalxdım. Baş həkimin təkidindən sonra məni təcili yardıma düşürtdülər. Amma Yeganə adlı bu həkim orada da mənim üstümə qışqırdı. Bu qadın heç baş həkimi də saymır. Mənə "Sistem köçürülsün, rədd ol get! Özün də ağıllı ol! Sənə elə iynə vuraram, 2 günə sağ qalmazsan!" dedi.
Sistem qoşuldu, elə qoşulması ilə istem butulkasının yarısının artıq boşaldığını gördüm. Boğulmağa başladım. Qışqırdım ki, sistemin sürətini azaltsınlar. Yeganə həkim sistem köçürənə bu cür etməsi üçün tapşırıq verib. Oradan gələndən gecə boğulmalarım, ürəyimdə narahatlıqlar olur. Xahiş edirəm, bu həkim barədə qanuni tədbir görülsün və təzyiq dəyişkənliyimə görə xəstəxanaya gedəndə məni qəbul etsinlər.
Bundan əlavə, Yeganə həkim mənim halımı necə pisləşdiribsə, indi də müalicə eltsin.
Qeyd edim ki, Şəki Rayon Mərkəzi Xəstəxanasında Yeganə adlı başqa həkim yoxdur, təkcə odur".
Sonxeber.az olaraq, məsələ ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Knyaz bəylə əlaqə saxladıq.
O, Elşən bəyin dediklərinin tam əksini söyləyib.
"O məsələni mən həll edib izahat almışam. Yenə də özüylə danışaram, amma biz gecə də onu saxladıq, sistem də köçürüldü, təzyiqini, temperaturunu normaya saldıq. Sizə deyilənlər xəstənin subyektiv fikridir, ona inanmayın, o xəstə nə bilir sürət nədir, yavaş nədir? Həmçinin Yeganə xanım o cür ifadələr işlətməz. O, çox təmkinli, səbrli xanımdır, bizim yaxşı işçilərimizdən biridir.
O xəstə bir az əsəb sistemi narahat oğlan idi. Yəni hər sözdən bir şey götürürdü. Biz onu yoluna qoymuşuq. Siz mənə nömrə verin, mən onunla danışım, görüm məsələ nədir? Hazırda mənim qarşımda onun izahatı var, ayin 9-u, həftənin 6-cı günü imzalayaraq təsdiqləyib ki, hər şey qaydasındadır, müalicə olunub və xəstəxanadan heç bir şikayəti və tələbi yoxdur. İndi yenidən şikayət edirsə, düşünürəm, bəlkə, onun zərərli adəti var. Siz indi xəstənin sözü ilə fikir yürüdə bilməzsiniz axı. Biz onun üçün hər şey etmişik. Siz ona yox, həkimə inanın".
Qeyd edək ki, şikayətçi izahatın sistem köçürüləndən əvvəl yazdırıldığını bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Seyid Əli Xamenei iyulun 9-da dəfn ediləcək
Bu gün, 15:35 |
|
|
|
| • “Bu seçkilər legitim sayıla bilməz” - Köçəryan
Bu gün, 14:51 |
|
|
|
| • Mətanət İsgəndərlidən keçmiş gəlini ilə bağlı qalmaqallı açıqlama: - “Mən dəvət etmirəm, özü gəlir”
Bu gün, 14:11 |
|
|
|
| • Stomatologiyada "kreditlə gülümsəmə" - Diş müalicələri niyə bahalaşır?
Bu gün, 14:09 |
|
|
|
| • Ağstafa İcra Hakimiyyətinin maraqlı tenderi: 95 ton yerinə, 134 ton sement alınacaq - ARAŞDIRMA
Bu gün, 14:05 |
|
|
|
| • 80 qəpiklik dondurmalarla bağlı gizli təhlükə - DİQQƏT
Bu gün, 13:39 |
|
|
|
| • Tsarukyan Paşinyandan üzr, təkzib və kompensasiya tələb edir
Bu gün, 13:24 |
|
|
|
| • “Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var
Bu gün, 13:13 |
|
|
|
| • Polşada azərbaycanlı sürücüyə xəsarət yetirdilər - FOTOlar
Bu gün, 13:06 |
|
|
|
| • Qırmızı meydanda Rusiya Günü konserti niyə ləğv olundu? – Moskvada qorxu
Bu gün, 13:02 |
|
|
|
| • Ukrayna Rusiyanın Krıma aparan son quru yolunu "ölüm yoluna" çevirib - "The Telegraph"
Bu gün, 12:54 |
|
|
|
| • Hindistanın Rusiyadan neft almasını ABŞ istəyib – XİN rəhbəri
Bu gün, 12:53 |
|
|
|
| • Karapetyan qaçmaq istədi, saxlanıldı: - Ohanyanla bağlı isə həbs qərarı verildi
Bu gün, 12:51 |
|
|
|
| • Sərvəti ölkə büdcələri ilə müqayisə olunan AZƏRBAYCANLI
Bu gün, 11:51 |
|
|
|
| • Pekin Vaşinqtonun Çin şirkətlərinə qarşı addımlarını pisləyib
Bu gün, 11:49 |
|
|
|
| • Böyük Britaniyada iqtisadi artım azalıb
Bu gün, 11:47 |
|
|
|
| • BƏƏ raket hücumlarını dayandırmaq üçün İrana 20 milyard dollar verəcək?
Bu gün, 11:44 |
|
|
|
| • Əməkdar artistdən şok açıqlama: - "Ən yaxın rəfiqələrim sirlərimi saytlara ötürmüşdü"
Bu gün, 11:36 |
|
|
|
| • İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI... - İTTİHAM VAR...
Bu gün, 11:16 |
|
|
|
| • Rusiya Ermənistan seçkilərinin nəticələrini tanımasa, nə baş verəcək?.. - Hərbi müdaxilə?..
Bu gün, 11:07 |
|
|
|
| • “Paşinyanın ciddiliyini yoxlamaq istəyiriksə, 2 məsələyə fikir vermək lazımdır... ” - ŞƏRH
Bu gün, 11:03 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açdı - KİV
Bu gün, 10:53 |
|
|
|
| • İcra başçısı "Ana-bala" parkını SATDI: sakinlər narazıdır... - FOTOLAR
Bu gün, 10:49 |
|
|
|
| • Putin Paşinyana “yox” dedi: Təbrik olmayacaq - GƏRGİNLİK DAVAM EDİR...
Bu gün, 10:41 |
|
|
|
| • AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub - DİQQƏT!
Bu gün, 10:31 |
|
|
|
| • “Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” – Tolikdən sərt açıqlama
Bu gün, 10:27 |
|
|
|
| • Qaz məngənəsindəki İrəvan: Qurtuluşu Azərbaycandadır - GƏLİŞMƏ
Bu gün, 10:20 |
|
|
|
| • Dörd mindən çox əcnəbi Peterburqdan ÇIXARILDI: - azərbaycanlılar da var
Bu gün, 10:16 |
|
|
|
| • Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. - İLGİNC İDDİALAR...
Bu gün, 10:06 |
|
|
|
| • Azərbaycan nefti 6 dollardan çox ucuzlaşıb
Bu gün, 10:04 |
|
|
|
| • İranın üç dodağı - AKTUAL
Bu gün, 10:02 |
|
|
|
| • Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər - “Hraparak”
Bu gün, 09:35 |
|
|
|
| • "Embawood"un vergi borcu 1.6 milyonu ötdü
Bu gün, 09:29 |
|
|
|
| • Bakıda reabilitasiya mərkəzində qadınlar kişilərə işgəncə verirmiş - Şok faktlar
Bu gün, 09:27 |
|
|
|
| • "Ceylan MMC" fırıldağının pərdəarxası: Günay Rzayevanın şikayəti nələri üzə çıxardı? -İDDİA (VİDEO)
Bu gün, 09:11 |
|
|
|
| • Hacıbaba Babayev bu tikintiyə icazə verib? - VİDEO
Bu gün, 09:03 |
|
|
|
| • İrəvandan Zəngəzur “həmləsi” - Nə BAŞ verir?
Bu gün, 08:59 |
|
|
|
| • “Tren de Aragua” lideri öldürüldü - Tramp
Bu gün, 08:57 |
|
|
|
| • Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq - NƏ BAŞ VERİR?
Bu gün, 08:05 |
|
|
|
| • Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT
Bu gün, 08:04 |
|
|
|
| • " Hər bir halda, bu məsələ aktuallığını qoruyur..." - deputat
Bu gün, 08:02 |
|
|
|
| • Pentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb - DETALLAR
Bu gün, 08:00 |
|
|
|
| • Kürdəmirdə kəndlilər SUSUZ QALIB - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:59 |
|
|
|
| • Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlayır - AÇIQLAMA
Bu gün, 07:54 |
|
|
|
| • Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib - ANIM
Bu gün, 07:45 |
|
|
|
| • Səhiyyə Nazirliyinə qarşı məhkəmə işi - Rəşad Babayev Prezidentə müraciətinin səbəbini açıqladı
Bu gün, 07:39 |
|
|
|
| • Ramiz Mehdiyevin bankı RƏSMƏN LƏĞV OLUNDU - BU DA SON!
Bu gün, 07:29 |
|
|
|
| • Daha bir Qazimizin əlilliyi ləğv olundu - "Etməyin belə!"
Bu gün, 07:21 |
|
|
|
| • Putinin hesablamaları iflasa uğrayıb - Mur
Bu gün, 07:05 |
|
|
|
| • ABŞ Hörmüzə doğru gedən bir neçə İran PUA-sını vurub - Reuters
Bu gün, 07:00 |
|
|
|
|